Məhkəmə qərarları › İş №e-2-2(117)-18/2023

Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-18/2023

15.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-18/2023 15.03.2023 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məcidov Rüfət Azadəli oğlunun sədrliyi, Məmmədov Rafiq Rasim oğlunun katibliyi ilə, İddiaçı QSC-nin cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qarşı “Cavabdeh1 ilə bağlanmış xx.xx.2020-ci il tarixli 001R********** nömrəli krеdit razılaşmasının və ona əlavə edilmiş sazişlərin ləğv edilməsi, 001R********** nömrəli krеdit razılaşması üzrə 11320,01 manat məbləğində krеdit bоrcu, 4034,97 manat məbləğində faiz bоrcu və 3486,56 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 18841,54 manat məbləğində bоrcun, ödənilmiş 200 manat məbləğində mediasiya xərcinin cavabdеhlərdən müştərək qaydada tutulması” tələbi üzrə mübahisəyə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: xx.xx.2020-ci il tarixdə İddiaçı QSC ilə Cavabdeh1 arasında 001L**********11 nömrəli uzunmüddətli kredit müqaviləsinə əsasən sonuncuya 120 ay müddətinə illik faiz dərəcəsinin yuxarı həddi 28 % olmaqla 500000 manat məbləğində uzunmüddətli kredit xətti açılmışdır. Eyni zamanda xx.xx.2020-ci il tarixdə İddiaçı QSC ilə Cavabdeh2 və Cavabdeh3 arasında 001S**********03 nömrəli və 001S**********04 nömrəli borcalan kredit müqaviləsi üzrə öhdəliklərini icra etmədikdə həmin müqavilədən irəli gələn öhdəliklərin tam yerinə yetirilməsi barədə zaminlik müqavilələrsi bağlanmışdır. Uzunmüddətli kredit müqaviləsi üzrə tərəflər arasında bağlanmış xx.xx.2020-ci il tarixli 001R********** nömrəli kredit razılaşmasına əsasən Cavabdeh1 36 ay müddətinə aylıq faiz dərəcəsi 1,9167 % olmaqla kredit razılaşmasının ayrılmaz tərkib hissəsi olan 1 saylı Əlavədə göstərilmiş ödəniş planına uyğun hissə-hissə qaytarmaq şərtilə fərdi mikro kredit məqədilə 12000 manat məbləğində kredit verilmişdir. Daha sonra tərəflər arasında bağlanmış xx.xx.2020-ci il tarixli 001R**********S nömrəli kredit razılaşması və ödəniş planına dəyişiklik edilməsi haqqında sazişə əsasən Cavabdeh1 götürdüyü kreditin qalığını və hesablanmış faizləri sazişə əlavə olunan xx.xx.2020-ci il tarixli ödəniş planına, xx.xx.2020-ci il tarixli 001R**********SA nömrəli sazişə əsasən xx.xx.2020-ci il tarixli ödəniş planına, xx.xx.2021-ci il tarixli 001R**********SB nömrəli sazişə əsasən xx.xx.2021-ci il tarixli ödəniş planına əsasən ödəməyi öhdəsinə götürmüşdür. Cavabdehin üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiyindən 11320,01 manat əsas bоrcu, 4034,97 manat faiz bоrcunun qaldığını iddia edən iddiaçı həmin borca 3486,56 manat məbləğində cərimə borcu hesablamışdır. Borc ödənilmədiyindən tərəflər arasında hazırkı mübahisə yaranmış və iddiaçı məhkəməyə müraciət edərək iddiasını onunla əsaslandırmışdır ki, cavabdehlər öhdəliklərini icra etmədiklərindən kredit müqaviləsi üzrə ödənilməmiş borc qalmışdır. Xəbərdarlıq məktubları ilə cavabdehlərdən borcun ödənilməsi tələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmiş, borc ödənilmədiyindən tərəflər arasında hazırkı mübahisə yaranmışdır. İşin məhkəmə araşdırması zamanı Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 9/8109 nömrəli ekspert rəyi ilə müəyyən edilmişdir ki, cavabdehin xx.xx.2022-ci il tarixə olan əsas borcu 11427,10 manat, faiz borcu 5635,12 manat təşkil edir. Kredit razılaşması üzrə təqdim edilmiş sənədlərə əsasən kredit ödənişlərinin gecikdirilməsinə dair bank tərəfindən cərimə hesablanmamışdır. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş, iddiaçının nümayəndəsi elektron kabinet vasitəsilə ərizə ilə məhkəməyə müraciət edərək işə iştirakı olmadan baxılmasını xahiş etmiş, cavabdehlər bunun üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə, Mülki Prosessual Məcəllənin 185-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxmışdır. İddiaçı tərəfindən elektron qaydada icraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: Uzunmüddətli kredit müqaviləsi, Kredit razılaşması, Zaminlik müqavilələri, Əlavə sazişlər, Ödəniş planları, Xəbərdarlıq məktubları, Maliyyə arayışı, mediasiya arayışı və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. İlk öncə məhkəmə iddia tələbinin “Cavabdeh1 ilə bağlanmış xx.xx.2020-ci il tarixli 001R********** nömrəli krеdit razılaşmasının və ona əlavə edilmiş sazişlərin ləğv edilməsi” hisəssinə münasibətdə qeyd edir ki, iddia tələbi bu hissədə əsaslıdır və təmin edilməlidir. Belə ki, mübahisə predmeti olan xx.xx.2020-ci il tarixli 001R********** nömrəli krеdit razılaşması 36 ay müddətinə bağlanmış, eyni zamanda tərəflər arasında həmin razılaşma və ödəniş planına dəyişikliklər edilməsi haqqında xx.xx.2020-ci il tarixli 001R**********S nömrəli, xx.xx.2020-ci il tarixli 001R**********SA nömrəli, xx.xx.2021-ci il tarixli 001R**********SB nömrəli sazişlər imzalanmışdır. Sazişlər üzrə isə kreditin son ödəniş müddəti xx.xx.2024-cü il müəyyən edilmişdir. İddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət edərək kredit borcunu tələb etdiyindən məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış kredit razılaşması və həmin razılaşmaya əlavə olan sazişlər ləğv edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 421.3-cü maddəsinə əsasən müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. Yuxarıda sadalanan qanunvericiliyin tələbinə əsasən məhkəmə hesab edir ki, iddia qiymət verilən hissədə təmin edilməklə tərəflər arasında bağlanmış kredit razılaşması və razılaşmaya əlavə olan sazişlər ləğv edilməlidir. Bundan başqa kredit razılaşması üzrə əsas borc və faiz borcunun ödənilməsinə münasibətdə məhkəmə qeyd edir ki, iddia tələbi bu hissədə əsaslıdır və təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası Müki Məcəlləsi ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, borc verən borcalan qarşısında kredit müqaviləsindən irəli gələn öhdəliyini yerinə yetirsə də, borc alan Cavabdeh1 öhdəliyini lazmınca yerinə yetirmədiyindən onun ödənilməmiş əsas və faiz borcu qalmışdır. Eyni zamanda xx.xx.2020-ci il tarixdə İddiaçı QSC ilə Cavabdeh2 və Cavabdeh3 arasında 001S**********03 nömrəli və 001S**********04 nömrəli borcalan kredit müqaviləsi üzrə öhdəliklərini icra etmədikdə həmin müqavilədən irəli gələn öhdəliklərin tam yerinə yetirilməsi barədə zaminlik müqavilələri bağlanmışdır. İşin məhkəmə araşdırması zamanı Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 9/8109 nömrəli ekspert rəyi ilə müəyyən edilmişdir ki, cavabdehin xx.xx.2022-ci il tarixə olan əsas borcu 11427,10 manat, faiz borcu 5635,12 manat təşkil edir. Göründüyü kimi, iddiaçının tələb etdiyi əsas və faiz borcu ekspert rəyi ilə müəyən edilmiş əsas və faiz borclarından azdır. Zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıdığından məhkəmə hesab edir ki, iddiaçının tələbi həcmində 11320,01 manat əsas və 4034,97 manat faiz borcu cavabdehlərdən müştərək qaydada tutularaq banka ödənilməlidir. Məhkəmə 3486,56 manat cərimənin ödənilməsi hissəsinə münasibətdə qeyd edir ki, iddia bu hissədə qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 462.3-cü maddəsinə əsasən müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin 4.2.2-ci bəndində tərəflər kreditin vaxtında ödənilmədiyi halına kreditin qalığının 01 faizi həcmində cərimənin ödənilməsi ilə bağlı razılığa gəlmişlər. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, cavabdeh kredit borcunu ödəməsə də, iddiaçı vaxtında məhkəməyə müraciət etməmiş, cərimənin artmasına şüurlu surətdə şərait yaratmışdır ki, hazırda tələb olunan cərimə məbləği əsas məbləğə münasibətdə yüksəkdir. Bu səbəbdən də, dəbbə pulunun artmasında iddiaçının təqsirini, tərəflərin əmlak vəziyyətini nəzərə alaraq məhkəmə hesab edir ki, cavabdehlərdən 3486,56 manat deyil, 100 manat məbləğində cərimə tutularaq iddiaçıya ödənilməli, iddia qalan hissədə rədd edilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi MPM-in 119-cu maddəsinə əsasən həll edilir. 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehlərdən tutularaq dövlət gəlirlərinə alınır. xx.xx.2021-ci il tarixdən qüvvədə olan “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci və 8.2-ci maddələrinə əsasən hazırki iş üzrə qiymətləndirilməyən iddia üzrə 100 manat və qiymətləndirilən iddianın qiymətinə əsasən (18841 manat) ödənilməli dövlət rüsumu 146,52 manat olmalıdır (cəmi 246,52 manat). İddia tələbi qiymətləndirilməyən hissədə təmin edildiyindən ödənilməli olan 100 manat dövlət rüsumu cavabdehlərdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. İddia qiymətləndirilən hissədə qismən təmin edildiyindən 146,52 dövlət rüsumunun 27,11 manat hissəsi iddiaçıdan, 119,41 manat hissəsi cavabdehlərdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. İddiaçı tərəfindən 0,10 manat dövlət rüsumu dövlət büdcəsinə ödənildiyindən iddiaçıdan ödədiyi rüsum çıxılmaqla ümumilikdə 27,01 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməlidir. Eyni zamanda iddiaçı tərəfindən ödənilmiş 200 manat mediasiya xərci ödənildiyindən 200 manat mediasiya xərci cavabdehlərdən tutularaq iddiaçıya ödənilməlidir. Sonda məhkəmə onu qeyd edir ki, 200 manat mediasiya xərci cavabdehlərdən tutularaq iddiaçıya, 219,41 manat dövlət büdcəsinə və iddiaçıdan 27,01 manat tutularaq dövlət büdcəsinə ödənilməlidir. Lakin məhkəmə qətnamənin icra mərhələsində icraata qənaət prinsipindən çıxış edərək hesab edir ki, qətnamənin vaxtında icrasının təmin edilməsi məqsədilə cavabdehdən mediasiya xərci üçün ödənilmiş 200 manat əvəzinə iddiaçının dövlət büdcəsinə ödəməli olduğu 27,01 manat dövlət rüsumu çıxılmaqla 172,99 manat tutularaq iddiaçıya ödənilməli, həmin vəsaitin qalan 27,01 manat hissəsi isə cavabdeh tərəfindən ödənilməli olan 219,41 manat dövlət rüsumuna əlavə edilməklə cəmi 246,42 manat dövlət rüsumu bütöv şəkildə cavabdehlərdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. http://cms.justice.loc/Common/Content.aspx?Id=4606676İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2020-ci il tarixli 001R********** nömrəli krеdit razılaşması, xx.xx.2020-ci il tarixli 001R**********S nömrəli, xx.xx.2020-ci il tarixli 001R**********SA nömrəli, xx.xx.2021-ci il tarixli 001R**********SB nömrəli sazişlər ləğv edilsin. Cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada 11320,01 manat kredit borcu, 4034,97 manat faiz borcu, 100 manat cərimə borcu və 172,99 manat mediasiya xərci tutularaq idddiaçı İddiaçı QSC-nə ödənilsin. İddia qalan hissələrdə rədd edilsin. Cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 246,52 manat dövlət rüsumu dövlət gəlirinə tutulsun. İş üzrə təyin edilmiş məhkəmə ekspertizası üzrə 200 manat ekspertiza xərci cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 tutularaq dövlət büdcəsinə (keçiriləcək hesab: Büdcə təsnifatının kodu:142319, Büdcə səviyyəsinin kodu:3, SAP (XİİS) hesabı - X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ 22. Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, AZ34CTRE********************) ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən : Rüfət Məcidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar