Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-180/2025 15.04.2025 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Hüseynova Elnarə Ramiz qızının sədrliyi, Musayeva Turan Haxverdi qızının katibliyi, Cavabdehlər Cavabdeh3, Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 və onun nümayəndəsi Nümayəndə2 Əlihüseyn qızının iştirakları ilə, İddiaçı "xxxx" QSC-nin cavabdehlər Cavabdeh5, Cavabdeh4, Cavabdeh3, Cavabdeh2, Cavabdeh1 və X3 qarşı “kredit müqaviləsi üzrə borc” tələbinə dair işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: I. Kommersiya mübahisəsinin mahiyyəti:
1. İddiaçı "xxxx" QSC cavabdehlər Cavabdeh5, Cavabdeh4, Cavabdeh3, Cavabdeh2, Cavabdeh1 və X3 qarşı “kredit müqaviləsi üzrə borc” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdеhlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh5, Cavabdeh2, Cavabdeh4, X1 (qanuni nümayəndəsi Cavabdeh4) müştərək qaydada iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin хеyrinə 026R********** saylı krеdit razılaşması üzrə 15426.62 manat məbləğində krеdit bоrcu, 2069.96 manat məbləğində faiz bоrcu və 721.21 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 18217,79 manat məbləğində bоrcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 144.65 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı QSC ilə X9 oğlu və zaminlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh5 arasında bağlanmış xx.xx.2023-cü il tarixli 026L**********99 saylıuzunmüddətli kredit və təminat müqaviləsi əsasən X9 oğluna 120 (yüziyirmi) ay müddətinə 200000 (iki yüz min) manat məbləğində krеdit хətti açılmışdır. Uzunmüddətli kredit və təminat müqaviləsi əsasında X9 oğlunun İddiaçı QSC iləxx.xx.2023-cü il tarixli 026R********** saylı kredit sazişi-biznes krediti və girov barədə qarışıq razılaşma əsasında 36 ay müddətinə, aylıq faiz dərəcəsi 1.5417% оlmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 45000 (qırx beş min) manat məbləğində məbləğində kredit götürmüşdür. O, uzunmüddətli kredit və təminat müqaviləsinin 2.7-ci bəndinin tələbini pоzaraq dəfələrlə ödənişləri yubatmış, kredit müqaviləsi üzrə xx.xx.2023cü il tarixdən ödənilməsi planlaşdırılmış aylıq üçün kredit bоrcu və faiz bоrcundan ibarət vəsaiti qaytarmamışdır. X9 oğlu götürdüyü krеdit bоrcundan 29573.38 manat ödəmiş, onun 15426.62 manat məbləğində kredit borcu qalmışdır. Uzunmüddətli kredit və təminat müqaviləsinin 4.4-cü maddəsinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün kredit faizi kreditin faiz dərəcəsinin 1/360 hissəsi kimi hesablanır. Qeyd edilənlərə əsasən X9 oğlu kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün xx.xx.2024-cü il tarixə 234 gün üçün hesablanmış faiz borcu 2069.96 manat təşkil edir. Uzunmüddətli kredit və təminat müqaviləsinin 4.9-cu bəndinə uyğun оlaraq bоrclu ödəniş planı üzrə krediti və оna hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0,02 % məbləğində cərimə ödəməlidir. xx.xx.2024-cü il tarixə 234 gün üçün hеsablanmış cərimə 721.21 manat təşkiledir. Uzunmüddətli kredit və təminat müqaviləsinin 12.1.2-ci bəndinə əsasən kredit alan müvafiq оlaraq krediti və faizi qaytarma planına uyğun оlaraq qaytara bilmədikdə Kreditor müqaviləyə vaxtından əvvəl xitam vermək, qalan kredit məbləğini, faiz bоrcunu və müqavilə üzrə hesablanmış cəriməni tələb etmək hüququna malikdir. Uzunmüddətli kredit və təminat müqaviləsinin 11.1-ci bəndinə əsasən zamin kredit alanın bu müqavilədən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün bank qarşısında tam məsuliyyəti öz üzərinə götürür və bank qarşısında kredit alan ilə birlikdə birgə məsuliyyət daşıyır. Həmin müqavilənin 11.4-cü bəndinə əsasən zamin müqavilə üzrə verilmiş kreditin qaytarılması ilə bağlı kredit alanın bütün öhdəliklərini icra etməyi öz öhdəsinə götürür. Həmin müqavilənin 11.7-ci bəndinə əsasən zamin təsdiq və bəyan edir ki, müqavilə üzrə verilən kreditlər barədə kredit alan və bank arasında istənilən razılaşma, o cümlədən kreditin faiz dərəcəsinin artırılması barədə razılaşma üzrə kredit alanın öhdəliklərinin icrası üçün kredit alan ilə birgə və tam məsuliyyət daşıyır. İş materiallarına əlavə edilmiş AR DİN- in BPQMİ-nin MAPS şöbəsi tərəfindən alınmış arayışdan borclu X9 oğlunun vəfat etdiyi İddiaçı QSC-yə məlum olmuşdur. Vəkil sorğularına verilən cavab məktublarından Mingeçevir Regional “Asan Xidmət” mərkəzində notariat ofisində xx.xx.2023-cü il tarixində V-480/2023 saylı vərəlik işinin açıldığı və X9 oğlunun vərəsələri kimi Cavabdeh2, Cavabdeh3 qızı, Cavabdeh4, X5 müəyyən olunmuşdur. Həmçinin Mülki Məcəllənin tələblərinə görə kreditin qaytarılması öhdəliyi şəxsi xarakter daşıyan və yalnız miras qoyana mənsub ola bilən əmlak vəzifələri, habelə qanunda və ya müqavilədə nəzərdə tutulan, yalnız kreditorun və borclunun sağlığında qüvvədə olan və onların ölümü ilə xitam verilən vəzifələr sırasına aid edilmir. Kredit müqaviləsi üzrə icra borclunun şəxsi iştirakı olmadan mümkün olduğu üçün kredit müqaviləsi üzrə onun borcu vərəsəsinə (vərəsələrinə) keçir. Belə ki, həmin Məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin məcəllənin 1306-cı maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar; əgər miras qoyan vərəsələrə keçmiş borclar üzrə birgə borclu olmuşdursa, vərəsələr birgə məsuliyyət daşıyırlar. Göründüyü kimi, X9 oğlunun ölümü onun kredit öhdəliklərinin xitam olunması ilə nəticələnmir və kredit öhdəliyi icra edilmədikdə kreditorun onun vərəsələrinə qarşı tələb hüququ yaranması üçün əsasdır.
İİ. Tərəflərin mövqeləri:
3. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilmiş, iddiaçının nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir.
4. Cavabdeh X6 məhkəmə iclasına azyaşlı olduğundan gəlməmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 185-ci maddəsinə əsasən işə iddiaçının nümayəndəsinin və cavabdeh X2 iştirakı olmadan baxmışdır.
5. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 oğlu izahatında bildirmişdir ki, Abdullayev Polad bankdan kredit götürən zaman o da zamin kimi müqaviləni imzalamışdır. Lakin mərhum borclunun əmlakı, yəni evi və maşını var, borc həmin əmlaklara yönləndirilməlidir. Onun özünün də borcu var. Odur ki, iddia tələbi ürzə borcun ondan tutulmasını qəbul etmədiyini bildirdi.
6. Məhkəmə iclasında iştirak edən Cavabdeh4 izahatında bildirmişdir ki, o, mərhum Polad Abdullayevin həyat yoldaşı olmuşdur. Poladın işlətdiyi sexə gedib soruşub, ona oradan bildiriblər ki, hər ay mərhumun anası və atasına icarə haqqı verirlər. Hesab edir ki, mərhum yoldaşının kredit borcunu anası və atası ödəməlidir.
7. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 izahatında bildirmişdir ki, mərhum Polad Abdullayevin anasıdır. Oğlunun borcunu qəbul edir, lakin Cavabdeh4 adına maşın və ev var. Borcun ondan da tutulmasını məhkəmədən xahiş etdi.
8. Məhkəmə iclasında iştirak edən Cavabdeh3 iddia tələbini qəbul edərək digər cavabdehlərin izahatlarına əlavəsinin olmadığını bildirmişdir.
9. Cavabdeh4 etibarnamə üzrə nümayəndəsi Nümayəndə2 Əlihüseyn qızı xx.xx.2025-ci il tarixdə keçirilmiş məhkəmə iclasında verdiyi izahatında iddianı qəbul etməyərək bildirmişdir ki, krediti götürən, rəhmətə gedən keçmiş yeznəsidir. Dəfələrlə o, bankdan az məbləğlərdə kredit götürüb ödəyib. Sonuncu dəfə evi ipoteka qoyub 50000 manat kredit götürmək istəyib, lakin qızı buna razı olmayıb. Ondan sonra aralarında ailə-məişət problemləri başlayıb, qızı ondan ayrılıb. Sonuncu bağlanan kredit müqaviləsində Aydanın imzası yoxdur.
10. Cavabdeh5 xx.xx.2025-ci il tarixdə keçirilmiş məhkəmə iclasında iddia tələbini qəbul etməyərək izahatında bildirmişdir ki, o, sonuncu kredit müqaviləsini imzalamamışdır. Zaminlik müqaviləsinə xitam verilməsini istəyir.
İİİ.Tədqiq olunan sübutlar:
11. İddiaçı QSC ilə X9 oğlu, zaminlər Cavabdeh5, Cavabdeh3n və Cavabdeh1 arasında xx.xx.2023-cü il tarixdə bağlanmış 026L**********99 nömrəli uzunmüddətli kredit və təminat müqaviləsinə əsasən sonuncuya 120 ay müddətinə, yuxarı faiz dərəcəsi 28 faiz olmaqla 200000 manat məbləğində kredit xətti açılmışdır. Həmin müqavilənin 4.4-cü maddəsinə əsasən kredit faizi qaytarılmalı kredit məbləği üzrə hər gün Bank tərəfindən kreditin verildiyi tarixdən (gündən) onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün kredit faizi kreditin faiz dərəcəsinin 1/360 hissəsi kimi hesablanır. 4.9-cu bəndinə əsasən bank kredit alan krediti və faizi banka vaxtında və lazımi qaydada qaytarmadıqda, hər gecikdirilən gün üçün kredit qalığının 0,02 %-i məbləğində cərimə borcu hesablamaq hüququna malikdir. Uzunmüddətli kredit və təminat müqaviləsinin 11.1-ci bəndinə əsasən zaminlər Cavabdeh5, Cavabdeh3n və Cavabdeh1 kredit alanın bu müqavilədən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün bank qarşısında kredit alan ilə birgə məsuliyyət daşımağı öhdəsinə götürmüşdür.
12. İddiaçı QSC ilə X9 oğlu arasında xx.xx.2023-cü il tarixli uzunmüddətli kredit və təminat müqaviləsi əsasında xx.xx.2023-cü il tarixli 026R********** nömrəli kredit sazişibiznes krediti və girov barədə qarışıq razılaşma bağlanmışdır. Həmin razılaşmaya əsasən X9 oğluna 36 ay müddətinə, illik aylıq dərəcəsi 1,5417 % оlmaqla 45000 manat məbləğində kredit verilmişdir.
13. İddiaçı QSC tərəfindən təqdim edilmiş hesabdan çıxarışdan və maliyyə arayışından görünür ki, X9 oğlunun İddiaçı QSC-yə 026R********** saylı krеdit razılaşması üzrə 15426,26 manat məbləğində krеdit bоrcu, 2069,96 manat məbləğində faiz bоrcu və 721,21 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 18217,79 manat məbləğində bоrcu yaranmışdır.
14. İddiaçı QSC tərəfindən verilmiş məxaric orderindən görünür ki, X9 oğlunun **********119886 nömrəli bank hesabına bank tərəfindən xx.xx.2023-cü il tarixdə 45000 manat məbləğində pul köçürülmüşdür.
15. Ağdaş rayon Qeydiyyat Şöbəsi tərəfindən verilən 338814 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X9 oğlu xx.xx.2023-cü il tarixdə Ağdaş rayonunda ölmüşdür.
16. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Mingəçevir Regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 1236 nömrəli məktubdan görünür ki, xx.xx.2023-cü il tarixdə vəfat etmiş X9 oğlundan qalmış miras əmlaka dair Mingəçevir Regional “Asan Xidmət” Mərkəzində fəaliyyət göstərən notariat ofisində mərhumun anası Cavabdeh2 ərizəsinə əsasən xx.xx.2023-cü il tarixdə V- 480/2023 saylı vərəsəlik işi açılmışdır. Digər vərəsələr atası- Cavabdeh3, arvadı- Cavabdeh4, qızı- X5 da mirası qəbul etmişlər, lakin hazırda hər hansı əmlaka vərəsəlik hüququ haqqında şəhadətnamə verilməmişdir. Əlavə olaraq bildirilmişdir ki, vərəsələr arasında mübahisə olduğundan (vərəsə Cavabdeh2 miras əmlakından tam hissə pay tələb etdiyi üçün) məhkəməyə müraciət etmələri tövsiyə olunmuşdur.
17. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X11 İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 3-13-16/2-98996/20 nömrəli məlumatdan görünür ki, Daxili İşlər Nazirliyi Baş X11 İdarəsi qeydiyyat-imtahan idarəsinin kompüter uçot bazasına əsasən xx.xx.1990-cı il təvəllüdlü X9 oğlunun adından xx.xx.2021-ci il tarixdən “QAZ 3302 Yük” markalı **-BK-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi qeydiyyatdadır. Əlavə olaraq bildirilmişdir ki, X9 oğlunun adından qeydiyyatdan çıxarılaraq özgəninkiləşdirilən nəqliyyat vasitəsi yoxdur.
18. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 Saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 3-213-30/2-27802/2024 nömrəli məktubdan görünür ki, Ağdaş şəhərində yerləşən 0.10 ha torpaq sahəsi xx.xx.2014-cü il tarixli 4Ə-115 nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsi ilə X9 oğlunun adına özgəninkiləşdirilmiş və onun mülkiyyət hüququ xx.xx.2015-ci il tarixində ********* nömrəsi ilə qeydiyyata alınmışdır. Həmin torpaq sahəsində inşa edilmiş Ağdaş şəhəri İstiqlal küçəsi 18-ci dalanda yerləşən 14 nömrəli fərdi yaşayış evi üzərində X9 oğlunun mülkiyyət hüququ xx.xx.2018-ci il tarixdə ********** nömrəsi ilə qeydiyyat alınmışdır.xx.xx.2023-cü il tarixli 4Ə- 600 qeyd nömrəli daşınmaz əmlakın bağışlanması müqaviləsi ilə torpaq sahəsinin 0,05 ha hissəsi X9 oğlu tərəfindən X4 bağışlanmışdır. Yerdə qalan 0,05 torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evi (Ağdaş şəhəri İstiqlal küçəsi 18-ci dalanda yerləşən 14 nömrəli) üzərində X9 oğlunun mülkiyyət hüququ xx.xx.2023-cü il tarixdə ********** nömrəsi ilə qeydiyyata alınmışdır. X4 bağışlanmış ünvan 1 ünvanda yerləşən torpaq sahəsi üzərində mülkiyyət hüquqları xx.xx.2023-cü il tarixdə ********** nömrəsi ilə qeydiyyata alınmış və sonra onun üzərində yerləşən fərdi yaşayış evi ilə birlikdə mülkiyyət hüquqları xx.xx.2023-cü il tarixində ********** nömrəsi ilə qeydiyyata alınmışdır.
19. X3 məxsus şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X6 xx.xx.2020-ci ildə anadan olmuşdur.
20. İddiaçı QSC tərəfindən cavabdehlərə xx.xx.2024-cü il tarixli xəbərdarlıqlar göndərilməsinə baxmayaraq borc məbləği ödənilmədiyindən tərəflər arasında mübahisə yaranmış və iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.
İV. Tətbiq edilən hüquq:
21. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 28.1-ci maddəsinə əsasən Fiziki şəxsin mülki hüquq fəaliyyət qabiliyyəti şəxsin öz hərəkətləri ilə mülki hüquqlar əldə etmək və həyata keçirmək, özü üçün mülki vəzifələr yaratmaq və icra etmək qabiliyyətidir. 28.2-ci maddəsinə əsasən Fiziki şəxsin mülki hüquq fəaliyyət qabiliyyəti, o, yetkinlik yaşına, yəni on səkkiz yaşına çatdıqda tam həcmdə əmələ gəlir. 28.3-cü maddəsinə əsasən 7 yaşınadək olan yetkinlik yaşına çatmayanların (azyaşlılar) fəaliyyət qabiliyyəti yoxdur. 7 yaşından 18 yaşınadək olan yetkinlik yaşına çatmayanların məhdud fəaliyyət qabiliyyəti vardır. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.2-ci maddəsinin 1-ci və 2-ci bəndlərinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası Müki Məcəlləsi ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pulu və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. 743.1. Kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər. 743.2. Bu Məcəllənin bu paraqrafının müddəalarından ayrı qayda irəli gəlmirsə, kredit müqaviləsinə bu Məcəllənin borc müqaviləsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. 1306.1-ci maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. 1306.2-ci maddəsinə əsasən əgər miras qoyan vərəsələrə keçmiş borclar üzrə birgə borclu olmuşdursa, vərəsələr birgə məsuliyyət daşıyırlar.
22. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 04 iyun 2018-ci il tarixli Qərarında göstərilir ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470, 472-ci, eləcə də 1146, 1255 və 1306-cı maddələrinə uyğun olaraq, borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar... Vərəsələr və zamin borclu öldükdən sonra əsas borcdan əlavə, faiz borcuna görə də məsuliyyət daşıyırlar. Borclunun təqsirli hərəkətləri nəticəsində öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi halda hesablanmış dəbbə pulunun ödənilməsi ilə bağlı tələb kreditor tərəfindən bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş qaydada vərəsələr və ya zaminə qarşı irəli sürülə bilər. Vərəsələr və ya zaminin təqsirli hərəkətləri nəticəsində öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi təqdirdə kreditor dəbbə pulunun ödənilməsini bu hərəkətləri törətmiş şəxsdən tələb edə bilər.”
23. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinin əlaqəli şəkildə şərh edilməsinə dair” 16 oktyabr 2020ci il tarixli Qərarında qeyd edilir ki, “Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243 və 1306.1-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 306.4 və 307.2.9-cu maddələrinə əsasən, vərəsələrin vərəsəlik şəhadətnaməsi almaması miras qoyanın kreditorlarının öhdəliklərin icrasının miras qalmış əmlak hesabına təmin edilməsi ilə bağlı məhkəmədə iddia qaldırmaq hüququnu məhdudlaşdırmır və kreditorların bu cür tələblərinə iddia icraatı qaydasında baxılmalıdır.”
V. Məhkəmə baxışının hədləri:
24. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 9.1. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 49.1. Öz fəaliyyəti ilə məhkəmədə hüquqlarını həyata keçirmək və vəzifələrini yerinə yetirmək, işin aparılmasını nümayəndəyə tapşırmaq qabiliyyəti (mülki-prosessual fəaliyyət qabiliyyəti) tam həcmdə yetkinlik yaşına çatmış hər bir fiziki şəxsə və qanunvericiliklə müəyyən edilmiş qaydada qeydə alınmış hüquqi şəxsə məxsusdur. 49.4. On dörd yaşınadək yetkinlik yaşına çatmayanların, habelə fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxslərin hüquq, azadlıq və qanunla qorunan mənafelərini məhkəmədə onların qanuni nümayəndələri qoruyurlar. 72.1. Fəaliyyət qabiliyyəti olmayan, tam fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli hesab edilən fiziki şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini məhkəmədə onların valideynləri, övladlığa götürənlər, qəyyumları, himayəçiləri və başqa şəxslər müdafiə edirlər. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Hər bir tərəfin öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsi olmaqla, hazırki işdə də öz tələbinin əsaslılığını sübutetmə yükü iddiaçının üzərinə düşür. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.4-cü maddəsində nəzərdə tutulur ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
VI. Məhkəmənin mövqeyi:
25. Məhkəmə ilk öncə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Bu mənada məhkəmənin qənaətinə görə, iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələbinin qanuni əsasının dispozisiya şərtləri mövcuddur.
26. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11 və 307.4-cü maddələrinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair 31 may 2018-ci il tarixli Qərarında göstərilmişdir ki, Mülki Məcəllənin 739-cu maddəsinin mənasına görə, kreditor pulu kredit alana təqdim etməyi öhdəsinə götürür. Bu isə kredit müqavilələrinin, bir qayda olaraq, konsensual müqavilə olmasını göstərir.
27. Məhkəmə tərəfindən müəyyən edildi ki, cavabdehlərin iddiaçıya borcun qaytarılması ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış kredit və zaminlik müqavilələrindən irəli gəlir. İş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, cavabdehin öhdəliyini icra etməməsi iddiaçıya kredit və zaminlik müqaviləsi və Mülki Məcəllənin yuxarıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir. İddiaçı öhdəliklərini yerinə yetirərək müqavilə ilə nəzərdə tutulmuş 45000 manat məbləği X9 oğluna vermiş, sonuncu isə götürdüyü krеdit bоrcundan qismən ödəniş etmiş, qalan məbləğ ödənilməmişdir.
28. Məhkəmə iddia tələbinin vərəsələr Cavabdeh4 və Cavabdeh2 pulun tutulması hissəsinə münasibətdə qeyd edir ki, iddia bu hissədə əsaslı olduğundan təmin edilməlir. Belə ki, iş materiallarında olan sənədlərdən görünür ki, borclu ölmüş şəxs X9 oğlunun vərəsələri kimi anası Cavabdeh4, atası Cavabdeh3 və arvadı Cavabdeh2, qızı X6 müəyyən edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı mövqeyə əsasən borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Məhkəmə belə nəticəyə gəlir ki, iddiaçı vərəsələrin vərəsəlik şəhadətnaməsi almamasına baxmayaraq, miras qoyanın kredit müqaviləsi üzrə öhdəliyinin icrasını miras qalmış əmlak hesabına təmin edilməsi ilə bağlı məhkəmədə iddia qaldırmaqda haqlıdır. Bu səbəbdən iddia tələbi vərəsələr Cavabdeh4 və Cavabdeh2 münasibətdə əsaslı olduğundan təmin edilməlidir.
29. Məhkəmə cavabdeh (vərəsə) X1 pulun tutulması hissəsinə münasibətdə qeyd edir ki, iddia bu hissədə əsassız olduğundan rədd edilməlidir. İş materiallarında olan cavabdeh X3 məxsus şəxsiyyət vəsiqəsinə əsasən cavabdeh X6 xx.xx.2020-ci ildə anadan olmuş və hal-hazırda 5 yaşında olan fəaliyyət qabiliyyəti olmayan şəxsdir. Göründüyü kimi iddiaçı fəaliyyət qabiliyyəti olmayan şəxsə qarşı iddia qaldırmışdır. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia X3 münasibətdə rədd edilməlidir.
30. Məhkəmə habelə hesab edir ki, yuxarıda qeyd olunan Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 04 iyun 2018-ci il tarixli Qərarına əsasən iş üzrə iddiaçı zaminlər Cavabdeh1, Cavabdeh5 və Cavabdeh3 qarşı iddia irəli sürməkdə haqlı olmuşdur. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia bu hissədə də əsaslıdır.
31. Məhkəmə qeyd edir ki, cavabdehlər borcun ödənilməsi ilə bağlı hər hansı bir sənədi məhkəməyə təqdim etməmişdir.
32. Məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, iddia qismən təmin edilməli və cavabdehlər Cavabdeh3, Cavabdeh1, Cavabdeh5 müştərək qaydada, cavabdehlər Cavabdeh2, Cavabdeh4 miras payı həcmində 026R********** saylı krеdit razılaşması üzrə 15426,62 manat məbləğində krеdit bоrcu, 2069,96 manat məbləğində faiz bоrcu və 721,21 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə 18217,79 manat pul tutularaq İddiaçı QSC-nin xeyrinə ödənilməli, iddia cavabdeh X3 münasibətdə rədd edilməlidir.
33. Bundan başqa məhkəmə qeyd edir ki, dövlət rüsumunun əvəzi olaraq 144,65 manat məbləğində pul cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulmalıdır. Belə ki, iş materiallarında olan xx.xx.2024-cü il tarixli ödəniş qəbzindən görünür ki, İddiaçı QSC tərəfindən 144,65 manat məbləğində pul dövlət büdcəsinə ödənilmişdir.
Vİ. Nəticə:
34. Qeyd olunanlara əsasən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə
QƏT ETDİ:
İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh3, Cavabdeh1, Cavabdeh5 müştərək qaydada, cavabdehlər Cavabdeh2, Cavabdeh4 miras payı həcmində 026R********** saylı krеdit razılaşması üzrə 15426,62 manat məbləğində krеdit bоrcu, 2069,96 manat məbləğində faiz bоrcu və 721,21 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə 18217,79 manat pul və ödənilmiş 144,65 manat dövlət rüsumu tutularaq İddiaçı QSC-nin xeyrinə ödənilsin. İddia cavabdeh X3 münasibətdə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən : Elnarə Hüseynova