Məhkəmə qərarları › İş №e-2-2(117)-1584/2024

Şəki Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(117)-1584/2024

25.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № e-2-2(117)-1584/2024 25.12.2024 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hüseynov Mübariz Rahil oğlunun sədrliyi, Əliyeva Mələk Rafail qızının katibliyi ilə, İddiaçı, Cavabdeh, cavabdehin vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “2430 (iki min dörd yüz otuz) manat pulun və ödənilmiş 45 (qırx beş) manat dövlət rüsumunun alınıb ona ödənilməsi” barədə iddiasına məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “pul tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 2430 (iki min dörd yüz otuz) manat pulun və ödənilmiş 45 (qırx beş) manat dövlət rüsumunun alınıb ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı xx.xx.2024-cü il tarixdə məhkəməyə barışıq sazişi təqdim edərək bildirmişdir ki, tərəflər arasında barışıq sazişi imzalanmış, mübahisəni öz aralarında həll etmişlər. Həmin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarılaraq iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh izahatında iddiaçı tərəflə barışığa gəldiklərini və barışıq sazişi bağladıqlarını bildirmiş, işin icraatına xitam verilməsini xahiş etmişdir. Cavabdehin vəkili Vəkil tərəflər arasında barışıq sazişinin bağlandığını və mübahisənin həll olunduğunu bildirmiş, işin icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin imzası ilə təsdiq edilmiş barışıq sazişini tərəflərin iştirakı ilə araşdırıb hesab edir ki, tərəflər arasında bağlanmış barışıq sazişi qanuna zidd olmadığından, hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığından təsdiq olunmalı və iş üzrə icraata xitam verilməlidir. Təqdim edilmiş barışıq sazişinin məzmunundan müəyyən edilir ki, tərəflər mübahisəni aşağıdakı qaydada məhkəmədə barışıq sazişi bağlamaqla həll etdilər. İddiaçı Cavabdeh yağ nasosu üçün ödədiyi məbləği azaldaraq 1000 (bir min) manat tələb edir. Cavabdeh tələb edilən 1000 (bir min) manat məbləğlə bağlı tələbi qəbul edir və 2025-ci ilin 15 fevralınadək İddiaçı ödəyəcəkdir. İddiaçı iddiasından imtina edir, Cavabdeh bununla razılaşır. Tərəflər işin icraatına barışıq sazişi bağlanması səbəbindən xitam verilməsini xahiş edir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 52.3-cü maddəsinə əsasən, tərəflər məhkəmə işini barışıq sazişi bağlamaqla qurtara bilərlər. 191.1-ci maddəsinə əsasən, iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. 191.2-ci maddəsinə əsasən, hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. 261.0.5-ci maddəsinə əsasən, tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.5, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Cavabdeh qarşı 2430 (iki min dörd yüz otuz) manat pulun və ödənilmiş 45 (qırx beş) manat dövlət rüsumunun alınıb ona ödənilməsi barədə tələbi üzrə tərəflər arasında bağlanmış 25 dekabr 2024-cü il tarixli barışıq sazişi aşağıdakı şərtlərlə təsdiq edilsin:

1. İddiaçı Cavabdeh yağ nasosu üçün ödədiyi məbləği azaldaraq 1000 (bir min) manat tələb edir.

2. Cavabdeh tələb edilən 1000 (bir min) manat məbləğlə bağlı tələbi qəbul edir və 2025-ci ilin 15 fevralınadək İddiaçı ödəyəcəkdir.

3. İddiaçı iddiasından imtina edir, Cavabdeh bununla razılaşır.

4. Tərəflər işin icraatına barışıq sazişi bağlanması səbəbindən xitam verilməsini xahiş edir. İddiaçı Cavabdeh qarşı 2430 (iki min dörd yüz otuz) manat pulun və ödənilmiş 45 (qırx beş) manat dövlət rüsumunun alınıb ona ödənilməsi barədə tələbinə dair işin icraatına tərəflər arasında barışıq sazişi bağlandığından xitam verilsin. İddiaçıya izah olunsun ki, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan, rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki Kommersiya Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) şikayət verilə bilər.

Sədrlik edən : Mübariz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar