Məhkəmə qərarları › İş №e-2-2(117)-1553/2022

Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-1553/2022

07.12.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-1553/2022 07.12.2022 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Hüseynov Mübariz Rahil oğlunun sədrliyi, Mövsümova Günel Namizət qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “xx.xx.2020-ci il tarixli borc müqaviləsi üzrə 37953,16 manat məbləğində əsas borcun, müqavilə üzrə öhdəliyin gecikdirilməsinə görə 4744.1 manat məbləğində peniyanın və 219 manat dövlət rüsumunun cavabdehdən tutulması” tələbi üzrə mübahisəyə məhkəmənin binasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “xx.xx.2020-ci il tarixli borc müqaviləsi üzrə 37953,16 manat məbləğində əsas borcun, müqavilə üzrə öhdəliyin gecikdirilməsinə görə 4744.1 manat məbləğində peniyanın və 219 manat dövlət rüsumunun cavabdehdən tutulması” barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Tütün istehsalı üçün xx.xx.2021-ci il il tarixinədək Cavabdeh ilə aralarında xx.xx.2020-ci il tarixli 2021-ci il mövsümü üzrə yaşıl tütünün alqı-satqısına dair müqavilə bağlanmışdır. Həmin Müqavilənin 3.1-ci bəndinə əsasən icraçı fermer olan N.İbiyev istehsal etdiyi yaşıl tütünü bütövlükdə xx.xx.2021-ci il tarixinədək tam yetişmiş halda, təmiz, içərisində tam yetişmiş halda Sifarifçiyə təhvil verir. Həmin Müqavilənin 9.3-cü bəndinə əsasən Müqavilə bağlandığı andan qüvvəyə minir və xx.xx.2021-ci il tarixədək qüvvədədir. Tütün becərmə üzrə Cavabdeh ilə "X1" MMC aralarında xx.xx.2020-ci il tarixli müqavilə bağlanmışdır. İddiaçı borc müqaviləsi üzrə borcalana ümumilikdə 1 hektara 1500 manat olmaqla 50 ha üçün ümumilikdə 85000 manat pul vəsaitini vermiş, borcalan isə öhdəliyini lazımınca yerinə yetirmədiyindən onun 37953,16 manat ödənilməmiş əsas borcu qalmışdır. İddiaçı mübahisənin məhkəmədən kənar həll edilməsi ilə bağlı cavabdehlərə müraciət etmiş, mübahisə məhkəmədən kənar həllini tapmadığından məhkəməyə müraciət etmiş və iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh kredit öhdəliyini yerinə yetirmədiyindən onun əsas və faiz borcu yaranmışdır. İş materiallarında olan ödəniş tapşırıqlarından görünür ki, xx.xx.2021-ci il tarixdə 15000 manat, xx.xx.2021-ci il tarixdə 15000 manat, xx.xx.2021-ci il tarixdə 22500 manat, xx.xx.2021-ci i ltarixdə 22500 manat, xx.xx.2020-ci il tarixdə 10000 manat olmaqla, ümumilikdə 85000 manat yaşıl tütünün əkilməsi üçün müqavilə əsasında avanş ödənişləri edilmişdir. İş materiallarında olan “Malların təhvil-təslim akt”larından görünür ki, xx.xx.2021-ci il tarixdə 663 manat və 591,36 manat, xx.xx.2021-ci il tarixdə 765,60 manat, xx.xx.2021-ci il tarixdə 587,50 manat, xx.xx.2021-ci il tarixdə 668,22 manat, xx.xx.2021-ci il tarixdə 665,16 manat, xx.xx.2021-ci il tarixdə 676,20 manat və 446,50 manat, xx.xx.2021-ci il tarixdə 285,48 manat, xx.xx.2021-ci il tarixdə 555,75 manat, xx.xx.2021-ci il tarixdə 607,62 manat, xx.xx.2021-ci il tarixdə 551,10 manat, xx.xx.2021-ci il tarixdə 303,45 manat, xx.xx.2021-ci il tarixdə 555,75 manat, xx.xx.2021-ci il tarixdə 430,86 manat, xx.xx.2021-ci il tarixdə 616,80 manat, xx.xx.2021-ci il tarixdə 688,64 manat və 668,20 manat, xx.xx.2021-ci il tarixdə 547,41 manat, xx.xx.2021-ci il tarixdə 441,15 manat, xx.xx.2021-ci il tarixdə 747,15 manat, xx.xx.2021-ci il tarixdə 501,76 manat, xx.xx.2021-ci il tarixdə 579,60 manat, xx.xx.2021-ci il tarixdə 579,60 manat, 436,10 manat, 519,20 manat və 605,07 manat, xx.xx.2021-ci il tarixdə 565,15 manat, 607,60 manat, 513,98 manat və 684,78 manat, xx.xx.2021-ci il tarixdə 717,60 manat, 598,53 manat və 669,81 manat, xx.xx.2021-ci il tarixdə 771,28 manat və 630,18 manat, xx.xx.2021-ci il tarixdə 486,20 manat, 776,88 manat, 732,55 manat, 528,75 manat və 579,60 manat, xx.xx.2021-ci il tarixdə 710,60 manat, 438,75 manat və 682,50 manat, xx.xx.2021-ci il tarixdə 574,20 manat, 715,30 manat və 522,88 manat, xx.xx.2021-ci il tarixdə 512,60 manat, xx.xx.2021-ci il tarixdə 487,28 manat, xx.xx.2021-ci il tarixdə 624,75 manat, xx.xx.2021-ci il tarixdə 648,52 manat, xx.xx.2021-ci il tarixdə 813,24 manat, 879,48 manat və 630,22 manat, xx.xx.2021-ci il tarixdə 678,64 manat, 1025,88 manat, 642,50 manat, 685,23 manat, xx.xx.2021-ci il tarixdə 597,50 manat, xx.xx.2021-ci il tarixdə 582,32 manat, xx.xx.2021-ci il tarixdə 646,10 manat və 487,60 manat, xx.xx.2021-ci il tarixdə 557,76 manat, 546,75 manat və 582,40 manat, xx.xx.2021 -ci il tarixdə 566,35 manat olmaqla, ümumilikdə 39379,87 manat məbləğində müxtəlif növ yaşıl tütün fermer Cavabdeh tərəfindən İddiaçı MMC-yə təhvil verilmişdir. İddiaçı tərəfindən elektron qaydada icraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara kredit müqaviləsi, hesabdan çıxarış, xəbərdarlıq və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. İş materiallarında olan və məhkəmə baxışında xx.xx.2020-ci il tarixli kredit müqaviləsi kredit müqaviləsi, ödəniş tapşırıqları, malların təhvil-təslim aktları tədqiq edilmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdırıb, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Müki Məcəlləsi ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Satıcı alğı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. (Azərbaycan Respublikası Mülki Məcəlləsi maddə - 385.1, 386.1, 442, 445.2, 448-ci maddəsinin 1-ci və 2-ci bəndləri, 449.1, 567,568, 739.1və 739.2-ci maddələri). Məhkəmə tələbin “37953,16 manat məbləğində əsas borcun tutulması” hissəsinə münasibətdə hesab edir ki, tərəflər arasında həm borc müqaviləsindən, eyni zamanda alqı-satqı müqaviləsindən əmələ gəlmiş hüquq münasibətləri yaranmışdır. Belə ki, iddiaçı tərəf cavabdehə borc vermiş, cavabdeh isə borcu qəbul etsə də tərəflərin müəyyənləşdirdikləri tütün məhsulunu istehsal edib iddiaçıya tam həcmdə təqdim edə bilməmişdir. Ona görə də mülki qanunvericiliyin yuxarıda qeyd olunmuş normaları və tərəflər arasında bağlanmış müqavilənin şərtləri baxımından Cavabdeh hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Belə ki, iş materiallarından da göründüyü kimi, 85000 manat məbləğində avans ödənişi iddiaçı tərəfindən cavabdehə ödənilmiş və müqavilədə nəzərdə tutulmuş müddətin sonuna 39379,87 manat məbləğində müxtəlif növ yaşıl tütün təhvil verilmiş, cavabdehin ödənilməmiş 37953,16 manat borcu qalmışdır. Bundan əlavə təhvil-təslim aktları ilə 39379,87 manat dəyərində məhsulun təhvil verildiyi təsdiq olunsa belə, iddiaçı tələbində 47046,84 manat həcmində yaşıl tütün təhvil verildiyini qeyd etdiyindən və məhkəmə iddiaçının tələbindən kənara çıxa bilmədiyindən iddiaçının 37953,16 manat pulun ödənilməsini tələb etməkdə haqlı olduğu qənaətinə gəlir. Bundan başqa, məhkəmə tələbin “4744,10 manat məbləğində peniyanın tutulması” hissəsinə münasibətdə qeyd edir ki, iddia bu hissədə qismən təmin edilməlidir. Belə ki, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər (Mülki Məcəllə maddə - 462.1, 462.3, 467)... Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında bağlanmış müqavilə şərtləri cavabdeh tərəfindən yerinə yetirilməmiş, iddiaçı isə üzərinə düşən prosessual hərəkətləri vaxtında etməmiş və nəticədə dəbbə pulunun artmasına şərait yaratmışdır. Məhkəmə tərəflərin əmlak mənafelərini nəzərə alaraq məhkəmə hesab edir ki, cavabdehdən 4744,10 manat deyil, əsas borcun təxminən 10 faizi məbləğində yəni, 475 manat məbləğində cərimə tutularaq iddiaçıya ödənilməli, iddia qalan hissədə rədd edilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi MPM-in 119-cu maddəsinə əsasən həll edilir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. xx.xx.2021-ci il tarixdən qüvvədə olan “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. İddia tələbi qismən təmin edildiyindən ödənilmiş 200 manat mediasiya xərci cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. xx.xx.2021-ci il tarixdən qüvvədə olan “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən hazırki iş üzrə iddianın qiymətinə əsasən ödənilməli 200 manatı cavabdehdən dövlət büdcəsinə ödənilməli, iddiaçı tərəfindən ödənilmiş 19 manat isə özünə aid edilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 37953,16 manat əsas borc, 475 manat penya və 200 manat mediasiya xərci tutularaq İddiaçınə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Ödənilməmiş 200 manat dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Mübariz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar