Məhkəmə qərarları › İş №e-2-2(117)-1427/2023

Şəki Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(117)-1427/2023

19.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № e-2-2(117)-1427/2023 19.12.2023 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Məcidov Rüfət Azadəli oğlu, İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh4, Cavabdeh2, Cavabdeh3 qarşı “Cavabdeh1 ilə bağlanmış xx.xx.2020-ci il tarixli 007R********** nömrəli krеdit razılaşmasının və xx.xx.2020-ci il tarixli 007R**********S nömrəli sazişin ləğv edilməsi, cavabdеhlərdən müştərək qaydada 007R********** nömrəli krеdit razılaşması üzrə 8393,58 manat məbləğində krеdit bоrcu, 2025,19 manat məbləğində faiz bоrcu və 2259,2 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 12677,97 manat məbləğində bоrcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 128,03 manat məbləğində dövlət rüsumunun tutulması” tələbinə dair iddia ərizəsinə və ona əlavə olunmuş sənədlərə baxaraq, müəyyən etdi: İddiaçı QSC cavabdehlər Cavabdeh1, Cavabdeh4, Cavabdeh2, Cavabdeh3 qarşı ərizə ilə məhkəməyə müraciət edərək “Cavabdeh1 ilə bağlanmış xx.xx.2020-ci il tarixli 007R********** nömrəli krеdit razılaşmasının və xx.xx.2020-ci il tarixli 007R**********S nömrəli sazişin ləğv edilməsi, cavabdеhlərdən müştərək qaydada 007R********** nömrəli krеdit razılaşması üzrə 8393,58 manat məbləğində krеdit bоrcu, 2025,19 manat məbləğində faiz bоrcu və 2259,2 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 12677,97 manat məbləğində bоrcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 128,03 manat məbləğində dövlət rüsumunun tutulması” barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsi və ona əlavə edilmiş sənədləri araşdırıb hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, hazırki işin məhkəmə araşdırması zamanı Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilmiş məlumatla müəyyən edilmişdir ki, iş üzrə cavabdeh, yəni Cavabdeh3 xx.xx.2020-ci il tarixdə, yəni iddiaçının məhkəməyə müraciət etdiyi xx.xx.2023cü il tarixdən öncə ölmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 25.1 və 25.2-ci maddələrinə əsasən fiziki şəxsin mülki hüquq qabiliyyəti insanın mülki hüquqlara malik olmaq və mülki hüquq vəzifələri daşımaq qabiliyyətidir. Bütün fiziki şəxslərin mülki hüquq qabiliyyəti eyni dərəcədə tanınır. Fiziki şəxsin hüquq qabiliyyəti onun doğulduğu an əmələ gəlir və ölümü ilə xətm edilir. Beyinin fəaliyyətinin dayanması ölüm anı sayılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür ki, məhkəmə müraciət edilməzdən öncə ölmüş şəxsə qarşı irəli sürülmüş iddia tələbi mümkün olmamaqla yanaşı ölmüş şəxsin Mülki Prosessual Məcəllənin 48 və 49-cu maddələrində təsbit olunmuş mülki prosessual hüquq qabiliyyəti və mülki prosessual fəaliyyət qabiliyyəti mövcud deyil. Ona görə də, ölmüş şəxsə qarşı irəli sürülmüş mübahisəyə mahiyyəti üzrə baxılması prosessual baxımdan qeyri-mümkündür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2.2-ci maddəsinə əsasən iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları) iddia ərizəsində göstərilməlidr. Hazırki iş üzrə iddiaçı ölmüş şəxsə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir ki, bununla da Mülki Prosessual Məcəllənin 149.2.2-ci maddəsinin tələblərinə əməl etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Məhkəmə tərəfindən iddiaçının diqqətinə çatdırılır ki, yuxarıda göstərilən çatışmazlıqlar aradan qaldırıldıqdan sonra yenidən ümumi qaydada iddia ərizəsi ilə məhkəməyə müraciət edə bilər. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 266-268-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh4, Cavabdeh2, Cavabdeh3 qarşı “Cavabdeh1 ilə bağlanmış xx.xx.2020-ci il tarixli 007R********** nömrəli krеdit razılaşmasının və xx.xx.2020-ci il tarixli 007R**********S nömrəli sazişin ləğv edilməsi, cavabdеhlərdən müştərək qaydada 007R********** nömrəli krеdit razılaşması üzrə 8393,58 manat məbləğində krеdit bоrcu, 2025,19 manat məbləğində faiz bоrcu və 2259,2 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 12677,97 manat məbləğində bоrcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 128,03 manat məbləğində dövlət rüsumunun tutulması” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki Kommersiya Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Hakim: Rüfət Məcidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar