Məhkəmə qərarları › İş №e-2-2(117)-1890/2025

Şəki Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(117)-1890/2025

19.12.2025 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № e-2-2(117)-1890/2025 19.12.2025 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Hüseynov Mübariz Rahil oğlu, İddiaçı Cavabdeh qarşı “cavabdehdən iddiaçının xeyrinə 6313,97 manat məbləğində borcun və 83,14 manat məbləğində dövlət rüsumunun tutulması” tələbinə dair işə baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “cavabdehdən iddiaçının xeyrinə 6313,97 manat məbləğində borcun və 83,14 manat məbləğində dövlət rüsumunun tutulması” barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə ərizə və ona əlavə edilmiş sənədləri araşdırıb hesab edir ki, ərizənin məhkəmənin icraatına qəbulundan imtina edilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı Cavabdeh qarşı “cavabdehdən iddiaçının xeyrinə 6313,97 manat məbləğində borcun və 83,14 manat məbləğində dövlət rüsumunun tutulması” tələb ilə Şəki Kommersiya Məhkəməsinə müraciət edilmiş və Şəki Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2-2(117)- 70/2025 nömrəli qətnaməsi ilə iddia rədd edilmiş, Şəki Apelyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2-2(107)-70/2025 nömrəli qətnaməsi ilə Şəki Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2-2(117)-70/2025 saylı qətnaməsinin apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılması qət edilmiş və həmin qətnamə qanuni qüvvəyə minmişdir. Hazırkı iddiada isə İddiaçı Cavabdeh iddiaçının xeyrinə İddiaçı MMC ilə fərdi sahibkar X1 arasında bağlanmış xx.xx.2021-ci il tarixli 18/21-060 nömrəli “Xam pambığın alqı-satqısına dair” müqaviləyə əsasən 6313,97 manat məbləğində borcun və 83,14 manat məbləğində dövlət rüsumunun tutulması ilə bağlı tələblə məhkəməyə müraciət etmişdir. X3 Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2-2(117)-70/2025 nömrəli qətnaməsindən göründüyü kimi qeyd edilən tələb mahiyyəti üzrə həll edilmiş, Şəki Apelyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2-2(107)-70/2025 nömrəli qətnaməsi ilə həmin qətnamə apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmış və artıq bu tələblə bağlı qanuni qüvvəyə minmiş məhkəmə aktı mövcuddur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 153.2.2-ci maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olarsa, məhkəmə iddia ərizəsini qəbul etməkdən imtina edir. Bu səbəbdən məhkəmə hesab edir ki, hazırkı ərizənin məhkəmənin icraatına qəbulundan imtina edilməlidir. Eyni zamanda iş materiallarından göründüyü kimi 83.14 manat dövlət rüsumu X2 və ya AsanPay vasitəsilə xx.xx.2025-ci il tarixdə ********** nömrəli qəbzlə Şəki Kommersiya Məhkəməsinin hesabına ödənilmişdir. Məhkəmə iddiaçı tərəfindən “ödənilmiş 83.14 manat dövlət rüsumu”na münasibətdə bildirir ki, ödənilmiş dövlət rüsumu iddiaçıya dövlət büdcəsindən qaytarılmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 114.1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizəni baxılmaq üçün qəbul etməkdən imtina edilərsə, ödənilmiş dövlət rüsumu bu halda qaytarılır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin, 263, 264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Cavabdeh qarşı “cavabdehdən iddiaçının xeyrinə 6313,97 manat məbləğində borcun və 83,14 manat məbləğində dövlət rüsumunun tutulması” tələbinə dair iddia ərizəsinin icraata qəbulundan imtina edilsin. İddiaçı tərəfindən xx.xx.2025-ci il tarixdə ********** nömrəli qəbzlə X2 və ya AsanPay vasitəsilə ödənilmiş 83,14 manat dövlət rüsumu iddiaçıya dövlət büdcəsindən qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki Kommersiya Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) şikayət verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar