Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № e-2-2(117)-18/2021 16.02.2021 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Məcidov Rüfət Azadəli oğlunun sədrliyi, Həmidov Vüsal Namiq oğlunun katibliyi, Cavabdeh1 iştirakı ilə, İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “8825,48 manat əsas borc, 491.38 manat faiz, 411,29 manat cərimə, kredit müqaviləsinin müddəti bitdikdən sonra Konstitusiya Məhkəməsi Plenumunun qərarına əsasən hesablanan 570,81 manat məbləğ olmaqla, cəmi 5299,96 manat məbləğində kredit borcunun və mübahisənin məhkəmə vasitəsilə həll edilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada tutularaq ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı ləğv prosesində olan İddiaçı ASC cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “8825,48 manat əsas borc, 491.38 manat faiz, 411,29 manat cərimə, kredit müqaviləsinin müddəti bitdikdən sonra Konstitusiya Məhkəməsi Plenumunun qərarına əsasən hesablanan 570,81 manat məbləğ olmaqla, cəmi 5299,96 manat məbləğində kredit borcunun və mübahisənin məhkəmə vasitəsilə həll edilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada tutularaq ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, ərizə ilə məhkəməyə müraciət edərək işə nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Cavabdeh3 (Kəlbəcər rayonu Yanşaqbinə kəndi) göndərilən məhkəmə bildirişi “işğaldadır” qeydi ilə, digər Cavabdeh2 qızına göndərilmiş məhkəmə bildirişi “rəhmətə gedib” qeydi ilə məhkəməyə geri qaytarılmışdir. Məhkəmə tərəflərin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Cavabdeh1 məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, iddiaçı bank tərəfindən ona iddia ərizəsi göndərilməmişdir. Məhkəmə cavabdehin izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. İlk öncə məhkəmə onu qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 150-ci maddəsində iddia ərizəsinə əlavə edilməli olan sənədlərin dairəsi dəqiq müəyyən edilmişdir. 150.0.4-cü maddəsinə əsasən, kommersiya mübahisələriüzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin surətinin və ona əlavə edilmiş sənədlərin alınması haqqında sənəd iddia ərizəsinə əlavə edilir. 150.0.7-ci maddəsinə əsasən, müqavilə ilə və ya həmin kateqoriya mübahisələr üçün qanunda bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən sənəd iddia ərizəsinə əlavə edilir. 259.0.1. məhkəməyə müraciət etmiş iddiaçı mübahisənin qabaqcadan məhkəmədən kənar (pretenziya qaydasında) həll edilməsi barəsində müəyyən kateqoriyadan olan işlər üçün qanunla müəyyən edilmiş, yaxud tərəflər arasında müqavilə ilə nəzərdə tutulmuş qaydaya əməl etməmişsə və bu qaydanı tətbiq etmək imkanı itirilməmişsə məhkəmə iddia ərizəsini baxılmamış saxlayır. İddia ərizəsinə əlavə edilmiş göndəriş sənədlərinə münasibətdə məhkəmə qeyd edir ki, həmin göndəriş sənədlərində çatdrılıma barədə məlumat qeyd olunmamış, göndərişlərin cavabdehlər tərəfindən alınmasına dair imza, tarix, alan şəxsin adı, soyadı qeyd olunmamışdır. Belə olan halda, iddiaçı tərəfindən yuxarıda şərh olunan qanunvericiliyin tələblərinə riayət olunmadığı aşkardır. Cavabdeh Ceyran Qasəmova da məhkəmə iclasında verdiyi izahatında iddia ərizəsinin surətini almadığını bildirmişdir. Bundan başqa iddiaçı tərəfindən iddia ərizəsinin forma məzmununa dair qanunvericiliyin tələblərinə də riayət edilməmişdir. Belə ki, Cavabdeh3 ünvanı kimi qeydiyyat ünvanı ünvan 1 Məlum olduğu kimi, Kəlbəcər rayonu Yanşaqbinə kəndində yaşayış olmadığından cavabdeh də faktiki olaraq həmin ünvanda yaşamır. Buna baxmayaraq, cavabdehin faktiki yaşayış ünvanı iddia ərizəsində qeyd olunmamış və məhkəmənin tələbinə baxmayaraq Cavabdeh3 faktiki yaşayış ünvanı məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2.2-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin adları, onların poçt ünvanları ərizədə göstərilməlidir. 259.0.12-ci maddəsinə əsasən, ərizə bu Məcəllənin 149-cu maddəsində nəzərdə tutulmuş tələblər göstərilmədən, eləcə də bu Məcəllənin 150.0.1—150.0.3-cü maddələrində göstərilən sənədlər əlavə edilmədən verildikdə iddiaçı hakim tərəfindən müəyyən edilmiş müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda məhkəmə ərizəni baxılmamış saxlayır. Məhkəmə iclasnın yeri və vaxtı barədə tərəflərə ünvanlanan məhkəmə bildirişində Cavabdeh3 faktiki yaşayış ünvanı barədə məlumatların məhkəməyə təqdim edilməsinin iddiaçıdan tələb edilməsinə və iddianın baxılmamış saxlanacağı barədə iddiaçıya xəbərdarlıq edilməsinə baxmayaraq sonuncu məhkəmənin tələb etdiyi sübutları məhkəməyə təqdim etməmişdir. Sonda iddiaçının diqqətinə çatdırılması zəruri hesab edilir ki, Mülki Prosessual Məcəllənin 260.4-cü maddəsinə əsasən, iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır ki, iddiaçı mübahisəyə baxılmasında maraqlı olduğu təqdirdə qeyd edilən çatışmazlıqları aradan qaldırmaqla ümumi qaydada yenidən məhkəməyə müraciət edə bilər. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “8825,48 manat əsas borc, 491.38 manat faiz, 411,29 manat cərimə, kredit müqaviləsinin müddəti bitdikdən sonra Konstitusiya Məhkəməsi Plenumunun qərarına əsasən hesablanan 570,81 manat məbləğ olmaqla, cəmi 5299,96 manat məbləğində kredit borcunun və mübahisənin məhkəmə vasitəsilə həll edilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada tutularaq ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki Kommersiya Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Sədrlik edən: Rüfət Məcidov
Məhkəmə qərarları › İş №e-2-2(117)-18/2021
Şəki Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(117)-18/2021
16.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver