Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-19/2025 22.07.2025 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Hüseynov Mübariz Rahil oğlunun sədrliyi, Mövsümova Günel Namizət qızının katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə, cavabdehin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Qaz İxrac İdarəsinin Cavabdehnə qarşı “Qaz İxrac” İdarəsi, X2 Kəmərləri Sahəsinin istismarında olan (Ø1020 mm, yeraltı, layihə təzyiqi 5,5 MPa (55 kqq/sm2 )) “Qazıməmməd-Qazax İ xətt” və (Ø1220 mm, yeraltı, layihə təzyiqi 5,5 MPa (55 kqq/sm2 )) “Qazıməmməd-Qazax İİ xətt” magistral qaz kəmərlərinin mühafizə zonasında, İsmayıllı rayonu, Xəlilli kəndinin yaxınlığında Cavabdeh MMC tərəfindən basdırılmış ağacların mühafizə zonasından öz vəsaiti hesabına çıxarılması, qaz kəmərində təmir işlərinin aparılması üçün cavabdeh tərəfindən şəraitin yaradılması və ödənilmiş dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçı tərəfə qaytarılması” tələbinə dair işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Qaz İxrac İdarəsinin Cavabdehnə qarşı “Qaz İxrac” İdarəsi, X2 Kəmərləri Sahəsinin istismarında olan (Ø1020 mm, yeraltı, layihə təzyiqi 5,5 MPa (55 kqq/sm2 )) “Qazıməmməd-Qazax İ xətt” və (Ø1220 mm, yeraltı, layihə təzyiqi 5,5 MPa (55 kqq/sm2 )) “Qazıməmməd-Qazax İİ xətt” magistral qaz kəmərlərinin mühafizə zonasında, İsmayıllı rayonu, Xəlilli kəndinin yaxınlığında Cavabdeh MMC tərəfindən basdırılmış ağacların mühafizə zonasından öz vəsaiti hesabına çıxarılması, qaz kəmərində təmir işlərinin aparılması üçün cavabdeh tərəfindən şəraitin yaradılması və ödənilmiş dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçı tərəfə qaytarılması” barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
1. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1999-cu il tarixli, 103 saylı qərarı ilə təsdiq edilmiş “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları”-nın tələbləri pozularaq İsmayıllı rayonu, Xəlilli kəndinin ərazisindən keçən “Qaz İxrac” İdarəsinin X2 Kəmərləri Sahəsinin balans və istismarında olan (Ø1020 mm, yeraltı, layihə təzyiqi 5,5 MPa (55 kqq/sm ) istismara verilmə tarixi 1970-ci il) “Qazıməmməd-Qazax İ xətt” və (Ø1220 mm, yeraltı, layihə təzyiqi 5,5 MPa (55 kqq/sm ) istismara verilmə tarixi 1980-ci il) “Qazıməmməd- Qazax İİ xətt” magistral qaz kəmərlərinin üzərində mühafizə zonasında Cavabdeh MMC tərəfindən ağaclar basdırılmışdır. Magistral qaz kəmərinin mühafizə zonasında basdırılmış ağacların çıxarılması barədə Cavabdeh MMC-yə xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.1999-cu il tarixli 103 saylı qərarı ilə təsdiq edilmiş “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları”nın 2.11-ci bəndinin “b” hissəsinə əsasən, magistral boru kəmərlərinin mühafizə zonalarında bütün növ kol və ağacların basdırılması qadağandır. Qaydaların 2.7-ci bəndinə əsasən boru kəmərlərinin, çəkilmə tərzindən asılı olmayaraq, istismarına normal şərait yaratmaq və zədələnmə hallarının qarşısını almaq məqsədi ilə kənd təsərrüfatı üçün yararlı olan torpaq sahələrindən keçən, boru kəmərləri xətti boyunca onun orta oxundan hər tərəfə şərti xətlərlə 25 metrdən keçən torpaq sahəsi mühafizə zonası üçün ayrılmalıdır. Həmçinin Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 06 fevral 2017-ci il tarixli 31 nömrəli qərarı ilə təsdiq edilmiş “Təhlükə potensiallı təbiət və texnogen xarakterli hadisələrin baş vermə ehtimalının yüksək olduğu zonalarda mühafizə tədbirlərinin növləri və onların tətbiqi halları”nın müddəalarına əsasən qaz kəmərlərinin, qazpaylayıcı stansiyaların (QPS), qaztənzimləyici məntəqələrin (QTM), qaz avadanlıqlarının mühafizə tədbirlərindən biri də qaz kəmərləri yerləşən zonaların kənar təsirlərdən qorunması və onların fəaliyyətlərini məhdudlaşdıran maneələrin olmamasıdır. Qaz kəmərində baş verə biləcək kiçik bir qaz sızması insanların həyatına və sağlamlığına təhlükə yaradan yanğına, partlayışa və digər bədbəxt hadisələrə səbəb ola bilər. Bundan əlavə “Qaydalar”ın 2.23-cü bəndinin tələblərinə əsasən magistral boru kəmərlərinin keçdiyi ərazilərdə hüquqi və fiziki şəxslərin torpaq sahələri ayrılması haqqında ərizələrinə rayon və şəhər icra hakimiyyəti orqanları, bələdiyyələr tərəfindən baxıldıqda, ayrılacaq torpaq sahəsi əvvəlcədən qaz kəmərini istismar edən orqanla razılaşdırılmalıdır. Belə bir razılaşma isə mövcud deyildir. Həmçinin Qaydaların 2.7-ci bəndinə əsasən, boru kəmərlərinin, çəkilmə tərzindən asılı olmayaraq, istismarına normal şərait yaratmaq və zədələnmə hallarının qarşısını almaq məqsədi ilə mühafizə zonası təyin edilmişdir və həmin qaydaların 2.11-ci bəndinə əsasən boru kəmərlərinin mühafizə zonalarında, onu istismar edən hüquqi və fiziki şəxslər Dövlət Neft Şirkəti və onun yerli orqanlarının yazılı razılığı olmadan hər hansı işləri aparılması qadağandır. Bildiririk ki, Respublikada qaza olan tələbatın artması perspektivləri (işğaldan azad olunmuş ərazilərdə təbii qaz təchizatı infrastrukturunun yaradılması, “Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı” ilə bağlı ölkənin qərb regionlarının təbii qaza olan tələbatın artması, Azərbaycan İES-ə təbii qazın nəqlində etibarlığın təmin edilməsi), habelə Gürcüstan Respublikasına ixrac ediləcək təbii qaz həcmlərinin artması perspektivləri qərb (Gürcüstan Respublikası) istiqamətində qaz-nəql sisteminin yenidənqurulması və əsaslı təmiri işlərinin aparılmasını tələb edir. Məsələnin həlli ilə əlaqədar 2013-cü ildən 1020 mm-lik “Qazıməmməd-Qazax, İ xətt” magistral qaz kəmərinin (1970-ci ildən istismar edilir) 0÷210-cu km hissəsinin yenidən qurulması” layihəsinin həyata keçirilməsinə başlanılmışdır. Hal-hazırda işlər davam etdirilir. Yaxın gələcəkdə İ xəttin 0÷210-cu km hissəsi ilə təbii qazın yalnız Gürcüstan Respublikasına nəqli nəzərdə tutulur ki, ölkənin qərb regionlarının təbii qaza artan tələbatının ödənilməsi üçün 1220 mmlik “Qazıməmməd-Qazax, İİ xətt” magistral qaz kəmərinin (1980-ci ildən istismar edilir) 0÷210-cu km hissəsinin təhlükəsiz istismarının təmin edilməsi üçün əsaslı təmir işlərinin yerinə yetirilməsi nəzərdə tutulur. Lakin işlərin görülməsi üçün qaz kəmərinin mühafizə zonası boşaldılmalıdır. Cavabdehə məxsus, buna səlahiyyətli orqanların müvafiq icazəsi olmadan basdırılan ağaclar qaz kəmərinin istismarı və zədələnməsi üçün təhlükə yaradır. Qaz kəməri vasitəsilə yüksək təzyiqli təbii qaz nəql edildiyindən, kəmərlərdə baş verə biləcək kiçik bir qaz sızması insanların həyat və sağlamlığına təhlükə yaradan yanğına, partlayışa, digər bədbəxt hadisələrə səbəb ola bilər ki, bu da qeyd edilən ərazidə təbii qazın təminatında ciddi problemlərə yol açması ilə nəticələnə bilər. Bu səbəbdən də ağaclar mühafizə zonasından çıxarılmalıdır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci maddəsinə əsasən, göstərilən ərazidə cavabdehin hüquqları özbaşına tutduğu (zəbt etdiyi) və faktiki istifadəsində olan torpaq sahəsinə qüvvədə olan qanunvericiliklə müəyyən edilmiş qaydada tanına bilməz. Habelə cavabdehin mühafizə zonasında torpaq sahəsinin özününküləşdirilməsinə dair bağladığı hər hansı əqd həmin məcəllənin 109-cu maddəsinə uyğun olaraq etibarsızdır, eləcə də, həmin məcəllənin 110-cu maddəsinə əsasən cavabdeh torpaq qanunvericiliyinin pozulmasına görə məsuliyyət daşıyır. Cavabdeh qeyd olunan qaz kəmərinin texniki istismarına və təmirinə ciddi maneələr törətməklə yanaşı, orada yaşayan insanların həyatı və əmlakı üçün ciddi təhlükə yaradır. Torpaq Məcəlləsinin 22-ci maddəsinə əsasən 1. Sənaye, rabitə, nəqliyyat, ticarət, ictimai-iaşə və digər istehsal və xidmət obyektlərinin yerləşdirilməsi və fəaliyyəti üçün qanunvericiliklə müəyyən edilmiş qaydada, ayrılan və əldə edilən torpaq sahələri sənaye, nəqliyyat, rabitə və digər təyinatlı torpaqlar sayılır. 2. Əhalinin təhlükəsizliyinin təmin olunması, sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı obyektlərin istismarına lazımi şərait yaradılması üçün onların ətrafında xüsusi (qoruyucu, sanitariya və s.) hüquqi rejimli mühafizə zonaları yaradılır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 46-cı maddəsinə və Torpaq islahatı haqqında Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinə əsasən, dövlət obyektlərinin dağ-madən sənayəsinin, təsdiq edilmiş faydalı qazıntı yataqlarının, vahid energetika sisteminin, magistral boru kəmərlərinin, nəqliyyat, rabitə və müdafiə obyektlərinin, dövlət sərhəd zolağlarının, mühüm meliorasiya və su təsərrüfatı obyektlərinin yerləşdiyi torpaqlar dövlət müəssisə, idarə və təşkilatlarının daimi istifadəsində olan və ya dövlət obyektlərinin tikintisi layihələndirilmiş topraqlar dövlətin müstəsna mülkiyyətindədir. “Texniki təhlükəsizlik haqqında” xx.xx.1999-cu il tarixli Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 94 saylı qərarına əsasən magistral qaz kəmərləri neft-qaz hasilatı sənayesi əhaliyə və ətraf mühitə təhlükə yarada biləcək potensial təhlükə obyektlər kateqoriyasına aid edilmişdir. “Qaz İxrac” İdarəsi X2 Kəmərləri Sahəsi tərəfindən cavabdeh tərəfindən basdırılmış ağaclar qaz kəmərinin mühafizə zonasında yerləşdiyi, orada hər hansı ağacların basdırılması qadağan olması və bu potensial təhlükə mənbəyi olduğu barədə bildiriş məktubu ilə müraciət olunmuşdur.
2. İddia ərizəsində iddianın hüquqi əsası kimi Azərbaycan Respublikası Torpaq Məcəlləsinin (bundan sonra Torpaq Məcəlləsi) 22, 46, 109-111-ci maddələri, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1999-cu il tarixli, 103 saylı qərarı ilə təsdiq edilmiş “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları”nın 2.2-2.23-cü bəndləri göstərilmişdir.
3. Cavabdeh MMC-nin nümayəndəsi və vəkili Vəkil etiraz təqdim edərək bildirmişdir ki, iddiaçıya məxsus İsmayıllı rayonunun Xəlilli kəndində yerləşən təxminən 40 ha torpaq sahələri xüsusi mülkiyyət hüququ ilə məxsusdur. Bu torpaq sahələrində şirkət tərəfindən təxminən 30000 ədəd badam ağacları əkilərək badam bağları salınmış, xüsusi suvarma sistemləri quraşdırılmışdır. İddiaçı qeyd edilən torpaq sahələrini əldə etməmişdən qabaq orada üzüm bağları salınmışdı və həmin dövrdə də hər hansı işlək qaz kəmərinin olması barədə məlumatımız olmamışdır. Qeyd edilən badam bağları təsərrüfatının hazırkı bazar dəyəri təxminən 10000000 (on milyon) manat təşkil edir. Şirkətdə 50-ə yaxın insan daimi və mövsümi işlə təmin edilmişdir. İddianın təmin ediləcəyi təqdirdə şirkətin fəaliyyətinə ciddi ziyan dəyəcək, şirkət böyük maliyyə itkisi ilə üzləşək, işçilərin ixtisarı, şirkətin fəaliyyəti dayanacaqdır. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin l hissəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin ll hissəsinə əsasən, mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Konstitusiyasının 29cu maddəsinin lV hissəsinə əsasən, heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1.-ci maddəsinə əsasən, mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.5.-ci maddəsinə əsasən, mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.9.-cu maddəsinə əsasən, dövlət ehtiyacları tələb etdikdə, dövlət tərəfindən mülkiyyət yalnız “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin çəkilməsi və quraşdırılması, sərhədboyu zolaqda dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, müdafiə və təhlükəsizlik əhəmiyyətli obyektlərin tikilməsi, dövlət əhəmiyyətli dağ-mədən sənayesi obyektlərinin tikilməsi məqsədi ilə alına bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin Torpaq Məcəlləsinin 101-ci maddəsinin 1-ci bəndinə görə torpaq sahələrinin geri alınması (məcburi satın alınması) və ya müvəqqəti tutulması, habelə torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqlarının məhdudlaşdırılması, yaxud hüquqi və fiziki şəxslərin fəaliyyətinin təsiri ilə torpaqların keyfiyyətinin pisləşməsi nəticəsində dəymiş zərər və əldən çıxmış gəlir bu itkilərə məruz qalmış torpaq mülkiyyətçilərinə, istifadəçilərinə və icarəçilərinə tam həcmdə ödənilməlidir. İddiaçının qaldırdığı məsələ yalnız tərəflərin qarşılıqlı razılaşması yolu ilə, o cümlədən qaz kəmərinin yerini dəyişmək, müvafiq kompensasiya ödəmək və s. şərtlər daxilində həll oluna bilər. İddiaçı hər hansı hüquqi əsas, o cümlədən mülkiyyətçinin razılığı olmadan mülkiyyətçinin öz torpağında əkdirdiyi ağacların köçürülməsi, faktiki olarq təsərrüfatın sökülməsi tələbi qoymaqla onun dövlət tərəfindən toxunulmaz elan olunan və müdafiə edilən mülkiyyət hüququnu kobud şəkildə pozur. Bu səbəbdən mülkiyyət hüququnun qorunması və bərpa edilməsi, mülkiyyət hüquqlarının məhdudlaşdırılmasına yönəlmiş qanunsuz hərəkətlərin qarşısının alınması üçün iddiaçının tələbi təmin edilməməlidir. İddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
1. Şəki Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(117)-1013/2024 nömrəli qərardadı ilə iddia ərizəsi icraata qəbul edilmişdir.
İİ. Tərəflərin mövqeləri:
2. İddiaçının nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirmişdir ki, qeyd edilən boru kəmərləri qismən işlək vəziyyətdədir, kəmərin biri Azərbaycanın qərb bölgəsinə təbii qazın verlişini təmin etdiyindən və Azərbaycan Respublikasının Qarabağ bölgəsi 2020-ci ilədək işğal altında olduğundan kəmər tam fəlaiyyət göstərməmişdir. Son zamanlar dövlətin göstərişi ilə qeyd edilən kəmərlərdə təmin bərpa işləri aparılmalı olduğundan, torpaq mülkiyyətçiləri tərəfindən boru kəmərinin yerləşdiyi hissələr hasara alınmış və həmin kəmərlər boyu müvafiq işlərin həyata keçirilməsinə mane olurlar. Hazırkı iddia ilə qeyd edilən torpaq sahələrini mülkiyyətçilərdən geri alınma kimi başa düşülməməli, lakin mülkiyyətçilər qanunlarda qeyd edilən müəyyən məhdudiyyətlərə əməl etməli olduqlarından hazırkı iddia qaldırılmışdır. İddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir.
3. Cavabdeh MMC-nin nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, iddiaçıya məxsus İsmayıllı rayonunun Xəlilli kəndində yerləşən təxminən 40 ha torpaq sahələri xüsusi mülkiyyət hüququ ilə məxsusdur. Bu torpaq sahələrində şirkət tərəfindən təxminən 30000 ədəd badam ağacları əkilərək badam bağları salınmış, xüsusi suvarma sistemləri quraşdırılmışdır. İddiaçı qeyd edilən torpaq sahələrini əldə etməmişdən qabaq orada üzüm bağları salınmışdı və həmin dövrdə də hər hansı işlək qaz kəmərinin olması barədə məlumatımız olmamışdır. Qeyd edilən badam bağları təsərrüfatının hazırkı bazar dəyəri təxminən 10000000 (on milyon) manat təşkil edir. Şirkətdə 50-ə yaxın insan daimi və mövsümi işlə təmin edilmişdir. İddianın təmin ediləcəyi təqdirdə şirkətin fəaliyyətinə ciddi ziyan dəyəcək, şirkət böyük maliyyə itkisi ilə üzləşək, işçilərin ixtisarı, şirkətin fəaliyyəti dayanacaqdır. İddiaçı yalnız müvafiq kompensasiya ödəməklə qeyd edilən ərazini geri ala bilər. Bu tələb Azərbaycan Respuliaksı Konstitusiyası və qanunlarından əməllə gəlir. İddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi.
İİİ. Məhkəmə baxışının hədləri:
10. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə): - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
İV. Tətbiq edilən hüquq:
11. Azərbaycan Respublikasının Konstitusiyası
M a d d ə 60. Hüquq və azadlıqların inzibati və məhkəmə təminatı
- İ. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. - İİ. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. - İİİ. Hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır. - İV. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər.
M a d d ə 1 2 5 . Məhkəmə hakimiyyətinin həyata keçirilməsi
- Vİİ. Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir.
Maddə 1 2 7 . Hakimlərin müstəqilliyi, ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri və şərtləri
- İ. Hakimlər müstəqildir, yalnız Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına tabedirlər və səlahiyyətləri müddətində dəyişilməzdirlər. - İİ. Hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. - İV. Ədalət mühakiməsi vətəndaşların qanun və məhkəmə qarşısında bərabərliyi əsasında həyata keçirilir. - Vİİ. Məhkəmə icraatı çəkişmə prinsipi əsasında həyata keçirilir. - Vİİİ. Məhkəmə icraatının istənilən mərhələsində hər kəsin müdafiə hüququ təmin olunur.
Azərbaycan Respublikasının Mülki Məcəlləsi
- 6.3. Dövlət və ictimai təhlükəsizliyin, ictimai qaydanın, cəmiyyətin sağlamlığının və mənəviyyatının qorunması, digər şəxslərin hüquq və azadlıqlarının, şərəfinin və təmiz adının müdafiəsi üçün zəruri olduqda mülki hüquqlar yalnız qanunla məhdudlaşdırıla bilər. - 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. - 154.2. Bu Məcəllənin 6.3-cü maddəsində nəzərdə tutulan məqsədlər üçün qanunvericilik yolu ilə məhdudiyyətlərin müəyyənləşdirildiyi hallar istisna olmaqla, fiziki və hüquqi şəxslərin mülkiyyətində olan əmlakın miqdarı və dəyəri məhdudlaşdırılmır. - 238.4. Başqa məqsədlər üçün istifadəsinə yol verilməyən və ya məhdudiyyət qoyulan kənd təsərrüfatı təyinatlı və digər təyinatlı torpaq sahələri qanunla müəyyənləşdirilir.
Torpaq Məcəllləsi
- 11-ci maddə - 1. Torpaq sahələrinin məhdudiyyətli istifadəsi — torpaq sahəsindən onun məqsədli təyinatı, habelə müəyyən edilmiş məhdudiyyətlər və öhdəliklər nəzərə alınmaqla istifadədir. - 2. Torpaq sahəsinin məhdudiyyətli istifadəsi torpaqların zonalaşdırılması, şəhərsalma və yerquruluşu sənədləri əsasında həmin torpaq sahəsi üzərində olan hüquqların formasından asılı olmayaraq müəyyən edilir. - 3. Torpaq sahəsinin məhdudiyyətli istifadəsinin əhatə etdiyi tələblər müvafiq normativ-hüquqi aktlarla tənzimlənir. - 4. Torpaq sahəsinin məhdudiyyətli istifadəsinin özbaşına dəyişdirilməsinə yol verilmir. 18-ci maddə - 2. Yaşayış məntəqələrinin torpaqlarının tərkibinə aşağıdakılar daxildir: - ……….nəqliyyat, rabitə və mühəndis kommunikasiyaları torpaqlarında dəmir yolu, avtomobil, çay, dəniz, hava, boru kəməri nəqliyyatına, mühəndis infrastrukturu və rabitə magistralına aid binalar, tikililər və qurğular altındakı, habelə bu məqsədlər üçün nəzərdə tutulan torpaq sahələri də daxildir. - 22-ci maddə
1. Sənaye, rabitə, nəqliyyat, ticarət, ictimai-iaşə və digər istehsal və xidmət obyektlərinin yerləşdirilməsi və fəaliyyəti üçün qanunvericiliklə müəyyən edilmiş qaydada, ayrılan və əldə edilən torpaq sahələri sənaye, nəqliyyat, rabitə və digər təyinatlı torpaqlar sayılır. - 2. Əhalinin təhlükəsizliyinin təmin olunması, sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı obyektlərin istismarına lazımi şərait yaradılması üçün onların ətrafında xüsusi (qoruyucu, sanitariya və s.) hüquqi rejimli mühafizə zonaları yaradılır. Telekommunikasiya fəaliyyəti üçün fiziki və hüquqi şəxslərə verilən torpaq sahələrinin, o cümlədən mühafizə zona və zonalarının ölçüsü bu fəaliyyət növü üçün torpaq ayrılması normalarına və layihə-texniki sənədlərə müvafiq olaraq müəyyənləşdirilir. - 3. Zona üzrə müəyyən edilmiş rejimlə, torpaqların tamamilə təsərrüfat dövriyyəsindən çıxarılması nəzərdə tutulan hallar istisna olmaqla, ərazisində mühafizə zonası müəyyən edilən torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri torpaq sahəsi üzərində hüquqlardan məhrum edilmirlər. Mühafizə zonasının hüdudlarında torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri bu zonalar üçün təsdiq edilmiş qaydalara əməl etməyə borcludurlar. - 5. Sənaye, nəqliyyat, rabitə və digər təyinatlı torpaqların istifadəsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir, xüsusi hüquqi rejimli mühafizə zonalarının müəyyənləşdirilməsi qaydaları isə müvafiq normativ hüquqi aktlarla tənzimlənir. - 49-cu maddə
1. Hüquqi və fiziki şəxslərin torpaq üzərində xüsusi mülkiyyət hüququ — torpaqlar üzərində qanunla və müqavilə ilə müəyyən edilən məhdudiyyətlərə və digər şərtlərə riayət etməklə sahiblik, istifadə və sərəncam hüququdur. 84-cü maddə
2. Qanunvericiliyin pozulduğu hallar istisna olmaqla, torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin fəaliyyətinə dövlət orqanlarının, bələdiyyələrin, hüquqi və fiziki şəxslərin qarışmasına yol verilmir.
3. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin pozulmuş hüquqları qanunvericilikə nəzərdə tutulmuş qaydada bərpa edilir və hüquqların pozulması nəticəsində onlara dəyən zərər tam həcmdə ödənilir.
6. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları yalnız bu Məcəllədə və digər normativ-hüquqi aktlarda nəzərdə tutulmuş hallarda məhdudlaşdırıla bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 21 iyun tarixli 103 nömrəli qərarı ilə təsdiq edilmiş “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri” Qaydalarının:
2.1. Bu Qaydalar, mədən və mədəndaxili boru kəmərləri və kollektorlar da daxil olmaqla, təbii süni karbohidrogenli qazları, kondensat, sıxılmış karbohidrogenli və mayeləşdirilmiş qazları, digər sıxılmış karbohidrogenləri nəql edən magistral boru kəmərlərinin mühafizəsini təmin edir. 2.2. Bu Qaydaların şamil edildiyi magistral boru kəmərlərinə aşağıdakılar daxildir: şaxələnmiş qollarla, bağlayıcı armaturlarla, təbii və süni maneələrdən keçən keçidlərdə, kompressor stansiyalarına qoyulmuş qovşaqlarla, təmizləyici qurğuların qəbul və buraxma qovşaqları ilə, qaz sərfi qovşaqları ilə metanolu daxil edən qurğularla birlikdə boru kəmərləri; boru kəmərlərini paslanmadan mühafizə edən elektrokimyəvi mühafizə, texnoloji rabitənin qurğuları və xətləri, boru kəmərlərinin telemexanika ləvazimatları; məsafədən idarə edilən bağlayıcı armaturların, boru kəmərlərinin elektrokimyəvi mühafizə qurğularının elektrik ötürücü xətləri və elektrik təchizatı cihazları; yanğından mühafizə ləvazimatı, boru kəmərlərinin eroziyaya qarşı mühafizə qurğuları; kondensatın saxlanması və qazsızlaşdırılması üçün tutumlar, sıxılmış karbohidrogenlərin buraxılması üçün yeraltı anbarlar; boru kəmərlərinin istismarında xidməti xətt qurğuları; boru kəmərləri boyunca yerləşən daimi yollar, helikopter meydançaları, kəmərlərə gedən yollar, boru kəmərlərinin yerlərini göstərən fərqləndirici və xəbərdaredici nişanlar; əsas və aralıq kompressor və qazpaylayıcı stansiyalar avtomobillərə sıxılmış qazdoldurma stansiyaları; yeraltı qazsaxlama stansiyaları. 2.3. Boru kəmərləri xətti üzrə dəmir betondan və ya taxtadan hazırlanmış fərqləndirici nişanlar (göstərici yazı lövhələri) yer səthindən 1,5—2 metr hündürlüyündə qurulur. 2.4. Boru kəmərləri, çay və kanallarla kəsişdikdə sahillərdə xəbərdarlıq nişanları qoyulmalıdır. Nişanlar boru kəmərlərini istismar edən idarələr (təşkilatlar) tərəfindən respublikanın su təchizatı ilə məşğul olan orqanları ilə razılaşdırılmalıdır. Dəniz sualtı boru kəmərlərinin çəkilməsi haqqında "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə xəbərdarlıq etməklə, boru kəmərlərinin yerləşdiyi xətlər dəniz xəritəsinə salınmalıdır. 2.7. Boru kəmərlərinin, çəkilmə tərzindən asılı olmayaraq, istismarına normal şərait yaratmaq və zədələnmə hallarının qarşısını almaq məqsədi ilə mühafizə zonası təyin edilir: boru kəmərləri xətti boyunca, onun orta oxundan hər tərəfə şərti xətlərlə 50 m keçən torpaq sahəsi mühafizə zonası üçün ayrılmalıdır. Kənd təsərrüfatı üçün yararlı olan torpaq sahələrindən keçən, boru kəmərləri xətti boyunca onun orta oxundan hər tərəfə şərti xətlərlə 25 metrdən keçən torpaq sahəsi mühafizə zonası üçün ayrılmalıdır; çoxlu sayda qarışıq boru kəmərləri boyunca, kənar kəmərlərin orta oxundan hər tərəfə, şərti xətlərlə 50 metrdən keçən torpaq sahəsi mühafizə zonası üçün ayrılmalıdır. Kənd təsərrüfatı üçün ayrılmış torpaq sahələrindən keçən çoxsaylı qarışıq boru kəmərləri xətti boyunca, onun kənar kəmərinin orta oxundan hər tərəfə, şərti xətlərlə 25 metrdən keçən torpaq sahəsi mühafizə zonası üçün ayrılmalıdır; boru kəmərlərinin sualtı keçidləri xətti boyunca su səthindən onun dibinə qədər olan məkanda, paralel müstəvilər arasında, kənar xəttin orta oxundan hər tərəfə 100 m mühafizə zonası ayrılır; kondensatın saxlanması, qazdan ayrılması üçün tutumların, neft və neft məhsullarının, kondensatlarının, sıxılmış qarışıqların qəza vəziyyətində axıdılması üçün torpaq anbarlarının əhatəsində göstərilən obyektlərin ərazisinin sərhədlərindən hər tərəfə 50 m olmaqla qapalı xətlə hüdudlanmış torpaq sahəsi şəklində olmalıdır; baş və aralıq sorulub vurulma və doldurma nasos stansiyalarının, çən parklarının, kompressor və qazpaylayıcı stansiyaların, qaz məsrəflərinin ölçüldüyü qovşaqların, doldurma və qəbuletmə körpülərinin, yeraltı qazsaxlama stansiyalarının neft və neft məhsullarının qızdırılması məntəqələrinin əhatəsində göstərilən obyektlərin sərhədlərindən hər tərəfə 100 m olmaqla qapalı xətlə hüdudlanmış torpaq sahəsi şəklində olmalıdır. 2.8. Boru kəmərlərinin mühafizə zonalarına daxil olan torpaq sahələri, torpaq istifadəçilərindən, mülkiyyətçilərindən və icarəçilərindən alınmır, bu Qaydaların tələblərinə məcburi əməl edilməklə, kənd təsərrüfatı və s. işlər üçün istifadə edilir. 2.9. Boru kəmərlərinin mühafizə zonalarında, kənd təsərrüfatı tarla işlərinin suvarma və yığım işlərinin başlanması haqqında, torpaq istifadəçiləri mülkiyyətçilər və icarəçilər tərəfindən, boru kəmərlərini istismar edən hüquqi şəxslər əvvəlcədən məlumatlandırılmalıdırlar. 2.10. Boru kəmərlərinin mühafizə zonalarında yerləşdirilməsi, suvarılan torpaqların müvəqqəti su altında qalması ilə əlaqədar görülən işlər, torpaq istifadəçiləri, mülkiyyətçilər və icarəçilər ilə boru kəmərlərini istismar edən hüquqi şəxslər arasında razılaşma ilə aparılır. 2.11. Boru kəmərlərinin mühafizə zonalarında, onu istismar edən hüquqi və fiziki şəxslər Dövlət Neft Şirkəti və onun yerli orqanlarının yazılı razılığı olmadan aşağıda göstərilən işlərin aparılması qadağandır: a) hər hansı tikinti və ya quraşdırma işləri; b) bütün növ kol və ağacların basdırılması, yem məhsullarının, gübrə və materialların yığılması, ot və samanların taya vurulması, heyvan saxlamaq, balıq yetişdirmək üçün yerlərin ayrılması, balıq və su heyvanlarını tutmaq, bitkiləri yığmaq, buz sındırılması və yığılması; c) boru kəmərlərinin üstündən və yanından keçidlərin düzəldilməsi, avtomobil və digər nəqliyyat vasitələri, traktor və mexanizmlər üçün dayanacaqların təşkili, kollektiv bağ və bostan salınması; ç) torpaq meliorasiya işlərinin aparılması, suvarma və qurutma sistemlərinin quraşdırılması; d) hər növ dağ, quraşdırma, partlayış və torpaq səthinin düzləndirmə işləri; e) quyuların quraşdırılması, şurf açılması və yerin təkindən nümunə götürülməsi məqsədi ilə geoloji-seysmik, geodeziya və başqa axtarış işləri. Boru kəmərlərinin mühafizə zonasında iş aparılmasına yazılı şəkildə icazə almış hüquqi və fiziki şəxslər, boru kəmərlərinin mühafizəsini təmin edən şərtlərə əməl etməyə borcludurlar. Boru kəmərlərinin mühafizə zonasında iş aparılması şərtləri magistral boru kəmərlərini istismar edən Dövlət Neft Şirkətinin yerli orqanları tərəfindən təyin edilir və müvafiq icra hakimiyyəti və Fövqəladə Hallar Nazirliyi orqanları ilə razılaşdırıldıqdan sonra həyata keçirilir. 2.12. Boru kəmərlərinin texniki vəziyyəti ilə əlaqədar, baş verə biləcək qəzaların qarşısını almaq üçün, təmir işlərinin aparılması tələb olunduğu halda, boru kəmərlərini istismar edən hüquqi şəxslər, Dövlət Neft Şirkəti, onun yerli orqanları tərəfindən, torpaq istifadəçilərinə, mülkiyyətçilərinə və icarəçilərinə əvvəlcədən bildirməklə, təmirə ehtiyacı olan boru kəmərləri sahəsində və qaydaların 2.9, 2.10, 2.11-ci yarımbəndlərində göstərilən işlərin aparılmasını Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən təsdiq olunmuş, magistral boru kəmərlərinin layihələndirilməsi qaydaları və tikinti normalarında verilmiş boru kəmərlərinin mərkəzi oxundan şəhər və digər yaşayış məntəqələrinə qədər olan ərazilərdə müvəqqəti olaraq (təmirin sonuna qədər), minimal məsafələrlə məhdudlaşdırılmasına ixtiyar verilir. Çoxsaylı qarışıq boru kəmərlərində göstərilən məsafə kənar boru kəmərlərinin orta xəttindən təyin edilir. 3.9. Qaz kəmərlərindən ağacların gövdəsinə qədər məsafə 1,5 metrdən az olmamalıdır. Ondan kol bitkilərinə qədər olan məsafə müəyyənləşdirilmir.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi:
- 117.1. Şahidlərə, ekspertlərə və mütəxəssislərə verilməli məbləği və iş üzrə digər zəruri xərcləri xahiş etmiş tərəf əvvəlcədən məhkəmənin depozit hesabına keçirir. Həmin xahişi tərəflərin hər ikisi etdikdə, yaxud şahidlərin çağırılması, ekspertlərin təyin edilməsi, mütəxəssislərin cəlb edilməsi və ödənilməli olan digər hərəkətlər məhkəmənin təşəbbüsü ilə edildikdə, tələb olunan məbləği tərəflərin hər ikisi bərabər qaydada məhkəmənin depozitinə keçirirlər. - 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
V. Sübutların tədqiqi:
12. Azərbaycan Dövlət Neft Şirkətinin “X2 kəmərləri sahəsinin DŞ1020 MM-lik Qazməmməd-Qazax İ-ci xətt Magistral qaz kəmərinin Texniki pasportundan müəyyən edilir ki, qeyd edilən kəmər 52,806 km olmaqla, yeraltı kəmər olmaqla 1970-ci ildə istismara qəbul edilməsi, qol qaz kəmərləri, təzyiqi, əlaqələndirici xətləri, keçdiyi yaşayış məntəqələri və coğrafi adlar barədə məlumatlar, kəsişdiyi avtomobil yolları və dəmir yolu xətləri, həmçinin demontaj edilmə tarixləri qeyd edilmişdir.
13. Azərbaycan Dövlət Neft Şirkətinin “X2 kəmərləri sahəsinin DŞ1220 MM-lik Qazməmməd-Qazax İİ-ci xətt Magistral qaz kəmərinin Texniki pasportundan müəyyən edilir ki, qeyd edilən kəmər 117 km olmaqla, yeraltı kəmər olmaqla 1979-cu ildə istismara qəbul edilməsi, qol qaz kəmərləri, təzyiqi, əlaqələndirici xətləri, keçdiyi yaşayış məntəqələri və coğrafi adlar barədə məlumatlar, kəsişdiyi avtomobil yolları və dəmir yolu xətləri, həmçinin demontaj edilmə tarixləri qeyd edilmişdir.
14. İşə əlavə edilmiş **********95 nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən çıxarış, **********19 nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli çıxarış, **********24 nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən çıxarış, **********79 nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən çıxarış, **********60 nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən çıxarış, **********94 nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli çıxarış, **********20 nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli çıxarış, **********22 nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli çıxarışlarda qeyd olunmuş İmsayıllı rayonu, Xəlilli kəndində yerləşən müxtəlif ölçüdə olan kənd təsərrüfatı təyinatlı torpaq sahələri Cavabdeh MMC-nin mülkiyyətindədir.
15. Məhkəmə tərəfindən təyin edilmiş məhkəmə-tikinti və texniki ekspertizası üzrə mütəxəssis və ekspert rəyindən müəyyən edilir ki, **********22 nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən çıxarışla Cavabdeh MMC-nin mülkiyyətində olan 5,22 hektar torpaq sahəsinin 2,158 hektar hissəsi, **********79 Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən çıxarışla Cavabdeh MMC-nin 3 hektar torpaq sahəsinin 1,364 hektar hissəsi, **********95 nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən çıxarışla Cavabdeh MMC-nin 3,9439 hektar torpaq sahəsinin 1,236 hektar hissəsi, **********394 Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən çıxarışla Cavabdeh MMC-nin 1,9951 hektar torpaq sahəsinin 0,236 hektar hissəsi, **********20 Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən çıxarışla Cavabdeh MMC-nin 13,6243 hektar torpaq sahəsinin 3,33 hektar hissəsi, **********60 Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən çıxarışla Cavabdeh MMC-nin 2,4194 hektar torpaq sahəsinin 0,517 hektar hissəsi (ümumilikdə 8,841 hektar hissəsi) “Qaz İxrac” İdarəsinin X2 Kəmərləri sahəsinin balans və istismarında olan (diametri 1020 mm) “Qazməmməd-Qazax İ xətt” və (diametri 1220 mm) “Qazməmməd-Qazax İİ xətt” magistral qaz kəmərlərinin mühafizə zonasında yerləşir.
16. Qeyd edilən müvafiq rəylərin davamı olaraq növbəti cavabda “Qaz İxrac” İdarəsinin X2 Kəmərləri sahəsinin balans və istismarında olan (diametri 1020 mm) “Qazməmməd-Qazax İ xətt” və (diametri 1220 mm) “Qazməmməd-Qazax İİ xətt” magistral qaz kəmərlərinin mühafizə zonasında yerləşən **********22 nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən çıxarışla Cavabdeh MMC-nin mülkiyyətində olan 5,22 hektar torpaq sahəsinin 2,158 hektar hissəsində, **********79 Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən çıxarışla Cavabdeh MMC-nin 3 hektar torpaq sahəsinin 1,364 hektar hissəsinsə, **********95 nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən çıxarışla Cavabdeh MMC-nin 3,9439 hektar torpaq sahəsinin 1,236 hektar hissəsində, **********394 Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən çıxarışla Cavabdeh MMC-nin 1,9951 hektar torpaq sahəsinin 0,236 hektar hissəsində, **********20 Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən çıxarışla Cavabdeh MMC-nin 13,6243 hektar torpaq sahəsinin 3,33 hektar hissəsində, **********60 Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən çıxarışla Cavabdeh MMC-nin 2,4194 hektar torpaq sahəsinin 0,517 hektar hissəsində CavabdehMMC-yə məxsus ağaclar mövcuddur.
Vİ. Məhkəmənin mövqeyi:
12. Məhkəmə ilk növbədə qeyd edir ki, kommersiya mübahisəsinin obyektiv və ədalətli həlli üçün işin mübahisəsiz hallarının, sübutetmə predmetinin müəyyən olunması, daha sonra həmin sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallara tərəflərin təqdim etdiyi mötəbər sübutlar əsasında qiymət verilməsi, mübahisənin məhkəmə tərəfindən müəyyən olunmuş, sübut edilmiş hallarına müvafiq hüquq normalarının seçilməsi və tətbiq edilməsi, bundan sonra məhkəmənin qəti nəticəsinin şərh olunması zəruridir.
13. Lakin bu zaman kommersiya mübahisələrinin mülki mühakimə icraatı qaydasında həll olunması, bu icraat çərçivəsində əldə olunan həqiqətin də hüquqi xarakterə malik olması, məhkəmənin bu icraat çərçivəsində xidməti vəziyyətinə görə (ex officio) sübutlar toplamasının qeyri-mümkün olduğu nəzərə alınmalıdır.
14. Məhkəmə iddia ərizəsi və iş materiallarını tədqiq edib, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, aşağıdakı göstərilənlərə əsasən iddia təmin olunmalıdır.
15. İlkin olaraq məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Qaz ixrac idarəsi (əvvəlki adı-Qaz əməliyyatları Departamenti) müstəqil hüquqi şəxsdir və ona verilmiş hüquq və vəzifələr dairəsində hazırkı iddianı qaldırmaq hüququ vardır.
17. İşin müəyyən olunmuş halları və iş materialları, o cümlədən iddiaçı və cavabdeh tərəfin izahatı ilə təsdiqini tapmış mübahisələndirilməyən halları ondan ibarətdir ki, Azərbaycan Dövlət Neft Şirkətinin “X2 kəmərləri sahəsinin DŞ1020 MM-lik Qazməmməd- Qazax İ-ci xətt Magistral qaz kəməri 52,806 km olmaqla 1970-ci ildə istismara qəbul edilmiş, eyni zamanda Azərbaycan Dövlət Neft Şirkətinin “X2 kəmərləri sahəsinin DŞ1220 MM-lik Qazməmməd-Qazax İİ-ci xətt Magistral qaz kəməri 117 km olmaqla 1979-cu ildə istismara qəbul edilmişdir. Qeyd edilən kəmərlər İsmayıllı rayonu Xəlilli kəndinin ərazisindən, həmçinin Cavabdeh MMC-yə məxsus kənd təsərrüfatı təyinatlı torpaq sahələrindən keçir. Qeyd edilən torpaq sahələrindən göstərilən boru kəmərləri, həmin torpaq sahələri mülkiyyətə verilməmişdən əvvəl, yəni Respublikada aparılmış aqrar islahata qədər çəkilmişdir.
16. İşin mübahisələndirilən halı ondan ibarətdir ki, qeyd edilən boru kəmərləri keçən torpaq sahəsində müvafiq kəmərin keçməsini özündə əks etdirən tanıdıcı-göstərici nişanlar olsa da, torpaq mülkiyyətçiləri tərəfindən çıxarılması, cavabdeh tərəf kompensasiya ödənilmədən həmin torpaq sahəsində əkilmiş ağacların çıxarılması ilə razı deyildir. Bunun yalnız torpaqların dövlət ehtiyacı üçün geri alınma qaydasında kompensasiya ödənilməklə alınmasının mümkünlüyü bildirilir.
17. Məhkəmə iş üzrə təqdim edilmiş sübutlar əsasında müəyyən edir ki, hazırkı mübahisə həll edilərkən qeyd edilən magistral boru kəmərlərinin mühafizə zonasına düşən torpaq sahələrində müvafiq təmir-bərpa işləri aparmaq üçün müvafiq şərait yaradılmalıdırmı və ya bilavasitə buna mane olan ağacların çıxarılmaqla təmin edilməlidirmi və ya bununla bağlı kompensasiya ödənilməlidirmi.
18. Məhkəmə ik növbədə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının tələbinə görə heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər.
19. Məhkəmə qeyd edir ki, hazırkı mübahisədə yeni kəmər çəkilişi üçün torpaq sahəsinin alınmasından söhbət getmir. Çünki qeyd edilən torpaq sahələri hələ 1980-ci illərdə çəkilmiş və qanunla qeyd edilən kəmərlərin müvafiq təhlükəsizlik üçün mühafizə zonası müəyyən edilmişdir. Ona görə də bu halda müvafiq kompensasiya verilməklə torpaq sahəsinin geri alınması halı mövcud deyildir.
20. Məhkəmə bildirir ki, mülki qanunvericiliyin tələbinə əsasən dövlət və ictimai təhlükəsizliyin, ictimai qaydanın, cəmiyyətin sağlamlığının və mənəviyyatının qorunması, digər şəxslərin hüquq və azadlıqlarının, şərəfinin və təmiz adının müdafiəsi üçün zəruri olduqda mülki hüquqlar yalnız qanunla məhdudlaşdırıla bilər. Eyni zamanda, başqa məqsədlər üçün istifadəsinə yol verilməyən və ya məhdudiyyət qoyulan kənd təsərrüfatı təyinatlı və digər təyinatlı torpaq sahələri qanunla müəyyənləşdirilir. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər. Eyni zamanda,mülki qanunvericilikdə və torpaq qanunvericiliyində torpaq mülkiyyətçilərinin kənd təsərrüfatı təyinatlı torpaq sahələrindən keçən boru kəmərləri ilə bağlı müvafiq məhdudiyyətlərə əməl etməlidirlər.
21. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 21 iyun tarixli 103 nömrəli qərarı ilə təsdiq edilmiş “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri” Qaydalarının tələblərinə görə boru kəmərləri xətti üzrə dəmir betondan və ya taxtadan hazırlanmış fərqləndirici nişanlar (göstərici yazı lövhələri) yer səthindən 1,5—2 metr hündürlüyündə qurulur. Boru kəmərləri xətti boyunca, onun orta oxundan hər tərəfə şərti xətlərlə 50 m keçən torpaq sahəsi mühafizə zonası üçün ayrılmalıdır. Kənd təsərrüfatı üçün yararlı olan torpaq sahələrindən keçən, boru kəmərləri xətti boyunca onun orta oxundan hər tərəfə şərti xətlərlə 25 metrdən keçən torpaq sahəsi mühafizə zonası üçün ayrılmalıdır.
22. Qeyd edilən Qaydaların (2.8 və 2.9-cu bəndləri) tələbinə görə boru kəmərlərinin mühafizə zonalarına daxil olan torpaq sahələri, torpaq istifadəçilərindən, mülkiyyətçilərindən və icarəçilərindən alınmır, bu Qaydaların tələblərinə məcburi əməl edilməklə, kənd təsərrüfatı və s. işlər üçün istifadə edilir. Boru kəmərlərinin mühafizə zonalarında, kənd təsərrüfatı tarla işlərinin suvarma və yığım işlərinin başlanması haqqında, torpaq istifadəçiləri mülkiyyətçilər və icarəçilər tərəfindən, boru kəmərlərini istismar edən hüquqi şəxslər əvvəlcədən məlumatlandırılmalıdırlar. 2.11-ci bəndə görə boru kəmərlərinin mühafizə zonalarında, onu istismar edən hüquqi və fiziki şəxslər Dövlət Neft Şirkəti və onun yerli orqanlarının yazılı razılığı olmadan aşağıda göstərilən işlərin aparılması qadağandır: hər hansı tikinti və ya quraşdırma işləri; bütün növ kol və ağacların basdırılması, yem məhsullarının, gübrə və materialların yığılması, ot və samanların taya vurulması, heyvan saxlamaq, balıq yetişdirmək üçün yerlərin ayrılması, balıq və su heyvanlarını tutmaq, bitkiləri yığmaq, buz sındırılması və yığılması.
23. Yuxarıda salanan qanunvericilik aktlarından müəyyən edilir ki, kənd təsərrüfatı təyinatı torpaqlardan keçən boru kəmərlərinin mühafizə zonasında müvafiq torpaq mülkiyyətçilərinə normativ-hüquqi aktlarda nəzərdə tutulan qaydada istifadəsinə imkan verilir. Qeyd edilən torpaq sahlərində çoxillik əkmələr və ağaclar istisna olmaqla digər mövsümi bitkilərin əkilməsinə icazə verilir.
24. Bununla yanaşı beynəlxalq konvesiyalarda hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malik olması, heç kəsin, cəmiyyətin maraqları naminə qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməməsi qeyd edilir. Ona görə də dövlət daxili qanunvericiliyin şərtlərinə əməl edilməsi bir vəzifədir və bu vəzifəyə əməl edilməməsinə görə qarşı tərəfin məsuliyyəti istisna edilir.
25. Hazırkı işin faktiki hallarından müəyyən edilir ki, “X2 kəmərləri sahəsinin DŞ1020 MM-lik Qazməmməd-Qazax İ-ci xətt Magistral qaz kəməri 52,806 km olmaqla 1970-ci ildə istismara qəbul edilmiş, eyni zamanda Azərbaycan Dövlət Neft Şirkətinin “X2 kəmərləri sahəsinin DŞ1220 MM-lik Qazməmməd-Qazax İİ-ci xətt Magistral qaz kəməri 117 km olmaqla 1979-cu ildə istismara qəbul edilmiş, həmin vaxt isə qeyd edilən torpaq sahələri yalnız dövlət mülkiyyətində idi. Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra torpaq islahatı qanunvericiliklə aparıldı və qanunvericiliyə əsasən dövlət obyektlərinin — dağ-mədən sənayesinin, təsdiq edilmiş faydalı qazıntı yataqlarının, vahid energetika sisteminin, magistral boru kəmərlərinin, nəqliyyat, rabitə və müdafiə obyektlərinin, dövlət sərhəd zolaqlarının, mühüm meliorasiya və su təsərrüfatı obyektlərinin yerləşdiyi torpaqlar dövlət mülkiyyətində saxlanılmışdır. İş üzrə cavabdeh mülkiyyətində olan torpaq sahəsini 2017-ci ildən başlayaraq əldə etmişdir.
26. Bununla belə qeyd edilən boru kəmərlərinin keçdiyi ərazidə quraşdırılmış tanıdıcı nişanlar olmasına baxmayaraq müvafiq razılaşma olmadan boru kəmərinin mühafizə zonasında qadağan edilən ağaclar basdırılmışdır. Halbuki, qanunvericiliyə əsasən qeyd edilən ağacları əkmək hüquq yoxdur. Düzdür qeyd edilən torpaq sahələrinin mülkiyyətçilərindən həmin torpaq sahələri geri alınmır, lakin müvafiq məhdudiyyətlər daxilində qeyd edilən torpaq sahlərindən istifadə etmək hüquqlarını qanun tanımışdır.
27. İddiaçının nümayəndəsi boru kəmərinin keçməsini özündə əks etdirən tanıdıcı nişanın mülkiyyətçilər tərəfindən uçurulduğunu bildirmiş, cavabdehin nümayəndəsi bununla razılaşmamış, lakin qeyd edilən torpaq sahlərinin cavabdehin hasarlamaqla istifadə etməsini nəzərə alsaq iddiaçının arqumenti daha inandırıcıdır.
28. Bundan əlavə torpaq sahəsinin istifadəsi ilə bağlı müəyyən məhdudiyyətlərlə əlaqədar qanunvericiliyin tələbinə bütün mülkiyyətçilər riayət etməlidir. Bu hallara riayət edilmədiyi təqdirdə mülkiyyətçilərin qanunvericiliyin tələbinə uyğun olmayan hərəkətlərinə görə məsuliyyəti mövcuddur və bunun nəticəsində vurulmuş ziyana görə qarşı tərəfin ziyanın vurulmasında təqsiri mövcud olmur. O da həqiqətdir ki, qeyd edilən boru kəmərlərinin istifadəsi ilə bağlı müvafiq nəzarət məsələlərinin tam həyata keçirilməməsi nəticəsində mülkiyyətçilər həmin sahələrdə öz istəklərinə görə əkin işləri aparmışdır. Ən azı torpaq mülkiyyətçilərinə müvafiq sənədlərin hazırlanması zamanı müvafiq olaraq qeyd edilən boru kəmərləri ilə bağlı mülkiyyət sənədlərində qeydlərin aparılması və bununla bağlı mülkiyyətçilərə mütəmadi xəbərdarlıqların edilməsi daha məqsədəuyğun olardı.
29. Buna baxmayaraq, dövlət boru kəmərini həm sosial rifahın təmin edilməsi, eyni zamanda dövlətin gəlir mənbələrindən biri kimi baxıla bilər. Ona görə də dövlət boru kəməri çəkmək üçün hər dəfə mülkiyyətçilərin özlərinin qanunun tələblərinə riayət etmədən çəkdikləri xərcə görə maddi məsuliyyət daşıması haqqa ədalətə və bərabər mənafelərə bərabər münasibətə uyğun gəlmir.
30. İddiaçının tələbindən və təqdim etdiyi sənədlərdən müəyyən edilir ki, qeyd edilən kəmərin bərpası işğaldan azad olunmuş regionun qazlaşdırılmasının təmin edilməsinə yönəldilmiş və 1970-ci illərdən mövcud kəmərin yenidən təmir-bərpa edilməsi və təhlükəsizliyinin təmin edilməsi məqsədini daşıyır. Bu səbəbdən qeyd edilən təmir işlərini qeyd edilən kəmərin üzərində və mühafizə zonasında əkilmiş ağacların çıxarılmadan təmiri və bərpasını, müvafiq mütəxəssis və ekspert rəyləri həmçinin adi məntiqlə məhkəmə mümkün hesab etmir. Ona görə də məhkəmə iddianın təmin edilməsi nəticəsinə gəlir. Məhkəmə qarşı tərəfin diqqətinə çatdırır ki, hazırkı mübahisədə torpaq sahəsinin dövlət ehtiyacı üçün alınması mübahisə predmeti deyil, çünki qeyd edilən torpaq artıq neçə illər əvvəl boru kəməri üçün ayrılmışdır. Cavabdeh isə qeyde dilən kəmərin mühafizə zonasında torpaq sahəsindən istifadə ilə bağlı gördüyü işləri müvafiq razılaşma parılmadan həyata keçirdiyindən və müvafiq qanunvericiliyin tələblərinə əməl etmədiyindən iddianın rədd edilməsi qanuni deyildir.
31. Buna baxmayaraq, qeyd edilən kəmərin təmiri və bərpası ilə əlaqədar müvafiq qaydaların tələblərindən kənara çıxmaqla, torpaq sahəsinin həddindən artıq korlanması zamanı cavabdehə ziyan vurulması ilə nəticələnən işi aparan şəxsin təqsirinin mövcudluğu zamanı müvafiq kompensasiya üçün məhkəməyə müraciət etmək hüququ istisna edilmir.
Vİİ. Məhkəmə məsrəfləri:
32. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən təmin edilmiş tələbə uyğun ödənilmiş 100 manat dövlət rüsumu Cavabdehndən tutularaq iddiaçının hesabına ödənilməli, həmçinin aparılmış tədqiqatın dəyəri olan 100 manat Cavabdehndən tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir.
Vİİİ Nəticə:
33. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh hesabına “Qaz İxrac” İdarəsinin X2 kəmərləri sahəsinin balans və istismarında olan (diametri 1020 mm) “Qazımemmed-Qazax / xətt və diametri 1220 mm) “Qazımemmed-Qazax // xətt magistral qaz kəmərlərinin mühafizə zonasında yerləşən **********22 nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən çıxarışla Cavabdeh MMC-nin mülkiyyətində olan 5.22 hektar torpaq sahəsinin 2.158 hektar hissəsində, **********79 nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən çıxarışla Cavabdeh MMC-nin mülkiyyətində olan 3,0 hektar torpaq sahəsinin 1.364 hektar hissəsində, **********95 nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən çıxarışla Cavabdeh MMC-nin mülkiyyətində olan 3,9439 hektar torpaq sahəsinin 1.236 hektar hissəsində, **********94 nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən çıxarışla Cavabdeh MMC-nin mülkiyyətində olan 1.9951 hektar torpaq sahəsinin 0.236 hektar hissəsində, **********20 nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən çıxarışla Cavabdeh MMC-nin mülkiyyətində olan 13,6243 hektar torpaq sahəsinin 3.33 hektar hissəsində, **********60 nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən çıxarışla Cavabdeh MMC-nin mülkiyyətində olan 2,4194 hektar torpaq sahəsinin 0.517 hektar hissəsində basdırılmış ağaclar çıxarılsın, qaz kəmərində təmir işlərinin aparılması üçün cavabdeh tərəfindən şərait yaradılsın. Ödənilmiş 100 manat dövlət rüsumu Cavabdehndən tutularaq iddiaçının hesabına ödənilsin. Aparılmış tədqiqatın dəyəri olan 100 manat Cavabdehndən tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (X1, kodu: 210005, VÖEN: **********, müxbir hesab: AZ41NABZ********************, sfift bik: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, Vöen: **********, hesab: AZ34CTRE********************) ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən Mübariz Hüseynov