Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-1758/2025 03.03.2026 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Hüseynova Elnarə Ramiz qızının sədrliyi, Musayeva Turan Haxverdi qızının katibliyi, Cavabdeh3 iştirakı ilə, İddiaçı "xxxx" QSC-nin cavabdehlər Cavabdeh3, Cavabdeh2, Cavabdeh1, Cavabdeh4 qarşı “kredit müqaviləsi üzrə borc və tələbin ipoteka predmetinə yönəldilməsi” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: I. Kommersiya mübahisəsinin mahiyyəti:
1. İddiaçı "xxxx" QSC cavabdehlər Cavabdeh3, Cavabdeh2, Cavabdeh1, Cavabdeh4 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdеhlər Cavabdeh3, Cavabdeh2, Cavabdeh1, Cavabdeh4 müştərək qaydada iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin хеyrinə 019R********** saylı krеdit razılaşması üzrə 17673.89 manat məbləğində krеdit bоrcu, 2091.52 manat məbləğində faiz bоrcu və 678.68 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 20444,09 manat məbləğində bоrcun, ödənilmiş 151.34 manat məbləğində dövlət rüsumunun və ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 15 manat dövlət rüsumunun və 36 manat xidmət haqqının tutulması, tələbin Cavabdeh3, Cavabdeh2 xüsusi mülkiyyətində olan Ünvan 1nin ərazisində yerləşən xüsusi mülkiyyətində olan ümumi sahəsi 71.4 kv. m , yaşayış sahəsi 38.5 m, yardımçı sahəsi 32.9 kv. m -dən ibarət, ½ hissəsi Cavabdeh2, ½ hissəsi Cavabdeh3 məxsus 1 nömrəli evin 2-ci mərtəbəsində yerləşən 3 otaqlı 6 nömrəli mənzilin açıq hərracdan satılması və ümumilikdə cəmi 20444,09 manat məbləğində bоrcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 151.34 manat məbləğində dövlət rüsumunun və ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 15 manat dövlət rüsumunun və 36 manat xidmət haqqının ipoteka predmetinin hərracdan satışından əldə olunan vəsait hesabına AccessBank QSC-ə ödənilməsi, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin Cavabdeh3, Cavabdeh2, Cavabdeh1, Cavabdeh4 ümumi müştərək qaydada tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh3 AccеssBank QSC ilə bağladığı xx.xx.2020-ci il tarixli 019L**********29 saylı uzunmüddətli kredit müqaviləsinə əsasən 120 ay müddətinə 500000 manat məbləğində krеdit хətti açılmışdır. Bu müqaviləyə əsasən cavabdehə vеriləcək məbləğ və müddət ayrıca оlaraq krеdit razılaşması ilə müəyyən оlunur. Uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh3 AccеssBank QSC ilə bağladığı xx.xx.2024-cü il tarixli 019R********** saylı krеdit razılaşması əsasında 27 ay müddətinə, aylıq faiz dərəcəsi 1.8333% оlmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 20000 manat məbləğində krеdit götürmüşdür. Cavabdeh3 krеdit razılaşmasının 1.2-ci bəndinin tələbini pоzaraq krеdit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, krеdit bоrcu və faiz bоrcundan ibarət оlmaqla ödəməli оlduğu vəsaitləri xx.xx.2025-ci il tarixdən banka qaytarmamışdır. Cavabdeh3 götürdüyü krеdit bоrcundan 2326.11 manat ödəmiş, onun 17673.89 manat məbləğində kredit borcu qalmışdır. Kredit razılaşmasının 2.3-cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz bu kredit razılaşmasının 1.1 bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Qeyd edilənlərə əsasən Cavabdeh3 kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün xx.xx.2025-ci il tarixə 192 gün üçün hesablanmış faiz borcu 2091.52 manat təşkil edir. Krеdit razılaşmasının 4.2.2-ci bəndinə uyğun оlaraq borclu ödəniş planı üzrə krеditi və оna hеsablanmış faizi vaхtında qaytarmadıqda hər gеcikdirilən gün üçün kredit qalığının 0.5 % məbləğində cərimə ödəməlidir. xx.xx.2025-ci il tarixə 192 gün üçün hеsablanmış cərimə 678.68 manat təşkil edir. Uzunmüddətli krеdit müqaviləsinin 3.1.2-ci bəndinin «a» yarımbəndinə əsasən krеdit alan müvafiq оlaraq krеditi və faizi ödəniş planına uyğun оlaraq qaytara bilmədikdə kreditor müqaviləyə vaxtından əvvəl xitam vеrmək, qalan krеdit məbləğini, faiz bоrcunu və müqavilə üzrə hеsablanmış cəriməni tələb еtmək hüququna malikdir. Uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh3 öhdəliklərinin icrasını təmin еtmək məqsədilə cavabdеhlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh4 zaminlik müqavilələrinə əsasən bank qarşısında öz üzərlərinə məsuliyyət götürmüşlər. Onlar həmin zaminlik müqavilələrinin 1.1 bəndinə əsasən yuхarıda göstərilən uzunmüddətli kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında Cavabdeh3 ilə birgə məsuliyyət daşıyır və uzunmüddətli kredit müqaviləsi üzrə krеditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra еtməlidirlər. Uzunmüddətli kredit və təminat müqaviləsi üzrə Cavabdeh3 öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə cavabdeh, ipoteka qoyan Cavabdeh3, ipoteka qoyan Cavabdeh2 və bank arasında bağlanılmış xx.xx.2020-ci il tarixli ipoteka müqaviləsi (Bakı şəhəri 19 saylı notariat ofisinin xüsusi notariusu X1 tərəfindən təsdiq edilib) əsasında Cavabdeh3, Cavabdeh2 xüsusi mülkiyyətində olan Ünvan 1-nin ərazisində yerləşən xüsusi mülkiyyətində olan ümumi sahəsi 71.4 kv.m , yaşayış sahəsi 38.5 kv.m , yardımçı sahəsi 32.9 kv.m -dən ibarət, ½ hissəsi Cavabdeh2, ½ hissəsi Cavabdeh3 məxsus 1 nömrəli evin 2-ci mərtəbəsində yerləşən 3 otaqlı 6 nömrəlimənzil iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2020-ci il tarixində qeydiyyata alınmış ********** qeydiyyat nömrəli çıxarışla Cavabdeh3, Cavabdeh2 xüsusi mülkiyyətində olan Ünvan 1-nin ərazisində yerləşən xüsusi mülkiyyətində olan ümumi sahəsi 71.4 m , yaşayış sahəsi 38.5 m , Yardımçı sahəsi 32.9 m –dən ibarət, ½ hissəsi Cavabdeh2, ½ hissəsi Cavabdeh3 məxsus 1 nömrəli evin 2-ci mərtəbəsində yerləşən 3 otaqlı 6 nömrəli mənzil Cavabdeh3 kredit öhdəliklərinin icrasını təmin etmək üçün İddiaçı QSC-nin xeyrinə ipoteka ilə yüklü edilməsi qeydiyyata alınmışdır. İpoteka predmetində qeydiyyatda olanlar və yetkinlik yaşına çatanlar Cavabdeh1, Cavabdeh3, Cavabdeh2, Cavabdeh3, Cavabdeh2 xüsusi mülkiyyətində olan Ünvan 1-nin ərazisində yerləşən xüsusi mülkiyyətində olan ümumi sahəsi 71.4 kv.m , yaşayış sahəsi 38.5 kv.m, yardımçı sahəsi 32.9 kv.m –dən ibarət, ½ hissəsi Cavabdeh2, ½ hissəsi Cavabdeh3 məxsus 1 nömrəlievin 2cimərtəbəsində yerləşən 3 otaqlı 6 nömrəli mənzili İddiaçı QSC-nə ipoteka müqaviləsi əsasında ipoteka qoyularkən ipoteka müqaviləsinin rəsmiləşdirildiyi notariat kontoruna ərizə təqdim edərək həmin əmlakı qeydşərtsiz boşaldacağı barədə öhdəlik götürmüşdür (razılıq ərizəsinin surətiəlavə olunur). “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 34.1.1-34.1.3-cü maddələrində əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi, ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtin yerinə yetirilməməsi ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi kimi nəzərdə tutulmuşdur. İpoteka saxlayan İddiaçı QSC tərəfindən cavabdeh ipoteka qoyana “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 36.2-ci maddəsinə uyğun olaraq xx.xx.2025-ci il tarixdə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş göndərilmişdir. İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması haqqında ərizə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” Publik Hüquqi şəxsinə təqdim olunmuşdur və həmin idarədə qeydiyyata alınmışdır. İddiaçı QSC ipoteka Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” Publik Hüquqi şəxsində qeydiyyata alınması üçün 15 mаnаt dövlət rüsumu və 36 manat xidmət haqqı ödəmişdir.
İİ. Tərəflərin mövqeləri:
3. İddiaçının nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə iclasının iştirakı olmadan keçirilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir.
4. Məhkəmənin iclasında iştirak etmiş Cavabdeh3 izahatında bildirmişdir ki, 2020-ci ildən İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin müştərisidir. Bu günə kimi ödənişləri vaxtı-vaxtında edib və heç bir gecikmə də olmayıb. Başqa banklara da kredit borcu və bir sıra başqa borcları da var idi. İddiaçı Qapalı Səhmdar Cəmiyyətindən ona kredit götürüb digər banklardakı kreditini bağlamasını və sadəcə onların bankına ödənişlər etməsini təklif etdilər. O da razılaşıb İddiaçı Qapalı Səhmdar Cəmiyyətindən kredit götürüb, digər borclarını ödəyib. Hər ay 950 manat məbləğində banka ödəniş edirdi. Lakin 3 yaşlı övladının səhhətində olan problemlərə görə onun müalicəsi müəyyən xərclər tələb edirdi. Övladının müalicəsi üçün hal-hazırda da əlindən gələni edir. Banka ödənişlər edə bilməməyi bu səbəbdən yaranmışdır. Fındıq bağı var və həmin bağı da satışa çıxarıb, oranı satıb borcunu ödəyəcəkdir.
5. Digər cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh4 məhkəmə iclasına gəlməmiş və bunun üzrlü səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə Mülki Prosessual Məcəllənin 185-ci maddəsinə əsasən işə qeyd olunan cavabdehlərin və iddiaçının nümayəndəsinin iştirakı olmadan baxmışdır.
III. Məhkəmə baxışının hədləri:
6. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 6.1.5-ci maddəsinə əsasən müqavilə azadlığı mülki qanunvericiliyin prinsiplərindən biridir. 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.4-cü maddəsində nəzərdə tutulur ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
IV. Tədqiq olunan sübutlar:
7. İş materiallarında olan xx.xx.2020-ci il tarixli 019L**********29 nömrəli uzunmüddətli kredit və təminat müqaviləsi əsasında "xxxx" QSC ilə Cavabdeh3 arasında, xx.xx.2024-cü il tarixdə bağlanmış 019R********** nömrəli kredit razılşamasına əsasən Cavabdeh3 bank tərəfindən 27 ay müddətinə aylıq 1,8333 % olmaqla 20000 manat kredit verilmişdir. Cavabdeh3 bank tərəfindən verilmiş kreditin, 27 ay müddətinə aylıq 950 manat sonuncu ay isə 943,35 manat ödəməsi şərti ilə tərəflər arasında ödəniş planı müəyyən edilmişdir.
8. "xxxx" QSC ilə Cavabdeh2 arasında bağlanmış 019S**********02 nömrəli, xx.xx.2020-ci il tarixli zaminlik müqaviləsinə əsasən Cavabdeh2 019L**********29 nömrəli uzunmüddətli kredit və təminat müqaviləsi üzrə Cavabdeh3 öhdəliyinin icrası üçün məsuliyyəti bank qarşısında öz üzərinə götürmüşdür.
9. "xxxx" QSC ilə Cavabdeh4 arasında bağlanmış 019S**********01 nömrəli, xx.xx.2022-ci il tarixli zaminlik müqaviləsinə əsasən Cavabdeh4 019L**********29 nömrəli uzunmüddətli kredit və təminat müqaviləsi üzrə Cavabdeh3 öhdəliyinin icrası üçün məsuliyyəti bank qarşısında öz üzərinə götürmüşdür.
10. "xxxx" QSC ilə Cavabdeh1 arasında bağlanmış 019S**********01 nömrəli, xx.xx.2020-ci il tarixli zaminlik müqaviləsinə əsasən Cavabdeh1 019L**********29 nömrəli uzunmüddətli kredit və təminat müqaviləsi üzrə Cavabdeh3 öhdəliyinin icrası üçün məsuliyyəti bank qarşısında öz üzərinə götürmüşdür.
11. İddiaçı QSC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli məxaric orderindən görünür ki, Cavabdeh3 **********923097 nömrəli hesabına bank tərəfindən 20000 manat məbləğində pul köçürülmüşdür.
12. İddiaçı QSC ilə Cavabdeh3 və Cavabdeh2 arasında bağlanmış 019N**********01 nömrəli xx.xx.2020-ci il tarixli ipoteka müqaviləsindən görünür ki, Ünvan 1-nin ərazisində yerləşən ümumi sahəsi 71.4 kv.m, yaşayış sahəsi 38.5 kv.m, yardımçı sahəsi 32.9 kv.mdən ibarət, ½ hissəsi Cavabdeh2, ½ hissəsi Cavabdeh3 məxsus 1 nömrəli evin 2-ci mərtəbəsində yerləşən 3 otaqlı 6 nömrəli mənzil xx.xx.2020-ci il tarixdə bağlanmış uzunmüddətli kredit və təminat müqaviləsindən irəli gələn öhdəliyin təminatı kimi İddiaçı QSC-nin xeyrinə yüklü edilmişdir.
13. Hüquqların qeydiyyata alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş **********16-05101-093603 nömrəli çıxarışadan görünür ki, Ünvan 1-nin ərazisində yerləşən ümumi sahəsi 71.4 kv.m, yaşayış sahəsi 38.5 kv.m, yardımçı sahəsi 32.9 kv.mdən ibarət, ½ hissəsi Cavabdeh2, ½ hissəsi Cavabdeh3 məxsus 1 nömrəli evin 2-ci mərtəbəsində yerləşən 3 otaqlı 6 nömrəli mənzilin ipoteka müqaviləsindən irəli gələn yüklülüyü dövlət reyestrində qeydiyyata alınmışdır.
14. Zaqatala rayon Mənzil İstismarı idarəsindən verilmiş xx.xx.2020-ci il tarixli arayışdan görünür ki, Ünvan 1-nin ərazisində yerləşən ümumi sahəsi 71.4 kv.m, yaşayış sahəsi 38.5 kv.m, yardımçı sahəsi 32.9 kv.m-dən ibarət, 1 nömrəli evin 2-ci mərtəbəsində yerləşən 3 otaqlı 6 nömrəli mənzildə Cavabdeh3, Cavabdeh2, Cavabdeh1, Cavabdeh2 Elbrus qızı və X2 qeydiyyatdadırlar.
15. Cavabdeh3, Cavabdeh2, Cavabdeh1 tərəfindən imzalanmaqla təsdiq edilmiş xx.xx.2020-ci il tarixli, xx.xx.2020-ci il tarixli və xx.xx.2020-ci il tarixli ərizələrdən görünür ki, Cavabdeh3, Cavabdeh2, Cavabdeh1 həmin ərizəni imzalamaqla Ünvan 1-nin ərazisində yerləşən ümumi sahəsi 71.4 kv.m, yaşayış sahəsi 38.5 kv.m, yardımçı sahəsi 32.9 kv.m dən ibarət, 1 nömrəli evin 2-ci mərtəbəsində yerləşən 3 otaqlı 6 nömrəli mənzilin İddiaçı QSC-nin xeyrinə yüklü edilməsinə və kredit müqaviləsi üzrə borcun ödənilmədiyi təqdirdə tutmanın həmin əmlaka yönəldilməsində razı olduqlarını və əmlakın boşaldılmasına etiraz etmədiklərini bildirmişlər.
16. İddiaçı QSC tərəfindən Cavabdeh3, Cavabdeh2 ünvanlanmış xx.xx.2025-ci il tarixli “ipoteka predmentinə tutmanın yönəldilməsi” haqqında bildirişlərdən görünür ki, Cavabdeh3, Cavabdeh2 kredit müqaviləsi üzrə ödənişi etmədiyi halda, ipoteka qoyduğu əmlaka tutmanın yönəldiləcəyi barədə xəbərdarlıq edilmişdir.
17. Azərbaycan Respublikası ƏMDK DƏDRX-nin 18 saylı Ərazi İdarəsindən İddiaçı QSC-yə ünvanlanmış xx.xx.2025-ci il tarixli məlumatda Ünvan 1-nin ərazisində yerləşən ümumi sahəsi 71.4 kv.m, yaşayış sahəsi 38.5 kv.m, yardımçı sahəsi 32.9 kv.m -dən ibarət, 1 nömrəli evin 2-ci mərtəbəsində yerləşən 3 otaqlı 6 nömrəli mənzilə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alıdığı bildirilmişdir.
18. İddiaçı QSC tərəfindən verilmiş xx.xx.2025-cı il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh3 İddiaçı QSC-yə xx.xx.2024-cü il tarixli kredit müqaviləsi üzrə 17673,89 manat əsas borc, 2091,52 manat faiz, 678,68 manat cərimə borcu olmaqla cəmi 20444,09 manat borcu yaranmışdır.
19. Azərbaycan Respublikası "xxxx" MMC-nin xx.xx.2025-ci il tarixli, MB 18/2213 nömrəli qiymətləndirmə rəyindən görünür ki, Ünvan 1-nin ərazisində yerləşən ümumi sahəsi 71.4 kv.m, yaşayış sahəsi 38.5 kv.m, yardımçı sahəsi 32.9 kv.m -dən ibarət, ½ hissəsi Cavabdeh2 məxsus olan, ½ hissəsi Cavabdeh3 məxsus olan 1 nömrəli evin 2-ci mərtəbəsində yerləşən 3 otaqlı 6 nömrəli mənzilin likvid dəyəri 45000 manat təşkil edir. Aparılmış tədqiqatın dəyəri 300 manat təşkil edir.
20. İddiaçı QSC tərəfindən cavabdehlərə ünvanlanmış xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, bank tərəfindən cavabdehlərə borcun ödənilməsi barədə xəbərdarlıq edilmişdir.
V. Tətbiq edilən hüquq:
21. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası Müki Məcəlləsi ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pulu və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. 743.1. Kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər. 743.2. Bu Məcəllənin bu paraqrafının müddəalarından ayrı qayda irəli gəlmirsə, kredit müqaviləsinə bu Məcəllənin borc müqaviləsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. 269.1-ci maddəsinə əsasən Girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. 269.2-ci maddəsinə əsasən Girov və ipoteka hüququ əşya hüquqlarının məhdudlaşdırılmasından ibarətdir. 269.4-cü maddəsinə əsasən İpoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. 317.1. Borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. 317.2. Satış bu Məcəllənin 414-416-cı maddələrinə uyğun olaraq həyata keçirilir. 319.1. Əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Borclunun ipoteka ilə təmin olunmuş öhdəliklərini yerinə yetirmədiyi və ya yerinə yetirilməsini gecikdirdiyi hallarda daşınmaz əmlaka mülkiyyət hüququnun bilavasitə kreditora keçməsi barədə razılaşma etibarsızdır. 270.1-ci maddəsinə əsasən Girov və ipoteka müqavilə üzrə əmələ gəlir.
22. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun: 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. 39.3.3-cü maddəsinə əsasən ipoteka predmetinin ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir.
Vl. Məhkəmənin mövqeyi:
23. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Bu mənada məhkəmənin qənaətinə görə, iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələbinin qanuni əsasının dispozisiya şərtləri mövcuddur.
24. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11 və 307.4-cü maddələrinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair 31 may 2018-ci il tarixli Qərarında göstərilmişdir ki, Mülki Məcəllənin 739-cu maddəsinin mənasına görə, kreditor pulu kredit alana təqdim etməyi öhdəsinə götürür. Bu isə kredit müqavilələrinin, bir qayda olaraq, konsensual müqavilə olmasını göstərir.
25. Məhkəmə tərəfindən müəyyən edildi ki, cavabdehlərin iddiaçıya borcun qaytarılması ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış kredit, zaminlik və ipoteka müqavilələrindən irəli gəlir. İş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, cavabdehin öhdəliyini icra etməməsi iddiaçıya kredit, zaminlik və ipoteka müqavilələri və Mülki Məcəllənin yuxarıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir. İddiaçı öhdəliklərini yerinə yetirərək kredit müqaviləsi ilə nəzərdə tutulmuş 20000 manat məbləğində pulu Cavabdeh3 vermiş, sonuncu isə götürdüyü krеdit bоrcundan qismən ödəniş etmiş, qalan məbləğ ödənilməmişdir. Həmçinin bankla Cavabdeh2, Cavabdeh1, Cavabdeh4 arasında bağlanmış zaminlik müqavilələrinə əsasən onlar, uzunmüddətli kredit və təminat müqaviləsi üzrə borclu Cavabdeh3 öhdəliyinin icrası üçün məsuliyyəti bank qarşısında öz üzərlərinə götürmüşlər. Cavabdehlərə xəbərdarlıq göndərilməsinə baxmayaraq borc məbləği ödənilmədiyindən tərəflər arasında hazırkı mübahisə yaranmış və iddiaçı hazırki iddia tələbi ilə müraciət etmişdir.
26. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi əsas və kredit müqaviləsi üzrə cərimə borcunun tələb edilməsi hissəsində əsaslı olduğundan təmin edilməlidir.
27. Məhkəmə qeyd edir ki, iddia tələbi faiz borcunun tələb edilməsi hissəsinə münasibətdə isə qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 29 mart 2023-cü il tarixli qərarı ilə formalaşdırdığı hüquqi mövqeyə əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır. İkitərəfli müqavilələr üzrə öhdəliyin pozulması halında kreditor Azərbaycan Respublikası Mülki Məcəlləsinin 447.1-ci maddəsinə uyğun olaraq müqavilədən imtina etməklə ona xitam verə bilər. Müqavilədən imtina barədə iradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqaviləyə xitam verilmiş sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinin tələbləri baxımından müqavilənin ləğvindən əvvəl gecikdirilmiş annuitet (əsas məbləğ və hesablanmış faizlər) ödənişlərə münasibətdə yaranmış tələb müqavilənin ləğvindən sonrada da qüvvədə qalır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə uyğun olaraq, kreditor öhdəliyin pozulması halında digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğində vəsaitin ödənilməsini tələb etmək hüququna malikdir.
28. Məhkəmə qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə müqavilə üzrə faiz borcu kreditor tərəfindən borcluya göndərilmiş xəbərdarlıq bildirişinin tarixinə qədər hesablanır. Belə ki, cavabdehə göndərilmiş xx.xx.2025-ci il tarixli xəbərdarlıq bildirişində cavabdehin həmin tarixə xx.xx.2024-cü il tarixli müqavilə üzrə 2011,85 manat məbləğində faiz bоrcunun yaranması qeyd edilmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən iddia tələbi üzrə faiz borcu xəbərdalıq məktubunda qeyd olunan məbləğdə təmin edilməli, qalan hissədə isə rədd edilməlidir.
29. Məhkəmə hesab edirki, iddia tələbi “tələbin Cavabdeh3, Cavabdeh2 xüsusi mülkiyyətində olan Ünvan 1-nin ərazisində yerləşən xüsusi mülkiyyətində olan ümumi sahəsi 71.4 kv.m, yaşayış sahəsi 38.5 kv.m, yardımçı sahəsi 32.9 kv.m –dən ibarət, ½ hissəsi Cavabdeh2, ½ hissəsi Cavabdeh3 məxsus 1 nömrəli evin 2-ci mərtəbəsində yerləşən 3 otaqlı 6 nömrəli mənzilin açıq hərracdan satılması və ümumilikdə cəmi 20444,09 manat məbləğində bоrcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 151.34 manat məbləğində dövlət rüsumunun və ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 15 manat dövlət rüsumunun və 36 manat xidmət haqqının ipoteka predmetinin hərracdan satışından əldə olunan vəsait hesabına AccessBank QSC-yə ödənilməsi” hissəsində də təmin edilməlidir.
30. Məhkəmə araşdırması zamanı müəyyən edildiyi kimi cavabdehlər müqavilə üzrə öhdəliklərini yerinə yetirmədiklərindən iddiaçıya borcu yaranmış, həmin öhdəliyin icrasını təmin etmək üçün mənzilini ipoteka ilə yüklü etmişdir. Bu səbəbdən də iddiaçı tələbin ipoteka predmetinə yönəldilməsini tələb etməkdə haqlıdır.
31. Məhkəmə qeyd edir ki, tərəflər öz aralarında öhdəliklərin icrasının təminat üsullarını müəyyən edə bilərlər. Bu halda tərəflər iradəvi şəkildə bu və ya digər təminat üsulunun seçilməsinə razı olur, onların iradəsi həmin təminat üsulunun müəyyən olunmasına yönəlir. İşdən də müəyyən edilir ki, hazırki müqavilə üzrə öhdəliklərin icrasının təmin edilməsinin üsullarından biri kimi zaminlik və ipoteka müqaviləsi çıxış edir. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür.
32. Eyni zamanda məhkəmə hesab edir ki, ipoteka predmeti olan əmlak Ünvan 1-nin ərazisində yerləşən xüsusi mülkiyyətində olan ümumi sahəsi 71.4 kv.m, yaşayış sahəsi 38.5 kv.m, yardımçı sahəsi 32.9 kv.m –dən ibarət, ½ hissəsi Cavabdeh2, ½ hissəsi Cavabdeh3 məxsus olan 1 nömrəli evin 2-ci mərtəbəsində yerləşən 3 otaqlı 6 nömrəli mənzil likvid dəyəri (ilkin satış) 45000 manat məbləğində müəyyən edilməli və həmin əmlak açıq hərrac vasitəsi ilə satılmalıdır.
33. Belə ki, İpoteka haqqında Qanunun 1.0.9-cu maddəsinə əsasən ilkin satış qiyməti - bu Qanunun tələblərinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir.
34. Bundan başqa iddia tələbinin “hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin cavabdehlər Cavabdeh3, Cavabdeh2, Cavabdeh1, Cavabdeh4 ümumi müştərək qaydada tutulması” hissəsinə münasibətdə məhkəmə hesab edir ki, iddia bu hissədə rədd edilməlidir.
35. Belə ki, İpoteka haqqında Qanunun 47.5-ci maddəsinə əsasən ipoteka predmetinin satışından götürülən məbləğ ipoteka saxlayanın tələbinin ödənilməsi üçün yetərli deyildirsə, o, çatışmayan məbləği, əgər ipoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun başqa əmlakından almaq hüququna malikdir. Bu halda ipoteka saxlayanın ipotekaya əsaslanan üstünlük hüququ yoxdur. Əgər satışdan götürülən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ ipoteka qoyana qaytarılmalıdır.
36. Göründüyü kimi satışdan əldə olunan vəsaitin borcun ödənilməsinə kifayət etməməsi halına dair qanunvericiliyin tənzimləməsi mövcuddur ki, belə olduğu təqdirdə icra qurumu tərəfindən məhkəmə qətnaməsinin pulun tutulması hissəsinə münasibətdə icra tədbirləri davam etdirilir. Məhkəmə yalnız pulun tutulması və tutulmanın ipoteka predmetinə yönəldilməsi ilə bağlı mübahisəyə baxmalıdır. Digər məsələlər isə “İcra Haqqında” və “İpoteka haqqında” Qanunların tələbi baxımından icra qaydasında həllini tapan məsələlərdir. Məhkəmə qətnaməsi özündə mübahisə edilən hüquq münasibətləri ilə bağlı ehtimallara deyil, mövcud vəziyyətə əsaslanmalı olduğundan məhkəmə hesab edir ki, iddia qiymət verilən hissədə rədd edilməlidir.
37. Əlavə olaraq məhkəmə qeyd edir ki, cavabdehlərin iddiaçıya olan ümumi borc məbləği 20364,42 manat təşkil edir. Bu məbləğ də ipoteka predmeti olan əmlakın likvid dəyərindən xeyli azdır. Nəticədə məhkəmə belə qənatə gəlir ki, satışdan əldə olunmuş vəsaitin qətnamənin icrasını təmin etməməsi halının baş verməsi ehtimalı çox azdır.
38. Məhkəmə xərcləri ilə bağlı məhkəmə qeyd edir ki, iş üzrə icraata dair prosessual xərclər məsələsi Azərbaycan Respublikası Müki Məcəlləsinin 119-cu maddəsinə əsasən həll edilir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
38. İddia tələbi qismən təmin edildiyindən 151,34 manat ödənilmiş dövlət rüsumuna görə pul cavabdehlərdən tutularaq iddiaçıya ödnilməli, ödənilmiş dövlət rüsumunun qalan hissəsi iddiaçıya aid edilməlidir.
39. Eyni zamanda ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 15 manat dövlət rüsumu və 36 manat xidmət haqqı da cavabdehlərdən tutularaq iddiaçıya ödənilməlidir.
40. Həmçinin məhkəmə qeyd edir ki, aparılmış tədqiqatın dəyəri olan 300 manat pul cavabdehlər Cavabdeh3, Cavabdeh2, Cavabdeh1, Cavabdeh4 müştərək qaydada tutularaq "xxxx" MMC-nin hesabına ödənilməlidir.
41. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehlər Cavabdeh3, Cavabdeh2, Cavabdeh1, Cavabdeh4 müştərək qaydada xx.xx.2024-ci il tarixli, 019R********** saylı krеdit razılaşması üzrə 17673.89 manat məbləğində krеdit bоrcu, 2011,85 manat məbləğində faiz bоrcu və 678.68 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 20364,42 manat məbləğində bоrc, ödənilmiş 151.34 manat məbləğində dövlət rüsumu və ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 15 manat dövlət rüsumu və 36 manat xidmət haqqına görə pul vəsaiti tutularaq İddiaçı QSC-nin xeyrinəödənilməli, xx.xx.2024-ci il tarixli, 019R********** saylı krеdit razılaşması üzrə borc məbləği cavabdehlər Cavabdeh3, Cavabdeh2 xüsusi mülkiyyətində olan Ünvan 1-nin ərazisində yerləşən xüsusi mülkiyyətində olan ümumi sahəsi 71.4 kv.m, yaşayış sahəsi 38.5 kv.m , yardımçı sahəsi 32.9 kv.m -dən ibarət, ½ hissəsi Cavabdeh2, ½ hissəsi Cavabdeh3 məxsus 1 nömrəli evin 2-ci mərtəbəsində yerləşən 3 otaqlı 6 nömrəli mənzilə yönəldilməli, ipoteka predmeti olan Cavabdeh3, Cavabdeh2 xüsusi mülkiyyətində olan Ünvan 1-nin ərazisində yerləşən xüsusi mülkiyyətində olan ümumi sahəsi 71.4 kv.m, yaşayış sahəsi 38.5 kv.m, yardımçı sahəsi 32.9 kv.m -dən ibarət, ½ hissəsi Cavabdeh2, ½ hissəsi Cavabdeh3 məxsus 1 nömrəli evin 2-ci mərtəbəsində yerləşən 3 otaqlı 6 nömrəli mənzilin likvid dəyəri (ilkin satış) 45000 manat məbləğində müəyyən edilməli və həmin əmlak açıq hərrac vasitəsi ilə satılmalı, satışdan əldə edilmiş vəsait cavabdehin xx.xx.2024-ci il tarixli, 019R********** saylı kredit razılaşması üzrə İddiaçı QSC-yə olan borcunun ödənilməsinə yönəldilməli, iddia qalan hissədə rədd edilməli, aparılmış tədqiqatın dəyəri olan 300 manat pul cavabdehlər Cavabdeh3, Cavabdeh2, Cavabdeh1, Cavabdeh4 müştərək qaydada tutularaq "xxxx" MMC-nin "xxxx" ASC-nin Yasamal filialında olan bank hesabına (H\h AZ59AllB********************, müxbir hesabı: AZ37NABZ**********0000001944 S.W.İ.F.T BİK: AllBAZ2X ) ödənilməlidir.
Vİl. Nəticə:
42. Qeyd olunanlara əsasən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə
QƏT ETDİ:
İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh3, Cavabdeh2, Cavabdeh1, Cavabdeh4 müştərək qaydada xx.xx.2024-ci il tarixli, 019R********** saylı krеdit razılaşması üzrə 17673.89 manat məbləğində krеdit bоrcu, 2011,85 manat məbləğində faiz bоrcu və 678.68 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 20364,42 manat məbləğində bоrc, ödənilmiş 151.34 manat məbləğində dövlət rüsumu və ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 15 manat dövlət rüsumu və 36 manat xidmət haqqına görə pul tutularaq İddiaçı QSC-nin xeyrinə ödənilsin. xx.xx.2024-ci il tarixli, 019R********** saylı krеdit razılaşması üzrə borc məbləği cavabdehlər Cavabdeh3, Cavabdeh2 xüsusi mülkiyyətində olan Ünvan 1-nin ərazisində yerləşən xüsusi mülkiyyətində olan ümumi sahəsi 71.4 kv.m, yaşayış sahəsi 38.5 kv.m , yardımçı sahəsi 32.9 kv.m -dən ibarət, ½ hissəsi Cavabdeh2, ½ hissəsi Cavabdeh3 məxsus 1 nömrəli evin 2-ci mərtəbəsində yerləşən 3 otaqlı 6 nömrəli mənzilə yönəldilsin. İpoteka predmeti olan Cavabdeh3, Cavabdeh2 xüsusi mülkiyyətində olan Ünvan 1nin ərazisində yerləşən xüsusi mülkiyyətində olan ümumi sahəsi 71.4 kv.m, yaşayış sahəsi 38.5 kv.m, yardımçı sahəsi 32.9 kv.m -dən ibarət, ½ hissəsi Cavabdeh2, ½ hissəsi Cavabdeh3 məxsus 1 nömrəli evin 2-ci mərtəbəsində yerləşən 3 otaqlı 6 nömrəli mənzilin likvid dəyəri (ilkin satış) 45000 manat məbləğində müəyyən edilsin və həmin əmlak açıq hərrac vasitəsi ilə satılsın. Satışdan əldə edilmiş vəsait cavabdehin xx.xx.2024-ci il tarixli, 019R********** saylı kredit razılaşması üzrə İddiaçı QSC-yə olan borcunun ödənilməsinə yönəldilsin. İddia qalan hissədə rədd edilsin. Aparılmış tədqiqatın dəyəri olan 300 manat pul cavabdehlər Cavabdeh3, Cavabdeh2, Cavabdeh1, Cavabdeh4 müştərək qaydada tutularaq "xxxx" MMC-nin "xxxx" ASC-nin Yasamal filialında olan bank hesabına (H\h AZ59AllB********************, müxbir hesabı: AZ37NABZ**********0000001944 S.W.İ.F.T BİK: AllBAZ2X ) ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən : Elnarə Hüseynova