Məhkəmə qərarları › İş №e-2-2(117)-1826/2022

Şəki Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(117)-1826/2022

22.12.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № e-2-2(117)-1826/2022 22.12.2022 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Hüseynov Mübariz Rahil oğlu, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti BOKTun Cavabdeh qarşı “cavabdehdən 303,47 manat əsas borc, 12,96 manat faiz borcu, 20 manat mediasiya xərci və 10 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi” barədə iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, müəyyən etdi: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti BOKT Cavabdeh qarşı “cavabdehdən 303,47 manat əsas borc, 12,96 manat faiz borcu, 20 manat mediasiya xərci və 10 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi” barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçının nümayəndəsi xx.xx.2022-ci il tarixli ərizə ilə müraciət edərək cavabdeh tərəfindən borc məbləği tam ödənilmişdir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, iddia ərizəsinin qəbul edilməsindən imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 153.2.1-ci maddəsinə əsasən, ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, məhkəmə iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. 153.3-cü maddəsinə əsasən, hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana və ya məhkəməyə müraciət etməli olmasını orada göstərir. 153.5-ci maddəsinə əsasən, ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. 153.6-cı maddəsinə əsasən, iddia ərizəsini qəbul etməkdən imtina barədə qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi ilk gündən verilmiş hesab edilir. Hazırki iş üzrə cavabdeh tərəf borcunu ödədiyindən tərəflər arasında mübahisə mövcud deyildir. Cavabdeh tərəfindən borc məbləği tam ödənilmişdir. Məhkəmənin isə mübahisəyə baxdığından tərəflər arasında hər hansı bir mübahisənin mövcud olmadığı müəyyən edilir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı : İddiaçı Qapalı Səhmdar Cəmiyyəti BOKT-un Cavabdeh qarşı “cavabdehdən 303,47 manat əsas borc, 12,96 manat faiz borcu, 20 manat mediasiya xərci və 10 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi” tələbinə dair iddia ərizəsi məhkəmənin icraatına qəbul edilməsindən imtina edilsin. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki Kommersiya Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Hakim: Mübariz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar