Məhkəmə qərarları › İş №e-2-2(117)-1542/2024

Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-1542/2024

10.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-1542/2024 10.12.2024 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Hüseynov Mübariz Rahil oğlunun sədrliyi, Mövsümova Günel Namizət qızının katibliyi, Cavabdeh2 iştirakı ilə, İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “cavabdehlərdən müştərək qaydada iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin хеyrinə 027R********** nömrəli krеdit razılaşması üzrə 28862.94 manat məbləğində krеdit bоrcu, 5765.71 manat məbləğində faiz bоrcu və 1639.95 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə 36268.60 manat məbləğində borcun və məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 198.81 manat məbləğində dövlət rüsumunun; tələbin Cavabdeh2 mülkiyyətində olan X1 Yük markalı, bortlu kranqurğusu tipli, ağ rəngli, 1997-ci il buraxılışlı **-OS-*** dövlət qeydiyyat nişanlı və ADD 12 Yarımqoşqu markalı, meydança tipli, qırmızı rəngli, 2011-ci il buraxılışlı **-JZ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələrinə yönəldilməsi, həmin nəqliyyat vasitələrinin açıq hərracda satılması, hərracdan satış hesabına əldə olunmuş vəsaitdən ümumilikdə cəmi 36268.60 manat məbləğində borcun və 198.81 manat məbləğində dövlət rüsumunun bankın xeyrinə ödənilməsi; hərracdan əldə edilmiş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 müştərək qaydada "xxxx" QSC-nin xeyrinə tutulması” tələbi üzrə mübahisəyə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq qətnamə qəbul etdi. Təsviri hissə: xx.xx.2019-cu il tarixdə İddiaçı QSC ilə Cavabdeh2 arasında bağlanmış 027L**********75 nömrəli uzunmüddətli kredit müqaviləsinə əsasən sonuncuya 120 ay müddətinə, illik faiz dərəcəsinin yuxarı həddi 28 % olmaqla 200 000 manat məbləğində uzunmüddətli kredit xətti açılmışdır. Eyni zamanda xx.xx.2020-ci il tarixində İddiaçı QSC ilə Cavabdeh3 arasında borcalanın 027L**********75 nömrəli uzunmüddətli kredit müqaviləsi üzrə öhdəliklərini icra etmədikdə həmin müqavilədən irəli gələn öhdəliklərin tam yerinə yetirilməsi barədə 027S**********01 nömrəli zaminlik müqaviləsi bağlanmışdır. 027L**********75 nömrəli uzunmüddətli kredit müqaviləsi üzrə xx.xx.2021-ci il tarixdə bağlanmış 027R********** nömrəli kredit razılaşmasına əsasən bank tərəfindən Cavabdeh2 36 ay müddətinə aylıq faiz dərəcəsi 1.6667 % olmaqla kredit razılaşmasının ayrılmaz tərkib hissəsi olan 1 saylı Əlavədə göstərilmiş ödəniş planına uyğun razılaşdırılmış tarixlərdə kredit və ona hesablanmış faizi ilə birlikdə ödənilməsi şərtilə 50 000 manat məbləğində kredit verilmişdir. Uzunmüddətli kredit xətti müqaviləsinə əsasən yaranmış öhdəliyin icrasının təminatı olaraq İddiaçı QSC ilə Cavabdeh2 arasında xx.xx.2021-ci il tarixdə 027M**********01 nömrəli ipoteka müqaviləsi bağlanmışdır. Həmin ipoteka müqaviləsində göstərilmiş Cavabdeh2 mülkiyyətində olan X1 Yük markalı, bortlu kranqurğusu tipli, ağ rəngli, 1997-ci il buraxılışlı **-OS-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ipoteka predmeti kimi qəbul olunmuşdur. Uzunmüddətli kredit xətti müqaviləsinə əsasən yaranmış öhdəliyin icrasının təminatı olaraq İddiaçı QSC ilə Cavabdeh2 arasında xx.xx.2021-ci il tarixdə 027M**********01 nömrəli ipoteka müqaviləsi bağlanmışdır. Həmin ipoteka müqaviləsində göstərilmiş Cavabdeh2 mülkiyyətində olan ADD 12 Yarımqoşqu markalı, meydança tipli, qırmızı rəngli, 2011-ci il buraxılışlı **-JZ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ipoteka predmeti kimi qəbul olunmuşdur. xx.xx.2023-cü il tarixdə İddiaçı QSC ilə Cavabdeh2 arasında 027R211986505S nömrəli “kredit razılaşması və ödəniş planına dəyişiklik edilməsi” haqqında Saziş bağlanmışdır. Bu sazişə əsasən kredit alan, 027R********** nömrəli razılaşma ilə götürdüyü kreditin qalığını və hesablanmış faizləri, habelə nəzərdə tutulduğu halda cərimə borcunu bu sazişə əlavə olunan xx.xx.2023-cü il tarixli Ödəniş planına uyğun olaraq banka ödəməlidir. Eyni zamanda xx.xx.2023-cü il tarixində İddiaçı QSC ilə Cavabdeh1 arasında borcalanın 027L**********75 nömrəli uzunmüddətli kredit müqaviləsi üzrə öhdəliklərini icra etmədikdə həmin müqavilədən irəli gələn öhdəliklərin tam yerinə yetirilməsi barədə 027S**********01 nömrəli zaminlik müqaviləsi bağlanmışdır. Cavabdeh2 kredit razılaşması ilə üzərinə götürdüyü öhdəlikləri tam yerinə yetirmədiyindən 003R********** nömrəli krеdit razılaşması üzrə götürdüyü krеdit bоrcundan 21137.06 manat ödəmiş, onun 28862.94 manat məbləğində kredit borcu qalmışdır. İddiaçı borcun ödənilməsi barədə cavabdehlərə müraciət etmiş, borc ödənilmədiyindən tərəflər arasında hazırkı mübahisə yaranmış və iddiaçı məhkəməyə müraciət edərək iddiasını onunla əsaslandırmışdır ki, Cavabdeh2 krеdit razılaşmasının 1.2-ci bəndinin tələbini pоzaraq krеdit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, krеdit bоrcu və faiz bоrcundan ibarət оlmaqla ödəməli оlduğu vəsaitləri xx.xx.2023-cü il tarixdən banka qaytarmamışdır. Uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh2 öhdəliklərinin icrasını təmin еtmək məqsədilə cavabdеhlər Cavabdeh3 və Cavabdeh1 zaminlik müqavilələrinə əsasən bank qarşısında öz üzərilərinə məsuliyyət götürmüşdürlər. Cavabdeh3 və Cavabdeh1 həmin zaminlik müqavilələrinin 1.1-ci bəndinə əsasən yuхarıda göstərilən uzunmüddətli kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında Cavabdeh2 ilə birgə məsuliyyət daşıyır və uzunmüddətli kredit müqaviləsi üzrə krеditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra еtməlidirlər. Azərbaycan Respublikası Nəqliyyat Vasitəsinin qeydiyyat şəhadətnaməsindən göründüyü kimi X1 Yük markalı, bortlu kranqurğusu tipli, ağ rəngli, 1997-ci il buraxılışlı **- OS-*** dövlət qeydiyyat nişanlı və ADD 12 Yarımqoşqu markalı, meydança tipli, qırmızı rəngli, 2011-ci il buraxılışlı **-JZ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələri mülkiyyət hüququ ilə Cavabdeh2 adına AR DİN BDYPİ Qİİ-də qeydiyyata alınmışdır AR DİN BDYPİ Qeydiyyat İmtahan İdarəsi tərəfindən verilmiş İpoteka müqaviləsinin qeydiyyata alınması ilə əlaqədar daşınar əmlakın müvafiq rəsmi reyestrindən 142457 nömrəli və 143246 nömrəli çıxarışlardan göründüyü kimi müvafiq olaraq X1 Yük markalı **-OS-*** qeydiyyat nişanlı nəqliyyat vasitəsi İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə xx.xx.2021-ci il tarixdən başlayaraq 027M**********01 nömrəli ipoteka müqaviləsinə əsasən xx.xx.2031-ci il tarixinədək; ADD 12 Yarımqoşqu markalı **-JZ-*** qeydiyyat nişanlı nəqliyyat vasitəsi isə İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə xx.xx.2019-cu il tarixdən başlayaraq xx.xx.2029-cu il tarixinədək ipoteka ilə yüklü edilmişdir. İşin məhkəmə araşdırması zamanı "xxxx" Qiymətləndirmə şirkəti tərəfindən təqdim edilmiş mütəxəssis rəyinə əsasən ipoteka predmeti olan X1 Yük markalı, bortlu kranqurğusu tipli, ağ rəngli, 1997-ci il buraxılışlı **-OS-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin xx.xx.2024-cü il tarixinə bazar dəyəri 28 000 manat, likvid dəyəri 22 000 manat; ADD 12 Yarımqoşqu markalı, meydança tipli, qırmızı rəngli, 2011-ci il buraxılışlı **-JZ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin xx.xx.2024-cü il tarixinə bazar dəyəri 6000 manat, likvid dəyəri 4000 manat təşkil edir. xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktublarından görünür ki, İddiaçı QSC tərəflərə müraciət edərək xx.xx.2024-cü il tarixinədək gecikdirilmiş ödəniş məbləğinin banka qaytarılmasını və kredit müqaviləsinin ləğv edilməsini təklif etmişdir. Əks təqdirdə kredit müqaviləsinin vaxtından əvvəl ləğv ediləcəyini və onların banka borclu olduğu 28862.94 manat əsas borcun, 4358.84 manat faiz borcunun, 1546.95 manat cərimə borcunun məcburi alınması üçün məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. Cavabdeh2 məhkəmə iclasında verdiyi izahatında bildirmişdir ki, borcunu qəbul edir. Lakin hazırda ödəməyə maddi imkanı yoxdur. Əgər vaxt verilərsə, borcunu hissə-hissə ödəyə bilər. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq iddiaçı tərəf məhkəmə iclasında iştirak etməmiş, iddiaçının nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə iclasının iştirakı olmadan keçirilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 185-ci maddəsinə əsasən işə iddiaçı tərəfin iştirakı olmadan baxmışdır. Elektron qaydada icraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: Uzunmüddətli kredit müqaviləsi, kredit razılaşması, zaminlik müqavilələri, ipoteka müqavilələri, nəqliyyat vasitələrinin qeydiyyat şəhadətnaməsi, çıxarışlar, xəbərdarlıq məktubları, maliyyə arayışı, hesabdan çıxarış və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi : Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Müki Məcəlləsi ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər (Azərbaycan Respublikası Mülki Məcəlləsi maddə - 385.1, 386.1, 442, 445.2, 448.1, 470.1, 472.1, 739.2). Məhkəmə iddia tələbinin 027R********** nömrəli krеdit razılaşması üzrə 28862.94 manat məbləğində krеdit bоrcunun tutulması hissəsinə münasibətdə qeyd edir ki, iddia tələbi bu hissədə əsaslıdır və təmin edilməlidir. Belə ki, işin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı borcalan qarşısında uzunmüddətli kredit müqaviləsi üzrə bağlanmış kredit razılaşmasından irəli gələn öhdəliyini yerinə yetirsə də, sonuncu öhdəliyini lazımınca yerinə yetirmədiyindən onun 027R********** nömrəli krеdit razılaşması üzrə 28862.94 manat krеdit bоrcu qalmışdır. Zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıdığından və zaminlik müqaviləsi qüvvədə olduğundan həmin borc məbləği cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə 027R********** nömrəli krеdit razılaşması üzrə 5765.71 manat məbləğində faiz borcunun ödənilməsi hissəsinə münasibətdə qeyd edir ki, iddia bu hissədə qismən təmin edilməlidir. Belə ki, iddiaçı kredit razılaşması üzrə 5765.71 manat məbləğində faiz borcu tələb etsə də, xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktublarından görünür ki, müqavilə birtərəfli qaydada ləğv edilmiş və tərəflərə 4358.84 manat məbləğində faiz borcunun məcburi qaydada ödənilməsi ilə bağlı məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2023-cü il tarixli Qərarında 1-ci bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır. Həmin qərarda daha sonra qeyd edilmişdir ki, ikitərəfli müqavilələr üzrə öhdəliyin pozulması halında kreditor Azərbaycan Respublikası Mülki Məcəlləsinin 447.1-ci maddəsinə uyğun olaraq müqavilədən imtina etməklə ona xitam verə bilər. Müqavilədən imtina barədə iradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqaviləyə xitam verilmiş sayılır. Konstitusiya Məhkəməsi Plenumunun qərarında daha sonra qeyd edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinin tələbləri baxımından müqavilənin ləğvindən əvvəl gecikdirilmiş annuitet (əsas məbləğ və hesablanmış faizlər) ödənişlərə münasibətdə yaranmış tələb müqavilənin ləğvindən sonrada da qüvvədə qalır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə uyğun olaraq, kreditor öhdəliyin pozulması halında digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğində vəsaitin ödənilməsini tələb etmək hüququna malikdir. Yəni, hazırki iş üzrə iddiaçı ləğv anınadək pul vəsaitindən istifadə haqqını (faizləri), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Buna uyğun olaraq məhkəmə tələb edilən faiz borcuna münasibətdə o nəticəyə gəlmişdir ki, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə və yuxarıda adı çəkilən Konstitusiya Məhkəməsinin Qərarına əsasən iddiaçı 4358.84 manat məbləğində faiz borcunun tutulmasını tələb etməkdə haqlıdır. Bundan əlavə olaraq cavabdehlər iddia tələbi ilə bağlı məhkəməyə etiraz və ya vəsatətlərini təqdim etməmiş, bu səbəbdən, eyni zamanda tələb edilən borc məbləğinin artıq olması ilə bağlı hər hansı başqa bir mübahisəli məqam olmadığından məhkəmə əlavə araşdırma aparmamışdır. Məhkəmə 027R********** nömrəli krеdit razılaşması üzrə 1639.95 manat məbləğində cərimə borcunun ödənilməsi hissəsinə münasibətdə qeyd edir ki, iddia bu hissədə qismən təmin edilməlidir. Belə ki, dəbbə pulu (cərimə, penya) qanunla və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən, icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər (Mülki Məcəllə maddə - 462.1, 462.3, 467)... Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, borclu kredit borcunu ödəməsə də, iddiaçı vaxtında məhkəməyə müraciət etməmiş, cərimənin artmasına şüurlu surətdə şərait yaratmışdır. Bu səbəbdən də dəbbə pulunun artmasında iddiaçının təqsirini, tərəflərin əmlak vəziyyətini, nəzərə alaraq məhkəmə hesab edir ki, cavabdehlərdən 027R********** nömrəli krеdit razılaşması üzrə 300 manat cərimə borcu tutularaq iddiaçıya ödənilməli, iddia qalan hissələrdə rədd edilməlidir. Məhkəmə iddia tələbinin “tələbin Cavabdeh2 mülkiyyətində olan X1 Yük markalı, bortlu kranqurğusu tipli, ağ rəngli, 1997-ci il buraxılışlı **-OS-*** dövlət qeydiyyat nişanlı və ADD 12 Yarımqoşqu markalı, meydança tipli, qırmızı rəngli, 2011-ci il buraxılışlı **-JZ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələrinə yönəldilməsi, həmin nəqliyyat vasitələrinin açıq hərracda satılması, hərracdan satış hesabına əldə olunmuş vəsaitdən ümumilikdə cəmi 36268.60 manat məbləğində borcun və 198.81 manat məbləğində dövlət rüsumunun bankın xeyrinə ödənilməsi” hissəsinə münasibətdə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1-ci maddəsinə əsasən girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. İpoteka haqqında Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. 39.3.3-cü maddəsinə əsasən ipoteka predmetinin ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Məhkəmə araşdırması zamanı müəyyən edildiyi kimi cavabdeh müqavilə üzrə öhdəliyini yerinə yetirmədiyindən iddiaçıya borcu yaranmış və bu səbəbdən də məhkəmə hesab edir ki, iddiaçı tələbin ipoteka predmetinə yönəldilməsini tələb etməkdə haqlıdır. Eyni zamanda məhkəmə hesab edir ki, ipoteka predmeti olan nəqliyyat vasitələrinin ilkin satış (likvid) qiyməti nəqliyyat vasitələrinin likvid dəyərləri ilə götürülərək X1 Yük markalı, bortlu kranqurğusu tipli, ağ rəngli, 1997-ci il buraxılışlı **-OS-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin likvid dəyəri 22 000 manat məbləğində, ADD 12 Yarımqoşqu markalı, meydança tipli, qırmızı rəngli, 2011-ci il buraxılışlı **-JZ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin likvid dəyəri isə 4000 manat məbləğində müəyyən edilməli və həmin nəqliyyat vasitələri açıq hərrac vasitəsi ilə satılmalıdır. Belə ki, İpoteka haqqında Qanunun 1.0.9-cu maddəsinə əsasən ilkin satış qiyməti - bu Qanunun tələblərinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir. Bundan başqa iddia tələbinin “hərracdan əldə edilmiş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 müştərək qaydada "xxxx" QSC-nin xeyrinə tutulması” hissəsinə münasibətdə məhkəmə hesab edir ki, iddia bu hissədə rədd edilməlidir. Belə ki, İpoteka haqqında Qanunun 47.5-ci maddəsinə əsasən ipoteka predmetinin satışından götürülən məbləğ ipoteka saxlayanın tələbinin ödənilməsi üçün yetərli deyildirsə, o, çatışmayan məbləği, əgər ipoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun başqa əmlakından almaq hüququna malikdir. Bu halda ipoteka saxlayanın ipotekaya əsaslanan üstünlük hüququ yoxdur. Əgər satışdan götürülən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ ipoteka qoyana qaytarılmalıdır. Göründüyü kimi satışdan əldə olunan vəsaitin borcun ödənilməsinə kifayət etməməsi halına dair qanunvericiliyin tənzimləməsi mövcuddur ki, belə olduğu təqdirdə icra qurumu tərəfindən məhkəmə qətnaməsinin pulun tutulması hissəsinə münasibətdə icra tədbirləri davam etdirilir. Məhkəmə yalnız pulun tutulması və tutulmanın ipoteka predmetinə yönəldilməsi ilə bağlı mübahisəyə baxmalıdır. Digər məsələlər isə “İcra Haqqında” və “İpoteka haqqında” Qanunların tələbi baxımından icra qaydasında həllini tapan məsələlərdir. Məhkəmə qətnaməsi özündə mübahisə edilən hüquq münasibətləri ilə bağlı ehtimallara deyil, mövcud vəziyyətə əsaslanmalı olduğundan məhkəmə hesab edir ki, iddia qiymət verilən hissədə rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 115.0.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. 116.2-ci maddəsinə əsasən məhkəmənin tapşırığı ilə gördükləri işlər ekspertlərin və mütəxəssislərin xidməti vəzifəsinə aid deyildirsə, onlar gördükləri işlərin əvəzinə haqq alırlar. Ödənilən haqqın, yaşayış sahəsinin icarə haqqının məbləği məhkəmə tərəfindən işdə iştirak edən şəxslərin razılığı ilə məntiqli həddə müəyyən edilir. Bu səbəbdən də məhkəmə hesab edir ki, ipoteka predmetinin qiymətləndirilməsi üçün məhkəmənin təşəbbüsü ilə aparılmış tədqiqatın dəyəri olan 350 manat pul cavabdehlərdən tutularaq "xxxx" MMC-nin hesabına ödənilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi Azərbaycan Respublikası Müki Məcəlləsinin 119-cu maddəsinə əsasən həll edilir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. xx.xx.2021-ci il tarixdən qüvvədə olan “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci və 8.2-ci maddələrinə əsasən hazırki iş üzrə iddianın qiymətinə əsasən ödənilməli dövlət rüsumu 198.81 manat olmalıdır. İddiaçı tərəfindən 198.81 manat dövlət rüsumu dövlət büdcəsinə ödənilsə və ödədiyi həmin dövlət rüsumunu tələb edilsə də, iddia tələbi qismən təmin edildiyindən 183.75 manat dövlət rüsumu cavabdehlərdən tutularaq iddiaçıya ödənilməli, iddianın təmin edilməmiş hissəsinə münasibətdə 15.06 manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 027R********** nömrəli krеdit razılaşması üzrə 28862.94 manat əsas bоrc, 4358.84 manat faiz bоrcu və 300 manat cərimə borcu, 183.75 manat dövlət rüsumu tutularaq İddiaçı QSC-yə ödənilsin. Borc məbləği Cavabdeh2 mülkiyyətində olan X1 Yük markalı, bortlu kranqurğusu tipli, ağ rəngli, 1997-ci il buraxılışlı **-OS-*** dövlət qeydiyyat nişanlı və ADD 12 Yarımqoşqu markalı, meydança tipli, qırmızı rəngli, 2011-ci il buraxılışlı **-JZ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələrinə yönəldilsin. İpoteka predmeti olan X1 Yük markalı, bortlu kranqurğusu tipli, ağ rəngli, 1997-ci il buraxılışlı **-OS-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin likvid dəyəri (ilkin satış) 22 000 manat məbləğində və ADD 12 Yarımqoşqu markalı, meydança tipli, qırmızı rəngli, 2011-ci il buraxılışlı **-JZ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin likvid dəyəri (ilkin satış) 4000 manat məbləğində müəyyən edilsin və həmin nəqliyyat vasitələri açıq hərrac vasitəsi ilə satılsın. Satışdan əldə edilmiş vəsait cavabdehlərin İddiaçı QSC-yə olan borcunun ödənilməsinə yönəldilsin. İddia qalan hissələrdə rədd edilsin. İpoteka predmetinin qiymətləndirilməsi üçün aparılmış tədqiqatın dəyəri olan 350 manat pul cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 tutularaq "xxxx" MMC-nin (VÖEN:**********, Bank: ABB ASC,BankVÖENi:**********,M.h.:AZ03NABZ********************,H.h:AZ471BAZ*************** *****, KOD: 805711; SWİFT: İBAZAZ2X) hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən : Mübariz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar