Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № e-2-2(117)-1507/2024 18.10.2024 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Hüseynov Mübariz Rahil oğlu, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı “cavabdehlərdən müştərək qaydada 348000 manat məbləğində pulun və məhkəməyə müraciət etmək üçün ödənilmiş 638 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi” tələbinə dair iddia ərizəsinə və ona əlavə olunmuş sənədlərə baxaraq müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı “cavabdehlərdən müştərək qaydada 348000 manat məbləğində pulun və məhkəməyə müraciət etmək üçün ödənilmiş 638 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iddia ərizəsi və ona əlavə edilmiş sənədləri araşdırıb hesab edir ki, iddiaçı tərəfindən qanunvericiliyin iddia ərizəsi və ona əlavə sənədlərin cavabdehə çatdırılması ilə bağlı tələblərinə əməl edilmədiyindən, habelə məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilmədiyindən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddaçıya geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə MPM): 150.1.4-cü maddəsinə əsasən bu Məcəllənin 150.2-ci maddəsinə uyğun olaraq kommersiya mübahisələri üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin surətinin və ona əlavə edilmiş sənədlərin alınması haqqında sənəd; 152.1.4-cü maddəsinə əsasən, kommersiya mübahisələri üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin alınmasına dair sübut təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Bundan əlavə, qanunvericilikdə kommersiya mübahisələri üzrə elektron qaydada verilən iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin cavabdehə çatdırılması ilə bağlı tələb müəyyən edilmişdir. MPM-in 150.2-ci maddəsinə əsasən kommersiya mübahisələri üzrə elektron qaydada verilən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər işdə iştirak edən digər şəxslərin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir və bu barədə məlumat elektron qaydada (elektron poçt və SMS vasitəsilə) onlara çatdırılır. Əgər sahibkar olan cavabdeh “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçməmişsə, bu halda kommersiya mübahisələri üzrə elektron qaydada verilən iddia ərizəsi barədə bildiriş və “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmə qaydasına dair məlumat həmin şəxsin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir və bu barədə məlumat elektron qaydada (elektron poçt və SMS vasitəsilə) ona çatdırılır. Cavabdeh qeyri-rezident olduğu halda iddia ərizəsi və ona əlavə edilmiş sənədlər onun nümayəndəsinin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir. Azərbaycan Respublikası Prezidentinin 16 iyul 2021-ci il tarixli 1403 nömrəli Fərmanına əsasən MPM-in 150.2-ci maddəsində “orqanın (qurumun) informasiya sistemi” dedikdə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin X1 Sistemi nəzərdə tutulur. Hazırki iş üzrə “Elektron Məhkəmə” İnformasiya Sistemindən əldə edilmiş məlumatdan müəyyən olunduğu kimi Cavabdeh2 VÖEN-i mövcuddur. İddia ərizəsi və ona əlavə edilmiş sənədlər cavabdehə MPM-in 150.2-ci maddəsinin tələbi baxımından çatdırılmalıdır ki, iddiaçı buna dair sübutları təqdim etməmişdir. Bu səbəbdən iddia ərizəsi iddiaçıya qaytarılmalıdır. Bundan başqa iddiaçı iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin digər Cavabdeh1 çatdırılmasını (cavabdehin elektron kabinetində yerləşdirilməsini, cavabdehin elektron kabineti olmadıqda poçt vasitəsilə çatdırılmasını) təmin etməli olduğu halda bunu etməmişdir. Belə ki, Dövlət Vergi Xidmətinin X1 Sistemindən əldə edilən məlumatdan görünür ki, iş üzrə digər cavabdeh olan Cavabdeh1 VÖEN-i (X2 Nömrəsi) və elektron kabineti mövcud deyil. Buna baxmayaraq iddiaçı digər Cavabdeh1 da ona qarşı qaldırılmış iddiadan məlumatlı olması üçün qeyd edilən cavabdehə VÖEN-i olmaması səbəbindən iddia ərizəsi və pretenziya sənədini kağız daşıyıcda çatdırılmalı olduğu halda bunu etməmişdir. Cavabdeh1 elektron kabineti və VÖEN-inin olmaması iddiaçını iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin cavabdehə çatdırılması vəzifəsindən azad etmir. Eyni zamanda Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilmiş məlumatdan görünür ki, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə İddiaçı tərəfindən məhkəməyə iddia ərizəsi daxil olmuş, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər xx.xx.2024-cü il tarixli e-2-2(117)-1180/2024 nömrəli qərardadla yuxarıda qeyd edilən əsaslarla geri qaytarılmış və iddiaçıya qeyd edilən çatışmazlıqlar aradan qaldırıldıqdan sonra məhkəməyə yenidən müraciət edə biləcəyi bildirilmişdir. Lakin iddiaçı nəzərdə tutulan çatışmazlıqlara diqqət etməmiş, iddia ərizəsini və ona əlavə edilmiş sənədləri təkrar eyni qaydada göndərmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. 114.2-ci maddəsinə əsasən Dövlət rüsumu Azərbaycan Respublikasının qanunları ilə nəzərdə tutulmuş digər hallarda da geri qaytarılır. Məhkəmə dövlət rüsumunun qaytarılması məsələsi barədə qərardad çıxarır, qərardadda dövlət rüsumunun tam və ya qismən qaytarılmasının əsasları göstərilir. Bu səbəbdən məhkəmə hesab edir ki, iddiaçı tərəfindən işə baxılması ilə əlaqədar hazırki məhkəmənin hesabına ödənilmiş 638 manat dövlət rüsumu geri qaytarılmalıdır. Məhkəmə tərəfindən iddiaçının diqqətinə çatdırılır ki, yuxarıda qeyd olunan çatışmazlıqlar aradan qaldırıldıqdan sonra qanunvericiliyin tələblərinə riayət etməklə ümumi qaydada yenidən iddia ərizəsi ilə məhkəməyə müraciət edə bilər. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin, 263, 264, 266-268-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı “cavabdehlərdən müştərək qaydada 348000 manat məbləğində pulun və məhkəməyə müraciət etmək üçün ödənilmiş 638 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçı tərəfindən xx.xx.2024-cü il tarixli, ********** nömrəli qəbzlə X3 və ya Asanpay vasitəsilə (rüsumu qəbul edən təşkilat "xxxx" ASC) ödənilmiş 638 manat Dövlət rüsumu İddiaçı dövlət büdcəsindən qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki Kommersiya Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Hakim: Mübariz Hüseynov
Məhkəmə qərarları › İş №e-2-2(117)-1507/2024
Şəki Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(117)-1507/2024
18.10.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver