Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № e-2-2(117)-1617/2024 11.12.2024 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Hüseynov Mübariz Rahil oğlunun sədrliyi, Mövsümova Günel Namizət qızının katibliyi, Cavabdeh1, vəkil və nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “pul tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 (borc alan), Cavabdeh2 (zamin) İddiaçı xeyrinə xx.xx.2017-ci il tarixli kredit müqaviləsinə əsasən 100.000 manat, xx.xx.2018-ci il tarixli kredit müqaviləsinə əsasən 60.000 ABŞ dolları, xx.xx.2018-ci il tarixli kredit müqaviləsinə əsasən 40.000 ABŞ dolları, xx.xx.2018-ci il tarixli kredit müqaviləsinə əsasən 20.000 ABŞ dolları ekvivalenti 34.000 manat borc pulun, 662 manat ödənilmiş dövlət rüsumunun və vəkilə xidmət haqqına görə ödənilmiş 1000 manat xidmət haqqı məbləğinin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmiş və iş e-2-2(117)-1617/2024 nömrə ilə məhkəmənin icraatına daxil olmuşdur. Bundan başqa İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “150000 manat pul tələbinə dair” iddia ərizəsi iddia ərizəsi ilə müraciət etmiş və iş 2-2(117)-1454/2024 nömrə ilə məhkəmənin icraatına daxil olmuşdur. Məhkəmə iclasında iştirak edən cavabdeh və onun nümayəndəsi məhkəmə iclasında işlərin bir icraatda birləşdirilməsinə etiraz etmədiklərini bildirdilər. Məhkəmə icraatda olan e-2-2(117)-1617/2024 nömrəli işə e-2-2(117)-1454/2024 nömrəli iş materialları ilə birgə baxaraq hesab edir ki, e-2-2(117)-1617/2024 nömrəli iş materialları e-2-2(117)-1454/2024 nömrəli işə birləşdirilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildiyi kimi hər iki iş üzrə tərəflər eyni olmaqla yanaşı, tərəflər arasında yaranmış mübahisə tərəflər arasında bağlanmış borc müqavilələrindən irəli gələn mübahisə ilə bağlıdır. Bu səbəbdən də işlərə bir icraatda baxılması və vahid qərarın qəbul edilməsi daha məqsədə uyğundur ki, e-2-2(117)- 1454/2024 nömrəli iş daha öncə məhkəmənin icraatına daxil olduğundan e-2-2(117)- 1617/2024 nömrəli iş e-2-2(117)-1454/2024 nömrəli işə birləşdirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 169.3-cü maddəsinə əsasən hakim həmin məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə işin, yaxud bir iddiaçının müxtəlif cavabdehlərə, yaxud müxtəlif iddiaçıların eyni cavabdehə iddiaları üzrə bir neçə işin olduğunu müəyyən etdikdə, bu işlərin birləşdirilməsini məqsədə müvafiq hesab edərsə, onları birlikdə baxılmaq üçün bir icraatda birləşdirməyə haqlıdır. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231, 263-264, 267-268-ci maddələrini rəhbər tutub məhkəmə qərara aldı: İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı xx.xx.2017-ci il tarixli kredit müqaviləsinə əsasən 100.000 manat, xx.xx.2018-ci il tarixli kredit müqaviləsinə əsasən 60.000 ABŞ dolları, xx.xx.2018-ci il tarixli kredit müqaviləsinə əsasən 40.000 ABŞ dolları, xx.xx.2018-ci il tarixli kredit müqaviləsinə əsasən 20.000 ABŞ dolları ekvivalenti 34.000 manat borc pulun, 662 manat ödənilmiş dövlət rüsumunun və vəkilə xidmət haqqına görə ödənilmiş 1000 manat xidmət haqqı məbləğinin tutulması tələbinə dair e-2-2(117)- 1617/2024 nömrəli iş, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “150000 manat pul tələbinə dair” tələbinə dair e-2-2(117)-1454/2024 nömrəli işə birləşdirilsin. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Mübariz Hüseynov
Məhkəmə qərarları › İş №e-2-2(117)-1617/2024
Şəki Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(117)-1617/2024
11.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver