Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-1466/2024 07.11.2024 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Hüseynov Mübariz Rahil oğlu, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “cavabdehlərdən müştərək qaydada 019R********** saylı kredit razılaşması üzrə 3360.13 manat krеdit bоrcu, 213.75 manat faiz bоrcu və 63.97 manat cərimə borcu, 019R********** saylı kredit razılaşması üzrə 2981.67 manat krеdit bоrcu, 64.30 manat faiz bоrcu və 58.19 manat cərimə borcu olmaqla, ümumilikdə 6742.01 manat məbləğində bоrcun və 87.42 manat dövlət rüsumunun tutularaq İddiaçı QSC-yə ödənilməsi” tələbinə dair iş materiallarına baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “cavabdehlərdən müştərək qaydada 019R********** saylı kredit razılaşması üzrə 3360.13 manat krеdit bоrcu, 213.75 manat faiz bоrcu və 63.97 manat cərimə borcu, 019R********** saylı kredit razılaşması üzrə 2981.67 manat krеdit bоrcu, 64.30 manat faiz bоrcu və 58.19 manat cərimə borcu olmaqla, ümumilikdə 6742.01 manat məbləğində bоrcun və 87.42 manat dövlət rüsumunun tutularaq İddiaçı QSC-yə ödənilməsi” tələbinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh3 arasında xx.xx.2022-ci il tarixli 019L**********51 nömrəli uzunmüddətli kredit və təminat müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən cavabdehə 120 ay müddətinə 50 000 manat məbləğində kredit xətti açılmışdır. Həmin müqavilənin 2.2-ci bəndinin tələbinə əsasən, bu müqavilə xx.xx.2032-ci il tarixinədək qüvvədədir. Tərəflər arasında bağlanmış həmin uzunmüddətli kredit və təminat müqaviləsi üzrə xx.xx.2022-ci il tarixli 019R********** saylı kredit sazişi – biznes krediti və girov barədə qarışıq razılaşma imzalanmışdır. Həmin kredit razılaşmasına əsasən 24 ay müddətində illik faiz dərəcəsi 20% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 6000 manat kredit cavabdehə verilmişdir. Tərəflər arasında bağlanmış həmin uzunmüddətli kredit və təminat müqaviləsi üzrə xx.xx.2022-ci il tarixli 019R********** saylı kredit sazişi – biznes krediti və girov barədə qarışıq razılaşma imzalanmışdır. Həmin kredit razılaşmasına əsasən 36 ay müddətində illik faiz dərəcəsi 25% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 4000 manat kredit cavabdehə verilmişdir. Uzunmüddətli kredit və təminat müqaviləsinin 2.7-ci bəndinə əsasən kredit alan kredit borcunu, kredit faizini, xərcləri və başqa məsrəfləri bu müqavilənin tələbləri nəzərə alınmaqla müvafiq kredit sazişində müəyyən olunmuş qaydada, habelə olduğu halda ödəniş planına və ödəniş haqları cədvəlinə uyğun olaraq banka qaytarmağı öz öhdəsinə götürür. Həmin uzunmüddətli kredit və təminat müqaviləsinin 4.9-cu bəndinə əsasən kredit alan krediti vaxtında və lazımi qaydada qaytarmadıqda, hər gecikdirilmiş gün üçün kredit qalığının 0.02%-i məbləğində cərimə borcu ödəməyi öhdəsinə götürür. Uzunmüddətli kredit və təminat müqaviləsinin 11.1-ci bəndinə əsasən zamin (Cavabdeh1) kredit alanın bu müqavilədən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün bank qarşısında kredit alan ilə birgə məsuliyyət daşımağı öhdəsinə götürmüşdür. Həmçinin, iş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli 019S**********01 nömrəli və 019S**********01 nömrəli Qoşulma barədə Sazişlərə əsasən müvafiq olaraq Cavabdeh1 və Cavabdeh2 uzunmüddətli kredit və təminat müqaviləsinin 2.15-ci və 2.16-cı bəndlərinə uyğun olaraq zamin qismində həmin müqaviləyə qoşulmuşdurlar. Müqavilə üzrə kredit alanın həm bu sazişin imzalaması anınadək mövcud olan, həm də bu saziş imzalandıqdan sonra yaranan öhdəliklərinin icrası üçün kredit alanla birgə tam məsuliyyəti daşımağı öhdələrinə götürmüşdürlər. Həmin Sazişin tələbinə görə bu saziş tərəflərin onu imzaladığı andan qüvvəyə minir və kredit alanın müqavilədən irəli gələn öhdəlikləri tam icra olunanadək qüvvədədir. Cavabdeh 019R********** nömrəli kredit razılaşması üzrə götürdüyü kredit borcundan 2639.87 manat ödəniş etmiş və onun 3360.13 manat ödənilməmiş kredit borcu qalmışdır. 019R********** nömrəli kredit razılaşması üzrə isə 1018.33 manat ödəniş etmiş və onun 2981.67 manat ödənilməmiş kredit borcu qalmışdır İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh3 həmin tarixə 019R********** saylı razılaşma üzrə 2981.67 manat əsas, 64.30 manat faiz və 31 gün gecikdirilmə üçün hesablanmış 58.19 manat cərimə borcu mövcuddur. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh3 xx.xx.2024-cü il tarixinə 019R********** saylı razılaşma üzrə 3360.13 manat əsas, 213.75 manat faiz və 109 gün gecikdirilmə üçün hesablanmış 63.97 manat cərimə borcu mövcuddur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə MPM) 284-5.1-ci maddəsinə əsasən rəsmi qaydada bildiriş xx.xx.2024-cü il tarixdə cavabdehlərə göndərilsə də, qeyd edilən cavabdehlər iddia tələbinə qarşı əsaslandırılmış etirazlarını müəyyən olunmuş 10 (on) iş günü ərzində məhkəməyə təqdim etməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddələrinə əsasən, işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxmışdır. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara uzunmüddətli kredit və təminat müqaviləsi, kredit sazişi – biznes krediti və girov barədə qarışıq razılaşma, maliyyə arayışı, hesabdan çıxarış və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra mətndə MM): 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. 470.1. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 470.2. Zaminlik müqaviləsi gələcəkdə yaranacaq öhdəliyin təmin edilməsi üçün də bağlana bilər. 472.1. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. İşin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh3 arasında xx.xx.2022-ci il tarixli 019L**********51 nömrəli uzunmüddətli kredit və təminat müqaviləsi bağlanmışdır. Həmin uzunmüddətli kredit və təminat müqaviləsi əsasında tərəflər arasında xx.xx.2022-ci il tarixli 019R********** saylı kredit sazişi – biznes krediti və girov barədə qarışıq razılaşma imzalanmışdır. Həmin kredit razılaşmasına əsasən 24 ay müddətində illik faiz dərəcəsi 20% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 6000 manat kredit cavabdehə verilmişdir. Həmçinin, həmin müqavilə əsasında tərəflər arasında xx.xx.2022-ci il tarixli 019R********** saylı kredit sazişi – biznes krediti və girov barədə qarışıq razılaşma imzalanmışdır. Həmin kredit razılaşmasına əsasən 36 ay müddətində illik faiz dərəcəsi 25% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 4000 manat kredit cavabdehə verilmişdir. Məhkəmə tələb edilən əsas və faiz borcuna münasibətdə qeyd edir ki, cavabdehlər bununla bağlı məhkəməyə etiraz və ya vəsatətlərini təqdim etməmiş, bu səbəbdən, eyni zamanda tələb edilən borc məbləğinin artıq olması ilə bağlı hər hansı bir mübahisəli məqam olmadığından məhkəmə əlavə araşdırma aparmamışdır. Məhkəmə tərəflər arasında bağlanmış müqavilə şərtləri baxımından iddiaçının 019R********** saylı razılaşma üzrə 3360.13 manat əsas, 213.75 manat faiz borcu və 019R********** saylı razılaşma üzrə 2981.67 manat əsas, 64.30 manat faiz borcunun tutulmasını tələb etməkdə haqlıdır. Məhkəmə iddia tələbinin “019R********** saylı razılaşma üzrə 63.97 manat məbləğində cərimə borcu və 019R********** saylı razılaşma üzrə 58.19 manat məbləğində cərimə borcunun tutulması” hissəsinə münasibətdə bildirir ki, tərəflər arasında bağlanmış kredit müqaviləsinin 4.9-cu bəndinə əsasən kredit alan krediti vaxtında və lazımi qaydada qaytarmadıqda, hər gecikdirilmiş gün üçün kredit qalığının 0.02%-i məbləğində cərimə borcu ödəməyi öhdəsinə götürür. Belə ki, dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər (Mülki Məcəllə maddə - 462.1, 462.3, 467)... Məhkəmə hesab edir ki, tərəflərin əmlak mənafeləri və digər hallar nəzərə alınmaqla iddiaçı 63.97 manat və 58.19 manat cərimə borcunun tutulmasını tələb etməkdə haqlıdır. Odur ki, iddiaçı 019R********** saylı razılaşma üzrə 3360.13 manat əsas, 213.75 manat faiz borcu, 63.97 manat cərimə borcu, 19R********** saylı razılaşma üzrə 2981.67 manat əsas, 64.30 manat faiz və 58.19 manat cərimə borcunun ödənilməsini tələb etməkdə haqlıdır. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (MPM-in 77.1, 81, 217.3, 217.4-cü maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia təmin edildiyi və iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu tələb edildiyi üçün 87.42 manat dövlət rüsumu cavabdehlərdən tutularaq iddiaçıya ödənilməlidir.
Nəticəvi hissə:
Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 019R********** nömrəli razılaşma üzrə 3360.13 manat əsas borc, 213.75 manat faiz borcu, 63.97 manat cərimə borcu, 019R********** nömrəli razılaşma üzrə 2981.67 manat əsas bоrc, 64.30 manat faiz bоrcu, 58.19 manat cərimə borcu və 87.42 manat dövlət rüsumu tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.
Hakim: Mübariz Hüseynov