Məhkəmə qərarları › İş №e-2-2(117)-1602/2024

Şəki Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(117)-1602/2024

02.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № e-2-2(117)-1602/2024 02.12.2024 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Hüseynov Mübariz Rahil oğlu, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “cavabdehlərdən müştərək qaydada İddiaçı QSC-nin xeyrinə 007R********** saylı kredit razılaşması üzrə 1440.95 manat məbləğində kredit borcu, 121.28 manat məbləğində faiz borcu, 32.57 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə 1594.8 manat məbləğində borcun və ödənilmiş 35.95 manat dövlət rüsumunun tutulması” tələbinə dair işə baxaraq aşağıdakı qərardadı qəbul etdi. Təsviri hissə: İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “cavabdehlərdən müştərək qaydada İddiaçı QSC-nin xeyrinə 007R********** saylı kredit razılaşması üzrə 1440.95 manat məbləğində kredit borcu, 121.28 manat məbləğində faiz borcu, 32.57 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə 1594.8 manat məbləğində borcun və ödənilmiş 35.95 manat dövlət rüsumunun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti xx.xx.2024-cü il tarixində ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, Şəki Kommersiya Məhkəməsinin icraatında olan İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1 və digərlərinə qarşı «kredit müqaviləsi üzrə borcun tutulması» tələbinə dair e-2-2(117)-1602/2024 saylı mülki iş üzrə cavabdeh üzərinə düşən öhdəliyi yerinə yetirmiş və onun banka borcu qalmamışdır. Odur ki, həmin mülki işin baxılmamış saxlanılması barədə qərardad qəbul edilməsini, iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin İddiaçı QSC-yə geri qaytarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə, MPM-in 284-5.3-cü maddəsinə əsasən, işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxmışdır. Əsaslandırıcı hissə: Məhkəmə iş materiallarını və ərizəni nəzərdən keçirib hesab edir ki, iddiaçının nümayəndəsi cavabdeh tərəfindən borcun ödənildiyini etiraf etdiyindən və tərəflər arasında hazırkı vəziyyətdə artıq mübahisə mövcud olmadığından işə məhkəmə tərəfindən baxılmalı deyil və iş üzrə icraata xitam verilməlidir. Belə ki, əslində cavabdeh tələb edilən borcu tam ödəsə də, iddiaçının nümayəndəsi iddianın baxılmamış saxlanılmasını tələb edir, lakin mübahisə artıq mövcud deyil, borc tam ödənilmişdir. Ərizənin baxılmamış saxlanması cavabdehin gələcəkdə hüquqlarının pozulması ilə nəticələnə bilər və ona qarşı eyni tələbin yenidən məhkəmədə irəli sürülməsi ilə nəticələnə bilər. Hazırkı vəziyyətdə tərəflər arasında artıq mübahisə mövcud deyildir. Məhkəmə isə mübahisəyə baxdığından və artıq mübahisə mövcud olmadığından iş üzrə icraata xitam verilməsi qanuni və əsaslıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə MPM): 2.1. Mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. 6-cı maddəsinə əsasən mülki işlər və kommersiya mübahisələri üzrə ədalət mühakiməsi yalnız məhkəməyə aiddir və məhkəmələr tərəfindən qanunla müəyyən olunmuş qaydada həyata keçirilir. 13.4. Barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Belə ki, tərəflər arasında artıq mübahisə mövcud deyildir. Məhkəmə isə mübahisəyə baxdığından və artıq mübahisə mövcud olmadığından iş üzrə icraata xitam verilməsi qanuni və əsaslıdır. MPM-in 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 279, 263-264, 266 -268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “cavabdehlərdən müştərək qaydada İddiaçı QSC-nin xeyrinə 007R********** saylı kredit razılaşması üzrə 1440.95 manat məbləğində kredit borcu, 121.28 manat məbləğində faiz borcu, 32.57 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə 1594.8 manat məbləğində borcun və ödənilmiş 35.95 manat dövlət rüsumunun tutulması” tələbinə dair iş üzrə icraata xitam verilsin. Qərardaddan, rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki Kommersiya Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Hakim: Mübariz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar