Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-1456/2024 20.11.2024 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Hüseynov Mübariz Rahil oğlunun sədrliyi, Əliyeva Mələk Rəfail qızının katibliyi, iddiaçı "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə1 iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MMC-yə qarşı “cavabdehlərdən müştərək qaydada iddiaçı "xxxx" ASC-nin хеyrinə 2596-KQ nömrəli, xx.xx.2023-cü il tarixli Əlavə Kredit Müqaviləsi üzrə 50,000 manat əsas borc, 631.95 manat müqavilə müddəti bitdikdən sonra gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış faiz borcu və 776.39 manat cərimə faizi olmaqla, cəmi 51408.34 manat və 3907-KQ nömrəli, xx.xx.2023-cü il tarixli Əlavə Kredit Müqaviləsi üzrə 50,000 manat əsas borc, 3,833.33 manat faiz borcu və 3,208.34 manat cərimə faizi olmaqla, cəmi 57,041.67 manat məbləğində kredit borcunun, habelə ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatına alınması üçün ödənilmiş ümumilikdə 51 manat məbləğində dövlət rüsumunun və xidmət haqqının və iddia irəli sürülərkən iddiaçı tərəfindən ödənilmiş 398.52 manat dövlət rüsumu və 0.40 manat xidmət haqqının tutulması, tutmanın ipoteka predmeti olan Cavabdeh1 məxsus ünvan 1 ünvanında olan 0.07 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 2 mərtəbəli, 149.3 kv.m ümumi, 83.4 kv.m yaşayış, 65.9 kv.m yardımçı sahədən ibarət 4 otaqlı fərdi yaşayış evi (yüklülük çıxarışının qeydiyyat nömrəsi: **********, qeydiyyat tarixi: xx.xx.2022) yönəldilməsi, həmin əmlakın ilkin satış qiyməti (likvid qiymət) müəyyən edilməklə, əmlakın açıq hərracdan satılması, satışdan əldə olunan vəsaitin ümumi borca ödənilməsi, ipoteka predmetinin satışdan əldə olunacaq vəsait iddiaçının tələblərini ödəməyə kifayət etmədikdə qalan məbləğin cavabdehlər Cavabdeh2 MMC-dən və Cavabdeh1 müştərək qaydada tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməsi” tələbi üzrə mübahisəyə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq qətnamə qəbul etdi. Təsviri hissə: İddiaçı "xxxx" ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MMC-yə qarşı “cavabdehlərdən müştərək qaydada iddiaçı "xxxx" ASC-nin хеyrinə 2596-KQ nömrəli, xx.xx.2023-cü il tarixli Əlavə Kredit Müqaviləsi üzrə 50,000 manat əsas borc, 298.62 manat müqavilə müddəti bitdikdən sonra gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış faiz borcu və 776.39 manat cərimə faizi olmaqla, cəmi 51,075.01 manat və 3907-KQ nömrəli, xx.xx.2023-cü il tarixli Əlavə Kredit Müqaviləsi üzrə 50,000 manat əsas borc, 3,833.33 manat faiz borcu və 3,208.34 manat cərimə faizi olmaqla, cəmi 57,041.67 manat məbləğində kredit borcunun, habelə ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatına alınması üçün ödənilmiş ümumilikdə 51 manat məbləğində dövlət rüsumunun və xidmət haqqının və iddia irəli sürülərkən iddiaçı tərəfindən ödənilmiş 398.52 manat dövlət rüsumu və 0.40 manat xidmət haqqının tutulması, tutmanın ipoteka predmeti olan Cavabdeh1 məxsus ünvan 1 ünvanında olan 0.07 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 2 mərtəbəli, 149.3 kv.m ümumi, 83.4 kv.m yaşayış, 65.9 kv.m yardımçı sahədən ibarət 4 otaqlı fərdi yaşayış evi (yüklülük çıxarışının qeydiyyat nömrəsi: **********, qeydiyyat tarixi: xx.xx.2022) yönəldilməsi, həmin əmlakın ilkin satış qiyməti (likvid qiymət) müəyyən edilməklə, əmlakın açıq hərracdan satılması, satışdan əldə olunan vəsaitin ümumi borca ödənilməsi, ipoteka predmetinin satışdan əldə olunacaq vəsait iddiaçının tələblərini ödəməyə kifayət etmədikdə qalan məbləğin cavabdehlər Cavabdeh2 MMC-dən və Cavabdeh1 müştərək qaydada tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. xx.xx.2024-cü il tarixində iddiaçı tərəf iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət etmiş və iddia tələbinin 2596-KQ nömrəli, xx.xx.2023-cü il tarixli Əlavə Kredit Müqaviləsi üzrə 298.62 manat müqavilə müddəti bitdikdən sonra gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış faiz borcunun tutulması hissəsində məbləğin artırılaraq 631.95 manat qəbul edilməsini məhkəmədən xahiş etmişdir. xx.xx.2022-ci il tarixdə "xxxx" ASC ilə Cavabdeh2 MMC arasında bağlanmış 3163/ƏKM nömrəli əsas kredit müqaviləsinə əsasən sonuncuya 60 ay müddətinə 350000 manat məbləğində bərpa olunan kredit limiti açılmışdır. Əsas kredit müqaviləsinin 2.1-ci bəndinə əsasən borc alan krediti müvafiq əlavə kredit müqaviləsində nəzərdə tutulmuş şərtlərlə və qaydada qaytarmağı və kreditə görə hesablanmış faziləri borc verənə ödəməyi öhdəsinə götürür. Həmin müqavilənin 8.2-ci bəndinə əsasən əlavə kredit müqaviləsində başqa qayda nəzərdə tutulmadığı halda borc alan tərəfindən kredit üzrə əsas borcun tam məbləğinin və ya onun bir hissəsinin qaytarılması müddətləri pozulduqda, borc verən tərəfindən borc alana gecikdirilmiş əsas borc məbləğinə gecikdirmənin hər günü üçün müvafiq əlavə kredit müqaviləsində kreditdən istifadəyə görə müəyyən olunmuş illik faiz dərəcəsinin 1 misli miqdarında illik faiz dərəcəsi ilə penya hesablana bilər. Bundan sonra əsas kredit müqaviləsi daxilində bankla borclu arasında bağlanmış 2596-KQ nömrəli, xx.xx.2023-cü il tarixli Əlavə Kredit Müqaviləsinə əsasən borc alana 12 ay müddətinə, illik faiz dərəcəsi 13% olmaqla 50 000 manat məbləğində kredit verilmişdir. Eyni zamanda əsas kredit müqaviləsi daxilində bankla borclu arasında bağlanmış 3907-KQ nömrəli, xx.xx.2023-cü il tarixli Əlavə Kredit Müqaviləsinə əsasən borc alana 12 ay müddətinə, illik faiz dərəcəsi 15% olmaqla 50 000 manat məbləğində kredit verilmişdir. Bankla Cavabdeh1 arasında bağlanmış xx.xx.2022-ci il tarixli 3163-İZG/1 nömrəli zaminlik müqaviləsinə əsasən zaminliklə təmin edilən öhdəlik xx.xx.2022-ci il tarixdə "xxxx" ASC ilə Cavabdeh2 MMC arasında bağlanmış 3163/ƏKM nömrəli əsas kredit müqaviləsidir. Zaminlik müqaviləsinin 1.1-ci bəndinə əsasən zamin müqavilələr üzrə borc alanın bank qarşısında götürdüyü öhdəliklərin lazımınca icra edilməsi üçün borc alanla birgə qaydada məsuliyyət daşımağı öhdəsinə götürür. Bundan başqa xx.xx.2022-ci il tarixli 3163-İZG/2 nömrəli ipoteka müqaviləsinə əsasən ünvan 1 ünvanında olan 0.07 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 2 mərtəbəli, 149.3 kv.m ümumi, 83.4 kv.m yaşayış, 65.9 kv.m yardımçı sahədən ibarət 4 otaqlı fərdi yaşayış evi xx.xx.2022-ci il tarixdə "xxxx" ASC ilə Cavabdeh2 MMC arasında bağlanmış 3163/ƏKM nömrəli əsas kredit müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməsi üçün ipoteka ilə yüklü edilmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ********** nömrəli çıxarışdan göründüyü kimi ünvan 1 ünvanında olan 0.07 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 2 mərtəbəli, 149.3 kv.m ümumi, 83.4 kv.m yaşayış, 65.9 kv.m yardımçı sahədən ibarət 4 otaqlı fərdi yaşayış evi mülkiyyət hüququ ilə Cavabdeh1 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır, o cümlədən, ƏMDK DƏDRX-in Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan göründüyü kimi qeyd edilən əmlak "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə xx.xx.2022-ci il tarixdən başlayaraq 3163/ƏKM nömrəli əsas kredit müqaviləsinə əsasən 60 ay müddətinə ipoteka ilə yüklü edilmişdir. Məhkəmə tərəfindən qeyd edilən əmlakın likvid dəyərinin öyrənilməsi məqsədilə xx.xx.2024-cü il tarixində Caspian Valuation MMC-yə müraciət edilmişdir. Caspian Valuation şirkəti tərəfindən təqdim edilmiş mütəxəssis rəyinə əsasən ipoteka predmeti olan ünvan 1 ünvanında olan 0.07 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 2 mərtəbəli, 149.3 kv.m ümumi, 83.4 kv.m yaşayış, 65.9 kv.m yardımçı sahədən ibarət 4 otaqlı fərdi yaşayış evinin bazar dəyəri 118000 manat, likvid dəyəri 106000 manat təşkil edir. Məhkəməyə təqdim edilmiş maliyyə arayışından görünür ki, cavabdehin 2596-KQ nömrəli, xx.xx.2023-cü il tarixli Əlavə Kredit Müqaviləsi üzrə 50,000 manat əsas borc, 631.95 manat müqavilə müddəti bitdikdən sonra gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış faiz borcu və 776.39 manat cərimə faizi olmaqla borcu mövcuddur. Eyni zamanda digər maliyyə arayışından görünür ki, cavabdehin 3907-KQ nömrəli, xx.xx.2023-cü il tarixli Əlavə Kredit Müqaviləsi üzrə 50,000 manat əsas borc, 3,833.33 manat faiz borcu və 3,208.34 manat cərimə faizi olmaqla borcu mövcuddur. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq cavabdehlər məhkəmə iclasında iştirak etməmiş, cavabdehlər iştirak etməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 185-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxmışdır. Elektron qaydada icraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: Uzunmüddətli kredit müqaviləsi, kredit razılaşmaları, zaminlik müqavilələri, ipoteka müqaviləsi, daşınmaz əmlakın dövlət reyestrindən çıxarışlar, xəbərdarlıq məktubları, maliyyə arayışları, hesabdan çıxarışlar, Mütəxəssis rəyi və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi : Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Məhkəmə iddia tələbinin “2596-KQ nömrəli, xx.xx.2023-cü il tarixli Əlavə Kredit Müqaviləsi üzrə 50,000 manat əsas borc, 631.95 manat müqavilə müddəti bitdikdən sonra gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış faiz borcu, 3907-KQ nömrəli, xx.xx.2023cü il tarixli Əlavə Kredit Müqaviləsi üzrə 50,000 manat əsas borc, 3,833.33 manat faiz borcunun tutulması” hissəsinə münasibətdə qeyd edir ki, iddia tələbi bu hissədə qismən əsaslıdır və qismən təmin edilməlidir. Belə ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Müki Məcəlləsi ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər (Azərbaycan Respublikası Mülki Məcəlləsi maddə - 385.1, 386.1, 442, 445.2, 448.1, 470.1, 472.1, 739.2). Mülki Məcəllənin: 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; 445.2.2. icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi. 445.3. Əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o, icranı xatırlatma üzrə gecikdirmiş sayılır. Öhdəliyin icrası barədə iddia irəli sürülməsi, habelə icraya dair yazılı tələbin çatdırılması xatırlatmaya bərabər tutulur. 445.4. İcra üçün təqvim günü təyin edildikdə, əgər borclu təyin edilmiş vaxtadək öhdəliyi icra etməzsə, icranı xatırlatmasız gecikdirmiş sayılır. İcraya qədər öhdəlik ləğv edildikdə, əgər icra müddəti təyin edilmişsə və onu ləğvetmə anından təqvim üzrə hesablamaq mümkündürsə, eyni qayda qüvvədə olur. 445.5. Əgər öhdəlik borclunun təqsiri olmadan baş vermiş halların nəticəsində icra edilməzsə, bu, gecikdirmə sayılmır. 445.6. Borclu zərərin öhdəliyin vaxtında icrası zamanı da əmələ gələ biləcəyini sübuta yetirməzsə, təsadüfi hallar üçün də məsuliyyət daşıyır. 445.7. Bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, xx.xx.2022-ci il tarixdə "xxxx" ASC ilə Cavabdeh2 MMC arasında bağlanmış 3163/ƏKM nömrəli əsas kredit müqaviləsinə əsasən sonuncuya 60 ay müddətinə 350000 manat məbləğində bərpa olunan kredit limiti açılmışdır. Bundan sonra əsas kredit müqaviləsi daxilində bankla borclu arasında bağlanmış 2596-KQ nömrəli, xx.xx.2023-cü il tarixli Əlavə Kredit Müqaviləsinə əsasən borc alana 12 ay müddətinə, illik faiz dərəcəsi 13% olmaqla 50 000 manat məbləğində kredit verilmişdir. Eyni zamanda əsas kredit müqaviləsi daxilində bankla borclu arasında bağlanmış 3907-KQ nömrəli, xx.xx.2023-cü il tarixli Əlavə Kredit Müqaviləsinə əsasən borc alana 12 ay müddətinə, illik faiz dərəcəsi 15% olmaqla 50 000 manat məbləğində kredit verilmişdir. İddiaçı öz öhdəliklərini tam şəkildə yerinə yetirsə də, cavabdeh öhdəliklərini yerinə yetirməmiş və onun hər iki müqavilə üzrə ödənilməmiş borcu qalmışdır. Cavabdeh tərəfindən əsas və hesablanmış faiz borcuna münasibətdə konkret etiraz məhkəməyə təqdim edilməmiş, lakin borcun həcmi suallar doğurduğundan iş üzrə məhkəmə ekspertizasının təyin edilməsini xahiş etmişdir. Məhkəmə qeyd edir ki, kredit müqavilələri əsasən 3 aylıq tranşlar şəkilində qısamüddətli zaman üçün verilmiş kredit məbləğləridir. Həmçinin həmin kredit vəsaitləri üzrə faiz borcuna dair edilən ödənişlərin məbləği ortadadır və konkretdir. Bunun da adi hesablama qaydasında məhkəmə tərəfindən hesablanması mümkündür. Belə ki, iddiaçı xx.xx.2023-cü il tarixli müqavilə üzrə müqavilənin bitdiyi vaxtdan 91 gün müddət üçün 5 % fazilə hesablanan məbləğ olaraq 631.95 manat pul tələb edir. Məhkəmə müəyyən edir ki, xx.xx.2024-cü il tarixdə müqavilənin müddəti bitmiş, həmin tarixdən 2024-cü ilin avqust, sentyabr, oktyabr və noyabr ayının da 6-nadək 91 gün üçün hesablama aparmışdır. Hesablama 50000 x 5 :100= 2500 manat. 2500:365=6,85x91= 623,28 manat təşkil edər. Ona görə də iddiaçı 623,28 manat tələb etməkdə haqlıdır. Eyni zamanda əsas kredit müqaviləsi daxilində bankla borclu arasında bağlanmış 3907-KQ nömrəli, xx.xx.2023-cü il tarixli Əlavə Kredit Müqaviləsinə əsasən borc alana 12 ay müddətinə, illik faiz dərəcəsi 15% olmaqla 50 000 manat məbləğində kredit verilmişdir. İddiaçı həmin müqavilə üzrə 3,833.33 manat faiz borcu tələb edir. Məhkəmə qeyd edir ki, adi hesablama ilə faiz borcu gecikdirilən 184 gün üçün aşağıdakı qaydada sadə hesablama yolu ilə müəyyən edilmişdir ki, 50000x15:100=7500. 7500:365=20,5 manat günlük. 20,55x184=3781,2 manat təşkil edir. Ona görə də hesablama nəticəsində iddiaçı 3780,82 manat qeyd edilən müqavilə üzrə faiz borcu tələb edə bilər. Məhkəmə 2596-KQ nömrəli, xx.xx.2023-cü il tarixli Əlavə Kredit Müqaviləsi üzrə 776.39 manat məbləğində cərimə faizi və 3907-KQ nömrəli, xx.xx.2023-cü il tarixli Əlavə Kredit Müqaviləsi üzrə 3208.34 manat məbləğində cərimə faizinin ödənilməsi hissəsinə münasibətdə qeyd edir ki, iddia bu hissələrdə qismən təmin edilməlidir. Belə ki, dəbbə pulu (cərimə, penya) qanunla və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən, icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər (Mülki Məcəllə maddə - 462.1, 462.3, 467)... Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, borclu kredit borcunu ödəməsə də, iddiaçı vaxtında məhkəməyə müraciət etməmiş, cərimənin artmasına şüurlu surətdə şərait yaratmışdır. Bu səbəbdən də dəbbə pulunun artmasında iddiaçının təqsirini, tərəflərin əmlak vəziyyətini nəzərə alaraq məhkəmə hesab edir ki, cavabdehlərdən 2596- KQ nömrəli, xx.xx.2023-cü il tarixli Əlavə Kredit Müqaviləsi üzrə 200 manat cərimə borcu, 3907-KQ nömrəli, xx.xx.2023-cü il tarixli Əlavə Kredit Müqaviləsi üzrə 300 manat cərimə borcu tutularaq iddiaçıya ödənilməli, iddia qalan hissələrdə rədd edilməlidir. Məhkəmə iddia tələbinin “tutmanın ipoteka predmeti olan Cavabdeh1 məxsus ünvan 1 ünvanında olan 0.07 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 2 mərtəbəli, 149.3 kv.m ümumi, 83.4 kv.m yaşayış, 65.9 kv.m yardımçı sahədən ibarət 4 otaqlı fərdi yaşayış evi (yüklülük çıxarışının qeydiyyat nömrəsi: **********, qeydiyyat tarixi: xx.xx.2022) yönəldilməsi, həmin əmlakın ilkin satış qiyməti (likvid qiymət) müəyyən edilməklə, əmlakın açıq hərracdan satılması, satışdan əldə olunan vəsaitin ümumi borca ödənilməsi” hissəsinə münasibətdə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1-ci maddəsinə əsasən girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. İpoteka haqqında Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. 39.3.3-cü maddəsinə əsasən ipoteka predmetinin ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Məhkəmə araşdırması zamanı müəyyən edildiyi kimi cavabdeh müqavilə üzrə öhdəliyini yerinə yetirmədiyindən iddiaçıya borcu yaranmış və bu səbəbdən də məhkəmə hesab edir ki, iddiaçı tələbin ipoteka predmetinə yönəldilməsini tələb etməkdə haqlıdır. xx.xx.2022-ci il tarixli 3163-İZG/2 nömrəli ipoteka müqaviləsinə əsasən ünvan 1 ünvanında olan 0.07 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 2 mərtəbəli, 149.3 kv.m ümumi, 83.4 kv.m yaşayış, 65.9 kv.m yardımçı sahədən ibarət 4 otaqlı fərdi yaşayış evi xx.xx.2022-ci il tarixdə "xxxx" ASC ilə Cavabdeh2 MMC arasında bağlanmış 3163/ƏKM nömrəli əsas kredit müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməsi üçün ipoteka ilə yüklü edilmişdir. Eyni zamanda məhkəmə hesab edir ki, ipoteka predmeti olan əmlakın ilkin satış (likvid) qiyməti, əmlakın likvid dəyəri ilə götürülərək 106 000 manat məbləğində müəyyən edilməli və həmin əmlak açıq hərraclar vasitəsi ilə satılmalıdır. Belə ki, İpoteka haqqında Qanunun 1.0.9-cu maddəsinə əsasən ilkin satış qiyməti - bu Qanunun tələblərinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir. Bundan başqa iddia tələbinin “ipoteka predmetinin satışdan əldə olunacaq vəsait iddiaçının tələblərini ödəməyə kifayət etmədikdə qalan məbləğin cavabdehlər Cavabdeh2 MMC-dən və Cavabdeh1 müştərək qaydada tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməsi” hissəsinə münasibətdə məhkəmə hesab edir ki, iddia bu hissədə rədd edilməlidir. Belə ki, İpoteka haqqında Qanunun 47.5-ci maddəsinə əsasən ipoteka predmetinin satışından götürülən məbləğ ipoteka saxlayanın tələbinin ödənilməsi üçün yetərli deyildirsə, o, çatışmayan məbləği, əgər ipoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun başqa əmlakından almaq hüququna malikdir. Bu halda ipoteka saxlayanın ipotekaya əsaslanan üstünlük hüququ yoxdur. Əgər satışdan götürülən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ ipoteka qoyana qaytarılmalıdır. Göründüyü kimi satışdan əldə olunan vəsaitin borcun ödənilməsinə kifayət etməməsi halına dair qanunvericiliyin tənzimləməsi mövcuddur ki, belə olduğu təqdirdə icra qurumu tərəfindən məhkəmə qətnaməsinin pulun tutulması hissəsinə münasibətdə icra tədbirləri davam etdirilir. Məhkəmə yalnız pulun tutulması və tutulmanın ipoteka predmetinə yönəldilməsi ilə bağlı mübahisəyə baxmalıdır. Digər məsələlər isə “İcra Haqqında” və “İpoteka haqqında” Qanunların tələbi baxımından icra qaydasında həllini tapan məsələlərdir. Məhkəmə qətnaməsi özündə mübahisə edilən hüquq münasibətləri ilə bağlı ehtimallara deyil, mövcud vəziyyətə əsaslanmalı olduğundan məhkəmə hesab edir ki, iddia qiymət verilən hissədə rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 115.0.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. 116.2-ci maddəsinə əsasən məhkəmənin tapşırığı ilə gördükləri işlər ekspertlərin və mütəxəssislərin xidməti vəzifəsinə aid deyildirsə, onlar gördükləri işlərin əvəzinə haqq alırlar. Ödənilən haqqın, yaşayış sahəsinin icarə haqqının məbləği məhkəmə tərəfindən işdə iştirak edən şəxslərin razılığı ilə məntiqli həddə müəyyən edilir. Bu səbəbdən də məhkəmə hesab edir ki, ipoteka predmetinin qiymətləndirilməsi üçün məhkəmənin təşəbbüsü ilə aparılmış tədqiqatın dəyəri olan 300 manat tərəflərdən bərabər miqdarda tutularaq Caspian Valuation şirkətinin hesabına ödənilməlidir. Eyni zamanda ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 51 manat dövlət rüsumu və 0.40 manat xidmət haqqı da cavabdehlərdən tutularaq iddiaçıya ödənilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi Azərbaycan Respublikası Müki Məcəlləsinin 119-cu maddəsinə əsasən həll edilir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 112.1.10-cu maddəsinə əsasən bir neçə müstəqil tələbdən ibarət olan iddialarda iddianın qiyməti bütün tələblərin ümumi məbləği ilə müəyyən edilir. xx.xx.2021-ci il tarixdən qüvvədə olan “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci və 8.2-ci maddələrinə əsasən hazırki iş üzrə iddianın qiymətinə əsasən ödənilməli dövlət rüsumu 398.52 manat olmalıdır. İddia tələbi qismən təmin edilsə də, məhkəmə cərimə məbləğinə münasibətdə qanunvericiliklə ona verilmiş hüquqdan istifadə edərək cəriməni azaltmış və tələbin hərracdan əldə olunmuş vəsaitin borcun tam ödənilməsinə kifayət etmədiyi halda qalan məbləğin cavabdehlərdən tutulmasına münasibətdə iddianı qismən təmin etmişdir. İddiaçı tərəfindən 398.52 manat dövlət rüsumu dövlət büdcəsinə ödənildiyindən və ödədiyi həmin dövlət rüsumunu tələb etdiyindən 398.52 manat dövlət rüsumu cavabdehlərdən tutularaq iddiaçıya ödənilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MMC-dən müştərək qaydada 2596-KQ nömrəli, xx.xx.2023-cü il tarixli Əlavə Kredit Müqaviləsi üzrə 50,000 manat əsas borc, 623,28 manat müqavilə müddəti bitdikdən sonra gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış faiz borcu və 200 manat cərimə faizi olmaqla, cəmi 50 823,28 manat və 3907-KQ nömrəli, xx.xx.2023-cü il tarixli Əlavə Kredit Müqaviləsi üzrə 50,000 manat əsas borc, 3781,2 manat faiz borcu və 300 manat cərimə faizi olmaqla, cəmi 54 081,2 manat məbləğində kredit borcunun, habelə ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatına alınması üçün ödənilmiş ümumilikdə 51 manat məbləğində dövlət rüsumunun, 0.40 manat xidmət haqqı və iddia irəli sürülərkən iddiaçı tərəfindən ödənilmiş 398.52 manat dövlət rüsumu tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilsin. Borc məbləği Cavabdeh1 mülkiyyətində olan ünvan 1 ünvanında olan 0.07 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 2 mərtəbəli, 149.3 kv.m ümumi, 83.4 kv.m yaşayış, 65.9 kv.m yardımçı sahədən ibarət 4 otaqlı fərdi yaşayış evinə yönəldilsin. İpoteka predmeti olan ünvan 1 ünvanında olan 0.07 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 2 mərtəbəli, 149.3 kv.m ümumi, 83.4 kv.m yaşayış, 65.9 kv.m yardımçı sahədən ibarət 4 otaqlı fərdi yaşayış evinin likvid dəyəri (ilkin satış) 106 000 manat məbləğində müəyyən edilsin və həmin əmlak açıq hərrac vasitəsi ilə satılsın. Satışdan əldə edilmiş vəsait cavabdehlərin "xxxx" ASC-yə olan borcunun ödənilməsinə yönəldilsin. İddia qalan hissələrdə rədd edilsin. İpoteka predmetinin qiymətləndirilməsi üçün aparılmış tədqiqatın dəyəri olan 300 manat pulun 150 manatı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MMC-dən, qalan 150 manat hissəsi isə iddiaçı "xxxx" ASC-dən tutularaq “Caspian Valuation” şirkətinin "xxxx" ASC-nin Nərimanov filialında olan bank hesabına (VÖEN: **********, H/h : AZ471BAZ********************, Bank: ABB ASC, VÖEN: **********, m/h – AZ03NABZ********************, kod – 805711, SWİFT – İBAZAZ2X) hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən : Mübariz Hüseynov
Məhkəmə qərarları › İş №e-2-2(117)-1456/2024
Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-1456/2024
20.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver