Məhkəmə qərarları › İş №e-2-2(117)-1803/2025

Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-1803/2025

25.12.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-1803/2025 25.12.2025 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Hüseynov Mübariz Rahil oğlu, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “cavabdehlərdən müştərək qaydada 019R********** saylı kredit razılaşması üzrə 728.72 manat krеdit bоrcu, 63.11 manat faiz bоrcu, 20.57 manat cərimə borcu, 019R********** saylı kredit razılaşması üzrə 201.7 manat krеdit bоrcu, 21 manat faiz borcu, 5.24 manat cərimə borcu olmaqla, cəmi 1040.34 manat məbləğində bоrcun və 30.41 manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı QSC-yə ödənilməsi” tələbinə dair iş materiallarına baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “cavabdehlərdən müştərək qaydada 019R********** saylı kredit razılaşması üzrə 728.72 manat krеdit bоrcu, 63.11 manat faiz bоrcu, 20.57 manat cərimə borcu, 019R********** saylı kredit razılaşması üzrə 201.7 manat krеdit bоrcu, 21 manat faiz borcu, 5.24 manat cərimə borcu olmaqla, cəmi 1040.34 manat məbləğində bоrcun və 30.41 manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı QSC-yə ödənilməsi” tələbinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh3 (kredit alan), Cavabdeh1 (zamin) arasında xx.xx.2024-cü il tarixli 019L**********97 nömrəli uzunmüddətli kredit və təminat müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən cavabdehə 120 ay müddətinə 200 000 manat məbləğində kredit xətti açılmışdır. Həmin müqavilənin 2.2-ci bəndinin tələbinə əsasən, bu müqavilə xx.xx.2034-cü il tarixinədək qüvvədədir. Həmin müqavilənin: 2.7-ci bəndinə əsasən kredit alan kredit borcunu, kredit faizini, xərcləri və başqa məsrəfləri bu müqavilənin tələbləri nəzərə alınmaqla müvafiq kredit sazişində müəyyən olunmuş qaydada, habelə olduğu halda ödəniş planına və ödəniş haqları cədvəlinə uyğun olaraq banka qaytarmağı öz öhdəsinə götürür. 4.4-cü bəndinə əsasən, kredit faizi, qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən (gündən) onun tam qaytarılmasınadk hesablanır. Bir gün üçün kredit faizi kreditin faiz dərəcəsinin 1/360 hissəsi kimi hesablanır. 4.9-cu bəndinə əsasən, bank, kredit alan krediti və kredit faizini vaxtında və lazımi qaydada qaytarmadıqda, hər gecikdirilmiş gün üçün kredit qalığına müqavilədə göstərilən düstur əsasında müəyyən edilmiş faiz məbləğində gecikdirilmə faizi hesablamaq hüququna malikdir. 11.1-ci bəndinə əsasən zamin (Cavabdeh1) kredit alanın bu müqavilədən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün bank qarşısında kredit alan ilə birgə məsuliyyət daşımağı öhdəsinə götürmüşdür. xx.xx.2024-cü il tarixdə İddiaçı QSC ilə Cavabdeh3 arasında uzunmüddətli kredit və təminat müqaviləsi əsasında 019R********** saylı kredit sazişi – biznes krediti və girov barədə qarışıq razılaşma imzalanmışdır. Həmin kredit razılaşmasına əsasən 18 ay müddətində illik faiz dərəcəsi 26% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 2 500 manat kredit cavabdehə verilmişdir. xx.xx.2024-cü il tarixdə İddiaçı QSC ilə Cavabdeh3 arasında uzunmüddətli kredit və təminat müqaviləsi əsasında 019R********** saylı kredit sazişi – biznes krediti və girov barədə qarışıq razılaşma imzalanmışdır. Həmin kredit razılaşmasına əsasən 12 ay müddətində illik faiz dərəcəsi 26% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 1100 manat kredit cavabdehə verilmişdir. xx.xx.2024-cü il tarixdə İddiaçı QSC ilə Cavabdeh2 (zamin) arasında uzunmüddətli kredit və təminat müqaviləsi əsasında 019S**********01 nömrəli qoşulma barədə saziş bağlanmışdır. Zamin, kredit alanın həm bu sazişin imzalanması anınadək mövcud olan, həm də bu saziş imzalandıqdan sonra yaranan öhdəliklərinin icrası üçün kredit alanla birgə və tam məsuliyyət daşıması barədə öhdəliyi öz üzərinə götürmüşdür. Cavabdeh 019R********** saylı kredit razılaşma üzrə götürdüyü kredit borcundan 1771.28 manat ödəniş etmiş, onun 728.72 manat ödənilməmiş kredit borcu qalmış, 019R********** saylı kredit razılaşma üzrə götürdüyü kredit borcundan 898.3 manat ödəniş etmiş, onun 201.7 manat ödənilməmiş kredit borcu qalmışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli maliyyə arayışlarından görünür ki, Cavabdeh3 həmin tarixə xx.xx.2024-cü il tarixli 019R********** saylı razılaşma üzrə 728.72 manat əsas, 63.11 manat faiz, 20.57 manat cərimə borcu, xx.xx.2024-cü il tarixli 019R********** saylı razılaşma üzrə 201.70 manat əsas, 21 manat faiz, 5.24 manat cərimə borcu mövcuddur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə MPM) 284-5.1-ci maddəsinə əsasən məhkəmə bildirişi və sənədləri rəsmi qaydada poçt vasitəsilə xx.xx.2025-ci il tarixdə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ünvanları üzrə çatdırılmışdır. Digər Cavabdeh3 ünvanı üzrə göndərilsə də, “ünvan tapılmadı” qeydi ilə məhkəməyə geri qaytarılmış, bundan sonra məhkəmə bildirişi və sənədləri xx.xx.2025-ci il tarixdə həmin cavabdehə və ya onun ailə üzvlərinə rəsmi qaydada çatdırılması üçün Balakən Rayon İcra Hakimiyyətinə elektron qaydada göndərilmişdir. Buna baxmayaraq qeyd edilən cavabdehlər iddia tələbinə qarşı əsaslandırılmış etirazlarını müəyyən olunmuş 10 (on) iş günü ərzində məhkəməyə təqdim etməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən, işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxmışdır. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara uzunmüddətli kredit və təminat müqaviləsi, qoşulma barədə saziş, kredit sazişi – biznes krediti və girov barədə qarışıq razılaşmalar, maliyyə arayışları, hesabdan çıxarış və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra mətndə MM): 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. 470.1. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 470.2. Zaminlik müqaviləsi gələcəkdə yaranacaq öhdəliyin təmin edilməsi üçün də bağlana bilər. 472.1. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 739.1. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. İşin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı QSC ilə Cavabdeh3 (kredit alan), Cavabdeh1 (zamin) arasında bağlanmış uzunmüddətli kredit və təminat müqaviləsi əsasında bank və kredit alan arasında xx.xx.2024-cü il tarixli 019R********** nömrəli və xx.xx.2024-cü il tarixli 019R********** nömrəli kredit sazişi – biznes krediti və girov barədə qarışıq razılaşmalar bağlanmış və həmin razılaşmalar əsasında iddiaçı tərəfindən cavabdehə kredit verilərək öhdəlikləri yerinə yetirilsə də, cavabdeh tərəfindən onun üzərinə düşən öhdəlikləri lazımi qaydada yerinə yetirilməmişdir. Məhkəmə tələb edilən əsas və faiz borclarına münasibətdə qeyd edir ki, cavabdehlər bununla bağlı məhkəməyə etiraz və ya vəsatətlərini təqdim etməmiş, bu səbəbdən, eyni zamanda tələb edilən borc məbləğinin artıq olması ilə bağlı hər hansı bir mübahisəli məqam olmadığından məhkəmə əlavə araşdırma aparmamışdır. Məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış müqavilə şərtləri baxımından iddiaçı tərəf əsas və faiz borclarının tutulmasını tələb etməkdə haqlıdır. Məhkəmə iddia tələbinin “cərimə borclarının tutulması” hissəsinə münasibətdə bildirir ki, tərəflər arasında bağlanmış uzunmüddətli kredit və təminat müqaviləsinin şərtlərinə əsasən kredit alan krediti vaxtında və lazımi qaydada qaytarmadıqda cərimə borcu ödəməyi öhdəsinə götürmüşdür. Belə ki, dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər (Mülki Məcəllə maddə - 462.1, 462.3, 467)... Məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə də təmin edilməli və qeyd edilən cərimə borcları cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməlidir. Şərh olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, uzunmüddətli kredit və təminat müqaviləsinin 11.1-ci bəndinə və qoşulma barədə sazişə əsasən zaminlər və borclu kreditor qarşısında birgə məsuliyyət daşıdığından və cavabdeh kredit alan Cavabdeh3 kredit sazişi-biznes krediti və girov barədə qarışıq razılaşma üzrə öhdəliklərini lazımınca yerinə yetirmədiyindən cavabdehlərdən müştərək qaydada xx.xx.2024-cü il tarixli 019R********** nömrəli razılaşma üzrə 728.72 manat əsas borc, 63.11 manat faiz borcu, 20.57 manat cərimə borcu, xx.xx.2024-cü il tarixli 019R********** nömrəli razılaşma üzrə 201.7 manat əsas borc, 21 manat faiz borcu, 5.24 manat cərimə borcu tutularaq iddiaçıya ödənilməlidir. Odur ki, iddiaçı tələbində qeyd edilən borcun cavabdehlərdən müştərək qaydada tutularaq ona ödənilməsini tələb etməkdə haqlıdır. Məhkəmə iddiaçının tələbini işin hallarını nəzərdən keçirib qeyd edir ki, mülki prosessual qanunvericilik mülki icraatda iddiaçının üzərinə iddia tələbini sübut etmək, qarşı tərəfin üzərinə isə etirazlarının əsaslarını sübut etmək vəzifəsi, məhkəmənin isə həmin hallara hüquqi qiymət vermək üçün müəyyən hədləri müəyyən etmişdir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (MPM-in 77.1, 81, 217.3, 217.4-cü maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia təmin edildiyi və iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu tələb edildiyi üçün 64.27 manat dövlət rüsumu cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməlidir.

Nəticəvi hissə:

Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada xx.xx.2024cü il tarixli 019R********** nömrəli razılaşma üzrə 728.72 manat əsas bоrc, 63.11 manat faiz bоrcu, 20.57 manat cərimə borcu, xx.xx.2024-cü il tarixli 019R********** nömrəli razılaşma üzrə 201.7 manat əsas borc, 21 manat faiz borcu, 5.24 manat cərimə borcu olmaqla, ümumilikdə 1040.34 manat məbləğində borc və 30.41 manat dövlət rüsumu tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.

Hakim: Mübariz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar