Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-1875/2025 03.02.2026 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Hüseynov Mübariz Rahil oğlunun sədrliyi, Əzimova Rəna Sərvər qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “cavabdehlər Cavabdeh2 10 baş nisyə satılmış quzunun dəyəri olan 4180 manat və Cavabdeh1 16 baş quzunun dəyəri olan 6560 manat borcun tutularaq iddiaçıya ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə işə Şəki Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı iddia ərizəsi ilə Şəki Kommersiya Məhkəməsinə müraciət edərək, “cavabdehlər Cavabdeh2 10 baş nisyə satılmış quzunun dəyəri olan 4180 manat və Cavabdeh1 16 baş quzunun dəyəri olan 6560 manat borcun tutularaq iddiaçıya ödənilməsi” tələbinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, bir neçə il heyvandarlıq təsərrüfatı ilə məşğul olmuş, təsərrüfatı qanuni əsaslarla dövlət orqanlarında rəsmən qeydə alınmışdır (vergi, sğorta, və s.). Təsərrüfatında əsasən xırda buynuzlu qoyun-quzu və az sayda iri buynuzlu mal-qara yetişdirirdi. Satışa yarayan mal-qaranı, qoyun-quzunu malqara satışı bazarında və fərdi vətəndaşlara razılaşma yolu ilə satırdılar. Hazırkı iş üzrə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 Şahhüseyn oğlu onun müştəriləri olmaqla dəfələrlə ondan qoyun-quzu almışlar, nisyə aldıqları qoyun-quzunun pulunu söz verdikləri vaxtda qaytarırdılar. Onların ona müraciəti tək-tək və ya birgə olurdu. Sonuncu dəfə Cavabdeh2 onunla xx.xx.2024-cü il tarixdə, Cavabdeh1 Şahhüseyn oğlu isə xx.xx.2024-cü il tarixdə nisyə alver etmişlər. Söz vermişlər ki, qısa müddətdə ona olan borclarını qaytaracaqlar. Nisyə quzu aldıqları və borclu olduqları məbləği ödəyəcəkləri barədə xx.xx.2024-cü il tarixdə Mehman, xx.xx.2024-cü il tarixdə Nəvai imzaları ilə təsdiqləməklə qəbz də vermişlər. Cavabdeh2 kəsilmiş və diri çəkidə ümumi məbləği 4180 manat məbləğində pul borcu var. Həmin məbləğin 600 manatı köhnə borcdur. Cavabdeh1 diri çəkidə ümumi dəyər məbləği 6560 manat olan 16 baş quzunu nisyə olaraq alıb aparmışdır. Hazırda 6560 manat borcu var. Müəyyən müddət keçməsinə baxmayaraq cavabdehlər borclu olduqları məbləği ödəməkdən yayınırlar. Məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Borcu qaytarmaqdan qəsdən yayınırlar. Cavabdehlər 10740 manat dəyərində quzunu nisyə almaqla vaxtında ödəməmələri səbəbindən təsərrüfatında ağır vəziyyət yarandı, yem əldə edə bilmədi və maliyyə çətinliyi səbəbindən uzun illər ərzində yaratdığı təsərrüfatı bağlamaq məcburiyyətində qaldı və təsərrüfatı bağladı. Təsərrüfat rəhbəri olaraq onu bu vəziyyətə salan cavabdehlər olmuşdur. Əgər onlar vaxtında borclarını ödəsəydilər təsərrüfatı yem ehtiyatı ilə təmin edərdi və təsərrüfatı bağlamazdı. Cavabdehlərə satdığı heyvanlar tam sağlam olmaqla hər hansı bir problem yaratmamışdır. Məhkəmədən iddia tələbinin təmin edilm əsini xahiş etmişdir.
3. İddia ərizəsində iddianın hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 427.2-ci, 600.1-ci, 739.1-ci, 740-cı maddələri göstərilmişdir.
4. Şəki Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(117)-1875/2025 nömrəli qərardadı ilə iddia ərizəsi icraata qəbul edilmişdir.
II. Tərəflərin mövqeləri:
5. İddiaçı məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, cavabdehlərin ona borcu var və üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Borcu təsdiq edən və üzərində cavabdehlərin imzaları olan əlyazmalar da mövcuddur. 4180 manat və 6560 manat olmaqla cavabdehlər ona ödəniş etməlidirlər. İlk vaxtlar ödənişlərini etsələr də, etibar qazandıqdan sonra ödənişi dayandırdılar. Qarşı tərəfin ona olan borclarının ödənilməsini tələb edir.
6. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdehlər məhkəmə iclasına gəlməmiş və bunun üzrlü səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə işə qeyd edilən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
İİİ. Məhkəmə baxışının hədləri:
12. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə): - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
İV. Tətbiq edilən hüquq:
13. Azərbaycan Respublikasının Konstitusiyası
M a d d ə 60. Hüquq və azadlıqların inzibati və məhkəmə təminatı
- İ. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. - İİ. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. - İİİ. Hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır. - İV. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. M a d d ə 1 2 5 . Məhkəmə hakimiyyətinin həyata keçirilməsi
- Vİİ. Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir.
Maddə 1 2 7 . Hakimlərin müstəqilliyi, ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri və şərtləri
- İ. Hakimlər müstəqildir, yalnız Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına tabedirlər və səlahiyyətləri müddətində dəyişilməzdirlər. - İİ. Hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. - İV. Ədalət mühakiməsi vətəndaşların qanun və məhkəmə qarşısında bərabərliyi əsasında həyata keçirilir. - Vİİ. Məhkəmə icraatı çəkişmə prinsipi əsasında həyata keçirilir. - Vİİİ. Məhkəmə icraatının istənilən mərhələsində hər kəsin müdafiə hüququ təmin olunur.
14. Azərbaycan Respublikasının Mülki Məcəlləsi
- 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. - 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 445.2-ci maddəsinin 1-ci və 2-ci bəndlərinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. - 448.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası Müki Məcəlləsi ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. - 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. - 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.
V. Sübutların tədqiqi:
15. İş materiallarına əlavə edilmiş Cavabdeh2 tərəfindən dəftər vərəqində xx.xx.2024cü il tarixdə yazılmış və imzalanmış yazıdan onun tərəfindən ümumilikdə 4180 manat dəyərində 10 baş quzunun X1 nisyə alındığı və qısa müddət ərzində ödənişi edəcəyi, xx.xx.2025-ci il tarixdə yazılmış və imzalanmış yazıdan isə alverin zəif olması səbəbilə pulun ödənilməsinin gecikdiyi, iyun ayının birindən hər ay 400 manat olmaqla ödəniş edəcəyi öhdəliyini götürdüyü müəyyən edilir.
16. İş materiallarına əlavə edilmiş Cavabdeh1 tərəfindən dəftər vərəqində xx.xx.2024cü il tarixdə yazılmış və imzalanmış yazıdan onun tərəfindən ümumilikdə 6560 manat dəyərində 16 baş quzunun X1 nisyə alındığı və qısa müddət ərzində ödənişi edəcəyi, xx.xx.2025-ci il tarixdə yazılmış və imzalanmış yazıdan isə alverin zəif olması səbəbilə pulun ödənilməsinin gecikdiyi, iyun ayının birindən hər ay 500 manat olmaqla ödəniş edəcəyi öhdəliyini götürdüyü müəyyən edilir.
Vİ. Məhkəmənin mövqeyi:
17. Məhkəmə ilk növbədə qeyd edir ki, kommersiya mübahisəsinin obyektiv və ədalətli həlli üçün işin mübahisəsiz hallarının, sübutetmə predmetinin müəyyən olunması, daha sonra həmin sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallara tərəflərin təqdim etdiyi mötəbər sübutlar əsasında qiymət verilməsi, mübahisənin məhkəmə tərəfindən müəyyən olunmuş, sübut edilmiş hallarına müvafiq hüquq normalarının seçilməsi və tətbiq edilməsi, bundan sonra məhkəmənin qəti nəticəsinin şərh olunması zəruridir.
18. Lakin bu zaman kommersiya mübahisələrinin mülki mühakimə icraatı qaydasında həll olunması, bu icraat çərçivəsində əldə olunan həqiqətin də hüquqi xarakterə malik olması, məhkəmənin bu icraat çərçivəsində xidməti vəziyyətinə görə (ex officio) sübutlar toplamasının qeyri-mümkün olduğu nəzərə alınmalıdır.
19. Məhkəmə iddia ərizəsi və iş materiallarını tədqiq edib, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, aşağıdakı göstərilənlərə əsasən iddia təmin olunmalıdır.
20. İşin müəyyən olunmuş halları və iş materialları, habelə tərəflərin nümayəndələrinin izahatları ilə təsdiqini tapmış mübahisələndirilməyən halları iddiaçı və cavabdeh arasında şifahi alqı-satqı münasibətlərinin yaranmasından ibarətdir.
21. İşin mübahisələndirilən halına isə cavabdeh tərəfindən iddiaçıya olan borcunun ödənilib-ödənilməməsi halı aiddir. Ona görə də məhkəmə əldə etdiyi əlaqəli sübutlara əsasən qeyd edilən mübahisəli hala aydınlıq gətirmişdir.
22. Belə ki, məhkəməyə təqdim edilmiş iş materiallarından göründüyü kimi iddiaçı və cavabdehlər arasında alqı-satqı münasibətləri yaranmış, iddiaçı tərəfindən cavabdehlərə nisyə qaydada kəsilmiş və diri çəkidə heyvan verilmiş, cavabdehlər müvafiq olaraq dəftər vərəqində iddiaçıdan almış olduqları malların miqdarını və dəyərini qeyd edərək qısa müddət ərzində ödəniş edəcəkləri barədə öhdəlik götürmüş, lakin buna baxmayaraq öhdəliklərini lazımi qaydada yerinə yetirməmişlər. Belə ki, qeyd edilən məhkəməyə təqdim edilmiş dəftər vərəqlərindən göründüyü kimi Cavabdeh2 ümumilikdə 4180 manat dəyərində 10 baş quzunu, digər Cavabdeh1 isə ümumilikdə 6560 manat dəyərində 16 baş quzunu iddiaçıdan aldıqlarını və ödənişi edəcəklərini öz öhdələrinə götürmüşlər. Göründüyü kimi cavabdehlər aldıqları malların dəyərini ödəmədiklərindən Cavabdeh2 4180 manat və Cavabdeh1 6560 manat borcu qalmışdır ki, bu hal iş materiallarına əlavə edilmiş cavabdehlər tərəfindən dəftər vərəqlərinə yazılmış və imzalanmış yazılarla öz təsdiqini tapır.
23. Həmçinin, iş üzrə cavabdehlər tərəfindən qeyd edilən borc məbləği ilə razılaşmamaları və ya artıq ödəniş etmələri, həmin borcun əsassızlığı ilə bağlı məhkəməyə vəsatət və ya müraciət ünvanlanmamış, məhkəmə tərəfindən iddiaçının tələbində olan məbləğlərin uyğunsuz və əsassızlığı ilə bağlı hallar müəyyən edilməmişdir. Bu səbəbdən məhkəmə təqdim edilən sübutlar əsasında işə baxılaraq yekunlaşdırılması qərarına gəlmişdir.
24. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. (MPM-in 77.1, 81, 217.3, 217.4-cü maddələri).
25. Hazırkı iş üzrə iddiaçı tərəfin sübutlarını əsaslandırıb, irəli sürdüyü dəlillərinin izahını vermiş, cavabdeh tərəf isə qeyd edilən iddia tələbinin əksini sübut edən hər hansısa sübutunu və ya etirazını məhkəməyə təqdim etməyərək sübutetmə vəzifəsini icra etməmişdir. Bu səbəbdən məhkəmənin əlavə araşdırma aparması mümkün olmamış və təqdim edilən sübutlar əsasında işə baxılaraq yekunlaşdırılması qərarına gəlmişdir.
26. Yekun olaraq məhkəmə bu nəticəyə gəlir ki, cavabdehlər Cavabdeh2 4180 manat pul və Cavabdeh1 6560 manat pul tutularaq İddiaçı ödənilməlidir.
Vİİ. Məhkəmə məsrəfləri:
27. Məhkəmə hesab edir ki, iddia ərizəsinin verilməsi üçün ödənilməli olan dövlət rüsumu iddiaçı tərəfindən dövlət büdcəsinə ödənildiyindən və iddia tələbi təmin edildiyindən iddia tələbinə uyğun olaraq ödənilməli olan dövlət rüsumu müvafiq olaraq cavabdehlər Cavabdeh2 61.8 manat və Cavabdeh1 85.6 manat tutularaq iddiaçıya ödənilməli, digər hissədə isə iddiaçıya aid edilməlidir.
Vİİİ Nəticə:
28. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh2 4180 manat pul, 61.8 manat dövlət rüsumu və Cavabdeh1 6560 manat pul, 85.6 manat dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən: Mübariz Hüseynov