Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-17/2025 03.07.2025 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Hüseynov Mübariz Rahil oğlunun sədrliyi, Mövsümova Günel Namizət qızının katibliyi ilə, İddiaçı QSC-nin cavabdеhlər Cavabdeh2, Cavabdeh1 qarşı “cavabdеhlər Cavabdeh2, Cavabdeh1 müştərək qaydada iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin хеyrinə 015R********** saylı krеdit razılaşması üzrə 34535.76 manat məbləğində krеdit bоrcu, 5051.20 manat məbləğində faiz bоrcu və 2711.82 manat məbləğində cərimə borcu olmaqla, cəmi 42298.78 manat; 015R********** saylı krеdit razılaşması üzrə 8955.32 manat məbləğində krеdit bоrcu, 1450.05 manat məbləğində faiz bоrcu və 737.83 manat məbləğində cərimə borcu olmaqla, cəmi 11143.20 manat, ümumilikdə cəmi 53 441.98 manat borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 250.33 manat məbləğində dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 15 manat dövlət rüsumunun və 36 manat xidmət haqqının tutulması; tələbin Cavabdeh2 xüsusi mülkiyyətində olan ünvan 1 ünvanında olan 0.06 ha torpaq sahəsinə və həmin torpaq sahəsində yerləşən, ümumi sahəsi 205.10 kv.m. olan fərdi yaşayış evinə yönəldilməsi, həmin torpaq sahəsinin və evin açıq hərracdan satılması və ümumilikdə cəmi 53 441.98 manat məbləğində bоrcun, ödənilmiş 250.33 manat dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 15 manat dövlət rüsumunun və 36 manat xidmət haqqının ipoteka predmetinin hərracdan satışından əldə olunan vəsait hesabına İddiaçı QSC-ə ödənilməsi; hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin Cavabdeh2, Cavabdeh1 ümumi müştərək qaydada tutulması” tələbi üzrə mübahisəyə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq qətnamə qəbul etdi. Təsviri hissə: xx.xx.2019-cu il tarixdə İddiaçı QSC ilə Cavabdeh2 arasında bağlanmış 015L**********08 nömrəli uzunmüddətli kredit müqaviləsinə əsasən sonuncuya 120 ay müddətinə, illik faiz dərəcəsinin yuxarı həddi 28 % olmaqla 1000 000 manat məbləğində uzunmüddətli kredit xətti açılmışdır. 1.6-cı bəndinə əsasən kredit alan hər bir kredit üzrə əsas kredit məbləğini, faizi, xərcləri və başqa məsrəfləri müvafiq kredit razılaşmasında müəyyən olunmuş qaydada və şərtlərlə, olduğu halda ödəniş planına uyğun olaraq banka qaytarmağı öz öhdəsinə götürür. Uzunmüddətli kredit xətti müqaviləsi üzrə yaranmış öhdəliyin icrasının təminatı olaraq İddiaçı QSC ilə Cavabdeh2 arasında xx.xx.2019-cu il tarixdə 015M**********01 nömrəli ipoteka müqaviləsi bağlanmışdır. Həmin ipoteka müqaviləsində göstərilmiş ünvan 2 ünvanında yerləşən 0.06 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 205.10 kv.m. olan fərdi yaşayış evi ipoteka predmeti kimi qəbul olunmuşdur. xx.xx.2019-cu il tarixli 015S**********01 nömrəli (zamin Cavabdeh1) zaminlik müqaviləsinin tələbinə görə zamin, borclunun xx.xx.2019-cu il tarixdə bağlanmış 015L**********08 nömrəli uzunmüddətli kredit müqaviləsindən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün bank qarşısında tam məsuliyyəti öz üzərinə götürür və borclu ilə birlikdə bank qarşısında birgə məsuliyyət daşıyır. Uzunmüddətli kredit müqaviləsi üzrə xx.xx.2022-ci il tarixdə bağlanmış 015R********** nömrəli kredit razılaşmasına əsasən bank tərəfindən Cavabdeh2 30 ay müddətinə aylıq faiz dərəcəsi 1.6667 % olmaqla kredit razılaşmasının ayrılmaz tərkib hissəsi olan 1 saylı Əlavədə göstərilmiş ödəniş planına uyğun razılaşdırılmış tarixlərdə kredit məbləğini və ona hesablanmış faizlə birlikdə ödənilməsi şərtilə 50 000 manat məbləğində kredit verilmişdir. 2.3. Kredit faizi qaytarılmalı kredit məbləği üzrə hər gün Bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün kredit faizi bu kredit razılaşmasının 1.1. bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. 4.2.2. Ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında və lazımi qaydada qaytarmadıqda, hər gecikdirilən gün üçün kredit qalığının 0.1 % məbləğində cərimə ödəməyə borcludur. Uzunmüddətli kredit müqaviləsi üzrə xx.xx.2022-ci il tarixdə bağlanmış 015R********** nömrəli kredit razılaşmasına əsasən bank tərəfindən Cavabdeh2 36 ay müddətinə aylıq faiz dərəcəsi 1.75 % olmaqla kredit razılaşmasının ayrılmaz tərkib hissəsi olan 1 saylı Əlavədə göstərilmiş ödəniş planına uyğun razılaşdırılmış tarixlərdə kredit məbləğini və ona hesablanmış faizlə birlikdə ödənilməsi şərtilə 10 000 manat məbləğində kredit verilmişdir. 2.3. Kredit faizi qaytarılmalı kredit məbləği üzrə hər gün Bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün kredit faizi bu kredit razılaşmasının 1.1. bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. 4.1.3. Ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında və lazımi qaydada qaytarmadıqda, hər gecikdirilən gün üçün kredit qalığının 0.02 % məbləğində cərimə ödəməyə borcludur. ƏMDK DƏDRX-in Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən **********33-10301 reyestr nömrəli çıxarışdan göründüyü kimi ünvan 2 ünvanında yerləşən 0.06 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 205.10 kv.m. olan fərdi yaşayış evi Cavabdeh2 tam mülkiyyətindədir. ƏMDK DƏDRX-in Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan göründüyü kimi Cavabdeh2 məxsus ünvan 2 ünvanında yerləşən 0.06 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 205.10 kv.m. olan fərdi yaşayış evi İddiaçı QSC-nin xeyrinə xx.xx.2019-cu il tarixdən başlayaraq xx.xx.2019-cu il tarixli 015L**********08 saylı uzunmüddətli kredit müqaviləsinə əsasən 120 ay müddətinə ipoteka ilə yüklü edilmişdir. AR Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən təqdim edilmiş xx.xx.2024-cü il tarixli 9/5960 nömrəli ekspert rəyinə əsasən, cavabdehin xx.xx.2024-cü il tarixinə (işin məhkəməyə daxil olduğu tarixə) xx.xx.2022-ci il tarixli 015R********** nömrəli kredit razılaşması üzrə 43 647.59 manat (34 439.23 manat əsas borc, 9208.36 manat faiz borcu), xx.xx.2022-ci il tarixli 015R********** nömrəli kredit razılaşması üzrə 11 089.4 manat (9042.73 manat əsas borc, 2046.67 faiz borcu) borcu müəyyən edilmişdir. İşin məhkəmə araşdırması zamanı "xxxx" MMC tərəfindən təqdim edilmiş xx.xx.2025-ci il tarixli CVN/F 35-053/25 nömrəli mütəxəssis rəyinə əsasən ipoteka predmeti olan ünvan 2 ünvanında yerləşən 0.06 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 205.10 kv.m. olan fərdi yaşayış evinin 28 fevral 2025-ci il tarixə bazar dəyəri 160 000 manat, likvid dəyəri isə 128 000 manat təşkil edir. İşdə olan xx.xx.2023-cü il tarixli xəbərdarlıqlardan göründüyü kimi iddiaçı tərəfindən hər iki müqavilənin birtərəfli qaydada ləğv edilməsi barədə təklif göndərilmiş və cavabdehlərin yekun olaraq xx.xx.2022-ci il tarixli 015R********** nömrəli krеdit razılaşması üzrə 39194.69 manat (34535.76 manat əsas, 3485.16 manat faiz, 1173.77 manat cərimə), xx.xx.2022-ci il tarixli 015R********** nömrəli kredit razılaşması üzrə isə 9863.83 manat (8955.32 manat əsas, 707.91 manat faiz, 200.6 manat cərimə) borcu qalacağı qeyd edilmişdir. Cavabdehər üzərlərinə götürdükləri öhdəlikləri lazımınca yerinə yetirmədiyindən iddiaçıya ödənilməmiş borcları qalmış, bu səbəbdən tərəflər arasında hazırkı mübahisə yaranmış və iddiaçı məhkəməyə müraciət edərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişlər, iddiaçının nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək məhkəmə iclasında üzürlü səbəbdən iştirak edə bilməyəcəyini və işə iştirakı olmadan baxılmasını xahiş etmişdir. Cavabdehlər məhkəmə iclasına gəlməmiş və bunun üzürlü səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə Mülki Prosessual Məcəllənin 185-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxmışdır. Elektron qaydada icraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: uzunmüddətli kredit müqaviləsi, ipoteka müqaviləsi, zaminlik müqaviləsi, kredit razılaşmaları, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, maliyyə arayışı, hesabdan çıxarış, ekspert rəyi, mütəxəssis rəyi, xəbərdarlıq və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi : Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Azərbayacan Respublikası Mülki Məcəlləsinin (bundan sonra mətndə MM): 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 470.1. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 470.2. Zaminlik müqaviləsi gələcəkdə yaranacaq öhdəliyin təmin edilməsi üçün də bağlana bilər. 472.1. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 739.1. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. 739.2.Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. 740.1.Qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borcverən borcalandan müqavilədə nəzərdə tutulmuş qaydada və məbləğdə faiz almaq hüququna malikdir. 740.2. Bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, borcun verilməsinə görə faizin və (və ya) digər haqqın məbləği və ya hesablanma qaydası tərəflərin razılaşması ilə müəyyən edilir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, borcalan Cavabdeh2 kredit razılaşmaları üzrə öhdəliklərini lazımınca yerinə yetirmədiyindən onun xx.xx.2022-ci il tarixli 015R********** razılaşma üzrə 34 439.23 manat əsas, 3485.16 manat faiz və 1173.77 manat cərimə, xx.xx.2022-ci il tarixli 015R********** nömrəli razılaşma üzrə 8955.32 manat əsas, 707.91 manat faiz, 200.6 manat cərimə borcu qalmışdır. Belə ki, iddiaçı tərəfindən xx.xx.2022-ci il tarixli 015R********** nömrəli razılaşma üzrə 34535.76 manat əsas, 5051.20 manat faiz, 2711.82 manat cərimə borcu tələb edilmiş, buna baxmayaraq iddiaçı tərəfindən cavabdehlərə göndərilmiş xx.xx.2023-cü il tarixli xəbərdarlıqlardan göründüyü kimi müqavilənin ləğv edilməsi təklif edilərək 39194.69 manat (34535.76 manat əsas, 3485.16 manat faiz, 1173.77 manat cərimə) borclarının qaldığı bildirilmiş, xx.xx.2024-cü il tarixli 9/5960 nömrəli ekspert rəyi ilə isə xx.xx.2024-cü il tarixə 34439.23 manat əsas borc, 9208.36 manat faiz borcu müəyyənləşdirilmişdir. Eyni zamanda iddiaçı tərəfindən xx.xx.2022-ci il tarixli 015R********** nömrəli krеdit razılaşması üzrə 8955.32 manat əsas, 1450.05 manat faiz, 737.83 manat cərimə borcu tələb edilmiş, lakin xx.xx.2023-cü il tarixli xəbərdarlıqlardan göründüyü kimi müqavilənin ləğv edilməsi təklif edilərək 9863.83 manat (8955.32 manat əsas, 707.91 manat faiz, 200.6 manat cərimə) borclarının qaldığı bildirilmiş, xx.xx.2024-cü il tarixli 9/5960 nömrəli ekspert rəyi ilə isə xx.xx.2024-cü il tarixə 9042.73 manat əsas borc, 2046.67 manat faiz borcu müəyyənləşdirilmişdir. Qeyd edilən hallar qarşılıqlı təhlil edildikdə müəyyən edilir ki, iddiaçı cavabdehlərə göndərilmiş xəbərdarlıqlarla müqavilələri birtərəfli qaydada ləğv etdiyindən məhkəməyə müraciət edərkən xəbərdarlıqlarda qeyd edilən həddə əsas, faiz və cərimə borcu tələb etməkdə haqlıdır. Belə ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2023-cü il tarixli Qərarında 1-ci bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır. Həmin qərarda daha sonra qeyd edilmişdir ki, ikitərəfli müqavilələr üzrə öhdəliyin pozulması halında kreditor Azərbaycan Respublikası Mülki Məcəlləsinin 447.1-ci maddəsinə uyğun olaraq müqavilədən imtina etməklə ona xitam verə bilər. Müqavilədən imtina barədə iradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqaviləyə xitam verilmiş sayılır. Konstitusiya Məhkəməsi Plenumunun qərarında daha sonra qeyd edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinin tələbləri baxımından müqavilənin ləğvindən əvvəl gecikdirilmiş annuitet (əsas məbləğ və hesablanmış faizlər) ödənişlərə münasibətdə yaranmış tələb müqavilənin ləğvindən sonrada da qüvvədə qalır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə uyğun olaraq, kreditor öhdəliyin pozulması halında digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğində vəsaitin ödənilməsini tələb etmək hüququna malikdir. Yəni, hazırkı iş üzrə iddiaçı ləğv anınadək pul vəsaitindən istifadə haqqını (faizləri), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Yekun olaraq hər iki müqavilə ləğv edilən tarixə mövcud olan əsas, faiz və cərimə borcları (xx.xx.2023-cü il tarixli xəbərdarlıqlara əsasən) ilə ekspert rəyi vasitəsilə hesablanmış məbləğlər qarşılıqlı təhlil edildikdə aydın olur ki, iddiaçı tələbində qismən haqlıdır. Belə ki, xx.xx.2022-ci il tarixli razılaşma üzrə əsas borc, hər iki müqavilə üzrə faiz və cərimə borcu xx.xx.2023-cü il tarixli xəbərdarlıqlara (müqavilələr ləğv edilən tarixə həmin məbləğdə borc qaldığından), həmçinin, xx.xx.2022-ci il tarixli razılaşma üzrə 34 439.23 manat əsas borc ekspert rəyinə uyğun olaraq tutularaq iddiaçıya ödənilməlidir. Eyni zamanda, zaminlik müqaviləsi qüvvədə olduğundan iddiaçı mövcud olan borcu cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tələb etməkdə haqlıdır. Məhkəmə iddia tələbinin “tələbin Cavabdeh2 xüsusi mülkiyyətində olan ünvan 1 ünvanında olan 0.06 ha torpaq sahəsinə və həmin torpaq sahəsində yerləşən, ümumi sahəsi 205.10 kv.m. olan fərdi yaşayış evinə yönəldilməsi, həmin torpaq sahəsinin və evin açıq hərracdan satılması və ümumilikdə cəmi 53 441.98 manat məbləğində bоrcun, ödənilmiş 250.33 manat dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 15 manat dövlət rüsumunun və 36 manat xidmət haqqının ipoteka predmetinin hərracdan satışından əldə olunan vəsait hesabına İddiaçı QSC-ə ödənilməsi” hissəsinə münasibətdə qeyd edir ki, tərəflər arasında bağlanmış ipoteka müqaviləsinin məzmunundan görünür ki, həmin müqavilə xx.xx.2019cu il tarixli 015L**********08 nömrəli uzunmüddətli kredit müqaviləsi üzrə yaranmış öhdəliyin icrasının təminatı olaraq bağlanmışdır. Bu səbəbdən iddiaçı krеdit razılaşmaları üzrə yaranmış borcun ipoteka predmetinin hərracdan satışından əldə olunan vəsait hesabına ödənilməsini tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1-ci maddəsinə əsasən girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. 39.3.3-cü maddəsinə əsasən ipoteka predmetinin ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Eyni zamanda məhkəmə hesab edir ki, ipoteka predmeti olan əmlakın ilkin satış (likvid) qiyməti mütəxəssis rəyinə uyğun olaraq 128 000 manat məbləğində müəyyən edilməli və həmin əmlak açıq hərrac vasitəsi ilə satılmalıdır. Belə ki, İpoteka haqqında Qanunun 1.0.9-cu maddəsinə əsasən ilkin satış qiyməti - bu Qanunun tələblərinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir. Bundan başqa iddia tələbinin “hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin Cavabdeh2, Cavabdeh1 ümumi müştərək qaydada tutulması” hissəsinə münasibətdə məhkəmə hesab edir ki, iddia bu hissədə rədd edilməlidir. Belə ki, İpoteka haqqında Qanunun 47.5-ci maddəsinə əsasən ipoteka predmetinin satışından götürülən məbləğ ipoteka saxlayanın tələbinin ödənilməsi üçün yetərli deyildirsə, o, çatışmayan məbləği, əgər ipoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun başqa əmlakından almaq hüququna malikdir. Bu halda ipoteka saxlayanın ipotekaya əsaslanan üstünlük hüququ yoxdur. Əgər satışdan götürülən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ ipoteka qoyana qaytarılmalıdır. Göründüyü kimi satışdan əldə olunan vəsaitin borcun ödənilməsinə kifayət etməməsi halına dair qanunvericiliyin tənzimləməsi mövcuddur ki, belə olduğu təqdirdə icra qurumu tərəfindən məhkəmə qətnaməsinin pulun tutulması hissəsinə münasibətdə icra tədbirləri davam etdirilir. Məhkəmə yalnız pulun tutulması və tutulmanın ipoteka predmetinə yönəldilməsi ilə bağlı mübahisəyə baxmalıdır. Digər məsələlər isə “İcra Haqqında” və “İpoteka haqqında” Qanunların tələbi baxımından icra qaydasında həllini tapan məsələlərdir. Məhkəmə qətnaməsi özündə mübahisə edilən hüquq münasibətləri ilə bağlı ehtimallara deyil, mövcud vəziyyətə əsaslanmalı olduğundan məhkəmə hesab edir ki, iddia qiymət verilən hissədə rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 115.0.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. 116.2-ci maddəsinə əsasən məhkəmənin tapşırığı ilə gördükləri işlər ekspertlərin və mütəxəssislərin xidməti vəzifəsinə aid deyildirsə, onlar gördükləri işlərin əvəzinə haqq alırlar. Ödənilən haqqın, yaşayış sahəsinin icarə haqqının məbləği məhkəmə tərəfindən işdə iştirak edən şəxslərin razılığı ilə məntiqli həddə müəyyən edilir. Eyni zamanda ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 15 manat dövlət rüsumu və 36 manat xidmət haqqı da cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməlidir. xx.xx.2024-cü il tarixli 9/5960 nömrəli bildirişdən görünür ki, aparılmış tədqiqatın dəyəri 100 manat təşkil edir. Qeyd edilən məbləğin 50 manatı iddiaçıdan, 50 manatı Cavabdeh2 tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. xx.xx.2025-ci il tarixli CVN/F 35-053/25 nömrəli məktubdan görünür ki, Daşınmaz əmlakın qiymətləndirilməsi barədə mütəxəssis rəyi üzrə xidmət haqqı tarif cədvəlinə müvafiq olaraq 350 manat təşkil edir. Qeyd edilən məbləğin 175 manat hissəsi iddiaçıdan, 175 manat hissəsi Cavabdeh2 tutularaq "xxxx" MMC-yə ödənilməlidir. xx.xx.2021-ci il tarixdən qüvvədə olan “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci və 8.2-ci maddələrinə əsasən hazırkı iş üzrə iddianın qiymətinə əsasən iddiaçı tərəfindən 250.33 manat dövlət rüsumu ödənilmişdir. İddia qismən təmin edildiyindən məhkəmə hesab edir ki, iddia tələbinin təmin edilən hissəsinə münasibətdə müvafiq olaraq 229.35 manat dövlət rüsumu cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməli, 20.98 manat hissəsi isə iddiaçıya aid edilməlidir.
Nəticəvi hissə:
Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada xx.xx.2022-ci il tarixli 015R********** nömrəli krеdit razılaşması üzrə 34 439.23 manat əsas bоrc, 3485.16 manat faiz bоrcu və 1173.77 manat cərimə borcu olmaqla, cəmi 39 098.16 manat, xx.xx.2022-ci il tarixli 015R********** nömrəli krеdit razılaşması üzrə 8955.32 manat əsas bоrc, 707.91 manat faiz bоrcu, 200.6 manat cərimə borcu olmaqla, cəmi 9 863.83 manat olmaqla, ümumilikdə cəmi 48961.99 manat və 229.35 manat dövlət rüsumu, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 15 manat dövlət rüsumu və 36 manat xidmət haqqı tutularaq İddiaçı QSC-yə ödənilsin. Borc məbləği Cavabdeh2 tam (xüsusi) mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən 0.06 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 205.10 kv.m. olan fərdi yaşayış evinə yönəldilsin. İpoteka predmeti olan ünvan 2 ünvanında yerləşən 0.06 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 205.10 kv.m. olan fərdi yaşayış evinin likvid dəyəri (ilkin satış) 128 000 manat məbləğində müəyyən edilsin və həmin əmlak açıq hərrac vasitəsi ilə satılsın. Satışdan əldə edilmiş vəsait cavabdehin İddiaçı QSC-yə olan borcunun ödənilməsinə yönəldilsin. İddia qalan hissələrdə rədd edilsin. Aparılmış tədqiqatın dəyəri olan 350 manat pulun 175 manat hissəsi iddiaçıdan, 175 manat hissəsi Cavabdeh2 tutularaq "xxxx" MMC-nin "xxxx" ASC Nərimanov filialında olan bank hesabına(BankVöeni:**********,m/h:AZ03NABZ********************,H/h:AZ47İBAZ************ ********, kod: 805711, swift: İBAZAZ2X) ödənilsin. Aparılmış tədqiqatın dəyəri olan 100 manat pulun 50 manatı iddiaçıdan, 50 manatı Cavabdeh2 tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (X1, kodu: 210005, VÖEN: **********, müxbir hesab: AZ41NABZ********************, sfift bik: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, Vöen: **********, hesab: AZ34CTRE********************) ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən : Mübariz Hüseynov