Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-1461/2025 05.11.2025 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Hüseynov Mübariz Rahil oğlu, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 341375-CNS-49473 saylı kredit müqaviləsi üzrə xx.xx.2025-ci il tarixə olan 5762.17 manat əsas borc, 92.29 manat faiz borcu, ümumilikdə isə 5854.46 manat borcun və ödənilmiş 78.54 manat dövlət rüsumunun cavabdehdən tutularaq İddiaçı ASC-yə ödənilməsi” tələbinə dair iş materiallarına baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı ASC ilə Cavabdeh arasında xx.xx.2023-cü il tarixdə 341375-CNS-49473 nömrəli razılaşma bağlanmışdır. Həmin razılaşmaya əsasən cavabdehin sifarişi əsasında bank dövriyyə vəsaitlərinin artırılması (mal-material qiymətlərinin alınması, təchizatçılar və podratçılarla hesablaşmaların aparılması) məqsədilə 10000 manat olan borc pulu illik 22 faiz dərəcəsi ilə 36 ay müddətinə cavabdehə verməyi, sonuncu isə verilmiş krediti və faziləri ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə edilmiş arayışdan görünür ki, cavabdehin xx.xx.2025-ci il tarixinə 5762.17 manat əsas borcu və 92.29 manat faiz borcu mövcuddur. Borc ödənilmədiyindən iddiaçı hazırkı tələblə müraciət edərək bildirmişdir ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti (bundan sonra mətndə Bank və ya iddiaçı) ilə Cavabdeh (bundan sonra mətndə ya cavabdeh) arasında bağlanmış xx.xx.2023-cü il tarixli 341375- CNS-49473 saylı kredit müqaviləsinə əsasən cavabdehə illik 22 faiz hesablanması şərti ilə 36 ay müddətinə 10 000 manat məbləğində kredit verilərək kart hesabına köçürülmüşdür. Lakin borclu kredit müqaviləsi üzrə üzərinə götürdüyü kredit öhdəliklərini xx.xx.2025-ci il tarixdən icra etməmiş və nəticədə cavabdehin xx.xx.2025-ci il tarixə Banka ümumilikdə 5854.46 manat məbləğində borcu yaranmışdır. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin tələbinə əsasən bu müqavilə ilə üzərinə götürdüyü öhdəlikləri vaxtında və lazımınca icra etmək, pozulmasına yol verməmək “kredit alan”ın vəzifəsidir. Cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərini tam yerinə yetirməmiş və nəticədə onun ödənilməmiş borcu qalmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi qaydada göndərilmiş bildiriş xx.xx.2025-ci il tarixdə cavabdehə çatdırılmış, buna baxmayaraq sonuncu hazırkı iddia tələbinə etirazını müəyyən olunmuş 10 iş günü müddətində məhkəməyə təqdim etməmişdir. Məhkəmə MPM-in 284-5.3-cü maddəsinə əsasən, işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxmışdır. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara kredit razılaşması, hesabdan çıxarış,maliyyə arayışı ödəniş cədvəli və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra mətndə MM): 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. 739.1. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. İşin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı ASC ilə Cavabdeh arasında xx.xx.2023-cü il tarixdə 341375-CNS-49473 nömrəli razılaşma bağlanmışdır. Həmin razılaşmaya əsasən cavabdehin sifarişi əsasında bank 10 000 manat olan borc pulu illik 22 faiz dərəcəsi ilə 36 ay müddətinə cavabdehə verməyi, sonuncu isə verilmiş krediti və faziləri ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı razılaşma üzrə öhdəliklərini yerinə yetirsə də (hesabdan çıxarışdan göründüyü kimi), cavabdeh razılaşma üzrə götürdüyü kredit borcunu lazımınca ödəmədiyindən ödənilməmiş 5762.17 manat məbləğində əsas borc, 92.29 manat məbləğində faiz borcu qalmışdır. İş üzrə cavabdeh tərəfindən qeyd edilən borc məbləği ilə razılaşmaması və ya artıq ödəniş etməsi, həmin borcun əsassızlığı ilə bağlı məhkəməyə vəsatət və ya müraciət ünvanlanmamış, məhkəmə tərəfindən iddiaçının tələbində olan məbləğlərin uyğunsuz və əsassızlığı ilə bağlı hallar müəyyən edilməmişdir. Bu səbəbdən məhkəmə təqdim edilən sübutlar əsasında işə baxılaraq yekunlaşdırılması qərarına gəlmişdir. Belə ki, cavabdeh iddia tələbi ilə bağlı hər hansısa etirazını və bunu əsaslandıracaq sübutlarını məhkəməyə təqdim etməmişdir ki, MPM-in 77.1, 81-ci maddələrinə əsasən halbuki hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilərək 5762.17 manat əsas borc, 92.29 manat faiz borcu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi təmin edildiyindən iddiaçının ödədiyi 78.54 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
Nəticəvi hissə:
Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 5762.17 manat məbləğində əsas borc, 92.29 manat məbləğində faiz borcu olmaqla, cəmi 5854.46 manat və 78.54 manat ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı ASC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim: Mübariz Hüseynov