Məhkəmə qərarları › İş №e-2-2(117)-1498/2025

Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-1498/2025

24.02.2026 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-1498/2025 24.02.2026 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Hüseynova Elnarə Ramiz qızının sədrliyi, Musayeva Turan Haxverdi qızının katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdehin nümayəndəsi X5, müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsi X7 iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Azərbaycan Respublikası Energetika Nazirliyi X4 Agentliyi Şəki Filialı cəlb edilməklə qeyri-yaşayış sahəsində mövcud elektrik sayğacının qeydə alınması və oraya elektrik enerjisi verilişinin bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: I. Kommersiya mübahisəsinin mahiyyəti:

1. İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı MMC-yə məxsus Şəki şəhər Salman Mümtaz küçəsində yerləşən qeyri-yaşayış sahəsində mövcud elektrik sayğacının "xxxx" ASC-nin kompyuter informasiya məlumat bazasına daxil edilərək qeydə alınması və oraya elektrik enerjisi verilişinin bərpa edilməsi öhdəliyinin cavabdehin həvalə edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Şəki şəhər Salman Mümtaz küçəsində İddiaçı MMC-yə məxsus qeyri-yaşayış sahəsi vardır. Həmin müəssisəni satın almıb və həmin müəssisənin direktorudur. Müəssisə əvvəllər Quşçuluq sexi olaraq uzun illər fəaliyyət göstərmişdir. Lakin daha sonrada müəssisənin elektrik sayğacı və müəssisəyə verilən enerji xətti olmasına baxmayaraq orada maddi çətinliklər səbəbindən müvəqqəti olaraq fəaliyyət görstərməmiş, müəssisəyə verilən elektrik enerjisi dayandırılmış və enerji sayğacdan aralanmışdır. Müəssisəyə enerji verilməsi və sayğaca qoşulması üçün dəfələrlə cavabdeh orqanlara müraciət etsə də, oradan bildirilmişdir ki, "xxxx" ASC-nin kompüter informasiya məlumat bazasından "xxxx" ASC-nin kompüter informasiya məlumat bazasına keçid dövründə qeyd olunan qeyri-yaşayış sahəsinə məxsus abunə kodunun və elektrik sayğacının qeydiyyatının "xxxx" ASC-nin rəsmi elektron məlumat bazasında olmaması səbəbindən "xxxx" ASC-nin kompüter informasiya məlumat bazasına keçid edilməmişdir. Bu səbəbdən mövcud elektrik sayğacının qeydiyyata alınması mümkün deyildir. Bu imtina ilə razı deyil, çünki “X17 Müəsisəsi” MMC-yə məxsus qeyri-yaşayış binasının çöl hissəsində hələ 2006-cı ildən quraşdırılmış elektrik sayğacı mövcuddur və qanunsuz olaraq elektrik enerjisinin verilişi dayandırılana kimi elektrik enerjisi ilə təmin edilmişdir. Qeyd olunan qeyri-yaşayış sahəsinə məxsus abunə kodunun və elektrik sayğacının qeydiyyatının "xxxx" ASC-nin rəsmi elektron məlumat bazasına daxil edilməməsi və qeydiyyata alınmaması ("xxxx" ASC-nin rəsmi elektron məlumat bazasında hər hansı məlumatın daxil olunması və ya olunmaması) İddiaçı MMC-nin vəzifə borcu deyildir və həmin məlumatın olmamasına görə məsuliyyət daşımır. Həmin vəzifə cavabdeh orqanın birbaşa vəzifəsidir, çünki müəssisəyə əvvəllər verilmiş enerji sayğaca bağlanmış, sayğacın kodu Azərbaycan Respublikası Energetika Nazirliyi X4 Agentliyi Şəki Filialının xx.xx.2025-ci il tarixli məktubunda da qeyd edildiyi kimi mövcuddur. Həmçinin həmin məktubda “naqillərin sıxac qapağının plombu “xxxx MMC ŞƏK 0007946”, örtük qapağının plombu “İV rüb 2006” olmaqla möhürlər normal vəziyyətdə olması, elektrik sayğacını qidalandıran kabel xəttinin yaxınlıqda yerləşən ******* nömrəli transformator yarımstansiyası yaxınlığında yerləşən 10 kv-luq xətt ayırıcısı yerləşən dayağa sarınmaqla enerji mənbəyindən açıq vəziyyətdə” olması qeyd edilmişdir. Belə olan halda cavabdeh tərəfindən ondan həmin xəttin bərpası üçün yenidən ASAN xidmət vasitəsilə sayğacın kodunun qeydiyyata alınması və quraşdırılması tələb edilir. Bu isə qanunsuzdur, sayğac ola-ola, sayğacın kodu ola-ola, plomb və möhürləri, enerji xətti mövcud ola-ola oraya yenidən sayğac quraşdırılması və kodunun alınması xeyli vəsait tələb edir ki, bu da mümkün deyildir. Müəssisənin mövcud sayğacındakı daha əvvəl olan borcun ödənilməsi tərəfindən təmin edilə bilər, lakin yeni xətt və sayğacın alınması mümkün deyildir. Ona görə ki, bu yeni texniki şərtin alınması mənasına gəlir ki, bu da xeyli vəsait tələb edir. Dəfələrlə cavabdeh orqanlarla yazışmalarım nəticə vermədiyindən Şəki İnzibati Məhkəməsinə enerji xəttinin bərpası üçün müraciət etdi, lakin məhkəmə münahisəsi aidiyyəti üzrə kommersiya məhkəməsində baxılmalı olduğundan iddia tələbim mümkün sayılmamışdır. Ona kommersiya məhkəməsinə müraciət etməyi izah edilmişdir. Bu səbəbədən də məhkəməyə müraciət etməli olmuşdur.

3. Cavabdeh "xxxx" ASC məhkəməyə etiraz ilə müraciət edərək bildirmişdir ki, Şəki şəhər Salman Mümtaz küçəsində yerləşən İddiaçı MMC -yə məxsus qeyri-yaşayış sahəsi "xxxx" ASC-nin kompyuter informasiya məlumat bazasından, "xxxx" ASC-nin kompyuter informasiya məlumat bazasına keçid dövründə qeyd olunan qeyri-yaşayış sahəsinə məxsus abunə kodunun və elektrik sayğacının qeydiyyatını "xxxx" ASC-nin rəsmi elektron məlumat bazasında olmaması səbəbindən "xxxx" ASC-nin kompyuter informasiya məlumat bazasına keçid edilməmişdir. Yeni qeyri-əhali abunə kodunun açılması və sayğac quraşdırılması “Asan Xidmət” və ya “Asan Kommunal” mərkəzləri vasitəsi ilə həyata keçirildiyindən iddiaçı həmin mərkəzlərə müraciət etməlidir. İddiaçı qeyri-yaşayış obyektinə enerji verilişinin qanunsuz dayandırılması və bərpa edilməsinə dair Energetika Nazirliyinə ünvanladığı müraciətinə Azərbaycan Respublikası Energetika Nazirliyi X4 Agentliyi Şəki Filialı tərəfindən baxılmışdır. Məlum olmuşdur ki, MMC-yə məxsus sözügedən obyekt halhazırda fəaliyyət göstərimir və həmin obyektə hər-hansı bir elektrik işlədicisi yoxdur. Obyektin çöl divarında quraşdırılmış 3 fazlı undiksion elektrik sayğacının qidalandıran kabel xətti yaxınlıqda yerləşən ******* nömrəli 63 KVA gücündə 10/0.4 kv-luq özəl komplekt transformator yarımstansiyasının yaxınlığındakı 10 KV-lıq xətt ayrıcısı yerləşən dayağa salınmaqla enerji mənbəyindən açıq vəziyyətdədir. Qeyd olunanlara əsasən iddia tələbinin rədd edilməsi xahiş edilmişdir.

4. Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi iddia müddətinin tətbiqi barədə ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, İddiaçı MMC-nin tələb etmə üzrə iddia müddəti başa çatmış və iddiaçı iddia müddətini ötürməklə xx.xx.2025-ci ildə məhkəməyə müraciət etmişdir. İddiaçı MMC-nin hazırki iddia ərizəsi üzrə iddia müddəti ötmüş hesab olunur ki, həmin tələb müddət tədbiq edilməklə rədd edilməlidir. Qeyd olunanlara əsasən iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir.

II. Tərəflərin mövqeləri:

5. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X6 izahatında bildirmişdir ki, müəssisə əvvəllər Quşçuluq sexi olaraq uzun illər fəaliyyət göstərmişdir. Lakin daha sonra müəssisənin elektrik sayğacı və müəssisəyə verilən enerji xətti olmasına baxmayaraq, ora maddi çətinliklər səbəbindən müvəqqəti olaraq fəaliyyət görstərməmişdir. Bir-iki il olar ki, müəssisəni fəaliyyətə başlatmaq istəyir. Sayğac orada durur. Sayğaca baxışda keçirilib, plombuna nəzarətdə olunub. Yəni olduğu kimi işıq idarəsi sayğacı necə yerləşdiribsə eyni qaydada yerindədir. Lakin buna baxmayaraq müəssisəyə verilən elektrik enerjisi dayandırılmış və enerji sayğacdan aralanmışdır. Müəssisəyə enerji verilməsi və sayğac qoşulması üçün "xxxx" ASC-yə müraciət etsə də, oradan bildirilmişdir ki, Asan Xidmət Mərkəzinə müraciət etməlidir. Ora müraciət edəndə isə oradan bildirirlər ki, "xxxx" ASC-yə müraciət etməlidir. Cavabdeh tərəfindən ondan həmin xəttin bərpası üçün yenidən Asan Xidmət vasitəsilə sayğacın kodunun qeydiyyata alınması və quraşdırılması tələb edilir. Bu isə qanunsuzdur, sayğacın kodu ola-ola, plomb və möhürləri, enerji xətti mövcud ola-ola oraya yenidən sayğac quraşdırılmasını düzgün hesab etmir. İddia tələbini müdafiə edərək təmin edilməsini xahiş etdi.

6. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak edərək izahatında bildirmişdir ki, iddia tələbini qəbul etmir. Bununla bağlı etiraz ərizəsi də məhkəməyə təqdim edilmişdir. Çünki, İddiaçı MMC-yə məxsus qeyri-yaşayış sahəsi "xxxx" ASC-nin kompyuter informasiya məlumat bazasından "xxxx" ASC-nin kompyuter informasiya məlumat bazasına keçid dövründə qeyd olunan qeyri-yaşayış sahəsinə məxsus abunə kodunun və elektrik sayğacının qeydiyyatının "xxxx" ASC-nin rəsmi elektron məlumat bazasında olmaması səbəbindən "xxxx" ASC-nin kompyuter informasiya məlumat bazasına keçid edilməmişdir. Yəni qeyri-əhali abunə kodunun açılması və sayğac quraşdırılması “Asan Xidmət” vasitəsilə həyata keçirildiyindən iddiaçı həmin mərkəzə müraciət etməlidir.

7. Müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsi X11 məhkəmə iclasında iştirak edərək izahatında bildirmişdir ki, mütəxəssis rəyində də qeyd edildiyi kimi, "xxxx" ASC-nin fəaliyyəti dövründə 2006-ci il tarixində qeyd olunan obyektin çöl divarına quraşdırılmış sayğac Məmməd Xasıyevin adına qeydiyyata götürülmüşdür. Həmin obyekt 2007-ci ili iyun ayına kimi fəaliyyət göstərmiş, sonrakı dövrdə fəaliyyət göstərmədiyindən ona aid olan abunə kodu passivə salınmışdır. Daha sonra Azərenerjinin əvəzinə "xxxx" Açıq Səhmdar Cəmiyyəti fəaliyyətə başlamış və həmin dövrdə abunə kodu aktiv olmamışdır. Həmçinin hər hansı bir abonent kodunun passivə salınması və passivdən çıxarılması mövcud qanunvercilikdə nəzərdə tutulmamışdır. “Elektirik enerjisindən istifadə qaydaları”nın 8.18-ci bəndinə əsasən istehlakçı, o cümlədən məişət abonenti tutduğu ərazidən, binadan köçdükdə, öz fəaliyyətini dayandırdıqda və ya ləğv edildikdə o, on gün əvvəl enerjitəchizatı müəssisəsinə elektirik enerjisinin alqı-satqı müqaviləsinin ləğv olunması barədə müraciət etməlidir. III. Məhkəmə baxışının hədləri:

8. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Hər bir tərəfin öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsi olmaqla, hazırki işdə də öz tələbinin əsaslılığını sübutetmə yükü iddiaçının üzərinə düşür. 88-ci maddəsinə əsasən Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.4-cü maddəsində nəzərdə tutulur ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. IV. Tədqiq olunan sübutlar:

9. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ******* nömrəli, xx.xx.2010-cu il tarixli çıxarışdan və daşınmaz əmlakın texniki pasportundan görünür ki, Şəki şəhəri Salman Mümtaz küçəsində yerləşən ümumi sahəsi 300.6 m3 olan qeyri-yaşayış binası İddiaçı MMC-nin mülkiyyətindədir.

10. İş materiallarında olan xx.xx.2024-cü il tarixli İddiaçı MMC-nin təsisçilərin qərarından görünür ki, qeyd olunan müəssisənin təssiçiləri olan X12, X8 və X13 İddiaçı MMC-nin təsisçiliyindən çıxmış və həmin hüquqi şəxsi təsisçisi qismində 100 % pay olmaqla Qanuni nümayəndə olmuşdur. Həmin qərar qeyd olunan təsisçilər tərəfindən imzalanmaqla, İddiaçı MMC-yə məxsus möhürlə təsdiq edilmişdir.

11. İş materiallarında olan "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən İddiaçı MMCnin təsisçisi Qanuni nümayəndə ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubda qeyd olunmuşdur ki, "xxxx" ASC-nin kompyuter informasiya məlumat bazasından, "xxxx" ASCnin kompyuter informasiya məlumat bazasına keçid dövründə qeyd olunan qeyri-yaşayış sahəsinə məxsus abunə kodunun və elektrik sayğacının qeydiyyatının "xxxx" ASC-nin rəsmi elektron məlumat bazasında olmaması səbəbindən Azərişıq” ASC-nin kompyuter informasiya məlumat bazasına keçid edilməmişdir. Bu səbəbdən mövcud elektrik sayğacının qeydiyyata alınması mümkün deyildir.

12. İş materiallarında olan Azərbaycan Respublikası Energetika Nazirliyi X4 Agentliyi Şəki Filialı tərəfindən İddiaçı MMC-nin təsisçisi Qanuni nümayəndə ünvanlanmış məktubda qeyd olunmuşdur ki, qeyd olunan müraciətin araşdırılması məqsədi ilə əməkdaşları tərəfindən əraziyə baxış keçirilmiş və məlum olmuşdur ki, MMC-yə məxsus sözügedən obyekt hal-hazırda fəaliyyət göstərmir və həmin obyektdə hər-hansı bir elektrik işlədicisi yoxdur. Obyektin çöl divarında quraşdırılmış 3 fazalı undiksion elektrik sayğacının qidalandıran kabel xətti yaxınlıqda yerləşən ******* nömrəli 63 KVA gücündə 10/0.4 kv-luq özəl komplekt transformator yarımstansiyasının yaxınlığındakı 10 KV-lıq xətt ayrıcısı yerləşən dayağa salınmaqla enerji mənbəyindən açıq vəziyyətdədir. Sayğacın tipi makel MK3-8, zavod nömrəsi 0132697, göstəricisi 005519, naqillərin sıxac qapağının plombu xxxx, MMC ŞƏK 0007946, örtük qapağının plombu lV rüb 2006 olmaqla möhürlər normal vəziyyətdədir. Sözügedən sayğacın qeydiyyatı ilə bağlı məsələyə "xxxx" Açıq Səhmdar Cəmiyyətinə göndərilmiş məktublara cavab olaraq bildirilmişdir ki, İddiaçı MMC adında istehlakçı paylayıcı sistem operatorunun informasiya bazasında ümumiyyətlə qeydiyyatda olmayıb. "xxxx" ASC-nin fəaliyyəti dövründə, yəni xx.xx.2006-cı il tarixdə qeyd olunan obyekt üçün ******* zavod nömrəli induksion tipli sayğac Məmməd Xasıyevin adına qeydiyyata götürülmüşdür. Enerji hesabatına əsasən müəyyn olunur ki, obyekt 2007-ci ilin iyun ayına kimi fəaliyyət göstərimiş və sayğacın göstəricisinə əsasən 524,21 manat borcu olmuşdur. Obyekt fəaliyyət göstərmədiyindən ona aid **********9 nömrəli abunə kodu passivə salınmış və bu səbəbdən də 2015-ci ildə "xxxx" Açıq Səhmdar Cəmiyyəti fəaliyyətə başlayarkən həmin kod “ORACLE” proqram bazasına keçməyib. Eyni zamanda, qeyd olunmuşdur ki, obyektə elektrik sayğacının quraşdırılması və abunə kodu açılaraq qeydiyyat alınması üçün müvafiq sənədlərlə Asan Xidmət və Asan kommunal mərkəzlərinə müraciət olunmalıdır.

13. İş materiallarında olan Azərbaycan Respublikası Energetika Nazirliyi X4 Agentliyi Şəki Filialı tərəfindən verilən xx.xx.2025-ci il tarixli mütəxəssis rəyində qeyd olunmuşdur ki, İddiaçı MMC-nin adında istehlakçı enerji təchizatı müəssisəsinin informasiya bazasında ümumiyyətlə mövcud olmayıb. "xxxx" ASC-nin fəaliyyəti dövründə, yəni xx.xx.2006-cı il tarixdə qeyd olunan obyekt üçün ******* zavod nömrəli induksion tipli sayğac Məmməd Xasıyevin adına qeydiyyata götürülmüşdür. Obyekt 2007-ci ilin iyun ayına kimi fəaliyyət göstərmiş və sonralar ona aid **********9 nömrəli abunə kodu passivə salınmış və bu səbəbdən də 2015-ci ildə "xxxx" Açıq Səhmdar Cəmiyyəti fəaliyyətə başlayarkən həmin kod “ORACLE” proqram bazasına keçməyib. İddiaçı MMC-yə məxsus Şəki şəhər Salman Mümtaz küçəsində yerləşən qeyri-yaşayış sahəsində mövcud elektrik sayğacının "xxxx" ASC-nin kompyuter informasiya məlumat bazasına daxil edilərək qeydə alınması və oraya elektrik enerjisi verilişinin bərpa edilməsindən imtina edilməsi qanunvericiliyin tələbinə uyğundur. Əlavə olaraq qeyd olunmuşdur ki, hər-hansı bir abonent kodunun passivə salınması və passivdən çıxarılması mövcud qanunvericlikdə nəzərdə tutulmamışdır. Bu işlər "xxxx" ASC-nin daxili prosedur qaydaları ilə tənzimlənir. Bu məqsədlə sözügedən elektrik sayğacının qeydiyyatda olduğu **********9 nömrəli abunə kodunun passivdən çıxarılması abonentin uyğun sənədlərlə "xxxx" ASC-yə müraciət əsasında həyata keçirilə bilər.

V . Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi:

14. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, İddiaçı MMC mülkiyyətində olan Şəki şəhər Salman Mümtaz küçəsində yerləşən qeyri-yaşayış binasına orada mövcud olan elektrik sayğacı üzrə, elektrik enerjisinin bərpa edilməsi barədə cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə müraciət etmiş və "xxxx" Açıq Səhmdar Cəmiyyəti isə "xxxx" ASCnin kompyuter informasiya məlumat bazasından, "xxxx" ASC-nin kompyuter informasiya məlumat bazasına keçid dövründə qeyd olunan qeyri-yaşayış sahəsinə məxsus abunə kodunun və elektrik sayğacının qeydiyyatının "xxxx" ASC-nin rəsmi elektron məlumat bazasında olmaması səbəbindən "xxxx" ASC-nin kompyuter informasiya məlumat bazasına keçid edilmədiyini əsas gətirməklə, mövcud elektrik sayğacının qeydiyyata alınmasından və qeyd olunan qeyri-yaşayış sahəsinə elektrik enerjisinin verilməsinin bərpa edilməsindən imtina etmişdir. Nəticədə iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət edərək, Şəki şəhər Salman Mümtaz küçəsində yerləşən qeyri-yaşayış sahəsində mövcud elektrik sayğacının "xxxx" ASC-nin kompyuter informasiya məlumat bazasına daxil edilərək qeydə alınması və oraya elektrik enerjisi verilişinin bərpa edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

15. Məhkəmə qeyd edir ki, İddiaçı MMC-yə məxsus qeyri-yaşayış sahəsində olan xx.xx.2006-cı il tarixdə qeydiyyata alınan, ******* zavod nömrəli induksion tipli sayğac İddiaçı MMC-nin əvvəlki rəhbəri Məmməd Xasıyevin adına qeydiyyata alınmış və ona aid **********9 nömrəli abunə kodu verilmişdir. Bu hal iş materiallarında olan sənədlərlə öz təsdiqini tapmış və mübahisələndirilmir. Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti İddiaçı MMC-yə məxsus qeyri-yaşayış sahəsinə elektrik enerjisini bərpa edilməməsinin "xxxx" ASC-nin kompyuter informasiya məlumat bazasından, "xxxx" ASC-nin kompyuter informasiya məlumat bazasına keçid dövründə qeyd olunan qeyri-yaşayış sahəsinə məxsus abunə kodunun və elektrik sayğacının qeydiyyatının "xxxx" ASC-nin rəsmi elektron məlumat bazasında olmaması səbəbindən informasiya məlumat bazasına keçid edilmədiyini göstərir.

16. Bununla bağlı məhkəmə qeyd edir ki, İddiaçı MMC-yə məxsus qeyri-yaşayış sahəsində ******* zavod nömrəli induksion tipli sayğacı qeydiyyatda olmuşdur. Həmin məlumatın "xxxx" ASC-nin kompyuter informasiya məlumat bazasından, "xxxx" ASC-nin kompyuter informasiya məlumat bazasına ötürülməməsi və keçid dövründə bununla bağlı əməliyyatın aparılmaması, istehlakçının təqsirindən və məsuliyyətindən irəli gəlməmişdir. Həmin qeydiyyatın mövcud olmaması məhz enerji təchizatı müəssisəsinin hərəkətsizliyindən irəli gəlir.

17. Nəticədə məhkəmə belə qənaətə gəlir ki, enerji təchizatı müəssiəsi mövcud olan istehlakçı məlumatları üzrə, qeydiyyata alma ilə bağlı müvafiq hərəkətləri etməmiş və ona məxsus qeydiyyat bazasında məlumat aşkar edilməmişdir. Bu halın məhz enerji təchizatı müəssiəsinin yəni cavabdehin hərəkətsizliyi nəticəsində baş verməsi iş materiallarında olan sənədlərlə öz təsdiqini tapmışdır. Cavabdeh öz növbəsində bu halın əksini təsdiq edəcək sübutu məhkəməyə təqdim etməmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, iddiaçı hazırki iddiasında haqlı olmuşdur.

18. “X2ydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2 fevral 2005-ci il tarixli, 18 nömrəli Qərarı: 8.18. İstehlakçı, o cümlədən məişət abonenti tutduğu ərazidən, binadan köçdükdə, öz fəaliyyətini dayandırdıqda və ya ləğv edildikdə o, on gün əvvəl enerjitəchizatı müəssisəsinə elektrik enerjisinin alqı-satqı müqaviləsinin ləğv olunması barədə müraciət etməli və sonuncu günə qədər istifadə etdiyi elektrik enerjisinin haqqını və sabit tarifi ödəməlidir. Yeni istehlakçının, o cümlədən məişət abonentinin elektrik şəbəkəsinə qoşulması və sənədləşdirilməsi bu Qaydalara uyğun aparılır. 8.19. İstehlakçı (məişət abonenti istisna olmaqla) elektrik enerjisinin alqı-satqı müqaviləsindəki enerji sərfinin göstəricilərini artırmaq və ya azaltmaq istədikdə, o bu barədə enerji-təchizatı müəssisəsinə bir ay əvvəl müraciət etməlidir. Enerjitəchizatı müəssisəsi istehlakçının müraciətinə on gün ərzində baxır və razılıq verdikdə elektrik enerjisinin alqı-satqı müqaviləsində uyğun dəyişikliklər edir. 10.7. Enerjitəchizatı müəssisəsi balans mənsubiyyəti sərhədində və şəbəkəsində elektrik enerjisinin keyfiyyət göstəricilərini qüvvədə olan standartların tələblərinə uyğun saxlamağa borcludur. 10.9. Enerjitəchizatı müəssisəsi və istehlakçı bu Qaydaların 10.8-ci bəndində qeyd edilən metodik göstərişlərə əsasən, elektrik şəbəkələrinin balans mənsubiyyəti sərhəddində elektrik enerjisinin keyfiyyətinə daimi, vaxtaşırı (ildə 2-4 dəfə) və ya epizodik nəzarət etməyə borcludurlar. 11.14.1. tərkibindəki mərkəzi dispetçer xidməti vasitəsilə dövlət elektroenergetika müəssisəsinə operativ (əməli) cəhətdən tabe olan elektrik stansiyalarının və yüksək gərginlikli elektrik şəbəkələrinin iş rejimini, avadanlıqların təmirə saxlanılmasını və başqa dövlətlərin elektroenergetika müəssisələrilə paralel işləməsini təmin etməyə; 11.14.2. ona məxsus olan elektrik qurğularının və mühafizə vasitələrinin texniki vəziyyətini yoxlamağa, profilaktik sınaqlar keçirməyə və təmir etməyə, həmçinin mövcud qaydalarla və normalarla müəyyən edilmiş həcmlərdə və müddətlərdə paylayıcı qurğuları, transformatorları və onların yerləşdiyi tikililəri təmir etməyə; 11.14.3. enerjisistemin dayanıqlı işini təmin etməyə; 11.14.4. rele mühafizələrinə və avtomatikaya qoyulmuş hədlərə (ustavka) riayət etməyə, onlarda müəyyən olunmuş müddətlərdə sazlama və profilaktik sınaq işlərini aparmağa; 11.14.5. X4 Agentliyinin və ya enerjitəchizatı müəssisəsinin müraciətinə əsasən dövlət elektroenergetika müəssisəsinin elektrik qurğularının iş ilə müəyyənləşdirilən elektrik enerjisinin keyfiyyətinə fasiləsiz, vaxtaşırı və epizodik nəzarət etməyə, şəbəkələrində elektrik enerjisinin keyfiyyətinin yaxşılaşdırılması üzrə tədbirləri həyata keçirməyə.

19. Məhkəmə iddiaçı tərəfindən təqdim edilən iddia müddətinin tətbiqi ilə bağlı ərizəyə münasibətdə qeyd edir ki, hazırki mübahisə mülkiyyətçinin hüququnun hər cür pozuntularının aradan qaldırılması haqqında olduğundan və bucür tələbə qanunvericilikdə iddia müddətinin tədbiqi nəzərdə tutulmadığından iddia müddətinin tətbiqi ilə bağlı ərizə əsassızdır.

20. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 384.0. İddia müddəti aşağıdakılara şamil edilmir: 384.0.4. mülkiyyətçinin və ya digər sahibin onun hüququnun hər cür pozuntularının aradan qaldırılması haqqında tələbləri, özü də bu pozuntular sahiblikdən məhrumetmə ilə birləşdirilmiş olmasa belə; 384.0.6. bu Məcəllə ilə müəyyənləşdirilmiş hallarda digər tələblər.

21. Bundan başqa, məhkəmə qeyd edir ki, iddia tələbi təmin edildiyindən iş üzrə ödənilmiş 99,60 manat dövlət rüsumuna görə pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

22. Beləliklə, qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, İddiaçı MMC-yə məxsus Şəki şəhər Salman Mümtaz küçəsində yerləşən qeyri-yaşayış sahəsində quraşdırılmış ******* nömrəli elektrik sayğacı "xxxx" ASC-nin kompyuter informasiya məlumat bazasında qeydiyyata alınmalı və müəssisəyə elektrik enerjisinin verilişi bərpa edilməli, iş üzrə ödənilmiş 99,60 manat dövlət rüsumuna görə pul cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətindən tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməlidir.

Vİ. Nəticə:

23. Qeyd olunanlara əsasən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə

QƏT ETDİ:

İddia təmin edilsin. İddiaçı MMC-yə məxsus Şəki şəhər Salman Mümtaz küçəsində yerləşən qeyriyaşayış sahəsində quraşdırılmış ******* nömrəli elektrik sayğacı "xxxx" ASC-nin kompyuter informasiya məlumat bazasında qeydiyyata alınsın və müəssisəyə elektrik enerjisi verilişi bərpa edilsin. İş üzrə ödənilmiş 99,60 manat dövlət rüsumuna görə pul cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətindən tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən : Elnarə Hüseynova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar