Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № e-2-2(117)-1423/2023 15.12.2023 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Məcidov Rüfət Azadəli oğlu, İddiaçı QSC-nin cavabdehlər Cavabdeh3, Cavabdeh2, Cavabdeh1 qarşı “cavabdеhlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 müştərək qaydada 019R********** nömrəli krеdit razılaşması üzrə 994,78 manat məbləğində krеdit bоrcu, 491,84 manat məbləğində faiz bоrcu və 403,37 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 1889,99 manat məbləğində bоrcun, ödənilmiş 60 manat məbləğində mediasiya xərcinin tutulması” barədə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərə baxaraq, müəyyən etdi: İddiaçı QSC cavabdehlər Cavabdeh3, Cavabdeh2, Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “cavabdеhlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 müştərək qaydada 019R********** nömrəli krеdit razılaşması üzrə 994,78 manat məbləğində krеdit bоrcu, 491,84 manat məbləğində faiz bоrcu və 403,37 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 1889,99 manat məbləğində bоrcun, ödənilmiş 60 manat məbləğində mediasiya xərcinin tutulması” barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərə baxaraq hesab edir ki, iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, hazırki işin məhkəmə araşdırması zamanı Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilmiş məlumatla müəyyən edilmişdir ki, iş üzrə cavabdeh, yəni əsas borclu olan Cavabdeh2 xx.xx.2021-ci il tarixdə, yəni iddiaçının məhkəməyə müraciət etdiyi xx.xx.2023-cü il tarixdən öncə ölmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 25.1 və 25.2-ci maddələrinə əsasən fiziki şəxsin mülki hüquq qabiliyyəti insanın mülki hüquqlara malik olmaq və mülki hüquq vəzifələri daşımaq qabiliyyətidir. Bütün fiziki şəxslərin mülki hüquq qabiliyyəti eyni dərəcədə tanınır. Fiziki şəxsin hüquq qabiliyyəti onun doğulduğu an əmələ gəlir və ölümü ilə xətm edilir. Beyinin fəaliyyətinin dayanması ölüm anı sayılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür ki, məhkəmə müraciət edilməzdən öncə ölmüş şəxsə qarşı irəli sürülmüş iddia tələbi mümkün olmamaqla yanaşı ölmüş şəxsin Mülki Prosessual Məcəllənin 48 və 49-cu maddələrində təsbit olunmuş mülki prosessual hüquq qabiliyyəti və mülki prosessual fəaliyyət qabiliyyəti mövcud deyil. Ona görə də, ölmüş şəxsə qarşı irəli sürülmüş mübahisəyə mahiyyəti üzrə baxılması prosessual baxımdan qeyri-mümkündür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2.2-ci maddəsinə əsasən, iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları) iddia ərizəsində göstərilməlidr. Hazırki iş üzrə iddiaçı ölmüş şəxsə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir ki, bununla da Mülki Prosessual Məcəllənin 149.2.2-ci maddəsinin tələblərinə əməl etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Bundan başqa məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən iş üzrə digər Cavabdeh3 münasibətdə qanunvericiliyin çatdırılma ilə bağlı tələblərinə əməl edilməmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 150.1.4-cü maddəsinə əsasən bu Məcəllənin 150.2-ci maddəsinə uyğun olaraq kommersiya mübahisələri üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin surətinin və ona əlavə edilmiş sənədlərin alınması haqqında sənəd iddia ərizəsinə əlavə edilir. 150.2-ci maddəsinə əsasən kommersiya mübahisələri üzrə elektron qaydada verilən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər işdə iştirak edən digər şəxslərin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir və bu barədə məlumat elektron qaydada (elektron poçt və SMS vasitəsilə) onlara çatdırılır. Əgər sahibkar olan cavabdeh “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçməmişsə, bu halda kommersiya mübahisələri üzrə elektron qaydada verilən iddia ərizəsi barədə bildiriş və “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmə qaydasına dair məlumat həmin şəxsin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir və bu barədə məlumat elektron qaydada (elektron poçt və SMS vasitəsilə) ona çatdırılır. Cavabdeh qeyri-rezident olduğu halda iddia ərizəsi və ona əlavə edilmiş sənədlər onun nümayəndəsinin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir. “Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2021-ci il 9 iyul tarixli 363-VİQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 22 yanvar tarixli 265 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin xx.xx.2021-ci il tarixli 1403 nömrəli Fərmanına əsasən Mülki Prosessual Məcəllənin 150.2-ci maddəsində “orqanın (qurumun) informasiya sistemi” dedikdə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin X1 Sistemi nəzərdə tutulur. Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilmiş məlumatdan görünür ki, Cavabdeh3 Dövlət X1 Sistemində yaradılmış VÖEN-i mövcuddur. Belə olan halda iddia ərizəsi və ona əlavə sənədlərin çatdırılması Mülki Prosessual Məcəllənin 150.2-ci maddəsinin tələblərinə uyğun həyata keçirilməli olmasına baxmayaraq sonuncuya iddia ərizəsi və əlaqədar sənədlər poçt vasitəsilə çatdırılmış və bununla da iddia ərizəsi və ona əlavə sənədlərin çatdırılması ilə bağlı qanunvericliyin tələblərinə əməl edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.4-cü maddələrinə əsasən kommersiya mübahisələri üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin alınmasına dair sübut təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ölmüş şəxsə qarşı tələblə məhkəməyə müraciət edildiyindən, eləcə də, Cavabdeh3 münasibətdə Mülki Prosessual Məcəllənin 150.2-ci maddəsinin tələblərinə əməl edilmədiyindən iddia ərizəsi və əlaqədar sənədlər iddiaçıya qaytarılmalıdır. Sonda məhkəmə onu da qeyd edir ki, Şəki Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(117)-1149/2023 nömrəli qərardadı ilə eyni əsaslarla hazırki iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin iddiaçıya qaytarılmasına baxmayaraq iddia ərizəsinin geri qaytarılmasına səbəb olmuş hallar aradan qaldırılmadan təkrar eyni iddia ərizəsi ilə məhkəməyə müraciət olunmuş və bu halda məhkəmənin iş vaxtının əsassız alınmasına gətirib çıxarır ki, bu da qanunvericiliklə yolverilməzdir. İddiaçının diqqətinə çatdırılır ki, ölmüş əsas borclunun vərəsələrini iş üzrə icraata cəlb edərək onlara qarşı qanunvericiliyin tələblərinə (eyni zamanda Mülki Prosessual Məcəllənin 150.2-ci maddəsinin tələblərinə) əməl etməklə ümumi qaydada yenidən məhkəməyə müraciət edə bilər. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı : İddiaçı QSC-nin cavabdehlər Cavabdeh3, Cavabdeh2, Cavabdeh1 qarşı “cavabdеhlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 müştərək qaydada 019R********** nömrəli krеdit razılaşması üzrə 994,78 manat məbləğində krеdit bоrcu, 491,84 manat məbləğində faiz bоrcu və 403,37 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 1889,99 manat məbləğində bоrcun, ödənilmiş 60 manat məbləğində mediasiya xərcinin tutulması” barədə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki Kommersiya Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Hakim: Rüfət Məcidov
Məhkəmə qərarları › İş №e-2-2(117)-1423/2023
Şəki Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(117)-1423/2023
15.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver