Məhkəmə qərarları › İş №e-2-2(117)-163/2025

Şəki Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(117)-163/2025

08.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № e-2-2(117)-163/2025 08.01.2025 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Hüseynov Mübariz Rahil oğlu, İddiaçı Cavabdehnə qarşı “cavabdeh tərəfindən hesablanmış 3571,60 manat borcun silinməsi” tələbinə dair işə baxaraq, müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı “cavabdeh tərəfindən hesablanmış 3571,60 manat borcun silinməsi” barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iddia ərizəsini nəzərdən keçirib hesab edir ki, iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, hazırkı işin məhkəmə araşdırması zamanı Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilmiş məlumatla müəyyən edilmişdir ki, iş üzrə İddiaçı tərəfindən eyni iddia tələbi ilə bağlı iddia ərizəsi və ona əlavə edilmiş sənədlər xx.xx.2024-cü il tarixində Şəki Kommersiya Məhkəməsinə daxil olmuş, həmin iş xx.xx.2024-cü il tarixində məhkəmənin icraatına götürülmüş və xx.xx.2024-cü il tarixli e-2-2(117)-1330/2024 nömrəli məhkəmə aktı ilə ərizə baxılmamış saxlanmışdır. Belə ki, xx.xx.2024-cü il tarixli e-2-2(117)-1330/2024 nömrəli məhkəmə aktı belə əsaslandırılmışdır ki, iddiaçı iddia ərizəsində Cavabdeh tərəfindən hesablanmış borcun "xxxx" ASC-in abonent hesabına yazıldığı bildirilsə də, iddia ərizəsi "xxxx" ASC tərəfindən deyil, İddiaçı tərəfindən verilmişdir. Qeyd edilən akt xx.xx.2022-ci il tarixli ******* nömrəli aktda, dəymiş ziyanın hesablanması haqqında xx.xx.2022-ci il tarixli tələbnamədə və təbii qazın alqı-satqısına dair müqavilədə tərəf olaraq İddiaçı deyil, "xxxx" ASC qeyd edilmiş və həmin hüquqi şəxsin abonent saldosunda müvafiq borc qeyd edilmişdir. İddia tələbi irəli sürən şəxs və cavabdeh tərəfindən təbii qazdan istifadəyə görə akt tərtib edilən şəxs ayrıayrı şəxslər olduğundan, iddiaçı olaraq "xxxx" ASC tərəfindən qanunvericiliyin tələbinə uyğun olaraq müvafiq iddia qaldırıla biləcəyi qeyd edilmişdir. Hazırkı iş araşdırıldıqda aydın olur ki, İddiaçı qeyd edilən xx.xx.2024-cü il tarixli e-2- 2(117)-1330/2024 nömrəli məhkəmə aktında nəzərdə tutulan hallara diqqət etməmiş və heç bir dəyişiklik etmədən eyni qaydada yenidən məhkəməyə müraciət etmişdir. İlk öncə məhkəmə onu qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə MPM) 149.2-ci maddəsinə əsasən, iddia ərizəsində ərizənin verildiyi məhkəmənin adı, işdə iştirak edən şəxslərin adları, onların poçt ünvanları, iddiaçının və ya iddiaçınin tələbi, onların öz tələblərini əsaslandırdıqları hallar, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb, müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla bu, nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya) qaydada nizama salınmasına riayət edilməsinə dair məlumat və ərizəyə əlavə edilən sənədlərin siyahısı göstərilir. MPM-in 152.1.1. iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə; Nəticədə məhkəmə hesab edir ki, iddia tələbi irəli sürən şəxs və cavabdeh tərəfindən təbii qazdan istifadəyə görə akt tərtib edilən şəxs ayrı-ayrı şəxslər olduğundan iddia ərizəsi və ona əlavə edilmiş sənədlər qanunvericiliyin tələbinə uyğun olaraq geri qaytarılmalıdır. Məhkəmə tərəfindən iddiaçının diqqətinə çatdırılır ki, iddiaçı olaraq "xxxx" ASC tərəfindən qanunvericiliyin tələblərinə riayət edilməklə ümumi qaydada iddia ərizəsi ilə məhkəməyə müraciət edilə bilər. Yenidən müraciət edərkən müvafiq iddiaçı tərəfindən qanunla müəyyən edilmiş məbləğdə dövlət rüsumu (55,71 manat) ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin, 263, 264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Cavabdehnə qarşı “cavabdeh tərəfindən hesablanmış 3571,60 manat borcun silinməsi” barədə iddia ərizəsi geri qaytarılsın. Qərardaddan, rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki Kommersiya Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Hakim: Mübariz Hüseynov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar