Məhkəmə qərarları › İş №e-2-2(117)-1419/2025

Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-1419/2025

24.02.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-1419/2025 24.02.2026 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Hüseynova Elnarə Ramiz qızının sədrliyi, Musayeva Turan Haxverdi qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı maddi ziyanın ödənilməsi tələbinə dair işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: I. Kommersiya mübahisəsinin mahiyyəti:

1. İddiaçı Cavabdeh qarşı maddi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh “MERCEDES BENZ 220 CDİ“ markalı, **-BY-*** dövlət qeydiyyat nişanlı avtomobillə yolnəqliyyat hadisəsi törətməklə iddiaçıya vurduğu zərərin məbləği 7570 manat pul və iddianın qalırılması üçün ödənilmiş 97 manat dövlət rüsumunun alınaraq İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı 2022-ci ilin noyabr ayında tanışı Balakən rayonu, Qazma kənd sakini X3 tərəfindən iddiaçıya məxsus “Mercedes Benz 220 CDİ“markalı, **-BY-*** dövlət qeydiyyat nişanlı avtomobili sərnişindaşıma məqsədi ilə müştərək şəkildə istifadə edərək gəlir əldə etmək təklif edilmiş, Elçin Soduyev avtomobili idarə etmək üçün sürücü tapmağı, işə nəzarət etməyi, lazım olarsa onu təmsil etməyi öz öhdəsinə götürmüşdür. İddiaçı əvvəlcə ona məxsus yuxarıda qeyd edilən avtomobili nəqliyyat vasitəsindən istifadə edilməsinə dair etibarnamə əsasında Elçin Soduyevə, daha sonra 2022-ci ilin noyabr ayının sonunda Elçin Soduyevin tapdığı sürücü Cavabdeh vermişdir. Təxminən bir aydan artıq müddətdə Cavabdeh avtomobili Bakı-Balakən marşrutu üzrə idarə edərək sərnişin daşıma fəaliyyəti ilə məşğul olmuşdur. xx.xx.2023-cü ildə Cavabdeh Bakı şəhəri ərazisində araməsafəsi gözləmədən avtomobili idarə edərək yol-nəqliyyat hadisəsi törətmiş, nəticədə avtomobilə 7570 (yeddi min beş yüz yetmiş) manat ziyan dəymişdir. Onunla birbaşa ünsiyyətdə Elçin Soduyev olmuş, Cavabdehla avtomobilə dəymiş ziyanın yarısının dərhal, qalan hissəsinin isə avtomobilin təmirindən sonra sonuncunun işləyərək 2 il ərzində hissə-hissə ödəməsi barədə razılaşma olmuşdur. Lakin Cavabdeh yol-nəqliyyat hadisəsi törətdikdən sonra öhdəliyi yerinə yetirməmiş, avtomobilə dəymiş ziyanı ödəməmişdir. Bu səbəbdən də iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək avtomobilə dəymiş zərərin əvəzi olaraq 7570 manat pulun cavabdehdən alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmək məcburiyyətində qalmışdır. Əlavə olaraq qeyd edir ki, X3 ilə Cavabdeh arasında “WhatsApp” ani mesajlaşma və mübadilə sistemi vasitəsilə göndərilən, yol-nəqliyyat hadisəsi və dəymiş zərərin ödənilməsi barədə razılığın əks olunduğu səs yazıları vardır.

3. İddiaçının nümayəndəsi və vəkili xx.xx.2026-cı il tarixdə iddia həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh “Mercedes Benz 220 CDİ“ markalı, 99-BY076 dövlət qeydiyyat nişanlı avtomobillə yol nəqliyyat hadisəsi törətməklə iddiaçıya vurduğu zərərin məbləği 7570 (yeddi min beş yüz yetmiş) manat pul, Şəki Kommersiya Məhkəməsinin e-2-2(117)-1419/2025 saylı, xx.xx.2026-cı il tarixli qərardadı üzrə iddiaçı tərəfindən xidmət haqqı olaraq ödənilmiş 300 manat və iddianın qaldırılması üçün ödənilmiş 97 manat dövlət rüsumunun alınaraq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

II. Tərəflərin mövqeləri:

4.Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddi aərizsəinə uyğun izahat verərək bildirdu ki, İddiaçı 2022-ci ilin noyabr ayında tanışı Balakən rayonu, Qazma kənd sakini X3 tərəfindən iddiaçıya məxsus “Mercedes Benz 220 CDİ “markalı, **-BY-*** dövlət qeydiyyat nişanlı avtomobili sərnişin daşıma məqsədi ilə müştərək şəkildə istifadə edərək gəlir əldə etmək təklif edilmiş, Elçin Soduyev avtomobili idarə etmək üçün sürücü tapmağı, işə nəzarət etməyi, lazım olarsa onu təmsil etməyi öz öhdəsinə götürmüşdür. İddiaçı əvvəlcə ona məxsus yuxarıda qeyd edilən avtomobili nəqliyyat vasitəsindən istifadə edilməsinə dair etibarnamə əsasında Elçin Soduyevə, daha sonra 2022-ci ilin noyabr ayının sonunda Elçin Soduyevin tapdığı sürücü Cavabdeh vermişdir. Təxminən bir aydan artıq müddətdə Cavabdeh avtomobili Bakı-Balakən marşrutu üzrə idarə edərək sərnişin daşıma fəaliyyəti ilə məşğul olmuşdur. xx.xx.2023-cü ildə Cavabdeh Bakı şəhəri ərazisində ara məsafəsi gözləmədən avtomobili idarə edərək, yol-nəqliyyat hadisəsi törətmişdir. Bununla bağlı aidyyəti polis orqanı tərəfindən aşraşdırma aparılmış və cinayət işinin başlanılması və rədd edilməsi barədə prosessual qərar qəbul edilmişdir. Cavabdeh inzibati məsuliyyətə cəlb edilmişdir. Onunla birbaşa ünsiyyətdə Elçin Soduyev olmuş, Cavabdehla avtomobilə dəymiş ziyanın yarısının dərhal, qalan hissəsinin isə avtomobilin təmirindən sonra sonuncunun işləyərək 2 il ərzində hissə-hissə ödəməsi barədə razılaşma olmuşdur. Lakin Cavabdeh yol-nəqliyyat hadisəsi törətdikdən sonra öhdəliyi yerinə yetirməmiş, avtomobilə dəymiş ziyanı ödəməmişdir. Bu səbəbdən də iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək avtomobilə dəymiş zərərin əvəzi olaraq 7570 manat məbləğində pulun cavabdehdən alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmək məcburiyyətində qalmışdır. İddia tələbini müdafiə edərək təmin olunmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi.

5. Cavabdeh məhkəmə iclasına gəlməmiş və bunun üzrlü səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 185-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxmışdır.

6. Məhkəmənin əvvəlki iclasında iştirak etmiş cavabdeh izahatında bildirmişdir ki, İddiaçı tanımır. Elçin adlı şəxsdən maşın götürüb və qəza hadisə olub. Bunu inkar etmir. Lakin ona bu hadisə ilə bağlı cərimə yazılmamışdır. Həmçinin qarşı tərəf iddia edir ki, ona 7570 manat məbləğində ziyan dəymişdir. Elçinlə danışıb razılaşıblar ki, ziyanın yarısını o ödəyəcək yarısını Elçin. Elçinə anasının pensiya kartını verib və hər ay oradan 300 manat pul çıxarılmışdır.

III. Məhkəmə baxışının hədləri:

7. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Hər bir tərəfin öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsi olmaqla, hazırki işdə də öz tələbinin əsaslılığını sübutetmə yükü iddiaçının üzərinə düşür. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.4-cü maddəsində nəzərdə tutulur ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

IV. Tədqiq olunan sübutlar:

8. İş materiallarında olan Daxili İşlər Nazirliyinin Yol-Nəqliyyat hadisələrinə dair işlər üzrə İstintaq və Təhqiqat şöbəsi tərəfindən qəbul edilən xx.xx.2023-cü il tarixli HK-49 nömrəli “cinayət işinin başlanmasının rədd edilməsi” barədə qərardan görünür ki, xx.xx.2023-cü il tarixdə Bakı-Kənar-Dairəvi yolunun Yasamal rayonu ərazisindən keçən 4.5-ci km-də Cavabdeh idarə etdiyi “Mercedes Benz 220 CDİ“ markalı, **-BY-*** dövlət qeydiyyat nişanlı avtomobil, X2 idarə etdiyi “Kamaz” markalı ** AC *** dövlət qeydiyyat nişanlı yük avtomobillə toqquşaraq yol-nəqliyyat hadisəsi törətimişdir. “Mercedes Benz 220 CDİ“ markalı, **-BY-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən Cavabdeh barəsində inzibati tənbeh tədbiri görülməsi üçün həmin qərarın surəti müvafiq orqana göndərilmişdir.

9. İş materiallarında olan "xxxx" MMC qiymətləndirmə şirkəti tərəfindən verilən MB- 19/0117 nömrəli xx.xx.2026-ci il tarixli ekspert rəyində “Mercedes Benz 220 CDİ“ markalı, **-BY-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyanın həcmi barədə aparılmış araşdırma əsasında qeyd olunmuşdur ki, “Mercedes Benz 220 CDİ“ markalı, **-BY-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər 6795 manat təşkil edir.

10. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 izahatında bildirmişdir ki, 2022ci ilin noyabr-dekabr aylarında yaxın bir tanışı var idi. Həmin tanışı onu Cavabdeh ilə tanış etmişdi. Onların belə bir fikri var idi ki, avtomobili Bakı-Balakən marşrutu üzrə istifadəyə versinlər. Bu işə dekabr ayında başladılar. Həmin avtomobili Cavabdeh istifadəsinə verdilər. Əvvələr Natiqdən razı idi, müştərilər də razı idi. Lakin yanvar ayının 15-i Natiq tərəfindən ona zəng gəldi ki, qəza törədib. İşə başlamazdan əvvəl razılaşmışdılar ki, əgər Natiqin səhlənkarlığının səbəbindən hər hansı hadisə baş verərsə dəymiş ziyanı o ödəyəcək. Yox əgər yenə hər hansı hadisə baş verərsə dəymiş ziyanın yarısını Natiq, yarısını o ödəyəcəyəkdir. Onun səhlənkarlığının səbəbindən yaranmış dəymiş ziyanı isə o ödəyəcək. Araşdırmalar da aparılıb məlum olub ki, qəza törədən zaman Natiq yuxuya getmişdir. Yenə razılaşıblar ki, dəymiş ziyanın yarısını o, yarısını isə Natiq ödəyəcəkdir. Geri qalanını isə zaman-zaman Natiq ödəyəcəkdi. Çünki hadisə Natiqin səhlənkarlığı nəticəsində baş vermişdi. Natiqin adına kredit var idi deyə, kredit götürə bilmədi. Sonra razılaşıblar ki, onun anasının adına kredit götürsünlər. Lakin anasının pensiya yaşı bitdiyinə görə anasının adına kredit götürə bilmədilər. Hər ay krediti Natiq ödəmək şərti ilə 4650 manat məbləğində öz adına kredit götürüb. Hər ay anasının pensiya kartından 227 manat mbləğində banka ödəniş edirdi. Avqust ayında da anasının pensiyasından 227 manat məbləğində banka ödəniş etdi. Hər ayda pensiyadan artıq qalan 100 manat pulu Natiqə geri verirdi. Sentyabr ayında banka kartı salanda pul olmadı. O, da Natiqin anasının yanına getdi ki, bəs kartın müddəti bitmişdir. Halbuki, kartın müddəti bitməyib. Anası ilə bunun arasında problem olub. Anası da banka müraciət edərək, kartı bloklatdırıb. Natiqə hər ay pensiyadan qalan 100 manatı geri versə də anasına həmin pulu verməyibmiş. Anası ona dedi ki, onun borcunu ödəyəsi deyil. Sonra həmin ayda 200 manat ona Natiqin anası pul verdi və dedi ki, qalan pulu da oğlu Alimdən alsın. Alimlə dəfələrlə əlaqə saxlasa da vədlər verirdi, lakin heç bir nəticəsi olmadı. Heç bir ödənişlər etmədi. Krediti də onun adına olduğuna görə özü ödəmək məcburiyyətində qaldı.

11. İş materiallarında olan "xxxx" MMC qiymətləndirmə şirkətinin xx.xx.2026-cı il tarixli məktubunda, rəyin verilməsi üçün 300 manat xidmət haqqının İddiaçı tərəfindən ödənildiyi bildirilmişdir.

V. Tətbiq edilən hüquq:

12. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1108.1. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur.

Vl. Məhkəmənin mövqeyi:

13. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir.

14. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Bu mənada məhkəmənin qənaətinə görə, iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələbinin qanuni əsasının dispozisiya şərtləri mövcuddur.

15. İşin məhkəmə tərəfindən müəyyən edilmiş halları ondan ibarətdir ki, İddiaçı özünə məxsus avtomobili gəlir əldə etmək məqsədi ilə X1 vasitəçiliyi ilə Cavabdeh əvəzli istifadəsinə vermişdir. Bu istifadə müddəti nəticəsində Cavabdeh qeyd olunan avtomobillə öz təqsiri ucbatından qəza törətmiş və nəticədə avtomobilə ziyan dəymişdir. Cavabdeh təqsirli olması iş materiallarında olan Daxili İşlər Nazirliyinin Yol-Nəqliyyat hadisələrinə dair işlər üzrə İstintaq və Təhqiqat şöbəsi tərəfindən qəbul edilən xx.xx.2023-cü il tarixli HK-49 nömrəli “cinayət işinin başlanmasının rədd edilməsi” barədə qərarda və cavabdehin məhkəmə iclasında verdiyi izahatında öz təsdiqini tapmışdır. Bu səbəbdən iddiaçı və cavabdeh arasında mülki hüquq pozuntusundan (delikt) irəli gələn öhdəlik münasibətləri yaranmış və nəticədə iddiaçı mülkiyyətində olan avtomobilə dəymiş zərərin əvəzini tələb etməsində haqlı olmuşdur.

16. Məhkəmə qeyd edir ki, "xxxx" MMC qiymətləndirmə şirkəti tərəfindən verilən ekspert rəyində “Mercedes Benz 220 CDİ“ markalı, **-BY-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin məbləği 6795 manat təşkil etdiyi göstərilmişdir. Məhkəmə ekspert rəyinə əsaslanaraq hesab edir ki, iddia tələbi avtomobilə dəymiş zərərin əvəzi olaraq 6795 manat məbləğində təmin edilməli, qalan hissədə rədd edilməlidir.

17. Azərbaycan Republikası MPM-nin 101.3-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsinədə müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir.

18. Məhkəmə qeyd edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik deyildir. Bu səbəbdən məhkəmə ekspert rəyini tədqiq edərək, məhkəmə araşdırması zamanı hazırkı ekspert rəyilə razılaşmayaraq belə nəticəyə gəlir ki, hazırkı iş üzrə ekspert rəyində hesablanmış əsas borc iddia tələbində olan əsas borcdan yüksək, həmçinin faiz borcu da bildirişdə olan faiz borcundan yüksək olduğundan məhkəmə tərəfindən mötəbər sübut kimi qəbul edilməmişdir. Məhkəmə qeyd edir ki, yalnız elmi cəhətdən əsaslandırılmış və məhkəmənin suallarına cavab verən rəy ədalətin gücünə inam yarada və məhkəmənin fəaliyyətinə kömək edə bilər.

19. Qanunvericiliyin mənasına görə, sübutların qiymətləndirilməsi təfəkkür prosesi olub, iş üzrə toplanmış sübutetmə materialının həm qanunun tələbinə uyğunluğunun, həm də tamlığının, işə aidliyinin, mümkünlüyünün, obyektivliyinin, mötəbərliyinin müəyyən edilməsini və onların əsasında nəticəyə gəlinməsini ehtiva edir. Sübutların düzgün qiymətləndirilməsi baxılan işin mahiyyəti üzrə həll edilərək, qanuni və əsaslı qətnamənin çıxarılması üçün mühüm əhəmiyyət kəsb edir. Sübut o halda mötəbər hesab olunur ki, yoxlama nəticəsində onun məzmununu təşkil edən məlumatlar işin həqiqi halına uyğun olur.

20. Məhkəmə şahid ifadəsinə münasibətdə qeyd edir ki, şahidin məhkəmə iclasında verdiyi ifadə işin faktiki hallarına zidd olmamışdır. Belə ki, şahid iddiaçının mülkiyyətində olan avtomobilə cavabdehin təqsiri ucbatından ziyan dəydiyini bildirmişdir. Nəticədə məhkəmə hesab edir ki, şahid ifadəsi iş materiallarında olan başlıca sübutlarla öz təsdiqini tapdığından əsaslı hesab edilir.

21. Bundan başqa məhkəmə qeyd edir ki, iddia tələbi qismən təmin edildiyindən, dövlət rüsumunun əvəzi olaraq 87,95 manat məbləğində pul cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməli, ödənilmiş dövlət rüsumunun qalan hissəsi iddiaçıya aid edilməlidir.

22. Həmçinin məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən, aparılmış ekspertiza tədqiqatın dəyəri olan 300 manat pul Cavabdeh tutularaq iddiaçıya ödənilməlidir.

23. Beləliklə, qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh “MERCEDES BENZ 220 CDİ“ markalı, **-BY-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyana görə 6795 manat, aparılmış ekspertiza tədqiqatının dəyəri 300 manat pul vəsaiti və 87,95 manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi tutularaq İddiaçı ödənilməli, iddia qalan hissədə təmin edilməməli, iş üzrə ödənilmiş dövlət rüsumunun qalan hissəsi iddiaçıya aid edilməlidir.

Vİl. Nəticə:

24. Qeyd olunanlara əsasən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə

QƏT ETDİ:

İddia qismən təmin edilsin. Cavabdeh “MERCEDES BENZ 220 CDİ“ markalı, **-BY-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə 6795 manat, aparılmış ekspertiza tədqiqatının dəyəri 300 manat pul vəsaiti və 87,95 manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumunun qalan hissəsi iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən : Elnarə Hüseynova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar