Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-157/2022 29.03.2022 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məcidov Rüfət Azadəli oğlunun sədrliyi, Məmmədov Rafiq Rasim oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh X4 qarşı “sahibkarlıq fəaliyyətinin səmərəliliyinin artırılması məqsədilə ona məxsus 0,0058 ha torpaq sahəsinə bitişik ölçüsü 0,0241 ha olan köməkçi torpaq sahəsinin qanuni qaydada icarəsinə verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbi üzrə mübahisəyə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi: Təsviri hissə: Mingəçevir şəhərində yerləşən 0,0058 ha məqsədli istifadə növü sahibkarlıq olan torpaq sahəsi İddiaçı mülkiyyətində olmaqla sonuncunun mülkiyyət hüquqları 09.12.2010ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq adına MA seriyalı ******* nömrəli çıxarış verilmişdir. İddiaçı mülkiyyətində olan torpaq sahəsinə bitişik Mİngəçevir Bələdiyyəsinin mülkiyyətində olan 0,0241 ha torpaq sahəsinin icarəsinə verilməsi ilə bağlı bələdiyyəyə müraciət etmiş, sonuncu bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqlarının yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitələri həyata keçirildiyini bildirmişdir. İddiaçı bununla bağlı X1 X2 Agentliyinə müraciət etmiş, sonuncu 24.05.2021-ci il tarixli məktubla qanunvericiliyin tələblərini iddiaçıya izah edərək bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqlarının yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitələri həyata keçirildiyini bildirmişdir. Bələdiyyə və X1 X2 Agentliyi ilə razılaşmayan iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, DTXK-nin Mingəçevir Şəhər Torpaq hərrac və müsabiqə komissiyası tərəfindən ona Mingəçevir şəhərində sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün yaşayış məntəqələri torpaqlarından 0,0058 ha torpaq sahəsi satılmış və 25.10.2010-cu il tarixli 06 nömrəli DTXK tərəfindən verilən şəhadətnamə əsasında həmin torpaq sahəsinə hüquqları Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax rayon Ərazi İdarəsində 09.12.2010-cu ildə qeydə alınmaqla adına MA seriyalı ******* saylı reyestrdən çıxarış verilmişdir. 2010-cu ildən sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün ayrılan həmin torpaq sahəsindən təyinatı üzrə istifadə etməklə orada maşın təmiri sexi işlədir. Mülkiyyətində olan torpaq sahəsinin ərazisi 0,0058 ha olsa da, həmin ərazinin qarşısında yerləşən eni və uzunu 15,65 m x 15,4 m (0,0241 ha) olan torpaq sahəsini hasara alaraq oradan köməkçi sahə kimi istifadə etməkdədir. Həmin ərazidə fəaliyyət göstərən maşın təmiri sexinin səmərəli fəaliyyəti və maşınların həmin ərazidə normal işləyişinin təmin edilməsi üçün ona məxsus torpaq sahəsinin qarşısında olan yuxarıda qeyd etdiyi 0,0241 ha torpaq sahəsinin qanuni şəkildə onun istifadəsinə və icarəsinə verilməsi zərurəti yaranmışdır. Belə ki, bu bir sahibkar kimi həm onun fəaliyyətinə mübət təsir edəcək, həm də vergilərin verilməsinə və artımına müsbət təsir edərək maşın sexinin normal fəaliyyəti üçün daha yaxşı şərait yaradacaqdır. Hazırda xüsusi mülkiyyətimdə olan torpaq sahəsinə bitişik olan həmin ərazi onun faktiki istifadəsində və sahibliyindədir, ora heç kimin iddiası yoxdur. Bununla bağlı X4 müraciət edərək sahibkarlıq fəaliyyətimin səmərəliliyinin artırılması məqsədilə mənə məxsus 0.0058 ha torpaq sahəsinə bitişik ölçüsü 0,0241 ha (15,65 m x 15,4 m) olan köməkçi torpaq sahəsinin qanuni qaydada icarəsinə və istifadəsinə verilməsinə köməklik edilməsini xahiş etmişdir. X4 ərizəsinə 25.05.2021-ci il tarixli 1178 saylı məktubla cavab verərək bildirmişdir ki, bələdiyyə tərəfindən sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün hərraca və ya müsabiqəyə torpaq sahəsi hərraca çıxarılarsa hərracda iştirak edə bilər. Həmin cavab onu qane etmədiyindən təkrarən X4 müraciət edərək izah etmişdir ki, 25.05.2021-ci il tarixli məktub ərizəsinə cavab olaraq yox, ümumi sözlərlə ərizəsində göstərdikləriylə əlaqəsi olmayan şablon bir cavabdır. X4 isə təkrarən ona eyni məzmunlu cavab vermiş, iİlkin mediasiya zamanı da razışlaşma əldə edilmədiyindən məhkəməyə müraciət etməli olmuşdur. Bu cavabla razı deyil. X4 həmin Qanuna edilmiş əlavəyə diqqət etmədən ona belə bir cavab vermişdir. Mülkiyyətində olan torpaq sahəsinə bitişik sahənin icarəyə verilməsi açıq torpaq hərracları və ya müsabiqələrinin mövzusu ola bilməz. Həmin yardımçı torpaq sahəsinin hərracdankənar onun icarəsinə verilməsi üçün qanuni hər hansı bir maneə yoxdur. İmtina əsassız olduğundan məhkəməyə müraciət etməli olmuşdur. Bələdiyyədən ona şəhərin hər hansı bir yerində torpaq ayrılması, satılması və ya icarəyə verilməsini istəmir, sadəcə olaraq işlətdiyi avtoservisin qarşısında olan və avtoservislə birlikdə hasarlanan avtoservisə gələn maşınların ana yola maneə törətmədən hərəkəti üçün xidmət göstərən xidməti torpaq sahəsi olan köməkçi ərazidir və avtoservisin normal fəaliyyəti üçün istifadəsində və sahibliyində olan, heç bir fiziki və ya hüquqi şəxsin mənafeyinə toxunmayan yardımçı sahədir. Qeyd olunan səbəbdən ona məxsus avtoservisin yerləşdiyi torpaq sahəsinə bitişik ölçüsü 0,0241 ha olan torpaq sahəsinin icarəsinə və istifadəsinə vermək torpaq sahəsinin yerləşdiyi ərazinin mülkiyyətçisi olan X4 vəzifəsidir. Cavabdeh iddia tələbinə münasibət bildirməmişdir. İddiaçı məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, sahibkarlıq fəaliyyəti ilə məşğul olur. Mülkiyyətində olan torpaq sahəsinin ətrafında hasarlanmış ərazidə bələdiyyə torpağı vardır. Həmin torpağın icarəyə alınması üçün bələdiyyəyə müraciət etmişdir. Bildirmişlər ki, həmin torpaq hərrac vasitəsi ilə satıla bilər. Hesab edir ki, o torpaq yalnız ona icarəyə bilər. Bələdiyyə onu çox incidir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxmışdır. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara, Daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, Sxem və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iddiaçının izahatını dinləyib, iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdırıb, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Belə ki, Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında Azərbaycan Respublikası Qanununun 4.0.2-ci bəndinə əsasən müəyyən edilmiş qaydada bələdiyyə torpaqlarını ümumi istifadəyə, bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə, fiziki və hüquqi şəxslərin icarəsinə və Azərbaycan Respublikasının vətəndaşlarının və hüquqi şəxslərinin mülkiyyətinə vermək, 4.0.4. bələdiyyə torpaqlarının istifadəçilərindən torpaq vergisini və icarə haqqını almaq və 4.0.11. öz səlahiyyətləri daxilində torpaq istifadəçilərinin və icarəçilərinin hüquqlarını müdafiə etmək torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin öz inzibati əraziləri daxilində səlahiyyətləridir. 6.1-ci bəndinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir. 6.3-cü bəndinə əsasən bələdiyyələrin ehtiyat fondunun kənd təsərrüfatı təyinatlı torpaqları yalnız məqsədli təyinatı üzrə qanunvericilikdə nəzərdə tutulmuş qaydalara əməl edilməklə icarəyə verilir. 6.5-ci bəndinə əsasən, torpaq sahəsinin bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə və ya fərdi yaşayış evinin tikintisi üçün Azərbaycan Respublikası vətəndaşının mülkiyyətinə verilməsi barədə, habelə hüquqi və fiziki şəxslərin mülkiyyətinə (icarəsinə) verilməsi məqsədilə hərracın (müsabiqənin) keçirilməsi barədə bələdiyyənin qərarı sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra qəbul edilir. Torpaqayırma sənədlərinin hazırlanması və razılaşdırılması qaydaları Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təsdiq edilən əsasnamə ilə tənzimlənir. 9.1-ci bəndinə əsasən bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə bu Qanunun 9.8-ci maddəsində müəyyən edilmiş məhdudiyyət nəzərə alınmaqla fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəlikləri yerinə yetirmək məqsədi ilə torpağın dövlət mülkiyyətinə və ya icarəsinə verilməsi istisna olmaqla, digər hallarda bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər. 11.9cu bəndinə əsasən bələdiyyə torpaqlarının icarəyə verilməsi şərtləri, müddəti və icarə haqqı tərəflərin razılığı ilə müəyyən edilir və bələdiyyələr ilə həmin torpaqların icarəçiləri arasında qanunvericiliklə müəyyən edilmiş qaydada bağlanılan müqavilədə təsbit olunur. 19.4-cü bəndinə əsasən torpaqların icarə haqqı torpaq hərracının və ya müsabiqəsinin nəticəsində müəyyən edilir və icarə müqaviləsində təsbit olunur. Yuxarıda sadalanan qanunvericiliyin tələblərindən göründüyü kimi, müəyyən edilmiş qaydada bələdiyyə torpaqlarını ümumi istifadəyə, bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə, fiziki və hüquqi şəxslərin icarəsinə və Azərbaycan Respublikasının vətəndaşlarının və hüquqi şəxslərinin mülkiyyətinə vermək bələdiyyənin müstəsna səlahiyyətidir. Səalhiyyətini həaya keçirən bələdiyyə torpaq sahəsinin icarəyə verilməsi barədə qərar qəbul etdikdən sonra qanunvericliyə uyğun hərrac təşkil edilir və hərracın qalibi ilə müvafiq icarə haqqı müəyyənləşdirilməklə tərəflərin qarşılıqlı razılıqlarına əsasən icarə müqaviləsi bağlanılır. Yəni bələdiyyə mülkiyyətində olan torpaq sahəsi qanunvericiliyin tələbinə əsasən yalnız hərrac vasitəsilə satıla və ya icarəyə verilə bilər. Bundan başqa iddiaçının mübahisə predmeti olan torpaq sahəsini onun mülkiyyətində olan torpaq sahəsinə bitişik olması və bu səbəbdən hərracdankənar qaydada onun icarəsinə verilməli olması barədə iddia dəlilinə münasibətdə məhkəmə qeyd edir ki, bələdiyyə mübahisə predmeti olan torpaq sahəsinin mülkiyyətçisi olmaqla öz mükiyyəti üzərində sərəncam vermək hüququna malikdir. Yəni mübahisə predmeti olan torpaq sahəsinin icarəyə verilib-verilməməsi səlahiyyəti mülkiyyətçi olan bələdiyyəyə məxsus olmaqla, sonuncu həmin torpaq sahəsinin icarəyə verilməsinə məcbur edilə və bələdiyyənin üzərinə belə bir öhdəlik qoyula bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ-ci bəndinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Bundan başqa iddiaçının mülkiyyətində olan torpaq sahəsinin həcmi 0,0058 ha olsa da özünün bildirməsinə görə bələdiyyə mülkiyyətinə aid olan 0,0241 ha torpaq sahəsini hüquqi əsas olmadan hasara alaraq istifadə edir. Məhkəmə qeyd edir ki, iddiaçının bələdiyyəyə məxsus torpaq sahəsini hasara alması və ondan istifadə etməsi ona bu torpaq sahəsi üzərində hər hansı üstünlük hüququ vermir və bu hal ona iddia olunan torpaq sahsinin hərracdan və ya müsabiqədən kənar icarəyə verilməli olmasını şərtləndirmir. Belə ki, qeyd olunduğu kimi Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında qanunun 9.1-ci maddəsində torpaq sahəsinin hərracdan və ya müsabiqədən kənar icarəyə verilməsinin istisnası nəzərdə tutulmuş və iddiaçının iddia etdiyi hala uyğun qanunvericiliyin tənzimləməsi mövcud deyildir. İddiaçı X4 Qanuna edilmiş əlavəyə diqqət etmədiyi və ona imtina edildiyini bildirsə də, iddia ərizəsində və məhkəmə iclasında həmin əlavənin nədən ibarət olmasını əsaslandıra bilməmiş və sonuncunun bu iddia dəlilləri qanuna söykənməyən dəlillərdir. Bunlardan başqa iddiaçı eyni zamanda iddia olunan torpaq sahəsinin köməkçi sahəsi olduğunu iddia edir. Lakin iddiaçının mülkiyyətində olan torpaq sahəsinin həcmi 0,0058 ha təşkil etdiyi halda iddia olunan torpaq sahəsinin həcmi onun mülkiyyətində olan torpaq sahəsindən bir necə dəfə artıq olmaqla 0,0241 ha təşkil edir. Beləliklə şərh olunanlara əsasən məhkəmə qeyd edir ki, iddiaçının tələbi əsassız, cavabdehin imtina dəlilləri isə əsaslı olduğundan iddia tələbi rədd edilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi MPM-in 119-cu maddəsinə əsasən həll edilir. 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. 01.10.2021-ci il tarixdən qüvvədə olan “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsinə əsasən qiymətləndirilməyən iddia ərizələrinin verilməsinə görə 100 manat məbləğində dövlət rüsumu ödənilir. İddiaçı 50 manat məbləğində dövlət rüsumu və 50 manat mediasiya xərci ödədiyindən o, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-1-ci maddəsinə əsasən dövlət rüsumunun 50 manat hissəsini ödəmədən məhkəməyə müraciət etmək hüququnu əldə etmişdir. Lakin, iddia rədd edildiyindən ödənilməli olan 100 manat dövlət rüsumunun ödənilməmiş 50 manat hissəsi iddiaçıdan tutularaq dövlət büdcəsinə ödənilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı cavabdeh X4 qarşı “sahibkarlıq fəaliyyətinin səmərəliliyinin artırılması məqsədilə ona məxsus 0,0058 ha torpaq sahəsinə bitişik ölçüsü 0,0241 ha olan köməkçi torpaq sahəsinin qanuni qaydada icarəsinə verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası rədd edilsin. İddiaçı ödənilməmiş 50 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rüfət Məcidov
Məhkəmə qərarları › İş №e-2-2(117)-157/2022
Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-157/2022
29.03.2022 · Torpaq mübahisələri - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver