Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № e-2-2(117)-1427/2022 20.09.2022 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Hüseynov Mübariz Rahil oğlu, İddiaçı ASC-nin Cavabdeh, Cavabdeh və Zamin1 qarşı cavabdehlərdən müştərək qaydada 9090 manat məbləğində əsas borc və 3358,56 manat faiz borcu olmaqla, cəmi 12448,56 manat borcun və 100 manat məbləğində ödənilmiş mediasiyaya dair xərcinin və əlavə olaraq məhkəməyə ödənilmiş 27,75 manat məbləğində dövlət rüsumunun tutularaq ”Expressbank” ASC-yə ödənilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlərə baxaraq, müəyyən etdi: İddiaçı ASC Cavabdeh, Cavabdeh və Zamin1 qarşı cavabdehlərdən müştərək qaydada 9090 manat məbləğində əsas borc və 3358,56 manat faiz borcu olmaqla, cəmi 12448,56 manat borcun və 100 manat məbləğində ödənilmiş mediasiyaya dair xərcinin və əlavə olaraq məhkəməyə ödənilmiş 27,75 manat məbləğində dövlət rüsumunun tutularaq ”Expressbank” ASC-yə ödənilməsi” barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ərizəyə əlavə olunmuş sənədləri araşdırıb hesab edir ki, iddia ərizəsi və ərizəyə əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Belə ki, MPM-in: 150.2-ci maddəsinə əsasən, kommersiya mübahisələri üzrə elektron qaydada verilən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər işdə iştirak edən digər şəxslərin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir və bu barədə məlumat elektron qaydada (elektron poçt və SMS vasitəsilə) onlara çatdırılır. Əgər sahibkar olan cavabdeh “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçməmişsə, bu halda kommersiya mübahisələri üzrə elektron qaydada verilən iddia ərizəsi barədə bildiriş və “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmə qaydasına dair məlumat həmin şəxsin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir və bu barədə məlumat elektron qaydada (elektron poçt və SMS vasitəsilə) ona çatdırılır. Cavabdeh qeyri-rezident olduğu halda iddia ərizəsi və ona əlavə edilmiş sənədlər onun nümayəndəsinin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir. 150.1.6-cı maddəsinə əsasən, müqavilə ilə və ya həmin kateqoriya mübahisələr üçün qanunda bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən sənəd (kommersiya mübahisələri üzrə həmin sənədlər bu Məcəllənin 150.2-ci maddəsinə uyğun olaraq verilir) iddia ərizəsinə əlavə edilir. İddia ərizəsi və ona əlavə olunmuş sənədlərin araşdırılması zamanı müəyyən olunmuşdur ki, iddiaçı məhkəməyə müraciət etməzdən əvvəl pretenziya məktubununun elektron qaydada cavabdehə çatdırılmasını təmin etməmişdir. Belə ki, tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli kredit müqaviləsinin 11.1-ci bəndinə əsasən tərəflər arasında yaranmış mübahisə ilkin olaraq qarşılıqlı razılıq yolu ilə həll edilir. İddia ərizəsinin elektron qaydada cavabdehə təqdim edilməsi müəyyən edilsə də, müqaviləsinin 11.1-ci bəndinə qeyd edilən qarşılıqlı razılığa gəlmək ilə bağlı pretenziyaın olmasını təsdiq edən sənədin elektron qaydada cavabandehə təqdim edilməsi iş materiallarından müəyyən edilmir. Ona görə də iddiaçı ilkin olaraq mübahisənin məhkəmədən kənar qaydada həll edilməsi ilə bağlı pretenziya məktubunu elektron kabineti olan cavabdehə elektron kabinet vasitəsilə göndərilməsini, elektron kabineti olmayan digər cavabdehlərə poçt vasitəsilə göndərilməsini sübut edən sənədləri iddia ərizəsinə əlavə etməlidir. Yuxarıda şərh olunanlara əsasən məhkəmə hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər qaytarılmalıdır. Məhkəmə tərəfindən iddiaçının diqqətinə çatdırılır ki, yuxarıda göstərilən çatışmazlıqlar aradan qaldırıldıqdan sonra (“Elektron Məhkəmə İnformasiya Sistemində” yaradılmış elektron kabinet vasitəsilə) yenidən ümumi qaydada iddia ərizəsi ilə məhkəməyə müraciət edə bilər. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı ASC-nin Cavabdeh, Cavabdeh və Zamin1 qarşı cavabdehlərdən müştərək qaydada 9090 manat məbləğində əsas borc və 3358,56 manat faiz borcu olmaqla, cəmi 12448,56 manat borcun və 100 manat məbləğində ödənilmiş mediasiyaya dair xərcinin və əlavə olaraq məhkəməyə ödənilmiş 27,75 manat məbləğində dövlət rüsumunun tutularaq ”Expressbank” ASC-yə ödənilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. Qərardaddan, surəti rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Şəki Kommersiya Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Hakim: Mübariz Hüseynov
Məhkəmə qərarları › İş №e-2-2(117)-1427/2022
Şəki Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(117)-1427/2022
20.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver