Məhkəmə qərarları › İş №e-2-2(117)-1578/2022

Şəki Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(117)-1578/2022

22.11.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № e-2-2(117)-1578/2022 22.11.2022 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Məcidov Rüfət Azadəli oğlunun sədrliyi, Məmmədov Rafiq Rasim oğlunun katibliyi ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh MMC-yə qarşı “xx.xx.2018-ci il tarixli 12/18 nömrəli icarə müqaviləsi üzrə yaranmış xx.xx.2022-ci il tarixə ödənilməmiş 9733,59 manat icarə haqqı borcu, ödənilməyən günlərə görə 57397,50 manat cərimə faizi olmaqla ümumilikdə 67631,09 manat borc məbləğinin və mediasiya xidmətinə görə ödənilmiş 400 manat məbləğində pulun cavabdehdən tutulması” tələbinə dair işə məhkəmənin binasında, məhkəmənin hazırlıq iclasında baxaraq, müəyyən etdi: İddiaçı "xxxx" ASC Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “xx.xx.2018-ci il tarixli 12/18 nömrəli icarə müqaviləsi üzrə yaranmış xx.xx.2022-ci il tarixə ödənilməmiş 9733,59 manat icarə haqqı borcu, ödənilməyən günlərə görə 57397,50 manat cərimə faizi olmaqla ümumilikdə 67631,09 manat borc məbləğinin və mediasiya xidmətinə görə ödənilmiş 400 manat məbləğində pulun cavabdehdən tutulması” barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı "xxxx" ASC-nin nümayəndəsi (baş direktor) Kamran Nəbizadə elektron kabinet vasitəsilə ərizə ilə məhkəməyə müraciət edərək cavabdeh tərəfindən 9733,59 manat borcun və 400 manat mediasiya xərcinin ödənildiyini bildirmiş və bu səbəbdən iddia ərizəsinin baxılmamış saxlanılmasını məhkəmədən xahiş etmişdir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndələrinin iştirakını təmin etməmiş və bunun üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə tərəflərin nümayəndələrinin iştirakı olmadan məhkəmə hazırlıq iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını və iddiaçının nümayəndəsinin ərizəsini araşdırıb hesab edir ki, iddia ərizəsi qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə əsasən bu Məcəllənin 254, 255, 261.0.1-261.0.3 və 261.0.6-261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. 170.3-cü maddəsinə əsasən bu Məcəllənin 170.1-ci və 170.2-ci maddələrində göstərilən qaydada qəbul edilmiş qərardaddan şikayət verilə bilər. Məhkəmə iş üzrə icraatın məhkəmə baxışına hazırlıq mərhələsində iddianın baxılmamış saxlanılmasının mümkün olmadığını, iddiaçının baxılmamış saxlama ilə bağlı ərizəsində hüquqi marağının iddiaya mahiyyəti baxılmamasından ibarət olmasını və iddiaçının ərizəsini iddia ərizəsinin geri qaytarılması kimi qiymətləndirib hesab edir ki, iddia ərizəsi geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin, 263, 264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı "xxxx" ASC-nin Cavabdeh MMC-yə qarşı “xx.xx.2018-ci il tarixli 12/18 nömrəli icarə müqaviləsi üzrə yaranmış xx.xx.2022-ci il tarixə ödənilməmiş 9733,59 manat icarə haqqı borcu, ödənilməyən günlərə görə 57397,50 manat cərimə faizi olmaqla ümumilikdə 67631,09 manat borc məbləğinin və mediasiya xidmətinə görə ödənilmiş 400 manat məbləğində pulun cavabdehdən tutulması” tələbinə dair iddia ərizəsi geri qaytarılsın. Qərardaddan, rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki Kommersiya Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Sədrlik edən: Rüfət Məcidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar