Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-153/2022 21.07.2022 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Hüseynov Mübariz Rahil oğlunun sədrliyi, Mirzəyeva Ramilə Comərd qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının cavabdeh “xxxx” X1a qarşı “xx.xx.2019-cu il tarixli 917 saylı kredit müqaviləsi üzrə 97622 manat əsas borcun, 1470,56 manat faiz borcunun və əldən çıxmış faydaya görə borcun illik 5 % məbləğində 11565,59 manat faiz borcunun cəmi 110658,15 manat borcun, 400 manat mediasiya xərcinin və 16,48 manat dövlət rüsumunun tutulması, öhdəliyinin icrasının təminatı kimi girov qoyulmuş “xxxx” X1a məxsus İsmayıllı rayonu, İvanovka kəndində yerləşən 100 baş iri buynuzlu malqaraya yönəltməklə, həmin mal-qaranın açıq hərraca çıxarılaraq satılması hesabına borcun ödənilməsi” tələbinə dair iş materiallarına baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatı (bundan sonra mətndə iddiaçə) cavabdeh “xxxx” X1a (bundan sonra mətndə cavabdeh) qarşı “xx.xx.2019-cu il tarixli 917 saylı kredit müqaviləsi üzrə 97622 manat əsas borcun, 28852,93 manat faiz borcunun, cəmi 126475,64 manat borcun, 400 manat mediasiya xərcinin və 16,48 manat dövlət rüsumunun tutulması, öhdəliyinin icrasının təminatı kimi girov qoyulmuş “xxxx” X1a məxsus İsmayıllı rayonu, İvanovka kəndində yerləşən 100 baş iri buynuzlu malqaraya yönəltməklə, həmin mal-qaranın açıq hərraca çıxarılaraq satılması hesabına borcun ödənilməsi” tələbinə dair Şəki Kommersiya Məhkəməsinə müraciət etmişdir. İddiaçı iş üzrə ekspertiza təyin edildikdən sonra iddia tələbini azaldaraq “xx.xx.2019-cu il tarixli 917 saylı kredit müqaviləsi üzrə 97622 manat əsas borcun, 1470,56 manat faiz borcunun və əldən çıxmış faydaya görə borcun illik 5 % məbləğində 11565,59 manat faiz borcunun cəmi 110658,15 manat borcun, 400 manat mediasiya xərcinin və 16,48 manat dövlət rüsumunun tutulması, öhdəliyinin icrasının təminatı kimi girov qoyulmuş “xxxx” X1a məxsus İsmayıllı rayonu, İvanovka kəndində yerləşən 100 baş iri buynuzlu mal-qaraya yönəltməklə, həmin mal-qaranın açıq hərraca çıxarılaraq satılması hesabına borcun ödənilməsi” barədə tələbini dəqiqləşdirmişdir. İddiaçı QSC BOKT ilə “xxxx” X1 arasında əkinçilik məqsədi ilə bağlanmış xx.xx.2019-cu il tarxili 917 nömrəli kredit müqaviləsinin 1 və 2.1-ci bəndlərinə əsasən, borcverən borcalana illik 14% dərəcəsi ilə 6 ay müddətinə 100000 manat kredit verməyi öhdəsinə götürmüş, borcalan isə alınmış vəsaitin və hesablanmış faizlərin ödənilməsini öhdəsinə götürmüşdür. Eyni zamanda "xxxx" QSC BOKT ilə “xxxx X1” arasında X1 öhdəliyinin icrasının təminatı məqsədilə xx.xx.2019-cu il tarixli 917 nömrəli girov müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 5.3-cü bəndinə əsasən, əsas müqavilə üzrə borcalan borcverən qarşısında xx.xx.2019-cu il tarxili 917 nömrəli kredit müqaviləsi üzrə öz öhdəliklərini yerinə yetirmədikdə girov saxlayanın ixtiyarı vardır ki, girov qoyulmuş heyvanlara tələb yönəltməklə həmin heyvanların müvafiq qaydada satışından təminat alsın və ödənilməmiş kreditin, kredit faizlərinin və gecikdirmə faizlərinin ödənilməsini təmin etsin. Şəki Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə-iqtisad ekspertizası təyin olunmuş və ekspertizanın nəticəsi olaraq 28 iyun 2022-ci ildə məhkəməyə təqdim olunmuş ekpert rəyinə əsasən, xx.xx.2022-ci il tarixə 97644,44 manat əsas borc, 255,72 manat faiz borcu və əldən çıxmış faydaya görə illik 5 % əsas borca hesablanmaqla 11188,43 manat cərimə faizi borcunun olduğu müəyyən edilmişdir. Cavabdehin nümayəndəsi xx.xx.2022-ci il tarixdə məhkəməyə göndərdiyi etirazda əsas borcu qəbul etdiklərini faiz borcunun və digər məhkəmə xərclərinin ödənilməsi hissəsində iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə tərəfindən iddiaçının tələbin həcminin dəyişdirilməsi barədə ərizəsində qeyd etdiyi hallar məhkəmə iclasında işin araşdırılması zamanı müəyyən edildiyindən tələbin dəyişdirilməsi qəbul edilmişdir. İddiaçının nümayəndəsi Nümayəndə2 məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, iddia tələbini müdafiə edir və ekspert rəyi əsasında borcun tutulmasına etiraz etmirlər. Tərəflərə məhkəmə iclasınının vaxtı və yeri barədə xəbərdar edilmələrinə baxmayaraq, cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, bunun üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxmışdır. İddiaçı tərəfindən elektron qaydada icraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: xx.xx.2019-cu il tarxili 917 nömrəli kredit müqaviləsi və müqavilənin ödəniş cədvəlləri, xx.xx.2019-cu il tarixli girov müqaviləsi və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdırıb, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin – (bundan sonra MM): 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.2-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikası Müki Məcəlləsi ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 449.1-ci maddəsinə əsasən, özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. 739.1-ci maddəsinə əsasən, Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında kredit müqaviləsi bağlanmış, həmin müqavilə əkinçiliyin təmin edilməsi məqsədi ilə bağlanmış xx.xx.2019-cu il tarxili 917 nömrəli kredit müqaviləsinin 1 və 2.1-ci bəndlərinə əsasən, borcverən borcalana illik 14% dərəcəsi ilə 6 ay müddətinə 100000 manat kredit verməyi öhdəsinə götürmüş, borcalan isə alınmış vəsaitin və hesablanmış faizlərin ödənilməsini öhdəsinə götürmüşdür. Cavabdeh qismən ödəniş etsə də borcu vaxtında ödəməmiş və əsas borcu, eyni zamanda faiz borcu yaranmışdır. İş üzrə ekspertizanın rəyində əsas borcn 97644,44 manat olması qeyd edilsə də, iddiaçı tələbində əsas borcu 97622 manat qeyd etdiyindən məhkəmənin iddia tələbindən kənara çıxmaq hüququ olmadığından məhkəmə iddiaçının tələbində olan məbləği əsas borc kimi qəbul edir. Müqavilə müddəti üçün hesablanmış faiz məbləğini daha inandırıcı qəbul edir, çünki müqavilə faizi və müqavilə müddəti az olduğundan, eyni zamanda cavabdeh tərəfindən qismən ödənişlər edildiyindən faiz borcunun 255,72 manat olması daha obyektiv və əsaslıdır. Bundan əlavə iddiaçının müqavilə müddəti bitdikdən sonra vəsaitin qaytarılmadığı dövr üçün cavabdehdən faiz tələb etmək hüququ da vardır. İddiaçı həmin vəsaiti əsas borca illik hesablanan 5 % məbləğində hesablanmasını tələb etmişdir. MM-in 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; 445.2.2. icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi. 445.7. Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Məhkəmə ekspert rəyinə əsaslanaraq əsas borca illik hesablanan 5 % məbləğində hesablanan məbləğin 11188,43 manat təşkil etməsinə əks mövqe, sübut və arqumentlə əsaslandırılmadığından ekspert rəyin həmin hissədə qəbul edir. Eyni zamanda tərəflər arasında cavabdehin öhdəliyinin icrasının təminatı məqsədilə xx.xx.2019-cu il tarixli 917 nömrəli girov müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 5.3cü bəndinə əsasən, əsas müqavilə üzrə borcalan borcverən qarşısında xx.xx.2019-cu il tarxili 917 nömrəli kredit müqaviləsi üzrə öz öhdəliklərini yerinə yetirmədikdə girov saxlayanın ixtiyarı vardır ki, girov qoyulmuş heyvanlara tələb yönəltməklə həmin heyvanların müvafiq qaydada satışından təminat alsın və ödənilməmiş kreditin, kredit faizlərinin və gecikdirmə faizlərinin ödənilməsini təmin etsin. Odur ki, cavabdeh öhdəliyini yerinə yetirmədiyindən iddiaçı cavabdehə məxsus İsmayıllı rayonu, İvanovka kəndində yerləşən 100 baş iri buynuzlu mal-qaraya girov predmeti olaraq tələb yönəltməkdə haqlıdır. Belə ki, MM-in : 276.1. İpoteka predmeti olan əşyalar, habelə mülki dövriyyədən çıxarılmış əşyalar və kreditorun şəxsiyyəti ilə qırılmaz bağlı olan tələblər, o cümlədən alimentlər, həyata və ya sağlamlığa vurulmuş zərərin əvəzinin ödənilməsi haqqında tələblər və digər şəxsə güzəşt olunması qanunla qadağan edilmiş sair hüquqlar istisna olmaqla, istənilən əşyalar və tələblər girov predmeti ola bilər. 280.1. Girov müqaviləsi yazılı formada bağlanmalıdır. 281.1. Girov hüququ girov müqaviləsinin bağlandığı andan, girov hüququnun dövlət qeydiyyatına alınmalı olduğu hallarda isə onun qeydə alındığı andan əmələ gəlir. 281.2. Əgər müqaviləyə görə girov predmeti girov saxlayanda olmalıdırsa, girov hüququ girov predmetinin ona verildiyi an, girov predmeti müqavilə bağlanana qədər verildikdə isə onun bağlandığı an əmələ gəlir. Məhkəmə yekun olaraq belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, cavabdehdən 97622 manat əsas borc, 255,72 manat faiz borcu və illik 5 % olmaqla 11188,43 manat əldən çıxmış faydaya görə faiz borcu tutularaq iddiaçıya ödənilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi MPM-in 119-cu maddəsinə əsasən həll edilir. 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Cavabdehdən mediasiya xərci və ödənilmiş dövlət rüsumunun 5,76 manat hissəsi iddiaçının xeyrinə tutulmalı, 394,90 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməli, məhkəmə ekspertizası məhkəmənin təşəbbüsü ilə təyin edildiyindən həmin xərc tərəflər arasında bərabər bölüşdürülməlidir. Nəticəvi hissə: İddia qismən təmin edilsin. Cavabdeh “xxxx” X1dan 97622 manat əsas borc, 255,72 manat faiz borcu və illik 5 % olmaqla 11188,43 manat əldən çıxmış faydaya görə faiz borcu, 400 manat mediasiya xərci və 5,76 manat dövlət rüsumu tutularaq "xxxx" Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatına ödənilsin. Tutma “xxxx” X1a məxsus İsmayıllı rayonu, İvanovka kəndində yerləşən 100 baş iri buynuzlu mal-qaraya yönəldilsin.Həmin mal-qara açıq hərracda satılsın. Əldə edilən vəsait hesabına borc ödənilsin. İddia qalan hissədə rədd edilsin. Cavabdehdən 394,90 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Ekspertiza tədqiqatının dəyəri olan 200 manatın 100 manatı iddiaçıdan, 100 manatı cavabdehdən tutulub Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən : Mübariz Hüseynov
Məhkəmə qərarları › İş №e-2-2(117)-153/2022
Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-153/2022
21.07.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver