Məhkəmə qərarları › İş №e-2-2(117)-1602/2022

Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-1602/2022

27.12.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-1602/2022 27.12.2022 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hüseynov Mübariz Rahil oğlunun sədrliyi, Mövsümova Günel Namizət qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə, Cavabdeh iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh, Zamin1 və Zamin2 qarşı “9090 manat əsas borc və 3358,56 manat faiz borcu olmaqla, cəmi 12448,56 manat borcun və 100 manat mediasiya xərcinin tutulması” tələbinə dair mübahisəyə baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı ASC Cavabdeh qarşı “cavabdehlərdən müştərək qaydada tutularaq 9090 manat məbləğində əsas borc, 3358,56 manat məbləğində faiz borcunun, 100 manat məbləğində mediasiya xərci və 27,75 manat dövlət rüsumunun ödənilməsi” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçının nümayəndəsi məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, Cavabdeh ilə kredit müqaviləsi imzalanmışdır. Lakin, cavabdeh müqavilə üzrə öhdəliklərini yerinə yetirməmişdir. Ona görə də hazırki mübahisə yaranmışdır. Ekspert rəyi ilə tanış olmuşlar və ekspert rəyinin qiymətlndirilməsini məhkəmənin mülahizəsinə buraxırlar. İddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəməyə verdiyi izahatında borcunu qəbul etdiyi, hissə-hissə ödəyəcəyini və ekspert rəyi ilə razı olduğunu bildirdi. xx.xx.2021-ci il tarixdə İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 900842- 811229/2 nömrəli kredit müqaviləsinə əsasən bank tərəfindən cavabdehə dövriyyə vəsaitlərinin alınması və cari xərclər məqsədilə 24 ay müddətinə illik faiz dərəcəsi 24% olmaqla 9090 manat məbləğində kredit verilmişdir. Müqavilənin 3.1 və 3.4-cü bəndlərinə əsasən borcalan kredit müqaviləsi üzrə əsas borcun və faizlərin ödənilməsini bu müqavilənin tərkib hissəsi olan ödəniş qrafikinə uyğun olaraq həyata keçirir. Faizlər kreditin verilmə tarixindən kredit tam həcmdə qaytarılan günədək müqavilə ilə müəyyənləşdirilmiş ssuda hesabı üzrə borc məbləğinə aylıq 30, illik isə 360 gün hesabı ilə gündəlik olaraq hesablanır. Eyni zamanda, xx.xx.2021-ci il tarixdə İddiaçı ASC ilə Zamin1 və Zamin2 arasında kredit müqaviləsi üzrə borcalan tərəfindən öhdəliklərin icra edilməməsi halında həmin müqavilədən irəli gələn öhdəliklərin tamamilə yerinə yetirilməsi barədə 900842-811229/2 nömrəli və 900842-811229/2/2 nömrəli zaminlik müqavilələri bağlanmışdır. Zaminlik müqavilələrinin 1.1-ci bəndinə əsasən zamin borcalanın kredit müqaviləsi üzrə bank qarşısında götürdüyü öhdəliklərin yerinə yetirilməsinə görə borcalanla birgə məsuliyyəti öz üzərinə götürür. Zaminlik müqavilələrinin 9.1-ci bəndinə əsasən bu müqavilə imzalandığı andan qüvvəyə minir və kredit müqaviləsi üzrə öhdəliklərin tam həcmdə icra olunmasınadək qüvvədədir. Kredit müqaviləsinə 1 nömrəli Əlavədən görünür ki, cavabdeh xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək 181,80 manat, xx.xx.2021-ci il tarixdən xx.xx.2023-cü il tarixədək 555,91 manat, sonuncu xx.xx.2023-cü il tarixdə 556,03 manat ödəniş etməyi öhdəsinə götürmüş, lakin cavabdeh üzərinə düşən öhdəlikləri yerinə yetirməmiş və nəticədə ödənilməmiş 9090 manat əsas borcu qalmışdır. Cavabdeh borcunu ödəmədiyindən tərəflər arasında hazırkı mübahisə yaranmış və iddiaçı məhkəməyə müraciət edərək iddiasını onunla əsaslandırmışdır ki, cavabdeh öhdəliklərini icra etmədiyindən kredit müqaviləsi üzrə ödənilməmiş borcu qalmışdır. xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki, cavabdehin həmin tarixə 9090 manat əsas borc və 3358,56 manat faiz borcu mövcuddur. Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2022-ci il tarixli 9/8797 nömrəli ekpert rəyinə əsasən, Cavabdeh xx.xx.2022-ci il tarixinə əsas borcu 9090 manat, faiz borcu isə 2833 manat təşkil edir. İddiaçı tərəfindən elektron qaydada icraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara tərəflər arasında bağlanmış kredit və zaminlik müqavilələri, maliyyə arayışı və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Müki Məcəlləsi ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. (Azərbaycan Respublikası Mülki Məcəlləsi maddə - 385.1, 386.1, 442, 445.2, 448-ci maddəsinin 1-ci və 2-ci bəndləri, 739.2) Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. (Azərbaycan Respublikası Mülki Məcəlləsi maddə - 472-ci maddə). Məhkəmə araşdırması zamanı müəyyən edildiyi kimi, xx.xx.2021-ci il tarixdə İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 900842-811229/2 nömrəli kredit müqaviləsinə əsasən bank tərəfindən cavabdehə dövriyyə vəsaitlərinin alınması və cari xərclər məqsədilə 24 ay müddətinə illik faiz dərəcəsi 24% olmaqla 9090 manat məbləğində kredit verilmişdir. Müqavilənin 3.1 və 3.4-cü bəndlərinə əsasən borcalan kredit müqaviləsi üzrə əsas borcun və faizlərin ödənilməsini bu müqavilənin tərkib hissəsi olan ödəniş qrafikinə uyğun olaraq həyata keçirir. Faizlər kreditin verilmə tarixindən kredit tam həcmdə qaytarılan günədək müqavilə ilə müəyyənləşdirilmiş ssuda hesabı üzrə borc məbləğinə aylıq 30, illik isə 360 gün hesabı ilə gündəlik olaraq hesablanır. Eyni zamanda xx.xx.2021-ci il tarixdə İddiaçı ASC ilə Zamin1 və Zamin2 arasında kredit müqaviləsi üzrə borcalan tərəfindən öhdəliklərin icra edilməməsi halında həmin müqavilədən irəli gələn öhdəliklərin tamamilə yerinə yetirilməsi barədə 900842-811229/2 nömrəli və 900842-811229/2/2 nömrəli zaminlik müqavilələri bağlanmışdır. Zaminlik müqavilələrinin 1.1-ci bəndinə əsasən zamin borcalanın kredit müqaviləsi üzrə bank qarşısında götürdüyü öhdəliklərin yerinə yetirilməsinə görə borcalanla birgə məsuliyyəti öz üzərinə götürür. Zaminlik müqavilələrinin 9.1-ci bəndinə əsasən bu müqavilə imzalandığı andan qüvvəyə minir və kredit müqaviləsi üzrə öhdəliklərin tam həcmdə icra olunmasınadək qüvvədədir. Kredit müqaviləsinə 1 nömrəli Əlavədən görünür ki, cavabdeh xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək 181,80 manat, xx.xx.2021-ci il tarixdən xx.xx.2023-cü il tarixədək 555,91 manat, sonuncu xx.xx.2023-cü il tarixdə 556,03 manat ödəniş etməyi öhdəsinə götürmüş, lakin cavabdeh üzərinə düşən öhdəlikləri yerinə yetirməmiş və nəticədə ödənilməmiş 9090 manat əsas borcu qalmışdır. Cavabdeh üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmiş və onun 9090 manat məbləğində əsas kredit borcu qalmışdır. Odur ki, məhkəmə iddiaçının təqdim etdiyi sübutlara əsaslanaraq belə nəticəyə gəlir ki, cavabdeh öhdəliklərini yerinə yetirmədiyindən iddiaçı 9090 manat məbləğində əsas borcun tutulması hissəsində haqlıdır. Məhkəmə iddia tələbinin “3358,56 manat məbləğində faiz borcunun tutulması” hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2022-ci il tarixli ekpert rəyinə əsasən, cavabdehin xx.xx.2022-ci il tarixinə əsas borcu 9090 manat, faiz borcu isə 2833 manat təşkil edir. Məhkəməyə təqdim olunmuş ekspert rəyindən aydın olur ki, müqavilə üzrə hesablanmış faiz borcu 2833 manat müəyyən olunmuşdur. Məhkəmə tərəfindən ekspert rəyi qiymətləndirilərkən tərəflərin mövqeyi və təqdim etdikləri sübutlar nəzərə alınmışdır. Belə ki, faiz borcunun iddia tələbindəki və ya ekspertiza rəyində qeyd edilən məbləğdə olmamasına dair alternativ sübut təqdim edilmədiyindən məhkəmə faiz borcuna münasibətdə ekspert rəyini daha mötəbər sübut olaraq qiymətləndirir. İş üzrə icraata dair prosessual xərclər məsələsi MPM-in 119-cu maddəsinə əsasən həll edilir. 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. xx.xx.2021-ci il tarixdən qüvvədə olan “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən hazırki iş üzrə iddianın qiymətinə əsasən ödənilməli dövlət rüsumu 127,35 manat olmalıdır ki, iddia tələbi qismən təmin edildiyindən həmin dövlət rüsumunun 5,38 manatı iddiaçıdan, 121,97 manatı cavabdehlərdən müştərək qaydada tutularaq dövlət büdcəsinə ödənilməlidir. İddiaçı tərəfindən 27,35 manat dövlət rüsumu ödənildiyindən və həmin rüsumun 5,38 manat hissəsi iddiaçıya aid olduğundan, 21,97 manat dövlət rüsumu iddiaçıya ödənilməlidir. Həmçinin, 100 manat mediasiya xərci 95,77 manat hissədə cavabdehdən tutularaq iddiaçıya ödənilməli, qalan 4,23 manat iddiaçıya aid edilməlidir. Həmçinin, 100 manat mediasiya xərcinin 4,23 manat hissəsi iddiaçıya aid edilməli, qalan 95,77 manat hissəsi cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 115.0.1-ci maddəsinə əsasən, şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. 116.2-ci maddəsinə əsasən, məhkəmənin tapşırığı ilə gördükləri işlər ekspertlərin və mütəxəssislərin xidməti vəzifəsinə aid deyildirsə, onlar gördükləri işlərin əvəzinə haqq alırlar. Ödənilən haqqın, yaşayış sahəsinin icarə haqqının məbləği məhkəmə tərəfindən işdə iştirak edən şəxslərin razılığı ilə məntiqli həddə müəyyən edilir. 117.1-ci maddəsinə əsasən, şahidlərə, ekspertlərə və mütəxəssislərə verilməli məbləği və iş üzrə digər zəruri xərcləri xahiş etmiş tərəf əvvəlcədən məhkəmənin depozit hesabına keçirir. Həmin xahişi tərəflərin hər ikisi etdikdə, yaxud şahidlərin çağırılması, ekspertlərin təyin edilməsi, mütəxəssislərin cəlb edilməsi və ödənilməli olan digər hərəkətlər məhkəmənin təşəbbüsü ilə edildikdə, tələb olunan məbləği tərəflərin hər ikisi bərabər qaydada məhkəmənin depozitinə keçirirlər. Odur ki, məhkəmə-mühasibatlıq ekspertizası tədqiqatının dəyəri olan 100 manat tərəflərdən bərabər qaydada tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh, Zamin1 və Zamin2 9090 manat əsas borc, 2833 manat faiz borcu, 95,77 manat mediasiya xərci və 21,97 manat dövlət rüsumu tutularaq İddiaçı ASCyə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Dövlət rüsumunun 121,97 manat hissəsi Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilsin. Aparılmış ekspertizanın dəyəri olan 100 manat pulun 50 manatı İddiaçı ASC-dən, 50 manatı isə Cavabdeh tutularaq Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Mübariz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar