Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-1601/2024 24.12.2024 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Hüseynov Mübariz Rahil oğlunun sədrliyi, Əliyeva Mələk Rafail qızının katibliyi ilə, İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “Şəki Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(117)-709/2024 saylı qətnaməsi ilə qət edilmiş ümumilikdə 25284.76 manat məbləğində borcun, 100 manat dövlət rüsumunun və ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 15 manat dövlət rüsumunun və 36 manat xidmət haqqının Cavabdeh2 xüsusi mülkiyyətində olan ünvan 1 ünvanında, xüsusi mülkiyyətdə olan 0.0285 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən xüsusi mülkiyyətdə olan 119.7 kv.metr ümumi sahədən ibarət fərdi yaşayış evinə yönəldilməsi; həmin fərdi yaşayış evinin açıq hərracdan satılması və ümumilikdə 25284.76 manat məbləğində borcun və hazırkı iş üçün məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 100 manat məbləğində dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 15 manat dövlət rüsumunun və 36 manat xidmət haqqının həmin əmlakın hərracdan satışından əldə olunan vəsait hesabına AccessBank» QSC-ə ödənilməsi; hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 ümumi müştərək qaydada tutulması” tələbi üzrə mübahisəyə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq qətnamə qəbul etdi. Təsviri hissə: İddiaçı məhkəməyə müraciət edərək iddiasını onunla əsaslandırmışdır ki, Şəki Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(117)-709/2024 saylı qətnaməsi ilə xx.xx.2021-ci il tarixli 026L**********52 saylı uzunmüddətli kredit müqaviləsi əsasında verilən 026R********** saylı kredit razılaşması üzrə 16691.37 manat kredit borcunun, 3156.38 manat faiz borcunun və 150 manat cərimə borcunun cavabdehlər Cavabdeh2 və Cavabdeh1, 026R********** saylı kredit razılaşması üzrə 4478.61 manat kredit borcunun, 758.40 manat faiz borcunun və 50 manat cərimə borcunun cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilməsi, Cavabdeh2 200 manat mediasiya xərcinin tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəsini aldıqdan sonra icraya yönəldilmişdir. Uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh2 öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə cavabdeh – ipoteka verən Cavabdeh2 və Bank arasında bağlanılmış xx.xx.2021-ci il tarixli, 026M**********01 saylı ipoteka müqaviləsi əsasında Cavabdeh2 xüsusi mülkiyyətində olan ünvan 1 ünvanında, xüsusi mülkiyyətdə olan 0.0285 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən xüsusi mülkiyyətdə olan 119.7 kv.metr ümumi sahədən ibarət fərdi yaşayış evi iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmişdir. Məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Uzunmüddətli kredit xətti müqaviləsi üzrə borcun və əsas borca hesablanmış faizlərin təminatı olaraq İddiaçı QSC ilə Cavabdeh2 arasında xx.xx.2021-ci il tarixdə 026M**********01 nömrəli ipoteka müqaviləsi bağlanmışdır. Həmin ipoteka müqaviləsində göstərilmiş Cavabdeh2 mülkiyyətində olan ünvan 1 ünvanında, xüsusi mülkiyyətdə olan 0.0285 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən xüsusi mülkiyyətdə olan 119.7 kv.metr ümumi sahədən ibarət fərdi yaşayış evi ipoteka predmeti kimi qəbul olunmuşdur. İş materiallarına əlavə edilmiş xx.xx.2021-ci il tarixli razılıq ərizəsindən görünür ki, ipoteka qoyanın arvadı X1 Fərid Asif oğluna məxsus olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 0.0285 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 119.7 kv.metr olan yaşayış evinin İddiaçı QSC-nin Göyçay filialından götürülən kreditin təminatı kimi həmin banka ipoteka qoyulmasına etiraz etmir. İpoteka müqaviləsinin şərtləri ilə tanışdır və banka olan əsas, faiz və digər borclar ödənilmədiyi təqdirdə tutmanın həmin əmlaka yönəldilməsinə razıdır və bu halda bankın tələbinə əsasən əmlakı könüllü boşaltmağı öhdəsinə götürmüşdür. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan göründüyü kimi ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi tam (xüsusi) mülkiyyət hüququ ilə Cavabdeh2 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. O cümlədən, ƏMDK DƏDRXin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan göründüyü kimi ünvan 1 ünvanında xüsusi mülkiyyətdə olan 0.0285 ha yaşayış məntəqələri kateqoriyasına aid torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən xüsusi mülkiyyətdə olan fərdi yaşayış evi İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə xx.xx.2021-ci il tarixdən başlayaraq 026L**********52 nömrəli uzunmüddətli kredit müqaviləsinə əsasən 120 ay müddətinə ipoteka ilə yüklü edilmişdir. İşin məhkəmə araşdırması zamanı "xxxx" MMC tərəfindən təqdim edilmiş mütəxəssis rəyinə əsasən ipoteka predmeti olan ünvan 2 ünvanında yerləşən, Cavabdeh2 xüsusi mülkiyyətində olan 0.0285 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən xüsusi mülkiyətdə olan, 119.7 kv.metr ümumi sahədən ibarət fərdi yaşayış evinin bazr dəyəri 42000 manat, likvid dəyəri 36 000 manat təşkil edir. Üçüncü şəxs X2 məhkəmə hazırlıq iclasında verdiyi izahatında bildirmişdir ki, Cavabdeh2 həyat yoldaşıdır. Cavabdeh2 hazırda yataq xəstəsi olduğu üçün məhkəməyə gələ bilməmişdir. Sağalması üçün 1 il ərzində bu vəziyyətdə qalmalı olduğu üçün işləyə bilmir. Borcu ödəmək üçün maddi imkanları yoxdur. Güzəşt edilməsi üçün banka dəfələrlə müraciət etmişdirlər. Evin ipotekaya qoyulmasından xəbəri yoxdur. Bankın işçisi o, sənədlərə qol çəkərkən bu barədə ona məlumat verməyib. O da həmin sənədləri oxumayıb. Evin satılmasını istəmədiklərini bildirmişdir. Məhkəmədən köməklik göstərilməsini xahiş etmişdir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş, iddiaçı məhkəmə iclasının nümayəndəsinin iştirakı olmadan keçirilməsi ilə bağlı məhkəməyə müraciət etmiş, cavabdehlər bunun üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. İddiaçının nümayəndəsi ərizə göndərərək işə iştirakları olmadan baxılmasını və iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 185-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxmışdır. Elektron qaydada icraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: ipoteka müqaviləsi, daşınmaz əmlakın dövlət reyestrindən çıxarışlar və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi : Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra mətndə MM): 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442.Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; 445.2.2. icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi. 445.3. Əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o, icranı xatırlatma üzrə gecikdirmiş sayılır. Öhdəliyin icrası barədə iddia irəli sürülməsi, habelə icraya dair yazılı tələbin çatdırılması xatırlatmaya bərabər tutulur. 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı “cavabdehlərdən müştərək qaydada 026R********** saylı kredit razılaşması üzrə 16691.37 manat məbləğində kredit borcu, 3156.38 manat məbləğində faiz borcu və 1512.39 manat cərimə borcu, 026R********** saylı kredit razılaşması üzrə 4478.61 manat məbləğində kredit borcu, 758.40 manat məbləğində faiz borcu, 384.23 manat cərimə borcu olmaqla ümumilikdə 26981.38 manat məbləğində borcun və ödənilmiş 210 manat mediasiya xərcinin tutulması” tələbi ilə Şəki Kommersiya Məhkəməsinə müraciət etmişdir. Şəki Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(117)-709/2024 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 026R********** saylı kredit razılaşması üzrə 16691.37 manat məbləğində kredit borcu, 3156.38 manat məbləğində faiz borcu və 150 manat məbləğində cərimə borcu tutularaq; cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 026R********** saylı kredit razılaşması üzrə 4478.61 manat məbləğində kredit borcu, 758.40 manat məbləğində faiz borcu və 50 manat məbləğində cərimə borcu müştərək qaydada tutularaq; Cavabdeh2 200 manat mediasiya xərci tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilməsi qət edilmiş və həmin qətnamə qanuni qüvvəyə minmişdir. Məhkəmə iddia tələbinin “Şəki Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2- 2(117)-709/2024 saylı qətnaməsi ilə qət edilmiş ümumilikdə 25284.76 manat məbləğində borcun, 100 manat dövlət rüsumunun və ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 15 manat dövlət rüsumunun və 36 manat xidmət haqqının Cavabdeh2 xüsusi mülkiyyətində olan ünvan 1 ünvanında, xüsusi mülkiyyətdə olan 0.0285 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən xüsusi mülkiyyətdə olan 119.7 kv.metr ümumi sahədən ibarət fərdi yaşayış evinə yönəldilməsi; həmin fərdi yaşayış evinin açıq hərracdan satılması və ümumilikdə 25284.76 manat məbləğində borcun və hazırkı iş üçün məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 100 manat məbləğində dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 15 manat dövlət rüsumunun və 36 manat xidmət haqqının həmin əmlakın hərracdan satışından əldə olunan vəsait hesabına AccessBank» QSC-ə ödənilməsi” hissəsinə münasibətdə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1-ci maddəsinə əsasən girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. İpoteka haqqında Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. 39.3.3-cü maddəsinə əsasən ipoteka predmetinin ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Məhkəmə araşdırması zamanı müəyyən edildiyi kimi Şəki Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(117)-709/2024 saylı qətnaməsi ilə cavabdehin müqavilə üzrə öhdəliyini yerinə yetirmədiyi üçün iddiaçıya borcunun yaranması öz təsdiqini tapmışdır və bu səbəbdən də məhkəmə hesab edir ki, iddiaçı tələbin ipoteka predmetinə yönəldilməsini tələb etməkdə haqlıdır. Eyni zamanda, qeyd edilən məhkəmə qətnaməsi yuxarı məhkəmə qətnaməsi qanuni qüvvəsini almışdır. Eyni zamanda məhkəmə hesab edir ki, cavabdeh tərəf ipoteka predmetinin likvid dəyəri ilə bağlı hər hansı bir etirazı olmadığından ipoteka predmetinin ilkin satış (likvid) qiyməti əmlakın likvid dəyəri ilə götürülərək 36000 manat məbləğində müəyyən edilməli və həmin əmlak açıq hərrac vasitəsi ilə satılmalıdır. Belə ki, İpoteka haqqında Qanunun 1.0.9-cu maddəsinə əsasən ilkin satış qiyməti - bu Qanunun tələblərinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir. Eyni zamanda üçüncü şəxs X2 məhkəmə hazırlıq iclasında verdiyi izahatında bildirmişdir ki, evin ipotekaya qoyulmasından xəbəri yoxdur. Bankın işçisi o, sənədlərə qol çəkərkən bu barədə ona məlumat verməyib. O da həmin sənədləri oxumayıb. Evin satılmasını istəmədiklərini bildirmişdir. Məhkəmədən köməklik göstərilməsini xahiş etmişdir. Məhkəmə buna münasibətdə qeyd edir ki, iş materiallarına əlavə edilmiş razılıq ərizəsindən də göründüyü kimi X2 ipoteka predmeti olan əmlakın İddiaçı QSC-nin Göyçay filialından götürülən kreditin təminatı kimi həmin banka ipoteka qoyulmasına etiraz etmir. İpoteka müqaviləsinin şərtləri ilə tanışdır və banka olan əsas, faiz və digər borclar ödənilmədiyi təqdirdə tutmanın həmin əmlaka yönəldilməsinə razıdır və bu halda bankın tələbinə əsasən əmlakı könüllü boşaltmağı öhdəsinə götürmüşdür. Belə ki, razılıq ərizəsindən də göründüyü kimi X2 həmin əmlakın ipoteka yüklü edilməsinə şəxsən notariat ofisində razılıq vermiş və razılığını təsdqiləmişdir. Bundan başqa iddia tələbinin “hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 ümumi müştərək qaydada tutulması” hissəsinə münasibətdə məhkəmə hesab edir ki, iddia bu hissədə rədd edilməlidir. Belə ki, İpoteka haqqında Qanunun 47.5-ci maddəsinə əsasən ipoteka predmetinin satışından götürülən məbləğ ipoteka saxlayanın tələbinin ödənilməsi üçün yetərli deyildirsə, o, çatışmayan məbləği, əgər ipoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun başqa əmlakından almaq hüququna malikdir. Bu halda ipoteka saxlayanın ipotekaya əsaslanan üstünlük hüququ yoxdur. Əgər satışdan götürülən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ ipoteka qoyana qaytarılmalıdır. Göründüyü kimi satışdan əldə olunan vəsaitin borcun ödənilməsinə kifayət etməməsi halına dair qanunvericiliyin tənzimləməsi mövcuddur ki, belə olduğu təqdirdə icra qurumu tərəfindən məhkəmə qətnaməsinin pulun tutulması hissəsinə münasibətdə icra tədbirləri davam etdirilir. Məhkəmə yalnız pulun tutulması və tutulmanın ipoteka predmetinə yönəldilməsi ilə bağlı mübahisəyə baxmalıdır. Digər məsələlər isə “İcra Haqqında” və “İpoteka haqqında” Qanunların tələbi baxımından icra qaydasında həllini tapan məsələlərdir. Məhkəmə qətnaməsi özündə mübahisə edilən hüquq münasibətləri ilə bağlı ehtimallara deyil, mövcud vəziyyətə əsaslanmalı olduğundan məhkəmə hesab edir ki, iddia qiymət verilən hissədə rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 115.0.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. 116.2-ci maddəsinə əsasən məhkəmənin tapşırığı ilə gördükləri işlər ekspertlərin və mütəxəssislərin xidməti vəzifəsinə aid deyildirsə, onlar gördükləri işlərin əvəzinə haqq alırlar. Ödənilən haqqın, yaşayış sahəsinin icarə haqqının məbləği məhkəmə tərəfindən işdə iştirak edən şəxslərin razılığı ilə məntiqli həddə müəyyən edilir. Bu səbəbdən də məhkəmə hesab edir ki, ipoteka predmetinin qiymətləndirilməsi üçün məhkəmənin təşəbbüsü ilə aparılmış tədqiqatın dəyəri olan 350 manat pul cavabdehdən tutularaq "xxxx" MMC-nin hesabına ödənilməlidir. Eyni zamanda ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 15 manat dövlət rüsumu və 36 manat xidmət haqqı da cavabdehin əmlakı hesabına tutularaq iddiaçıya ödənilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Şəki Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(117)-709/2024 saylı qətnaməsi ilə tutulan borc məbləği, iddia qaldırılması üçün ödənilmiş 100 manat dövlət rüsumu, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 15 manat dövlət rüsumu və 36 manat xidmət haqqının tutulması Cavabdeh2 tam (xüsusi) mülkiyyətində olan ünvan 1 ünvanında, xüsusi mülkiyyətdə olan 0.0285 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən xüsusi mülkiyyətdə olan 119.7 kv.metr ümumi sahədən ibarət fərdi yaşayış evinə yönəldilsin. İpoteka predmeti olan ünvan 2 ünvanında yerləşən, Cavabdeh2 xüsusi mülkiyyətində olan 0.0285 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən xüsusi mülkiyətdə olan, 119.7 kv.metr ümumi sahədən ibarət fərdi yaşayış evinin likvid dəyəri (ilkin satış) 36000 manat məbləğində müəyyən edilsin və həmin əmlak açıq hərrac vasitəsi ilə satılsın. Satışdan əldə edilmiş vəsait hesabına İddiaçı QSC-yə olan borcunun ödənilməsinə yönəldilsin. İddia qalan hissədə rədd edilsin. İpoteka predmetinin qiymətləndirilməsi üçün aparılmış tədqiqatın dəyəri olan 350 manat pul Cavabdeh2 tutularaq "xxxx" MMC-nin (VÖEN:**********,Bank:ABBASC,BankVÖENi:**********,M.h.:AZ03NABZ**********00000029 44,H.h:AZ471BAZ********************, KOD: 805711; SWİFT: İBAZAZ2X) hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən : Mübariz Hüseynov
Məhkəmə qərarları › İş №e-2-2(117)-1601/2024
Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-1601/2024
24.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver