Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № e-2-2(117)-1685/2025 02.12.2025 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Hüseynov Mübariz Rahil oğlu, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “cavabdehdən 950,55 manat əsas borc, 212 manat dəbbə pulu və 31.63 manat dövlət rüsumu olmaqla, ümumilikdə 1194,18 manat pulun tutularaq iddiaçıya ödənilməsi” tələbinə dair iş materiallarına baxaraq müəyyən etdi: İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “cavabdehdən 950,55 manat əsas borc, 212 manat dəbbə pulu və 31.63 manat dövlət rüsumu olmaqla, ümumilikdə 1194,18 manat pulun tutularaq iddiaçıya ödənilməsi” barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Hazırkı iş xx.xx.2025-ci il tarixdə Şəki Kommersiya Məhkəməsinin icraatına daxil olmuşdur. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, iş baxılması üçün ərazi aidiyyəti üzrə Sumqayıt Kommersiya Məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. 40.1. Ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir. 40.2. Tərəflər öz aralarındakı saziş ilə mübahisəli işin ərazi aidiyyətini dəyişdirə bilərlər. Saziş yazılı şəkildə ifadə olunmalıdır. 40.3. Saziş tərəflər arasında gələcəkdə baş verə biləcək konkret mübahisə ilə bağlı əvvəlcədən, habelə məhkəmənin icraatında olan müəyyən məhkəmə işi ilə bağlı həmin iş üzrə məhkəmənin hazırlıq iclası keçirilənədək bağlana bilər. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı ASC və Cavabdeh arasında xx.xx.2025-ci il tarixli AC-MFM/xx-xx-2025/ƏL nömrəli mövcud borcun etirafı haqqında müqavilə bağlanmışdır. Həmin müqavilənin 2.5-ci maddəsinə əsasən, hazırkı müqavilədən irəli gələn mübahisələr Azərbaycan Respublikasının Abşeron Rayon Məhkəməsi və Sumqayıt Kommersiya Məhkəməsində həll ediləcəkdir. Göründüyü kimi tərəflər yaranmış mübahisənin qarşılıqlı razılıq yolu ilə həll edilməyəcəyi təqdirdə mübahisənin Sumqayıt Kommersiya Məhkəməsində həll edilməsi ilə bağlı razılaşmışlar. Azərbaycan Republikası Mülki Prosessual Məcəlləsinin 44.1. Aidiyyət qaydalarına riayət edilməklə məhkəmənin öz icraatına qəbul etdiyi iş, sonradan başqa məhkəməyə aid olsa da, mahiyyəti üzrə həmin məhkəmədə həll edilməlidir. 44.2-ci maddəsinə əsasən məhkəmə işi aşağıdakı hallarda başqa məhkəmədə baxılmağa verir: 44.2.2. iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa; 45.3-cü maddəsinə əsasən işin bir məhkəmədən başqa məhkəməyə verilməsi həmin qərardaddan şikayət verilmə müddəti başa çatdıqdan sonra icra edilir. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264-cü maddəsini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “cavabdehdən 950,55 manat əsas borc, 212 manat dəbbə pulu və 31.63 manat dövlət rüsumu olmaqla, ümumilikdə 1194,18 manat pulun tutularaq iddiaçıya ödənilməsi” tələbinə dair iş ərazi aidiyyəti üzrə baxılması üçün Sumqayıt Kommersiya Məhkəməsinə göndərilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki Kommersiya Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Hakim : Mübariz Hüseynov
Məhkəmə qərarları › İş №e-2-2(117)-1685/2025
Şəki Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(117)-1685/2025
02.12.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver