Məhkəmə qərarları › İş №e-2-2(117)-146/2020

Şəki Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(117)-146/2020

12.06.2020 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № e-2-2(117)-146/2020 12.06.2020 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Məcidov Rüfət Azadəli oğlunun sədrliyi, İddiaçı nümayəndəsi və vəkili X1, cavabdeh “xxxx” ASC-nin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh “xxxx” ASC-yə qarşı “əsassız hesablanmış 2549,43 manat borcun silinməsi” tələbinə dair iş üzrə cavabdehin nümayəndəsinin işin məhkəmə aidiyyəti üzrə göndərilməsi barədə vəsatətinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh “xxxx” ASC-yə qarşı “əsassız hesablanmış 2549,43 manat borcun silinməsi” iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh “xxxx” ASC-nin nümayəndəsi Nümayəndə məhkəmə iclasında şifahi vəsatətlə məhkəməyə müraciət edərək bildirdi ki, Göyçay rayonu Cəyirli kəndində yerləşən yeməkxana binası iddiaçı X3 mülkiyyətində olsa da, sonuncunun fərdi sahibkar statusu yoxdur, vergi orqanında qeydiyyatdan keçməmişdir. Həmin yeməkxana binası üzrə yeməkxanalar tərəfindən xidmətlərin göstərilməsi fəaliyyət növü üzrə X5 qeydiyyata alınmış və sonuncuya ********** VÖEN verilmişdir. Bu səbəbdən hazırkı işə kommersiya məhkəməsi tərəfindən baxılmalı deyil. İddiqaçının vəkili vəsatətin həllini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. İddiaçının vəkili X2 ərizə ilə məhkəməyə müracitə edərək işin məhkəmə aidiyyəti üzrə göndərilməsi barədə vəsatətin həllini məhkəmənin mülahizəsinə buraxdığını bildirmiş və vəsatətin təmin ediləcəyi təqdirdə işin aidiyyəti üzrə Göyçay Rayon Məhkəməsinə göndərilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin şifahi vəsatətini, iddiaçının vəkilinin ərizəsini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, iş baxılması üçün aidiyyəti üzrə Göyçay Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, kommersiya mübahisələri dedikdə, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələr başa düşülür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının məhkəmələri, pozulmuş və barəsində mübahisə edilən hüquq və azadlıqları müdafiəsi məhkəmədən kənar digər qaydada həyata keçirilmirsə, bu Məcəlləyə və ya digər qanunlara müvafiq olaraq belə hüquq və azadlıqları müdafiə və təmin edir. 24.2-ci maddəsinə əsasən mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. 25.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır. “Sahibkarlıq fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən, sahibkarlıq fəaliyyəti şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, əmtəə satışından, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətdir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 13.2.37-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyəti - şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, malların təqdim edilməsindən, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətidir. Hazırki işin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı mülkiyyətində olan Göyçay rayonu Cəyirli kəndində yerləşən qeyri-yaşayış sahəsinə sayğac quraşdırılaraq İddiaçı abonent kimi qeydiyyata alınsa da, sonuncunun fərdi sahibkar statusu yoxdur, sahibkar kimi vergi orqanında qeydiyyatdan keçməmişdir. X4, habelə Elektron Məhkəmə sisteminin bazasında da iddiaçının sahibkar kimi qeydiyyata alınması barədə məlumatlar mövcud deyildir. Qanunvericiliklə mübahisənin məhkəmə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri görə müəyyən edilir ki, tərəflərin subyektiv tərkibinə və bununla da mübahisənin predmeti və hüquq münasibətlərinin xarakterinə görə hazırki mübahisə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlqədar olmadığından mübahisəyə kommersiya məhkəmələri tərəfindən baxılmasını istisna edir. Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, hazırki iş aidiyyəti qaydaları pozulmaqla icraata qəbul edildiyindən və tərəflərin subyektiv tərkibinə görə kommersiya məhkəmələri tərəfindən deyil, ümumi (rayon, şəhər) məhkəmə tərəfindən baxılmalı olduğundan və müqavilənin icra yeri Göyçay rayonu Cəyirli kəndi olduğundan iddiaçının nümayəndəsi və vəkilinin ərizəsi nəzərə alınaraq iş aidiyyəti üzrə baxılması üçün Göyçay Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 36.9-cu maddəsinə əsasən istehlakçının hüququnun müdafiəsi haqqında iddialar iddiaçının yaşadığı yerə görə, yaxud müqavilənin bağlandığı və ya icra edildiyi yerə görə verilə bilər. 36.11-ci maddəsinə əsasən icra yeri göstərilən müqavilələrdən əmələ gələn iddialar müqavilənin icra yerinə görə də verilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 32.4-cü maddəsinə əsasən, aidiyyət haqqında məsələ qalxdıqda, hakim işin aidiyyət üzrə göndərilməsi barədə əsaslandırılmış qərardad çıxarır. 44.2.2-ci maddəsinə əsasən iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa məhkəmə işi başqa məhkəmədə baxılmağa verir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı : İddiaçı cavabdeh “xxxx” ASC-yə qarşı “əsassız hesablanmış 2549,43 manat borcun silinməsi” tələbinə dair iş məhkəmə aidiyyəti üzrə baxılması üçün Göyçay Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan surəti rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Şəki Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Rüfət Məcidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar