Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № e-2-2(117)-187/2024 01.02.2024 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Məcidov Rüfət Azadəli oğlu, İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 qarşı “cavabdеhlərdən müştərək qaydada iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin хеyrinə 021R********** nömrəli krеdit razılaşması üzrə 2167.81 manat məbləğində krеdit bоrcu, 330.37 manat məbləğində faiz bоrcu və 363.15 manat məbləğində cərimə borcu olmaqla, cəmi 2861.33 manat, 021R********** nömrəli krеdit razılaşması üzrə 5540.39 manat məbləğində krеdit bоrcu, 770.10 manat məbləğində faiz bоrcu və 493.52 manat məbləğində cərimə borcu olmaqla, cəmi 6804.01 manat, ümumilikdə cəmi 9665.34 manat məbləğində bоrcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 210 manat mediasiya xərcinin tutulması” barədə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərə baxaraq müəyyən etdi: İddiaçı QSC cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 qarşı ərizə ilə müraciət edərək “cavabdеhlərdən müştərək qaydada iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin хеyrinə 021R********** nömrəli krеdit razılaşması üzrə 2167.81 manat məbləğində krеdit bоrcu, 330.37 manat məbləğində faiz bоrcu və 363.15 manat məbləğində cərimə borcu olmaqla, cəmi 2861.33 manat, 021R********** nömrəli krеdit razılaşması üzrə 5540.39 manat məbləğində krеdit bоrcu, 770.10 manat məbləğində faiz bоrcu və 493.52 manat məbləğində cərimə borcu olmaqla, cəmi 6804.01 manat, ümumilikdə cəmi 9665.34 manat məbləğində bоrcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 210 manat mediasiya xərcinin tutulması” barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsi və ona əlavə edilmiş sənədləri araşdırıb hesab edir ki, iddiaçı tərəfindən qanunverciliyin iddia ərizəsi və əlavə sənədlərin çatdırılması ilə bağlı tələblərinə əməl edilmədiyindən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 150.1.4-cü maddəsinə əsasən bu Məcəllənin 150.2-ci maddəsinə uyğun olaraq kommersiya mübahisələri üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin surətinin və ona əlavə edilmiş sənədlərin alınması haqqında sənəd iddia ərizəsinə əlavə edilir. 150.2-ci maddəsinə əsasən kommersiya mübahisələri üzrə elektron qaydada verilən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər işdə iştirak edən digər şəxslərin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir və bu barədə məlumat elektron qaydada (elektron poçt və SMS vasitəsilə) onlara çatdırılır. Əgər sahibkar olan cavabdeh “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçməmişsə, bu halda kommersiya mübahisələri üzrə elektron qaydada verilən iddia ərizəsi barədə bildiriş və “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmə qaydasına dair məlumat həmin şəxsin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir və bu barədə məlumat elektron qaydada (elektron poçt və SMS vasitəsilə) ona çatdırılır. Cavabdeh qeyri-rezident olduğu halda iddia ərizəsi və ona əlavə edilmiş sənədlər onun nümayəndəsinin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir. “Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2021-ci il 9 iyul tarixli 363-VİQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 22 yanvar tarixli 265 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin xx.xx.2021-ci il tarixli 1403 nömrəli Fərmanına əsasən Mülki Prosessual Məcəllənin 150.2-ci maddəsində “orqanın (qurumun) informasiya sistemi” dedikdə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin X1 Sistemi nəzərdə tutulur. Hazırki işin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddia ərizəsinin surəti və ona əlavə edilmiş sənədlər cavabdehlərə təqdim edilməmişdir. Belə ki, “Elektron məhkəmə” informasiya sistemindən əldə edilmiş məlumata əsasən Cavabdeh2 VÖEN-i mövcuddur. İddiaçı tərəfindən pretenziya sənədi qanunverciliyin tələbinə uyğun Cavabdeh2 çatdırılmasına baxmayaraq iddia ərizəsinin surəti və ona əlavə edilmiş sənədlər sonuncuya Mülki Prosessual Məcəllənin 150.2-ci maddəsinin tələblərinə uyğun çatdırılmamışdır. Eyni zamanda iş üzrə digər cavabdehlər olan Cavabdeh1, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 münasibətdə Dövlət Vergi Xidmətinin X1 Sistemindən əldə edilən məlumatdan görünür ki, həmin cavabdehlərin VÖEN-i və elektron kabineti mövcud deyildir. Belə olan halda iddiaçı iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin, iş üzrə digər cavabdehlər olan Cavabdeh1, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 çatdırılmasını (cavabdehin elektron kabinetində yerləşdirilməsini, cavabdehin elektron kabineti olmadıqda poçt vasitəsilə çatdırılmasını) təmin etməlidir. Lakin iddiaçı tərəfindən iddia ərizəsi və ona əlavə sənədlər adı göstərilən cavabdehlərə ümumiyyətlə çatdırılmamışdır. Məhkəmə qeyd edir ki, kommersiya mübahisələri üzrə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin məhkəməyə müraciət etməzdən əvvəl qarşı tərəfə çatdırılmalı olması barədə qanunvericiliyin tələbləri formal xarakter daşımır. Çatdırılma və ya təqdim olunma dedikdə, həmin sənədlərin rəsmi olaraq qarşı tərəfə verilməsi kimi başa düşülür. Belə təqdim olunmada qanunvericiliyin güddüyü əsas məqsəd qarşı tərəfin ona qarşı qaldırılmış iddiadan əvvəlcədən məlumatlı olması, müdafiəsini təşkil etməsinə imkan yaradılması və iddiaçının tələbinin hüquqi əsasını təşkil edən sənədlərlə məhkəmə iclasınadək tanış olmasıdır. İddiaçı tərəf iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin qeyd edilən cavabdehlərə çatdırılması barədə sübutları məhkəməyə təqdim etməmişdir. Əədalət mühakiməsinin həyata keçirilməsi prinsiplərindən biri də çəkişmə prinsipidir ki, çəkişmə prinsipi təmin olunmadan ədalət mühakiməsinin həyata keçirilməsi yolverilməzdir. Nə qədər ki, iddiaçı tərəfindən cavabdehə iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin cavabdehə çatdırılması təmin edilməyib cavabdehin məhkəmə araşdırmasının gedişindən məlumatı olmayacaq və iddia ərizəsinin tərkib hissəsi hesab edilən cavabdehlərin ünvanı barədə rəsmi sənəd iddiaçı tərəfindən məhkəməyə təqdim edilmədən hazırki işə baxıla bilməz. Qeydiyyat ünvanı üzrə yaşamayan və faktiki yaşadığı ünvan məlum olmayan hər hansı borcluya qarşı iddia tələbinin irəli sürülməsinin mümkünlüyünə dair məhkəmə qeyd edir ki, qanunverici iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərlə cavabdehə çatdırılmasını təmin etmək vəzifəsini məhz iddiaçının üzərinə qoymuşdur və belə təqdim etməni təmin etmək iddiaçının vəzifəsidir ki, qanunvericiliyin bu tələbləri formal xarakter daşımır. Qeyd olunduğu kimi çatdırılma və ya təqdim olunma dedikdə həmin sənədlərin rəsmi olaraq qarşı tərəfə verilməsi kimi başa düşülür ki, belə təqdim olunmada qanunvericiliyin güddüyü əsas məqsəd qarşı tərəfin ona qarşı qaldırılmış iddiadan əvvəlcədən məlumatlı olması, müdafiəsini təşkil etməsinə imkan yaradılması və çəkişmə prinsipinin təmin edilməsindən ibarətdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.4 kommersiya mübahisələri üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin alınmasına dair sübut təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı tərəfindən iddia ərizəsinin və ona əlavə sənədlərin cavabdehlərə çatdırılması ilə bağlı qanunverciliyin tələblərinə riayət edilmədiyindən iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Sonda məhkəmə, iddiaçının Cavabdeh1 və Cavabdeh4 münasibətdə pretenziyanın göndərilməsi ilə əlaqədar təqdim etdiyi xəbərnamə və aktlara münasibətdə qeyd edir ki, təqdim edilən sənədlərdə qeyd edilən səbəblərdən (“ünvan natamamdır”, “ərazidə tanımırlar”) göndərilən sənədlərin təqdim olunmamasının mümkün olmaması iddiaçını iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin qeyd edilən cavabdehlərə çatdırılması vəzifəsindən azad etmir. İddiaçının diqqətinə çatdırılır ki, iddia tələbində 210 manat mediasiya xərcinin ödənilməsi tələb edilsə də, iş materiallarına əlavə edilmiş mediasiya prosesində iştirak edilməməsi barədə arayışda 100 manat mediasiya + 10 manat dəftərxana xərci ödənilməsi müəyyən edilir. Növbəti dəfə qanunvericiliyin tələblərinə riayət etməklə ümumi qaydada yenidən iddia ərizəsi ilə məhkəməyə müraciət ediləcəyi tədqirdə digər 110 manat mediasiya ödənişinin də olduğu mediasiya prosesində iştirak edilməməsi barədə arayışın məhkəməyə təqdim edilməsi xahiş olunur. Eyni zamanda diqqətə alınmalıdır ki, dəftərxana xərcləri mediasiya sessiyası zamanı çəkilməli olan xərclərin dairəsinə aid deyildir. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 266-268-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 qarşı “cavabdеhlərdən müştərək qaydada iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin хеyrinə 021R********** nömrəli krеdit razılaşması üzrə 2167.81 manat məbləğində krеdit bоrcu, 330.37 manat məbləğində faiz bоrcu və 363.15 manat məbləğində cərimə borcu olmaqla, cəmi 2861.33 manat, 021R********** nömrəli krеdit razılaşması üzrə 5540.39 manat məbləğində krеdit bоrcu, 770.10 manat məbləğində faiz bоrcu və 493.52 manat məbləğində cərimə borcu olmaqla, cəmi 6804.01 manat, ümumilikdə cəmi 9665.34 manat məbləğində bоrcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 210 manat mediasiya xərcinin tutulması” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki Kommersiya Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Hakim: Rüfət Məcidov
Məhkəmə qərarları › İş №e-2-2(117)-187/2024
Şəki Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(117)-187/2024
01.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver