Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № e-2-2(117)-1935/2025 26.12.2025 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Hüseynov Mübariz Rahil oğlu, İddiaçı Cavabdeh qarşı “xx.xx.2025-ci il tarixli, 188 reyestr nömrəli icarə müqaviləsinin ləğv edilməsi, cavabdehdən həmin müqavilə üzrə yaranmış 10 aylıq icarə haqqı üçün 5000 manat və 214 manat kommunal borcu olmaqla, ümumilikdə 5214 manat məbləğində qalıq borcun, yekun məhkəmə aktı qanuni qüvvəsini alanadək əldən çıxmış fayda olaraq hər ay üçün 500 manat məbləğində icarə haqqının və 73 manat dövlət rüsumunun alınaraq ona verilməsi” tələbinə dair iddia ərizəsinə və ona əlavə olunmuş sənədlərə baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “xx.xx.2025-ci il tarixli, 188 reyestr nömrəli icarə müqaviləsinin ləğv edilməsi, cavabdehdən həmin müqavilə üzrə yaranmış 10 aylıq icarə haqqı üçün 5000 manat və 214 manat kommunal borcu olmaqla, ümumilikdə 5214 manat məbləğində qalıq borcun, yekun məhkəmə aktı qanuni qüvvəsini alanadək əldən çıxmış fayda olaraq hər ay üçün 500 manat məbləğində icarə haqqının və 73 manat dövlət rüsumunun alınaraq ona verilməsi” barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsi və ona əlavə edilmiş sənədləri araşdırıb hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, hazırkı iş üzrə iddianın qiymətinə uyğun olaraq ödənilməli dövlət rüsumu xx.xx.2021-ci il tarixdən qüvvədə olan “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən müəyyənləşdirilir. Lakin hazırkı iş üzrə iddia tələbi dəqiq ifadə olunmadığından, yəni iddiaçı tərəf cavabdehdən tələb etdiyi əldən çıxmış fayda olaraq icarə haqqı borcunun məbləğini konkret deyil, qeyri-müəyyən müddətə kimi tələb edir ki, bu halda iddianın qiymətinin müəyyənləşdirilməsi və ona uyğun olaraq dövlət rüsumunun ödənilməsi mümkün deyil. İddiaçı isə dövlət rüsumunu sadəcə iddia tələbinin bir hissəsinə, yəni 5214 manat məbləğə münasibətdə ödəmiş, lakin iddia ərizəsindən göründüyü kimi iddia tələbi sadəcə qeyd edilən pul vəsaitini əhatə etmir. İddiaçının diqqətinə çatdırılır ki, iddia tələbini dəqiqləşdirilməli və nəticədə cavabdehdən tutulmasını tələb etdiyi pul məbləğinin cəminə münasibətdə dövlət rüsumunu tam qaydada ödəməli və bu barədə qəbzin məlumatlarını elektron iddia ərizəsinin “dövlət rüsumunun ödənilməsi haqqında məlumat” hissəsinə əlavə etməlidir. Məhkəmə hesab edir ki, hazırkı vəziyyətdə iddia tələbi dəqiq ifadə edilmədiyindən və dövlət rüsumu qanunvericiliklə müəyyən edilmiş qaydada ödənilmədiyindən iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, AR Mülki Prosessual Məcəlləsinin: 112.4-cü maddəsinə əsasən, iddianın qiyməti iddiaçı tərəfindən göstərilir. 149.2.3. iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb ərizədə göstərilməlidir. 152.1.1. iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə; 152.1.5. müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Qeyd edilənlərdən əlavə olaraq elektron iddia ərizəsinin “Tərəflər” bölməsinə əlavə edilən iddiaçı və cavabdehin ünvan və əlaqə məlumatları hissəsi nəzərdən keçirildikdə həmin hissələrdə “məlumatlar qeyd olunmayıb” qeydinin olduğu və lazımi məlumatların daxil edilmədiyi müəyyən edilir. İddiaçının diqqətinə çatdırılır ki, məhkəməyə yenidən müraciət edildiyi halda qeyd edilən hissələrə tərəflərin tələb edilən məlumatların əlavə edilməsi zəruridir. Məhkəmə iddiaçı tərəfindən Hökumət ödəniş portalında və ya AsanPay vasitəsilə xx.xx.2025-ci il tarixdə ********** nömrəli qəbzlə ödənilmiş 72.60 manat məbləğində dövlət rüsumunun geri qaytarılmasına münasibətdə bildirir ki, MPM-in 114.1.3-cü maddəsinə uyğun olaraq bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa, ödənilmiş dövlət rüsumu geri qaytarılmalıdır. Məhkəmə tərəfindən iddiaçının diqqətinə çatdırılır ki, yuxarıda göstərilən çatışmazlıqlar aradan qaldırıldıqdan sonra yenidən ümumi qaydada iddia ərizəsi ilə məhkəməyə müraciət edə bilər. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 266-268-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı Cavabdeh qarşı “xx.xx.2025-ci il tarixli, 188 reyestr nömrəli icarə müqaviləsinin ləğv edilməsi, cavabdehdən həmin müqavilə üzrə yaranmış 10 aylıq icarə haqqı üçün 5000 manat və 214 manat kommunal borcu olmaqla, ümumilikdə 5214 manat məbləğində qalıq borcun, yekun məhkəmə aktı qanuni qüvvəsini alanadək əldən çıxmış fayda olaraq hər ay üçün 500 manat məbləğində icarə haqqının və 73 manat dövlət rüsumunun alınaraq ona verilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçı tərəfindən Hökumət ödəniş portalında və ya AsanPay vasitəsilə xx.xx.2025-ci il tarixdə ********** nömrəli qəbzlə ödənilmiş 72.60 manat dövlət rüsumu özünə qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki Kommersiya Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Hakim: Mübariz Hüseynov
Məhkəmə qərarları › İş №e-2-2(117)-1935/2025
Şəki Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(117)-1935/2025
26.12.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver