Məhkəmə qərarları › İş №e-2-2(117)-1926/2025

Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-1926/2025

19.02.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-1926/2025 19.02.2026 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Hüseynov Mübariz Rahil oğlunun sədrliyi, Əzimova Rəna Sərvər qızının katibliyi, İddiaçı QSC BOKT-un nümayəndəsi X1, cavabdehlər Cavabdeh5 və Cavabdeh4 iştirakı ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatının cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı “cavabdehlər Cavabdeh5 və Cavabdeh4 müştərək qaydada əsas borc üzrə 11291.47 manat, faiz borcu üzrə 80.87 manat olmaqla, cəmi 11372.34 manat borc məbləğinin iddiaçının xeyrinə tutulması; borc tələbinin ipoteka predmeti olan Cavabdeh2, Cavabdeh1, Cavabdeh4 və Cavabdeh3 məxsus Yevlax rayonunun, Ərəş kəndində yerləşən fərdi yaşayış evinə yönəldilməsi; ipoteka predmetinin açıq hərraca çıxarılaraq satılması hesabına Cavabdeh5 və Cavabdeh4 İddiaçı QSC-yə olan 11372.34 manat kredit borcunun və ödənilmiş 125.15 manat dövlət rüsumunun tutularaq İddiaçı QSC-yə ödənilməsi” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təsviri hissə: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti BOKT cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı “Cavabdeh5 17 mart 2025-ci il tarixli, 07- 0992 KYK saylı kredit müqaviləsi üzrə 11518.71 manat əsas borc, 198.28 manat faiz borcu olmaqla, cəmi 11716.99 manat borc məbləğinin İddiaçı QSC-nin xeyrinə tutulması; borc tələbinin ipoteka predmeti olan Cavabdeh2, Cavabdeh1, Cavabdeh4 və Cavabdeh3 məxsus Yevlax rayonunun, Ərəş kəndində yerləşən fərdi yaşayış evinə yönəldilməsi; ipoteka predmetinin açıq hərraca çıxarılaraq satılması hesabına Cavabdeh5 iddiaçıya olan 11716.99 manat kredit borcunun və ödənilmiş 125.15 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə Şəki Kommersiya Məhkəməsinə müraciət etmişdir. Bundan sonra xx.xx.2026-cı il tarixdə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək “cavabdehlər Cavabdeh5 və Cavabdeh4 müştərək qaydada əsas borc üzrə 11291.47 manat, faiz borcu üzrə 80.87 manat olmaqla, cəmi 11372.34 manat borc məbləğinin iddiaçının xeyrinə tutulması; borc tələbinin ipoteka predmeti olan Cavabdeh2, Cavabdeh1, Cavabdeh4 və Cavabdeh3 məxsus Yevlax rayonunun, Ərəş kəndində yerləşən fərdi yaşayış evinə yönəldilməsi; ipoteka predmetinin açıq hərraca çıxarılaraq satılması hesabına Cavabdeh5 və Cavabdeh4 İddiaçı QSC-yə olan 11372.34 manat kredit borcunun və ödənilmiş 125.15 manat dövlət rüsumunun tutularaq İddiaçı QSC-yə ödənilməsi” tələbinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Şəki Kommersiya Məhkəməsinin 19 fevral 2026-cı il tarixli protokol qərarı ilə iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı ərizə icraata götürülmüşdür. İddiaçı QSC BOKT ilə Cavabdeh5 arasında xx.xx.2025-ci il tarixli 07-0992 KYK nömrəli kredit müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən kredit təşkilatı borcalana sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi məqsədilə 36 ay müddətinə illik 18% olmaqla, qaytarmaq şərti ilə 13 000 manat məbləğində kredit verir. İddiaçı QSC BOKT ilə cavabdelər Cavabdeh5 (əsas borclu), Cavabdeh4 (zamin) arasında əsas borclunun xx.xx.2025-ci il tarixli 07-0992 saylı kredit müqaviləsi üzrə öhdəliklərinin icrasının təminatı olaraq xx.xx.2025-ci il tarixdə 07-0992 KYK1 nömrəli zaminlik müqaviləsi bağlanmışdır. İddiaçı QSC BOKT (ipoteka saxlayan) ilə cavabdelər Cavabdeh2, Cavabdeh1, Cavabdeh4, Cavabdeh3 (ipoteka qoyanlar), Cavabdeh5 (borcalan) arasında xx.xx.2025-ci il tarixdə bağlanmış 07-0992 nömrəli ipoteka müqaviləsinə əsasən, kredit müqaviləsi üzrə yaranmış öhdəliyin icrasının təmin edilməsi məqsədilə ipoteka qoyanların ümumi birgə mülkiyyətində olan (**********67-10301 reyestr nömrəli, çıxarışa əsasən) Yevlax rayonu, Ərəş kəndində 0.1671 ha torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 75 kv.m təşkil edən fərdi yaşayış evi ipoteka ilə yüklü edilmişdir. AR ƏMDK yanında DƏDRX Hüquqların Dövlət qeydiyyatı haqqında ********** qeydiyyat nömrəli xx.xx.2025-ci il qeydiyyat tarixli Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışdan göründüyü kimi ipoteka qoyanların ümumi birgə mülkiyyətində olan Yevlax rayonu, Ərəş kəndində 0.1671 ha torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 75 kv.m təşkil edən fərdi yaşayış evi iddiaçının xeyrinə 36 ay müddətinə ipoteka ilə yüklü edilmişdir. İşin məhkəmə araşdırması zamanı "xxxx" MMC tərəfindən təqdim edilmiş 11 fevral 2026-cı il tarixli mütəxəssis rəyinə əsasən ipoteka predmeti olan Yevlax rayonu, Ərəş kəndində 0.1671 ha torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 75 kv.m təşkil edən fərdi yaşayış evinin likvid dəyəri 17 100 manat təşkil edir. İddiaçının nümayəndəsi məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, öncəki ərizələrinə düzəliş edərək borcun cavabdehlərdən müştərək qaydada tutulması ilə əlaqədar məhkəməyə iddianın dəqiqləşdirilməsi ilə bağlı ərizə təqdim etmişlər. Digər sənədlərin hər biri məhkəməyə təqdim edilib. İddianın təmin edilməsini xahiş edirlər. Cavabdeh5 məhkəmə iclasında verdiyi izahatında borcu qəbul etdiyini bildirdi. Cavabdeh4 məhkəmə iclasında verdiyi izahatında borcu qəbul etdiyini bildirdi. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq digər cavabdehlər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə qeyd edilən cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Cavabdehlər müqavilə üzrə öhdəliklərini lazımınca yerinə yetirməmişlər və nəticədə onların iddiaçıya ödənilməmiş borcu qalmışdır. İddiaçı tərəfindən elektron qaydada icraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara müqavilələr, çıxarışlar, mütəxəssis rəyi və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə, məhkəmə iclasında iştirak edən tərəflərin izahatlarını dinləyib, iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdırıb, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. 470.1. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 470.2. Zaminlik müqaviləsi gələcəkdə yaranacaq öhdəliyin təmin edilməsi üçün də bağlana bilər. 472.1. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 739.1. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı QSC BOKT ilə Cavabdeh5 arasında xx.xx.2025-ci il tarixdə 07-0992 KYK nömrəli müqavilə bağlanmış, həmin müqavilə əsasında ona kredit verilmiş, əsas borclunun kredit müqaviləsi üzrə öhdəliklərinin icrasının təminatı olaraq Cavabdeh4 ilə həmin tarixdə zaminlik müqaviləsi bağlanmış, eyni zamanda cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh4, Cavabdeh3 onlara məxsus Yevlax rayonu, Ərəş kəndində 0.1671 ha torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 75 kv.m təşkil edən fərdi yaşayış evini ipoteka ilə yüklü etmişdir. Məhkəmə hesab edir ki, mülki qanunvericiliyin yuxarıda qeyd olunmuş normaları və tərəflər arasında bağlanmış müqavilənin şərtləri baxımından cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Belə ki, o, kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyə uyğun olaraq dövri ödənişlər etməli olduğu halda öhdəliyinə uyğun olaraq müəyyən edilmiş miqdarda və vaxtda ödənişləri həyata keçirməmişdir. Buna görə də, cavabdehin məhz kredit müqaviləsindən irəli gələn öhdəliyini icra etmədiyinə görə borcu yaranmışdır. Bundan əlavə o, onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, əsas kredit borcunu müqavilədə razılaşdırıldığı kimi faizlə birlikdə iddiaçıya ödəməlidir. Borcalan öhdəliyini lazımınca yerinə yetirmədiyindən onun ödənilməmiş borcu qalmışdır. Bu səbəbdən məhkəmə hesab edir ki, iddiaçının tələbində qeyd etdiyi 11291.47 manat əsas borc tam təmin edilməli, 80.87 manat faiz borcu isə 34.87 manat hissəsində qismən təmin edilməlidir. Belə ki, iddiaçı tərəfindən tərtib edilərək cavabdehə göndərilmiş pretenziya məktubundan onun 11518.71 manat əsas, 34.87 manat faiz borcunun qaldığı və 5 gün müddətində tam şəkildə ödənilməsi bildirilərək müqavilə birtərəfli qaydada ləğv edilmişdir. Belə ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2023-cü il tarixli Qərarında 1-ci bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır. Həmin qərarda daha sonra qeyd edilmişdir ki, ikitərəfli müqavilələr üzrə öhdəliyin pozulması halında kreditor Azərbaycan Respublikası Mülki Məcəlləsinin 447.1-ci maddəsinə uyğun olaraq müqavilədən imtina etməklə ona xitam verə bilər. Müqavilədən imtina barədə iradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqaviləyə xitam verilmiş sayılır. Konstitusiya Məhkəməsi Plenumunun qərarında daha sonra qeyd edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinin tələbləri baxımından müqavilənin ləğvindən əvvəl gecikdirilmiş annuitet (əsas məbləğ və hesablanmış faizlər) ödənişlərə münasibətdə yaranmış tələb müqavilənin ləğvindən sonrada da qüvvədə qalır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə uyğun olaraq, kreditor öhdəliyin pozulması halında digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğində vəsaitin ödənilməsini tələb etmək hüququna malikdir. Yəni, hazırkı iş üzrə iddiaçı ləğv anınadək pul vəsaitindən istifadə haqqını (faizləri), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Yekun olaraq məhkəmə hesab edir ki, zaminlik müqaviləsi də qüvvədə olduğundan iddiaçı cavabdehlər Cavabdeh5 və Cavabdeh4 müştərək qaydada 11291.47 manat əsas borc, 34.87 manat faiz borcunun tutulmasını tələb etməkdə haqlıdır və iddia tələbi bu hissədə təmin edilməlidir. Məhkəmə iddia tələbinin “tələbin cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh4 və Cavabdeh3 məxsus ipoteka predmeti olan Yevlax rayonunun, Ərəş kəndində yerləşən fərdi yaşayış evinə yönəldilməsi; ipoteka predmetinin açıq hərraca çıxarılaraq satılması hesabına Cavabdeh5 və Cavabdeh4 iddiaçıya olan 11372.34 manat kredit borcunun və ödənilmiş 125.15 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi” hissəsinə münasibətdə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1-ci maddəsinə əsasən girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. İpoteka haqqında Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. 39.3.3-cü maddəsinə əsasən ipoteka predmetinin ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Məhkəmə araşdırması zamanı müəyyən edildiyi kimi cavabdeh müqavilə üzrə öhdəliyini yerinə yetirmədiyindən iddiaçıya borcu yaranmış və bu səbəbdən də məhkəmə hesab edir ki, iddiaçı tələbin ipoteka predmetinə yönəldilməsini tələb etməkdə haqlıdır. Eyni zamanda məhkəmə hesab edir ki, ipoteka predmeti olan əmlakın ilkin satış (likvid) qiyməti mütəxəssis rəyinə uyğun olaraq 17 100 manat məbləğində müəyyən edilməli və həmin əmlak açıq hərrac vasitəsi ilə satılmalıdır. Belə ki, İpoteka haqqında Qanunun 1.0.9-cu maddəsinə əsasən ilkin satış qiyməti bu Qanunun tələblərinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir. Yekun olaraq məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli və cavabdehlər Cavabdeh5 və Cavabdeh4 müştərək qaydada 11291.47 manat əsas borc, 34.87 manat faiz borcu olmaqla, ümumilikdə 11326.34 manat pul tutulmalı, tələbin ödənilməsi ipoteka predmetinə yönəldilməli və əmlak açıq hərracda satılmalıdır. İş üzrə icraata dair prosessual xərclər məsələsi MPM-in 119-cu maddəsinə əsasən həll edilir. xx.xx.2021-ci il tarixdən qüvvədə olan “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun tələbi baxımından hazırkı iş üzrə iddianın qiymətinə (11372.34 manat) uyğun olaraq ödənilməli dövlət rüsumu 124.12 manat olmalıdır. İddia tələbi qismən təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş və təmin edilən hissəyə mütənasib olaraq 123.98 manat məbləğində dövlət rüsumu cavabdehlər Cavabdeh5 və Cavabdeh4 müştərək qaydada tutularaq iddiaçıya ödənilməli, digər hissədə iddiaçıya aid edilməlidir.

Nəticəvi hissə:

Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh5 və Cavabdeh4 müştərək qaydada xx.xx.2025-ci il tarixli 07- 0992 KYK saylı kredit müqaviləsinə əsasən 11291.47 manat əsas borc, 34.87 manat faiz borcu olmaqla, ümumilikdə 11326.34 manat pul vəsaiti və 123.98 manat dövlət rüsumu tutularaq İddiaçı QSC BOKT-a ödənilsin. Borc məbləği Cavabdeh2, Cavabdeh1, Cavabdeh4 və Cavabdeh3 məxsus Yevlax rayonu, Ərəş kəndində 0.1671 ha torpaq sahəsi və üzərində yerləşən ümumi sahəso 75.0 kv.m təşkil edən fərdi yaşayış evinə yönəldilsin. İpoteka predmetinin likvid dəyəri (ilkin satış) 17 100 manat məbləğində müəyyən edilsin və həmin əmlak açıq hərrac vasitəsi ilə satılsın. Satışdan əldə edilmiş vəsait cavabdehlərin İddiaçı QSC BOKT-a olan ümumilikdə 11372.34 manat kredit borcunun və ödənilmiş 123.98 manat dövlət rüsumunun ödənilməsinə yönəldilsin. İddia qalan hissədə rədd edilsin. Aparılmış tədqiqatın dəyəri olan 300 manat pul vəsaiti cavabdehlər Cavabdeh5 və Cavabdeh4 müştərək qaydada tutularaq Caspian Valuation” MMC-nin hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən : Mübariz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar