Məhkəmə qərarları › İş №e-2-2(117)-1801/2025

Şəki Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(117)-1801/2025

23.12.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № e-2-2(117)-1801/2025 23.12.2025 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Hüseynov Mübariz Rahil oğlunun sədrliyi, Əzimova Rəna Sərvər qızının katibliyi, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı “borcun ödənilməsi, borcun ipoteka predmetinə yönəldilməsi, ipoteka predmeti olan əmlakın açıq hərracda satılması, borcun ipoteka predmetinin hərracda satışından əldə olunan vəsait hesabına ödənilməsi” tələbinə dair işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti iddia ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı “cavabdеhlər Cavabdeh3, Cavabdeh1 müştərək qaydada iddiaçının хеyrinə 035R********** saylı krеdit razılaşması üzrə 2155.44 manat krеdit bоrcu, 103.98 manat faiz bоrcu, 26.73 manat cərimə borcu olmaqla, ümumilikdə cəmi 2286.15 manat bоrcun, ödənilmiş 42.86 manat dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 15 manat dövlət rüsumunun və 36 manat xidmət haqqının tutulması; tələbin Cavabdeh2, Cavabdeh4, Cavabdeh5, Cavabdeh1 və Cavabdeh3 birgə mülkiyyətində olan ünvan 1i ünvanında yerləşən 0.3 ha torpaq sahəsinə və Cavabdeh1 tam mülkiyyətində olan həmin torpaq sahəsi üzərində yerləşən 113.9 kv.m ümumi sahədən ibarət fərdi yaşayış evinə yönəldilməsi, həmin torpaq sahəsi və fərdi yaşayış evinin hərracdan satılması və ümumilikdə cəmi 2286.15 manat bоrcun, ödənilmiş 42.86 manat dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 15 manat dövlət rüsumunun və 36 manat xidmət haqqının tutulması, həmin əmlakın hərracdan satışından əldə olunan vəsait hesabına iddiaçıya ödənilməsi; hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin Cavabdeh3 və Cavabdeh1 ümumi qaydada tutulması” barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə hazırlıq iclasının yeri və vaxtı barədə tərəflərə məlumat verilsə də, tərəflər məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İddiaçı xx.xx.2025-ci il tarixdə məhkəməyə ərizə ilə müraciət edərək bildirmişdir ki, cavabdeh üzərinə düşən öhdəliyi yerinə yetirmiş və onun banka borcu qalmamışdır. Odur ki, həmin mülki işin baxılmamış saxlanılması barədə qərardad qəbul edilməsini, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş edirlər. Məhkəmə iddiaçının ərizəsini araşdırıb hesab edir ki, iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, məhkəmə tərəfindən təyin edilmiş iclas məhkəmə hazırlıq iclası olduğundan, hazırkı əsas üzrə baxılmamış saxlanma əsası məhkəmə baxışı mərhələsində qanunla mümkün olduğundan hazırkı mərhələdə müvafiq olaraq Mülki Prosessual Məcəllənin 170ci maddəsinin tələbləri tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə əsasən bu Məcəllənin 254, 255, 261.0.1-261.0.3 və 261.0.6-261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Hazırkı iş üzrə iddiaçı iddia ərizəsinin qaytarılması barədə ərizə ilə məhkəməyə müraciət etdiyindən məhkəmə hesab edir ki, iddia ərizəsi geri qaytarılmalıdır. Məhkəmə iddiaçı tərəfindən Hökumət ödəniş portalında və ya AsanPay vasitəsilə xx.xx.2025-ci il tarixdə **********52 nömrəli qəbzlə ödənilmiş 42.86 manat məbləğində dövlət rüsumunun geri qaytarılmasına münasibətdə bildirir ki, MPM-in 114.1.3-cü maddəsinə uyğun olaraq bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa, ödənilmiş dövlət rüsumu geri qaytarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 117.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə və mütəxəssislərə verilməli məbləği və iş üzrə digər zəruri xərcləri xahiş etmiş tərəf əvvəlcədən məhkəmənin depozit hesabına keçirir. Həmin xahişi tərəflərin hər ikisi etdikdə, yaxud şahidlərin çağırılması, ekspertlərin təyin edilməsi, mütəxəssislərin cəlb edilməsi və ödənilməli olan digər hərəkətlər məhkəmənin təşəbbüsü ilə edildikdə, tələb olunan məbləği tərəflərin hər ikisi bərabər qaydada məhkəmənin depozitinə keçirirlər. İşdən görünür ki, "xxxx" MMC tərəfindən iş üzrə əmlakın qiymətləndirilməsinə dair rəy verilmiş, xidmət haqqı 200,0 (iki yüz) manat təşkil edir. Ona görə də həmin haqq tərəflərdən müştərək qaydada tutularaq həmin qiymətləndirici şirkətin hesabına (Bakı şəhəri, Nərimanov rayonu, X1 küçəsi, 4 VÖEN: ********** Bank: "xxxx" ASC Nərimanov filialı Bank VÖENi: ********** M.h.: AZ03NABZ******************** H.h: AZ471BAZ******************** Kod: 805711 SWİFT: İBAZAZ2X) ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 266-268-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı “borcun ödənilməsi, borcun ipoteka predmetinə yönəldilməsi, ipoteka predmeti olan əmlakın açıq hərracda satılması, borcun ipoteka predmetinin hərracda satışından əldə olunan vəsait hesabına ödənilməsi” tələbinə dair iddia ərizəsi geri qaytarılsın. İddiaçı tərəfindən Hökumət ödəniş portalında və ya AsanPay vasitəsilə xx.xx.2025-ci il tarixdə **********52 nömrəli qəbzlə ödənilmiş 42.86 manat məbləğində dövlət rüsumu özünə qaytarılsın. İddiaçıdan 100 manat, Cavabdeh3 (əsas borclu) 100 manat xidmət haqqı tutularaq "xxxx" MMC-nin hesbına (Bakı şəhəri, Nərimanov rayonu, X1 küçəsi, 4 VÖEN: ********** Bank: "xxxx" ASC Nərimanov filialı Bank VÖENi: ********** M.h.: AZ03NABZ******************** H.h: AZ471BAZ******************** Kod: 805711 SWİFT: İBAZAZ2X) ödənilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki Kommersiya Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Sədrlik edən: Mübariz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar