Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-1728/2022 29.12.2022 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Hüseynov Mübariz Rahil oğlu, iddiaçı ”xxxx” Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 qarşı “1004,35 manat məbləğində əsas borc, 149,66 manat məbləğində faiz borcu, 220,53 manat cərimə borcu, gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 22,6 manat əldən çıxmış fayda olmaqla, ümumilikdə 1397,14 manat məbləğində borcun və 60 manat məbləğində dövlət rüsumunun cavabdehdən tutularaq ödənilməsi” tələbinə dair mübahisəyə baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: xx.xx.2020-ci il tarixdə ”xxxx” Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh4 arasında bağlanmış 24-MZ3-1-0-167-20 nömrəli kredit müqaviləsinə əsasən kredit təşkilatı tərəfindən borcalana fərdi mikrokredit məqsədilə 24 ay müddətinə illik faiz dərəcəsi 25% olmaqla 5000 manat məbləğində kredit verilmişdir. Müqavilənin 2.5-ci bəndinə əsasən gecikdirilən kredit ödənişinin əsas borc məbləğinə gecikdirilən hər gün üçün cərimə kimi illik 72 % dərəcəsilə dəbbə pulu hesablanır və borcalan tərəfindən kreditora ödənilir. xx.xx.2020-ci il tarixli 24-MZ3-1-0-167-20 (Z3) nömrəli (Zamin Cavabdeh2), 24-MZ3- 1-0-167-20 (Z2) nömrəli (zamin Cavabdeh3), 24-MZ3-1-0-167-20 (Z1) nömrəli (zamin Cavabdeh1) zaminlik müqavilələrinə əsasən kredit müqaviləsi üzrə borcalanın kreditor qarşısında öhdəliklərinin tamamilə və ya hissə-hissə icra etməsi üçün zaminlər öz üzərlərinə məsuliyyət götürmüşdür. Müqavilələrin 5.1.4-cü bəndinə əsasən zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən 1 il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda zaminliyə xitam verilir. Cavabdeh üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmiş və onun 1004,35 manat məbləğində əsas kredit borcu qalmışdır. Cavabdeh borcunu ödəmədiyindən tərəflər arasında hazırkı mübahisə yaranmış və iddiaçı məhkəməyə müraciət edərək iddiasını onunla əsaslandırmışdır ki, cavabdeh öhdəliklərini icra etmədiyindən kredit müqaviləsi üzrə ödənilməmiş borcu qalmışdır. xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki, cavabdehin həmin tarixə 1004,35 manat əsas borc, 149,66 manat faiz, 220,53 manat cərimə, əldən çıxmış fayda qismində illik 5 faizlə hesablanmış 22,6 manat borcu mövcuddur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə MPM) 284-5.1-ci maddəsinə əsasən cavabdehlərə rəsmi qaydada bildiriş göndərilmiş, Cavabdeh1 xx.xx.2022-ci il tarixdə, Cavabdeh2 xx.xx.2022-ci il tarixdə, Cavabdeh3 xx.xx.2022-ci il tarixdə, Cavabdeh4 xx.xx.2022-ci il tarixdə bildirişi qəbul etməsinə baxmayaraq, iddia tələbinə qarşı əsaslandırılmış etirazlarını müəyyən olunmuş 10 (on) iş günü müddətində məhkəməyə təqdim etməmişlər. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən, işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxmışdır. İddiaçı tərəfindən elektron qaydada icraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara tərəflər arasında bağlanmış kredit və zaminlik müqavilələri, maliyyə arayışı və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Müki Məcəlləsi ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. (Azərbaycan Respublikası Mülki Məcəlləsi maddə - 385.1, 386.1, 442, 445.2, 448-ci maddəsinin 1-ci və 2-ci bəndləri, 449.1, 470.1, 739.2). Mülki Məcəlllənin: 445.5. Əgər öhdəlik borclunun təqsiri olmadan baş vermiş halların nəticəsində icra edilməzsə, bu, gecikdirmə sayılmır. 445.6. Borclu zərərin öhdəliyin vaxtında icrası zamanı da əmələ gələ biləcəyini sübuta yetirməzsə, təsadüfi hallar üçün də məsuliyyət daşıyır. 445.7. Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. 472.1. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 472.2. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. 472.3. Birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Məhkəmə araşdırması zamanı müəyyən edildiyi kimi, xx.xx.2020-ci il tarixdə ”xxxx” Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh4 arasında bağlanmış 24-MZ3-1-0-167-20 nömrəli kredit müqaviləsinə əsasən kredit təşkilatı tərəfindən borcalana fərdi mikrokredit məqsədilə 24 ay müddətinə illik faiz dərəcəsi 25% olmaqla 5000 manat məbləğində kredit verilmişdir.Müqavilənin 2.5-ci bəndinə əsasən gecikdirilən kredit ödənişinin əsas borc məbləğinə gecikdirilən hər gün üçün cərimə kimi illik 72 % dərəcəsilə dəbbə pulu hesablanır və borcalan tərəfindən kreditora ödənilir. xx.xx.2020-ci il tarixli 24-MZ3-1-0-167-20 (Z3) nömrəli (Zamin Cavabdeh2), 24-MZ3- 1-0-167-20 (Z2) nömrəli (zamin Cavabdeh3), 24-MZ3-1-0-167-20 (Z1) nömrəli (zamin Cavabdeh1) zaminlik müqavilələrinə əsasən kredit müqaviləsi üzrə borcalanın kreditor qarşısında öhdəliklərinin tamamilə və ya hissə-hissə icra etməsi üçün zaminlər öz üzərlərinə məsuliyyət götürmüşdür. Müqavilələrin 5.1.4-cü bəndinə əsasən zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən 1 il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda zaminliyə xitam verilir. Zaminlik müqavilələri xx.xx.2020-ci il tarixdə bağlanmışdır ki, müqavilələ üzrə öhdəliyin icrası vaxtının çatdığı gün xx.xx.2022-ci il tarixidir. İddiaçının məhkəməyə xx.xx.2022-ci il tarixdə müraciət etməsini nəzərə alsaq zaminlik müqavilələrinin müddətinin keçmədiyi müəyyən edilir. xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki, cavabdehin həmin tarixə 1004,35 manat əsas borc, 149,66 manat faiz, 220,53 manat cərimə, əldən çıxmış fayda qismində illik 5 faizlə hesablanmış 22,6 manat borcu mövcuddur. Tərəflər arasında bağlanmış zaminlik müqavilələrinin 4.1-ci bəndinə və qanunvericiliyin yuxarıda qeyd edilən tələblərinə görə zaminlər hazırkı kredit borcu üçün zaminlər borcalanla birgə məsuliyyət daşıyırlar. Məhkəmə belə nəticəyə gəlir ki, cavabdehlər öhdəliklərini yerinə yetirmədiyindən iddiaçının 1004,35 manat məbləğində əsas borcu, 149,66 manat məbləğində faiz borcunu və gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 22,6 manat əldən çıxmış faydanı tələb etmək hüququ vardır. Məhkəmə iddia tələbinin “220,53 mant məbləğində cərimə borcunun tutulması” hissəsinə münasibətdə bildirir ki, tərəflər arasında bağlanmış müqavilənin 2.5-ci bəndinə əsasən gecikdirilən kredit ödənişinin əsas borc məbləğinə gecikdirilən hər gün üçün cərimə kimi illik 72 % dərəcəsilə dəbbə pulu hesablanır və borcalan tərəfindən kreditora ödənilir. Belə ki, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər (Mülki Məcəllə maddə - 462.1, 462.3, 467)... Məhkəmə kredit müqaviləsi üzrə əsas və faiz borcunun əhəmiyyətli hissəsinin ödənildiyini, həmçinin tərəflərin əmlak mənafelərini nəzərə alıb tənasübsüz yüksək müəyyən edilən cərimə məbləğinin 20 manat həddində təmin edilməsini ədalətli və qanuni hesab edir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. (MPM-in 77.1, 81, 217.3, 217.4-cü maddələri). İş üzrə icraata dair prosessual xərclər məsələsi MPM-in 119-cu maddəsinə əsasən həll edilir. 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. xx.xx.2021-ci il tarixdən qüvvədə olan “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən hazırkı iş üzrə iddianın qiymətinə əsasən ödənilməli dövlət rüsumu 31,74 manat olmalıdır ki, həmin dövlət rüsumu cavabdehlərdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Bundan əlavə iddiaçı tərəfindən 60 manat mediasiya xərci ödənildiyindən və iddiaçı həmin məbləği cavabdehdən tələb etdiyindən, 60 manat mediasiya xərci də cavabdehlərdən tutularaq iddiaçıya ödənilməlidir. Nəticəvi hissə: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 1004,35 manat əsas borc, 149,66 manat faiz borcu, 20 manat cərimə borcu və 60 manat məbləğində mediasiya xərci tutularaq idddiaçı İddiaçı Açıq Səhmdar Cəmiyyəti xeyrinə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Cavabdehlərdən 31,74 manat dövlət rüsumu dövlət gəlirinə tutulsun. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Mübariz Hüseynov
Məhkəmə qərarları › İş №e-2-2(117)-1728/2022
Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-1728/2022
29.12.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver