Məhkəmə qərarları › İş №e-2-2(117)-1776/2025

Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-1776/2025

29.12.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr - torpaq icarə müqaviləsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-1776/2025 29.12.2025 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Hüseynov Mübariz Rahil oğlu, iddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 4 saylı Ərazi Vergilər İdarəsinin Cavabdeh qarşı “xx.xx.2025-ci il tarixə dövlət mülkiyyətində olan torpaq sahəsindən istifadəyə görə dövlət büdcəsinə olan 337 manat icarə haqqı borcunun məcburi tutulması” tələbinə dair iş materiallarına baxaraq qətnamə qəbul etdi. Təsviri hissə: İddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 4 saylı Ərazi Vergilər İdarəsi (bundan sonra mətndə iddiaçı) Cavabdeh (bundan sonra mətndə cavabdeh) qarşı “xx.xx.2025-ci il tarixə dövlət mülkiyyətində olan torpaq sahəsindən istifadəyə görə dövlət büdcəsinə olan 337 manat icarə haqqı borcunun məcburi tutulması” tələbinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı ərizəsində bildirir ki, cavabdeh “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş müddətdə müqavilə öhdəliklərini yerinə yetirmədiyi üçün onun dövlət büdcəsinə borcu yaranmışdır. Hacıqabul Rayon İcra Hakimiyyəti Başçısı ilə Cavabdeh arasında “Torpağın icarəyə verilməsi haqqında xx.xx.2007-ci il tarixli, 40 nömrəli müqavilə əsasında İcarəçiyə iri və xırda buynuzlu heyvanların saxlanması üçün, illik icarə haqqı 112 manat olmaqla 100 hektar torpaq sahəsi icarəyə verilmişdir. Hacıqabul Rayon İcra Hakimiyyətinin vergi orqanına təqdim etdiyi məlumatlar əsasında vergi ödəyicisinin xx/xx/2025-ci il tarixə 337 manat icarə haqqı borcu vardır. Yaranmış borc məbləğinin 7 gün ərzində dövlət büdcəsinə ödənilməsi məqsədi ilə cavabdehə torpaq icarəsi üzrə borcun ödənilməsinə dair xx.xx.2023-cü il tarixli **********670900 nömrəli, həmçinin xx.xx.2025-ci il tarixli **********711900 nömrəli xəbərdarlıq məktubları göndərilməsinə baxmayaraq bu günədək dövlət torpağından istifadəyə görə icarə haqqı borcunu dövlət büdcəsinə ödəməmişdir. Cavabdehin xx/xx/2025-ci il tarixə yuxarıda qeyd olunan icarə haqqından əvvəlki illərə görə dövlət büdcəsinə 337 manat ödənilməmiş torpaq icarə haqqı üzrə borcu qalmışdır. “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikası Qanununun 18-ci maddəsinə əsasən dövlət mülkiyyətində olan torpaqların icarəyə verilməsini qanunvericilikdə nəzərdə tutulmuş qaydada rayon (şəhər) icra hakimiyyəti orqanları həyata keçirir. “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinə və həmin Qanunun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 12 mart 1999-cu il tarixli 116 saylı Fərmanının 2.5-ci maddəsinə əsasən dövlət müəssisə, idarə və təşkilatlarının istifadəsində olan və ya dövlət obyektlərinin tikintisi layihələşdirilmiş, özəlləşdirilən, habelə üzərində hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlətə məxsus torpaqlar istisna olmaqla dövlətə məxsus digər torpaqların icarəyə verilməsindən daxilolmalara nəzarət İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən həyata keçirilir. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli 1017 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Əsasnaməsi”nin 4.0.27-ci maddəsinə əsasən dövlətə məxsus olan hüquqi şəxslərin istifadəsindəki torpaqlar və ya dövlət obyektlərinin tikintisi layihələşdirilmiş, özəlləşdirilmiş, habelə üzərində hüquqi və fiziki şəxslərin inşa etdikləri müəssisə və obyektlərin yerləşdiyi dövlətə məxsus torpaqlar istisna edilməklə, dövlət mülkiyyətində olan digər torpaqlardan istifadəyə görə ödənilməmiş icarə haqlarının tutulması barədə məhkəmədə iddia qaldırmaq Xidmətin hüquqlarına aid edilmişdir. Odur ki, iddia təlbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi qaydada bildiriş göndərilmiş, sonuncu xx.xx.2025-ci il tarixdə bildirişi qəbul etməsinə baxmayaraq, iddia tələbinə qarşı əsaslandırılmış etirazını müəyyən olunmuş 10 (on) iş günü müddətində məhkəməyə təqdim etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən, işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxmışdır. xx.xx.2007-ci il tarixdə Hacıqabul rayon İcra Hakimiyyətinin Başçısı (icarəyəverən) ilə Cavabdeh (icarəçi) arasında 40 nömrəli “Torpağın icarəyə verilməsinə dair” müqavilə bağlanmış, həmin müqavilənin1.2-ci bəndinə əsasən icarə müqaviləsi bağlandığı gündən tərəflər arasındakı münasibətlər onların hüquq və vəzifələri, məsuliyyəti torpaq icarəsi haqqında qanunun və bu icarə müqaviləsinin müəyyən etdiyi qaydalar və prinsiplərlə tənzimlənir. İcarə müqaviləsi 01 iyun 2007-ci il tarixdən qüvvəyə minir və 01 iyun 2022-ci il tarixədək bağlanılır. 3.1-ci bəndinə əsasən icarəyə tələbata uyğun olaraq qeydiyyata alınan 350 baş xırda buynuzlu davar, 4 baş iti buynuzlu heyvanların saxlanılması üçün 100 ha sahə verilir. 6.1-ci bəndinə əsasən icarəçi, icarə haqqını bir il qabaqcadan ödəmək şərtilə hektar üçün 1.12 manat hesabı ilə ümumilikdə 112 manat pul vəsaitinin hər il dekabr ayının 01-ə büdcəyə, Kapital bank Hacıqabul rayon şöbəsinin ********* nömrəli hesabına köçürəcəkdir. Cavabdeh (VÖEN **********) vergi orqanında qeydə alınan vergilər üzrə şəxsi hesab vərəqəsinin Dövlət torpaq sahələrinin icarəsi üzrə vərəqədə icarə haqqı üzrə 337 manat borcu vardır. Cavabdeh müxtəlif tarixlərdə ödənişlər etmişdir. Son dəfə xx.xx.2025-ci il tarixdə 49 manat məbləğində icarə haqqı ödənilmişdir. İcarəçi Cavabdeh müqavilə üzrə öhdəliklərini lazımınca yerinə yetirmədiyindən ödənilməmiş icarə haqqı borcu qalmışdır ki, iddiaçı borcun ödənilməsi ilə bağlı cavabdehə müraciət etmiş və borcun ödənilməyəcəyi təqdirdə hazırkı iddia ilə məhkəməyə müraciət olunacağı barədə ona xəbərdarlıq etmişdir. Lakin tərəflər arasında mübahisə həllini tapmadığından iddiaçı 337 manat icarə haqqı borcunun tutulması barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara tərəflər arasında bağlanmış müqavilə, şəxsi hesab vərəqəsi və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin – (bundan sonra MM): 700.1. İcarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. 700.2. İcarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. 706.1.Torpaq icarəsi müqaviləsinə əsasən icarəyə dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan bütün kateqoriyalara aid torpaqlar verilə bilər. 706.1. Torpaq icarəsi müqaviləsinə əsasən icarəyə dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan bütün kateqoriyalara aid torpaqlar verilə bilər. 706.2. Torpaqlar torpaq qanunvericiliyi ilə müəyyənləşdirilmiş qaydada mülkiyyətçilərin və ya onların vəkil etdiyi orqanların qərarı (razılığı) ilə bilavasitə və ya torpaq müsabiqələri və ya hərracları vasitəsi ilə icarəyə verilə bilər. 706.3. Torpaq icarəsi müqaviləsində icarəyə verilən torpaq sahəsinin ölçüsü, keyfiyyət kateqoriyası, təyinatı, icarənin müddəti, icarə haqqı, ödənilmə qaydaları, torpaqların istifadəsi, mühafizəsi və keyfiyyətinin yaxşılaşdırılması şərtləri, habelə torpaq qanunvericiliyi ilə və bu Məcəllə ilə müəyyənləşdirilmiş digər şərtlər nəzərdə tutula bilər. 706.4. Torpaq icarəsi haqqında müqavilələrə bu Məcəllənin 700.1, 701, 702 və 703cü maddələri, habelə bu paraqrafın müddəaları tətbiq edilir. 710.1-ci maddəsinə əsasən torpaq icarəsi haqqı tərəflərin razılığı ilə müəyyənləşdirilir. “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinin 9cu bəndinə əsasən dövlət mülkiyyətində olan torpaqların icarəyə verilməsindən daxilolmalara nəzarət müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 12 mart 1999-cu il tarixli 116 nömrəli Fərmanıın 2.5-ci bəndinə əsasən həmin Qanunun 14-cü maddəsinin doqquzuncu abzasında nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini dövlətə məxsus olan hüquqi şəxslərin istifadəsindəki torpaqlar və ya dövlət obyektlərinin tikintisi layihələşdirilmiş, özəlləşdirilmiş, habelə üzərində hüquqi və fiziki şəxslərin inşa etdikləri müəssisə və obyektlərin yerləşdiyi dövlətə məxsus torpaqlara münasibətdə Əmlak Məsələləri Dövlət Xidməti qismində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi, dövlət mülkiyyətində olan digər torpaqlara münasibətdə isə Dövlət Vergi Xidməti qismində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi həyata keçirir. Məhkəmə araşdırması zamanı müəyyən olunduğu kimi, Hacıqabul rayon İcra Hakimiyyətinin Başçısı ilə Cavabdeh arasında xx.xx.2007-ci il tarixli “Torpağın icarəyə verilməsinə dair” müqaviləyə əsasən bir illik icarə haqqı 112 manat təşkil etməklə 100 ha olan torpaq sahəsi cavabdehə icarəyə verilmişdir. İcarəyə götürülən torpaq sahəsinə görə cavabdehin ümumilikdə xx.xx.2025-ci il tarixə torpaq icarə haqqı üzrə 337 manat borcu ödənilməmiş qalmışdır. Cavabdeh vergi orqanında qeydə alınan vergilər üzrə şəxsi hesab vərəqəsinin Dövlət torpaq sahələrinin icarəsi üzrə vərəqədən görünür ki, icarə haqqı üzrə 337 manat borcu vardır. Eyni zamanda şəxsi hesab vərəqəsindən göründüyü kimi cavabdehə ümumilikdə 1741.25 manat icarə borcu hesablanmış, həmin borcdan 896 manat ödəniş edilmiş, 508.25 manat azalma olmuş və nəticədə 337 manat ödənilməmiş borc qalmışdır. Cavabdeh hazırkı tarixə dövlət büdcəsinə 337 manat icarə haqqı borcu olduğu təsdiq olunur. Bundan başqa cavabdehin iddia tələbinin əsassızlığı ilə bağlı etirazı və hazırkı iş üzrə əks arqumentlərin olması ilə bağlı sənədlər məhkəməyə təqdim edilməmişdir. Odur ki, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, 337 manat icarə haqqı borcu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi MPM-in 119-cu maddəsinə əsasən həll edilir. 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. xx.xx.2021-ci il tarixdən qüvvədə olan “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-1-ci maddəsinə əsasən məhkəmələrə verilən iddia ərizələri və bütün növ şikayətlər üzrə - büdcə təşkilatları, bələdiyyələr dövlət rüsumunu ödəməkdən azad olunur. İddianın qiymətinə əsasən ödənilməli dövlət rüsumu 30 manat olmalıdır. Odur ki, iddia tələbi təmin edildiyindən ödənilməmiş 30 manat dövlət rüsumu cavabdehdən dövlət gəlirinə tutulmalıdır. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 337 manat icarə haqqı tutularaq dövlət büdcəsinə ödənilsin. Cavabdeh ödənilməmiş 30 manat dövlət rüsumu tutulub dövlət büdcəsinə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Mübariz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar