Məhkəmə qərarları › İş №e-2-2(117)-1629/2024

Şəki Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(117)-1629/2024

20.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № e-2-2(117)-1629/2024 20.11.2024 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Hüseynov Mübariz Rahil oğlu, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh9, Cavabdeh8, Cavabdeh7, Cavabdeh2, Cavabdeh4, Cavabdeh6 və Cavabdeh5 qarşı “cavabdehlərdən 026R********** saylı kredit razılaşması üzrə 15619.48 manat məbləğində kredit borcu, 1240.49 manat məbləğində faiz borcu və 799.22 maat məbləğində cərimə borcu olmaqla, ümumilkdə 17659.19 manat məbləğində borcun və ödənilmiş 142.98 manat məbləğində dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 15 manat dövlət rüsumunun və 36 manat xidmət haqqının tutulması, tələbin Cavabdeh6, Cavabdeh2, Cavabdeh5, Cavabdeh4, Cavabdeh7 və Cavabdeh9 xüsusi mülkiyyətində olan ünvan 1 ünvanında xüsusi mülkiyyətdə olan, yaşayış məntəqələrinin torpaqları kateqoriyaları 0.12 ha torpaq sahəsi həmin torpaq sahəsinin üzərində yerləşən Cavabdeh9 mülkiyyətində olan 210 kv.metr ümumi sahədən ibarət fərdi yaşayış evinə yönəldilməsi, həmin torpaq sahəsi və yaşayış evinin açıq hərracdan satılması və ümumilikdə cəmi 17659.19 manat məbləğində bоrcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 142.98 manat məbləğində dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 15 manat dövlət rüsumunun və 36 manat xidmət haqqının ipoteka predmetinin hərracdan satışından əldə olunan vəsait hesabına AccessBank QSCyə ödənilməsi; hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin Cavabdeh9, Cavabdeh8, Cavabdeh7, Cavabdeh2, Cavabdeh4, Cavabdeh6 və Cavabdeh5 ümumi müştərək qaydada tutulması” tələbinə dair işə baxaraq, müəyyən etdi: İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh9, Cavabdeh8, Cavabdeh7, Cavabdeh2, Cavabdeh4, Cavabdeh6 və Cavabdeh5 qarşı “cavabdehlərdən 026R********** saylı kredit razılaşması üzrə 15619.48 manat məbləğində kredit borcu, 1240.49 manat məbləğində faiz borcu və 799.22 maat məbləğində cərimə borcu olmaqla, ümumilkdə 17659.19 manat məbləğində borcun və ödənilmiş 142.98 manat məbləğində dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 15 manat dövlət rüsumunun və 36 manat xidmət haqqının tutulması, tələbin Cavabdeh6, Cavabdeh2, Cavabdeh5, Cavabdeh4, Cavabdeh7 və Cavabdeh9 xüsusi mülkiyyətində olan ünvan 1 ünvanında xüsusi mülkiyyətdə olan, yaşayış məntəqələrinin torpaqları kateqoriyaları 0.12 ha torpaq sahəsi həmin torpaq sahəsinin üzərində yerləşən Cavabdeh9 mülkiyyətində olan 210 kv.metr ümumi sahədən ibarət fərdi yaşayış evinə yönəldilməsi, həmin torpaq sahəsi və yaşayış evinin açıq hərracdan satılması və ümumilikdə cəmi 17659.19 manat məbləğində bоrcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 142.98 manat məbləğində dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 15 manat dövlət rüsumunun və 36 manat xidmət haqqının ipoteka predmetinin hərracdan satışından əldə olunan vəsait hesabına AccessBank QSC-yə ödənilməsi; hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin Cavabdeh9, Cavabdeh8, Cavabdeh7, Cavabdeh2, Cavabdeh4, Cavabdeh6 və Cavabdeh5 ümumi müştərək qaydada tutulması” barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iddia ərizəsini nəzərdən keçirib hesab edir ki, iddia ərizəsi geri qaytarılmalıdır. İlk öncə məhkəmə onu qeyd edir ki, Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə MPM) 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Hazırki iş üzrə iddia ərizəsinin forma və məzmununa dair tələblərə əməl edilməmişdir. Belə ki, elektron iddia ərizəsindən görünür ki, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8 və Cavabdeh9 cavabdeh qismində proses iştirakçıları kimi işə əlavə olunmuşdur. Lakin iddia ərizəsinin məzmunundan və iddia tələbindən də göründüyü kimi İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Cavabdeh1 və Cavabdeh3 proses iştirakçısı kimi işə əlavə etmiş olsa da, onlara münasibətdə tələbini əsaslandırmamışdır. Eyni zamanda iş materiallarından görünür ki, 142.98 manat dövlət rüsumu ********** nömrəli qəbzlə xx.xx.2024-cü il tarixdə Şirvan Kommersiya Məhkəməsinin hesabına ödənilmişdir. MPM-in: 149.2.3. iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb; 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsi və ona əlavə edilmiş sənədləri geri qaytarır. Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, elektron iddia ərizəsi forma və məzmununa görə tələblərə uyğun olmadığından və iddiaçı tərəfindən dövlət rüsumunu müəyyən edilmiş qaydada ödənilmədiyindən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmalıdır. Məhkəmə tərəfindən ərizəçinin diqqətinə çatdırılır ki, yuxarıda göstərilən çatışmazlıqlar aradan qaldırıldıqdan sonra yenidən ümumi qaydada məhkəməyə müraciət edə bilər. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin, 263, 264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh9, Cavabdeh8, Cavabdeh7, Cavabdeh2, Cavabdeh4, Cavabdeh6 və Cavabdeh5 qarşı “cavabdehlərdən 026R********** saylı kredit razılaşması üzrə 15619.48 manat məbləğində kredit borcu, 1240.49 manat məbləğində faiz borcu və 799.22 maat məbləğində cərimə borcu olmaqla, ümumilkdə 17659.19 manat məbləğində borcun və ödənilmiş 142.98 manat məbləğində dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 15 manat dövlət rüsumunun və 36 manat xidmət haqqının tutulması, tələbin Cavabdeh6, Cavabdeh2, Cavabdeh5, Cavabdeh4, Cavabdeh7 və Cavabdeh9 xüsusi mülkiyyətində olan ünvan 1 ünvanında xüsusi mülkiyyətdə olan, yaşayış məntəqələrinin torpaqları kateqoriyaları 0.12 ha torpaq sahəsi həmin torpaq sahəsinin üzərində yerləşən Cavabdeh9 mülkiyyətində olan 210 kv.metr ümumi sahədən ibarət fərdi yaşayış evinə yönəldilməsi, həmin torpaq sahəsi və yaşayış evinin açıq hərracdan satılması və ümumilikdə cəmi 17659.19 manat məbləğində bоrcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 142.98 manat məbləğində dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 15 manat dövlət rüsumunun və 36 manat xidmət haqqının ipoteka predmetinin hərracdan satışından əldə olunan vəsait hesabına AccessBank QSC-yə ödənilməsi; hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin Cavabdeh9, Cavabdeh8, Cavabdeh7, Cavabdeh2, Cavabdeh4, Cavabdeh6 və Cavabdeh5 ümumi müştərək qaydada tutulması” barədə iddia ərizəsi geri qaytarılsın. Qərardaddan, rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki Kommersiya Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Hakim: Mübariz Hüseynov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar