Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-155/2024 21.02.2024 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Hüseynov Mübariz Rahil oğlu, İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatının Cavabdeh qarşı “4688,37 manat əsas borc, 775,34 manat faiz borcu, müqavilə müddəti bitdikdən sonra illik 5%-lə hesablanmış 377,02 manat faiz borcunun, hesablanmış 67,85 manat cərimə borcu olmaqla, cəmi 5908,58 manat borcun və 110 manat mediasiya xərcinin cavabdehdən tutularaq ödənilməsi” tələbinə dair işə baxaraq aşağıdakı qətnamə qəbul edildi. Təsviri hissə: İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatı Cavabdeh qarşı “4688,37 manat əsas borc, 775,34 manat faiz borcu, müqavilə müddəti bitdikdən sonra illik 5%-lə hesablanmış 377,02 manat faiz borcunun, hesablanmış 67,85 manat cərimə borcu olmaqla, cəmi 5908,58 manat borcun və 110 manat mediasiya xərcinin cavabdehdən tutularaq ödənilməsi” tələbinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. xx.xx.2021-ci il tarixdə İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatı ilə Cavabdeh arasında tütün əkini üçün xx.xx.2022-ci il tarixədək kredit müqaviləsi bağlanmışdır. Həmin kredit müqaviləsi ilə iddiaçı 15 000 manat pulu illik 8,5 faizlə Cavabdeh verməyi, sonuncu isə borc məbləğini faizi ilə birlikdə ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 1.2-ci bəndinə əsasən bu müqavilənin şərtləri daxilində borcalan özünəməxsus olan və ya icarəyə götürdüyü (notarial qaydada və yaxud yerli icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş icarə müqaviləsi əsasında) Şəki rayonu, Baş Göynük kəndi ərazisində 9,58 ha torpaq sahəsində borcverəndən kredit şəklində aldığı pul vəsaiti ilə tütün istehsal etməyi, lazımi aqrotexniki tədbirləri yerinə yetirməyi və əldə edilmiş yaşıl tütün yarpağını bu müqavilə ilə müəyyən edilmiş qiymətlə, mövcud standartlara və texniki tələblərə uyğyn olaraq yalnız tədarükçüyə təhvil verməyi, tədarükçü məhsulu qəbul etməyi, alıcı isə məhsulun dəyərini borcalana ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 4.7-ci bəndinə əsasən borcalan gecikdirilmiş ödənişlərə görə vaxtı keçmiş günlərin sayına əsasən müəyyən olunmuş illik faizin üzərinə 10% əlavə cərimə faizi ödəyir. Həmin müqavilənin 6.3-cü bəndinə əsasən hazırki müqavilə kredit borcalanın adına rəsmiləşdirildiyi gündən qüvvəyə minir və borc (əsas və faiz borcu) tam ödənildikdən sonra qüvvəsini itirir. İddiaçı kredit müqaviləsi üzrə borcalana ümumilikdə 15 000 manat pul vəsaiti verilmiş, borcalan isə öhdəliyini lazımınca yerinə yetirmədiyindən onun ödənilməmiş borcu qalmışdır. İddiaçı mübahisənin məhkəmədən kənar həll edilməsi ilə bağlı cavabdehə müraciət etmiş, mübahisə məhkəmədən kənar həllini tapmadığından məhkəməyə müraciət etmiş və iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh kredit müqaviləsinə əsasən 15 000 manat kredit ayrılmış, sonuncu 10311,63 manat əsas, 499,66 manat faiz borcundan ödəniş etmiş, qalan məbləği isə müqavilə müddəti ərzində ödəmədiyindən ödənilməmiş əsas və faiz borcu qalmışdır. Kredit üzrə xx.xx.2023-cü il tarixə əsas və faiz borcunun ödənilməsi barədə məlumatdan görünür ki, cavabdeh tərəfindən kredit müqaviləsi üzrə 10311,63 manat əsas, 499,66 manat faiz borcundan ödəniş edilmiş, 4688,37 manat əsas, 775,34 manat müqavilə müddəti ərzində hesablanmış faiz borcu,67,85 manat cərimə borcu və 377,02 manat illik 5 faizlə hesablanmış borc məbləği qalmışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2021-ci il tarixli hesabdan çıxarışdan görünür ki, Aqrarkredit” QSC BOKT tərəfindən cavabdehin hesabına kredit tranşı olaraq xx.xx.2021-ci il tarixdə 7300 manat, xx.xx.2021-ci il tarixdə 4058 manat, xx.xx.2021-ci il tarixdə 3642 manat ümumilikdə 15 000 manat pul köçürülmüşdür. Həmin vəsait müvafiq olaraq toxum, torpağın icarə haqqı, şitillə qulluq, kultivasiya və toxa istqamətlərində xərcləndiyi qeyd edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsininn 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi qaydada bildiriş xx.xx.2024-cü il tarixdə poçt vasitəsilə təqdim edilmiş, cavabdeh məhkəməyə etiraz təqdim edərək müqavilə üzrə 15000 manat məbləğin ona tam şəkildə təqdim edilmədiyini və verilmiş məbləğ üzrə isə müqavilə üzrə 3 illik iddia müddətinin ötdüyünü bildirmiş və iş üzrə iddia icraatına keçiilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə tərəfindən xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixlərdə cavabdehə məktub ünvanlanaraq iddia müddətinin ötürülməsini təsdiq edən sənədləri məhkəməyə təqdim edilməsi xahiş edilmiş, mübahisənin olduğunu təsdiq edən sübutlar olmadığı təqdirdə işə sadələşdirilmiş qaydada baxılmasına davam ediləcəyi bildirilmişdir. Lakin cavabdeh tərəfindən məhkəməyə hər hansı sənəd və ya digər sübut təqdim edilməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxmışdır. İddiaçı tərəfindən elektron qaydada icraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara kredit müqaviləsi, açıqlama məlumatı, xəbərdarlıq və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iddia ərizəsini, cavabdehin etirazını təqdim edilmiş sübutlarla birlikdə hərtərəfli araşdırıb, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır; 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür; 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Məhkəmə araşdırması zamanı müəyyən edildiyi kimi, xx.xx.2021-ci il tarixdə İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatı ilə Cavabdeh arasında tütün əkini üçün xx.xx.2022-ci il tarixədək kredit müqaviləsi bağlanmışdır. Həmin kredit müqaviləsi ilə iddiaçı 15 000 manat pulu illik 8,5 faizlə Cavabdeh verməyi, sonuncu isə borc məbləğini faizi ilə birlikdə ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 1.2-ci bəndinə əsasən bu müqavilənin şərtləri daxilində borcalan özünəməxsus olan və ya icarəyə götürdüyü (notarial qaydada və yaxud yerli icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş icarə müqaviləsi əsasında) Şəki rayonu, Baş Göynük kəndi ərazisində 9,58 ha torpaq sahəsində borcverəndən kredit şəklində aldığı pul vəsaiti ilə tütün istehsal etməyi, lazımi aqrotexniki tədbirləri yerinə yetirməyi və əldə edilmiş yaşıl tütün yarpağını bu müqavilə ilə müəyyən edilmiş qiymətlə, mövcud standartlara və texniki tələblərə uyğyn olaraq yalnız tədarükçüyə təhvil verməyi, tədarükçü məhsulu qəbul etməyi, alıcı isə məhsulun dəyərini borcalana ödəməyi öhdəsinə götürmüşdür. 4.7-ci bəndinə əsasən borcalan gecikdirilmiş ödənişlərə görə vaxtı keçmiş günlərin sayına əsasən müəyyən olunmuş illik faizin üzərinə 10 % əlavə cərimə faizi ödəyir. 6.3-cü bəndinə əsasən hazırki müqavilə kredit borcalanın adına rəsmiləşdirildiyi gündən qüvvəyə minir və borc (əsas və faiz borcu) tam ödənildikdən sonra qüvvəsini itirir. Məhkəmə hesab edir ki, mülki qanunvericiliyin yuxarıda qeyd olunmuş normaları və tərəflər arasında bağlanmış müqavilənin şərtləri baxımından cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Belə ki, o, kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyə uyğun olaraq dövri ödənişlər etməli olduğu halda müəyyən miqdar ödəniş etsə də, öhdəliyinə uyğun olaraq müəyyən edilmiş miqdarda və vaxtda ödənişləri həyata keçirməmişdir. Buna görə də, cavabdehin məhz kredit müqaviləsindən irəli gələn öhdəliyini icra etmədiyinə görə borcu yaranmışdır. Bundan əlavə o, onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, əsas kredit borcunu müqavilədə razılaşdırıldığı kimi faizlə birlikdə iddiaçıya ödəməlidir. Məhkəmə iddia müddətinin keçməsi ilə bağlı cavabdehin etirazına münasibətdə bildirir ki, tərəflər arasında müqavilə xx.xx.2021-ci ildə 12 ay müddətinə bağlanılıb. 3 illik iddia müddətinin axımı xx.xx.2022-ci il tarixdən etibarən başlanılmış və xx.xx.2024-cü il tarixdə iddiaçı tərəfindən məhkəməyə müraciət edilmişdir. AR Mülki Məcəlləsinin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Göründüyü kimi iddia müddəti ötürülməmişdir. Cavabdeh etirazında qeyd edir ki, pul məbləğini tam almamışdır. Məhkəmə iş materiallarında olan hesabdan çıxarış sənədlərindən müəyyən etmişdir ki, 15000 manat məbləğində vəsait cavabdehin bank hesabına kredit tranşları formasında köçürülmüşdür. Məhkəmə cavabdehə sübutların təqdim edilməsini təklif etsə də, onun tərəfindən hər hansı bir sübut təqdim edilməmiş, yalnız etiraz və müraciət ünvanlayaraq iddia tələbi ilə razı omadığını bildirmiş və iddia icraatına keçilməsini xahiş etmişdir. Həmin müraciətlərlə bağlı cavabdehə məktublar ünvanlanmış, sübutların təqdim edilməsinin zəruriliyi və qanunda göstərilən hallarda iddia icraatına keçilməsinin mümkünlüyü izah edilmişdir. İddiaçı kredit müqaviləsi üzrə borcalana ümumilikdə 15 000 manat cavabdehə vermiş, borcalan isə öhdəliyini lazımınca yerinə yetirmədiyindən onun ödənilməmiş borcu qalmışdır. Bu səbəbdən məhkəmə hesab edir ki, iddiaçının tələbində qeyd etdiyi 10311,63 manat əsas, 499,66 manat müqavilə müddəti ərzində hesablanmış faiz borcunu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. İddia tələbinin 67,85 manat cərimə borcuna münasibətdə məhkəmə qeyd edir ki, iddia tələbi bu hissədə qismən əsaslıdır. Belə ki, tərəflər arasında bağlanmış kredit müqaviləsinin 4.7-ci bəndinə əsasən gecikdirilmiş ödənişlərə görə vaxtı keçmiş günlərin sayına əsasən müəyyən olunmuş illik faizin üzərinə 10 % əlavə cərimə faizi ödəyir. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər (Mülki Məcəllə maddə - 462.1, 462.3, 467)... Hazırki iş üzrə tərəflər arasında bağlanmış kredit müqaviləsi üzrə iddiaçı tərəfindən tələb edilən kredit müqaviləsinin 4.7-ci bəndinin şərtinə əsasən illik 10 %-lə hesablanmış 67,85 manat cərimə borcu tənasübsüz şəkildə yüksək olduğundan məhkəmə tərəflərin əmlak vəziyyətini nəzərə alaraq hesab edir ki, əsas borclu olan cavabdehdən 20 manat məbləğində cərimə tutularaq iddiaçıya ödənilməli, iddia qalan hissədə rədd edilməlidir. Müqavilə müddəti bitdikdən sonra illik 5%-lə hesablanmş 377,02 manat faiz borcuna münasibətdə məhkəmə qeyd edir ki, iddia tələbi bu hissədə də qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. Tərəflər arasında müqavilə xx.xx.2021-ci il tarixdə 12 ay müddətinə bağlanmışdır ki, müqavilənin müddəti xx.xx.2022-ci il tarixdə bitmişdir. Həmin tarixdən məhkəməyə müraciət edildiyi xx.xx.2024-cü il tarixə 21 ay üçün illik 5%-lə ödənilməli faiz məbləği 377,02 manat təşkil edir. Belə ki, adi hesablama aparıldıqda müəyyən olunduğu kimi müqavilə müddəti bitdikdən sonra illik 5 %-lə hesablanmış faiz məbləği (4688,37 * 5% = 234,41 manat – 1 il üçün, 234,41 / 12 = 19.53 aylıq faiz, 19.53 x 21 ay = 410,21 manat) təşkil edir. İddiaçı isə 377,02 manat tələb edir ki, məhkəmə iddia tələbindən kənara çıxmağa haqlı olmadığından həmin məbləğin cavabdehdən tutularaq ödənilməsini qanuni və ədalətli hesab edir. İş üzrə icraata dair prosessual xərclər məsələsi MPM-in 119-cu maddəsinə əsasən həll edilir. xx.xx.2021-ci il tarixdən qüvvədə olan “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun tələbi baxımından hazırki iş üzrə iddianın qiymətinə ödənilməli dövlət rüsumu 79,09 manat olmalıdır. İddia tələbi qismən təmin edilsə də, əsas borc məbləği əsasən dəyişmədiyindən cavabdehdən 79,09 manat dövlət rüsumu dövlət gəlirinə tutulmalıdır. Lakin iddiaçı tərəfindən 100 manat mediasiya xərci ödəildiyindən dövlət rüsumu ödənilməmişdir. Bildiyimiz kimi, mediasiya xərcini ödəyən şəxs ilkin müraciət zamanı dövlət rüsumunu ödəməkdən azad edilir. Qanunvericiliyin tələbinə görə dövlət rüsumu iddia tələbinin həll edilmə nəticəsinə uyğun tərəflər arasında bölüşdürüldüyündən, həmçinin cavabdehin əleyhinə qətnamə qəbul edilibsə, o yalnız bir dəfə rüsum ödəyə bilər. Odur ki, yalnız 100 manat mediasiya xərci cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 4688,37 manat əsas borc, 775,34 manat faiz borcu, müqavilə müddəti bitdikdən sonra illik 5%-lə hesablanmış 377,02 manat faiz borcu, 20 manat cərimə borcu və 100 manat mediasiya xərci tutularaq İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatına ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim : Mübariz Hüseynov
Məhkəmə qərarları › İş №e-2-2(117)-155/2024
Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-155/2024
21.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver