Məhkəmə qərarları › İş №e-2-2(117)-192/2024

Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-192/2024

01.03.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-192/2024 01.03.2024 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Hüseynov Mübariz Rahil oğlu, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “019R********** saylı krеdit razılaşması üzrə 800.97 manat məbləğində krеdit bоrcu, 77.48 manat məbləğində faiz bоrcu və 36.07 manat məbləğində cərimə borcu olmaqla, cəmi 914.52 manat, 019R********** saylı krеdit razılaşması üzrə 168.51 manat məbləğində krеdit bоrcu, 4.57 manat məbləğində faiz bоrcu və 11.22 manat məbləğində cərimə borcu olmaqla, cəmi 184.30 manat olmaqla, ümumilikdə 1098,82 manat məbləğində bоrcun və ödənilmiş 70 manat məbləğində mediasiya xərcinin tutulması” tələbinə dair iş materiallarına baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “019R********** saylı krеdit razılaşması üzrə 800.97 manat məbləğində krеdit bоrcu, 77.48 manat məbləğində faiz bоrcu və 36.07 manat məbləğində cərimə borcu olmaqla, cəmi 914.52 manat, 019R********** saylı krеdit razılaşması üzrə 168.51 manat məbləğində krеdit bоrcu, 4.57 manat məbləğində faiz bоrcu və 11.22 manat məbləğində cərimə borcu olmaqla, cəmi 184.30 manat olmaqla, ümumilikdə 1098,82 manat məbləğində bоrcun və ödənilmiş 70 manat məbləğində mediasiya xərcinin tutulması” tələbinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Cavabdeh1 arasında bağlanmış xx.xx.2022-ci il tarixli 019L**********16 nömrəli uzunmüddətli kredit və təminat müqaviləsinə əsasən bank bu müqavilə ilə müəyyən olunmuş şərtlər əsasında kredit alana 50000 manat məbləğində uzunmüddətli kredit xəttini açır. Uzunmüddətli kredit xətti bu müqavilə üzrə və onun qüvvədə olduğu müddətdə istənilən ana kredit alanın bank qarşısında faizlər nəzərə alınmadan maksimum borclanma həddidir. Bu müqavilə və kredit razılaşması əsasında istənilən məbləğ 120 ay müddətinə verilməlidir. Həmin kredit müqaviləsinin 4.9-cu bəndinin tələbinə görə, ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda, hər gecikdirilən gün üçün kredit qalığının 0,02%-i məbləğində cərimə ödəyir. Həmin kredit müqaviləsinin 11-ci bəndinin tələbinə görə, zamin Cavabdeh2 kredit alanın bu müqavilədən irəli gələn öhdəliklərinin tamamilə icrası üçün bank qarşısında tam məsuliyyətini öz üzərinə götürür və bank qarşısında kredit alan ilə birlikdə birgə məsuliyyət daşıyır. Qeyd edilən uzunmüddətli kredit və təminat müqaviləsinin müddəti 120 ay müəyyən edilmiş, bu müddəa zaminlik müqaviləsinə də aid edilmişdir. Həmin uzunmüddətli kredit müqaviləsi üzrə xx.xx.2022-ci il tarixli 019R********** saylı və xx.xx.2022-ci il tarixli 019R********** saylı kredit razılaşmaları imzalanmışdır. xx.xx.2022-ci il tarixli 019R********** saylı kredit razılaşmasının 1.1-ci və 1.2-ci hissələrinə əsasən bank məbləği 1000 manat olan krediti illik faiz dərəcəsi 26% olmaqla 12 ay müddətinə kredit alana verməyi, kredit alan isə bu kredit razılaşmasının ayrılmaz tərkib hissəsi olan 1 saylı əlavədə göstərilmiş ödəniş planına əsasən kredit məbləğini və ona hesablanmış faizi banka qaytarmağı öz öhdəsinə götürmüşdür. xx.xx.2022-ci il tarixli 019R********** saylı kredit razılaşmasının 1.1-ci və 1.2-ci hissələrinə əsasən bank məbləği 1000 manat olan krediti illik faiz dərəcəsi 26% olmaqla 24 ay müddətinə kredit alana verməyi, kredit alan isə bu kredit razılaşmasının ayrılmaz tərkib hissəsi olan 1 saylı əlavədə göstərilmiş ödəniş planına əsasən kredit məbləğini və ona hesablanmış faizi banka qaytarmağı öz öhdəsinə götürmüşdür. Cavabdehlər kredit müqaviləsi üzrə öhdəliklərini tam yerinə yetirməmiş, kredit ödənişini gecikdirmiş və nəticədə onların ödənilməmiş borcları qalmışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 həmin tarixə xx.xx.2022-ci il tarixli 019R********** nömrəli kredit razılaşması üzrə 800,97 manat əsas, 77,48 manat faiz və 36,07 manat cərimə borcu və 117 gün gecikməsi mövcuddur. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 həmin tarixə xx.xx.2022-ci il tarixli 019R********** nömrəli kredit razılaşması üzrə 168,51 manat əsas, 4,57 manat faiz və 11,22 manat cərimə borcu və 134 gün gecikməsi mövcuddur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə MPM) 284-5.1-ci maddəsinə əsasən rəsmi qaydada bildiriş xx.xx.2024-cü il tarixdə Cavabdeh2 təqdim olunmasına baxmayaraq, digər cavabdehə göndərilmiş məhkəmə bildirişi “Bu ünvanda yaşamır” qeydi ilə geri qayıtmışdır. xx.xx.2024-cü il tarixdə həmin məhkəmə bildirişi çatdırılması üçün Balakən rayon İcra Hakimiyyətinə göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə- MPM) 135.3. Məhkəmə sənədlərinin çatdırılması vəzifəsi üzərinə düşən şəxs ünvan sahibini onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapmadıqda, həmin sənədlər ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda müvafiq icra hakimiyyəti orqanına, ünvan sahibinin yaşadığı yer üzrə yerli özünüidarə orqanına, yaxud onun işlədiyi yer üzrə müdiriyyətə verilir. Ünvan sahibinin əvəzinə məhkəmə sənədlərini qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməli və imkan olan kimi məhkəmə sənədlərini ünvan sahibinə verməlidir. 135.4. Məhkəmə sənədlərinin çatdırılması vəzifəsi üzərinə düşən rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər bunu məhkəmə sənədlərini aldıqları tarixdən sonra gələn gündən gec olmayaraq yerinə yetirməli və məhkəmə sənədlərinin çatdırılması barədə bir gün müddətində məhkəməyə xəbər verməlidirlər. 135.5. Bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. Lakin cavabdehlər iddia tələbinə qarşı əsaslandırılmış etirazlarını müəyyən olunmuş 10 (on) iş günü ərzində məhkəməyə təqdim etməmişlər. Məhkəmə, MPM-in 284-5.3-cü maddəsinə əsasən, işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxmışdır. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara kredit müqavilələri və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Azərbayacan Respublikası Mülki Məcəlləsinin (bundan sonra mətndə MM): 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. 470.1. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 470.2. Zaminlik müqaviləsi gələcəkdə yaranacaq öhdəliyin təmin edilməsi üçün də bağlana bilər. 472.1. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. İşin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Cavabdeh1 arasında bağlanmış xx.xx.2022-ci il tarixli 019L**********16 nömrəli uzunmüddətli kredit və təminat müqaviləsinə əsasən bank bu müqavilə ilə müəyyən olunmuş şərtlər əsasında kredit alana 50000 manat məbləğində uzunmüddətli kredit xəttini açır. Uzunmüddətli kredit xətti bu müqavilə üzrə və onun qüvvədə olduğu müddətdə istənilən ana kredit alanın bank qarşısında faizlər nəzərə alınmadan maksimum borclanma həddidir. Bu müqavilə və kredit razılaşması əsasında istənilən məbləğ 120 ay müddətinə verilməlidir. Həmin kredit müqaviləsinin 4.9-cu bəndinin tələbinə görə, ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda, hər gecikdirilən gün üçün kredit qalığının 0,02%-i məbləğində cərimə ödəyir. Həmin kredit müqaviləsinin 11-ci bəndinin tələbinə görə, zamin Cavabdeh2 kredit alanın bu müqavilədən irəli gələn öhdəliklərinin tamamilə icrası üçün bank qarşısında tam məsuliyyətini öz üzərinə götürür və bank qarşısında kredit alan ilə birlikdə birgə məsuliyyət daşıyır. Qeyd edilən uzunmüddətli kredit və təminat müqaviləsinin müddəti 120 ay müəyyən edilmiş, bu müddəa zaminlik müqaviləsinə də aid edilmişdir. Həmin uzunmüddətli kredit müqaviləsi üzrə xx.xx.2022-ci il tarixli 019R********** saylı və xx.xx.2022-ci il tarixli 019R********** saylı kredit razılaşmaları imzalanmışdır. xx.xx.2022-ci il tarixli 019R********** saylı kredit razılaşmasının şərtinə əsasən bank məbləği 1000 manat olan krediti illik faiz dərəcəsi 26% olmaqla 12 ay müddətinə kredit alana verməyi, kredit alan isə bu kredit razılaşmasının ayrılmaz tərkib hissəsi olan 1 saylı əlavədə göstərilmiş ödəniş planına əsasən kredit məbləğini və ona hesablanmış faizi banka qaytarmağı öz öhdəsinə götürmüşdür. xx.xx.2022-ci il tarixli 019R********** saylı kredit razılaşmasının şərtlərinə əsasən bank məbləği 1000 manat olan krediti illik faiz dərəcəsi 26% olmaqla 24 ay müddətinə kredit alana verməyi, kredit alan isə bu kredit razılaşmasının ayrılmaz tərkib hissəsi olan 1 saylı əlavədə göstərilmiş ödəniş planına əsasən kredit məbləğini və ona hesablanmış faizi banka qaytarmağı öz öhdəsinə götürmüşdür. Cavabdehlər kredit müqaviləsi üzrə öhdəliklərini tam yerinə yetirməmiş, kredit ödənişini gecikdirmiş və nəticədə onların ödənilməmiş borcları qalmışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 həmin tarixə xx.xx.2022-ci il tarixli 019R********** nömrəli kredit razılaşması üzrə 800,97 manat əsas, 77,48 manat faiz və 36,07 manat cərimə borcu və 117 gün gecikməsi mövcuddur. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 həmin tarixə xx.xx.2022-ci il tarixli 019R********** nömrəli kredit razılaşması üzrə 168,51 manat əsas, 4,57 manat faiz və 11,22 manat cərimə borcu və 134 gün gecikməsi mövcuddur. Məhkəmə tələb edilən əsas və faiz borcuna münasibətdə qeyd edir ki, cavabdehlər bununla bağlı məhkəməyə etiraz və ya vəsatətlərini təqdim etməmiş, bu səbəbdən, eyni zamanda tələb edilən borc məbləğinin artıq olması ilə bağlı hər hansı bir mübahisəli məqam olmadığından məhkəmə əlavə araşdırma aparmamışdır. Məhkəmə tərəflər arasında bağlanmış müqavilə şərtləri baxımından iddiaçının hər iki müqavilə üzrə məbləğində faiz borcunun tutulmasını tələb etməkdə haqlıdır. Məhkəmə iddia tələbinin “019R********** saylı krеdit razılaşması üzrə 36.07 manat məbləğində cərimə borcu, 019R********** saylı krеdit razılaşması üzrə 11.22 manat məbləğində cərimə borcunun tutulması” hissəsinə münasibətdə bildirir ki, tərəflər arasında bağlanmış müqavilənin 4.9-cu bəndinin tələbinə görə, ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda, Bank hər gecikdirilən gün üçün kredit qalığının 0,02%-i məbləğində Kredit Alana cərimə hesablamaq hüququ qeyd edilir. Belə ki, dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər (Mülki Məcəllə maddə - 462.1, 462.3, 467)... Məhkəmə tərəflərin mənafelərini, kredit üzrə əhəmiyyətli hissənin ödənildiyini nəzərə alıb tənasübsüz yüksək müəyyən edilən cərimə məbləğinin 019R********** saylı krеdit razılaşması üzrə 10 manat məbləğində cərimə borcu, 019R********** saylı krеdit razılaşması üzrə 5 manat həddində təmin edilməsini ədalətli və qanuni hesab edir. Odur ki, iddiaçı 019R********** saylı krеdit razılaşması üzrə 800.97 manat məbləğində krеdit bоrcu, 77.48 manat məbləğində faiz bоrcu və 10 manat məbləğində cərimə borcu, 019R********** saylı krеdit razılaşması üzrə 168.51 manat məbləğində krеdit bоrcu, 4.57 manat məbləğində faiz bоrcu və 5 manat məbləğində cərimə borcunun ödənilməsini tələb etməkdə haqlıdır. İddiaçı tərəfindən 70 manat mediasiya xərci ödəildiyindən həmin xərc tələb edilsə də, eyni zamanda dövlət büdcəsinə dövlət rüsumu ödənilmişdir. Bildiyimiz kimi mediasiya xərcini ödəyən şəxs ilkin müraciət zamanı dövlət rüsumunu ödəməkdən azad edilir. Qanunvericiliyin tələbinə görə dövlət rüsumu iddia tələbinin həll edilmə nəticəsinə uyğun tərəflər arasında bölüşdürüldüyündən, həmçinin cavabdehin əleyhinə qətnamə qəbul edilibsə, o yalnız bir dəfə rüsum ödəyə bilər. Ona görə də cavabdehdən mediasiya xərci iddiaçının xeyrinə tutulmalı dövlət rüsumu isə tutulmamalıdır. İddia tələbi qismən təmin edilsə də, tələb əsas hissədə təmin edildiyindən və cavabdehdən mediasiya xərcinin əvəzinin tutulması barədə qərar qəbul edildiyindən ondan təkrarən dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi qanunsuzdur.

Nəticəvi hissə:

Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 019R********** saylı krеdit razılaşması üzrə 800.97 manat məbləğində krеdit bоrcu, 77.48 manat məbləğində faiz bоrcu və 10 manat məbləğində cərimə borcu, 019R********** saylı krеdit razılaşması üzrə 168.51 manat məbləğində krеdit bоrcu, 4.57 manat məbləğində faiz bоrcu, 5 manat cərimə borcu və 60 manat mediasiya xərci tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim: Mübariz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar