Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-1444/2024 21.11.2024 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Hüseynov Mübariz Rahil oğlunun sədrliyi, Mövsümova Günel Namizət qızının katibliyi ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qarşı “cavabdehlərdən müştərək qaydada 027R********** saylı kredit razılaşması üzrə 12229.86 manat kredit borcu, 965.1 manat faiz borcu, 472.32 manat cərimə borcu, 027R********** saylı kredit razılaşması üzrə 20911.94 manat kredit borcu, 1675.7 manat faiz borcu, 1089.94 manat cərimə borcu olmaqla, hər iki müqavilə üzrə ümumilikdə 37334,86 manat məbləğində borcun və ödənilmiş 202 manat dövlət rüsumunun tutulması” tələbi üzrə mübahisəyə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2022-ci il tarixli 027L**********21 saylı uzunmüddətli kredit müqaviləsinə əsasən bank tərəfindən cavabdehə 120 ay müddətinə 100 000 manat məbləğində kredit xətti açılmışdır. Bu müqaviləyə əsasən veriləcək məbləğ və müddət ayrıca kredit razılaşması ilə müəyyən olunur. xx.xx.2022-ci il tarixli 027S**********01 nömrəli (zamin Cavabdeh2) və 027S**********02 nömrəli (zamin Cavabdeh3) zaminlik müqavilələrinin 1.1-ci bəndinə əsasən zaminlər borclunun uzunmüddətli kredit müqaviləsindən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün zamin bank qarşısında tam məsuliyyəti öz üzərinə götürür və borclu ilə birlikdə bank qarşısında birgə məsuliyyət daşıyır. 4.1-ci bəndinə əsasən, bu müqavilə imzalandığı tarixdən qüvvəyə minir və uzunmüddətli kredit müqaviləsinin müddəti bitdikdən sonra 3 il müddətində qüvvədədir.. Uzunmüddətli kredit müqaviləsi üzrə xx.xx.2022-ci il tarixli 027R********** nömrəli kredit razılaşmasına əsasən bank məbləği 30 000 manat olan krediti aylıq faiz dərəcəsi 1.75% olmaqla 24 ay müddətinə kredit alana vermişdir. Uzunmüddətli kredit müqaviləsi üzrə xx.xx.2023-cü il tarixli 027R********** nömrəli kredit razılaşmasına əsasən bank məbləği 28 000 manat olan krediti aylıq faiz dərəcəsi 1.5833% olmaqla 24 ay müddətinə kredit alana vermişdir. Cavabdeh1 üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmiş və onun 027R********** saylı kredit razılaşması üzrə 12229.86 manat kredit borcu, 965.1 manat faiz borcu, 472.32 manat cərimə borcu, 027R********** saylı kredit razılaşması üzrə 20911.94 manat kredit borcu, 1675.7 manat faiz borcu və 1089.94 manat cərimə borcu qalmışdır. Bu hal xx.xx.2024-cü il tarixli maliyyə arayışları və hesabdan çıxarışla təsdiq olunur. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilmiş, iddiaçının nümayəndəsi elektron kabinet vasitəsilə ərizə ilə məhkəməyə müraciət edərək işə iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsini xahiş etmiş, cavabdehlər bunun üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxmışdır. İddiaçı tərəfindən elektron qaydada icraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: Uzunmüddətli kredit müqaviləsi, kredit razılaşmaları, zaminlik müqavilələri, hesabdan çıxarış, maliyyə arayışı və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Müki Məcəlləsi ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər (Azərbaycan Respublikası Mülki Məcəlləsi maddə - 385.1, 386.1, 442, 445.2, 448.1, 470.1, 472.1, 739.2). Tələbin “027R********** saylı kredit razılaşması üzrə 12229.86 manat əsas borcun, 965.1 manat faiz borcu, 027R********** saylı kredit razılaşması üzrə isə 20911.94 manat əsas borcun və 1675.7 manat faiz borcunun tutulması” hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, iddia bu hissədə əsaslıdır və təmin edilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, xx.xx.2022-ci il tarixdə İddiaçı QSC ilə Cavabdeh1 arasında uzunmüddətli kredit müqaviləsi əsasında 027R********** nömrəli kredit razılaşması bağlanmışdır. Həmin razılaşmaya əsasən bank tərəfindən Cavabdeh1 24 ay müddətinə, aylıq faiz dərəcəsi 1.75% оlmaqla 30000 manat məbləğində kredit verilmişdir. xx.xx.2023-cü il tarixdə İddiaçı QSC ilə Cavabdeh1 arasında uzunmüddətli kredit müqaviləsi əsasında 027R********** nömrəli kredit razılaşması bağlanmışdır. Həmin razılaşmaya əsasən bank tərəfindən Cavabdeh1 24 ay müddətinə, aylıq faiz dərəcəsi 1.5833% оlmaqla 28000 manat məbləğində kredit verilmişdir. Cavabdeh1 üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmiş və onun 027R********** saylı kredit razılaşması üzrə 12229.86 manat kredit borcu, 965.1 manat faiz borcu, 027R********** saylı kredit razılaşması üzrə 20911.94 manat kredit borcu, 1675.7 manat faiz borcu qalmışdır. Bu hal xx.xx.2024-cü il tarixli maliyyə arayışları və hesabdan çıxarışlarla təsdiq olunur. Bu səbəbdən 027R********** saylı kredit razılaşması üzrə 12229.86 manat kredit borcu, 965.1 manat faiz borcu, 027R********** saylı kredit razılaşması üzrə 20911.94 manat kredit borcu, 1675.7 manat faiz borcu cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə tələbin 027R********** saylı kredit razılaşması üzrə 472.32 manat cərimə borcunun, 027R********** saylı kredit razılaşması üzrə isə 1089.94 manat cərimə borcunun ödənilməsi hissəsinə münasibətdə qeyd edir ki, iddia bu hissədə qismən təmin edilməlidir. Belə ki, dəbbə pulu (cərimə, penya) qanunla və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər (Mülki Məcəllə maddə - 462.1, 462.3, 467)... Məhkəmə tərəflərin mənafelərini nəzərə alıb tənasübsüz yüksək müəyyən edilən cərimə məbləğinin müvafiq olaraq 027R********** saylı kredit razılaşması üzrə 100 manat və 027R********** saylı kredit razılaşması üzrə 200 manat həddində təmin edilməsini ədalətli və qanuni hesab edir. Şərh olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, zaminlik müqavilələrinin 1.1ci bəndinə əsasən zaminlər və borclu kreditor qarşısında birgə məsuliyyət daşıdığından və cavabdeh kredit alan Cavabdeh1 hər iki kredit razılaşması üzrə öhdəliklərini lazımınca yerinə yetirmədiyindən cavabdehlərdən müştərək qaydada 027R********** saylı kredit razılaşması üzrə 12229.86 manat əsas bоrc, 965.1 manat faiz bоrcu və 100 manat cərimə borcu; 027R********** saylı kredit razılaşması üzrə isə 20911.94 manat əsas bоrc, 1675.7 manat faiz bоrcu və 200 manat cərimə borcu tutularaq iddiaçıya ödənilməli, iddia tələbi qalan hissələrdə rədd edilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi Azərbaycan Respublikası Müki Məcəlləsinin 119-cu maddəsinə əsasən həll edilir. xx.xx.2021-ci il tarixdən qüvvədə olan “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci və 8.2-ci maddələrinə əsasən hazırki iş üzrə iddianın qiymətinə əsasən ödənilməli dövlət rüsumu 202 manat olmalıdır. İddia tələbi əsas borca münasibətdə təmin edildiyindən və iddiaçı tərəfindən büdcəyə ödənilmiş 202 manat dövlət rüsumu cavabdehlərdən tələb edildiyindən 202 manat dövlət rüsumu cavabdehlərdən tutularaq iddiaçıya ödənilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 müştərək qaydada 027R********** saylı kredit razılaşması üzrə 12229.86 manat əsas, 965.1 manat faiz borcu, 100 manat cərimə borcu, 027R********** saylı kredit razılaşması üzrə 20911.94 manat əsas, 1675.7 manat faiz borcu, 200 manat cərimə borcu və 202 manat dövlət rüsumu tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilsin. İddia qalan hissələrdə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Mübariz Hüseynov
Məhkəmə qərarları › İş №e-2-2(117)-1444/2024
Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-1444/2024
21.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver