Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-197/2021 15.04.2021 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Hüseynov Mübariz Rahil oğlunun sədrliyi, Mövsümova Günel Namizət qızının katibliyi, iddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının (bundan sonra mətndə iddiaçı) cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3nə qarşı “cavabdehlərdən müştərək qaydada 14560 manat əsas borc, 1921,99 manat faiz borcu olmaqla, cəmi 16481,99 manat məbləğin və 30 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi” tələbi üzrə mübahisəyə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatı cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3nə qarşı “cavabdehlərdən müştərək qaydada 14560 manat əsas borc, 1921,99 manat faiz borcu olmaqla, cəmi 16481,99 manat məbləğin və 30 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçının nümayəndəsi məhkəmə iclasında verdiyi izahatında iddia tələbini onunla əsasdırmışdır ki, tütün istehsalı üçün xx.xx.2019-cu il tarixinədək illik 10 faizlə Cavabdeh2 Əhmədiyyə oğlu ilə aralarında xx xxxx 2019-cu il tarixli 211QM/19 nömrəli kredit müqaviləsi bağlanmış və ona 14560 manat kredit verilmişdir. Kredit müqaviləsi üzrə öhdəliyin icrasının təminatı kimi Cavabdeh3 MMC ilə xx xxxx 2019-cu il tarixli 211CT/19 nömrəli, Cavabdeh1 ilə xx.xx.2019-cu il tarixli 211ZQ/19 nömrəli zaminlik müqavilələri bağlanmışdır. Həmin müqaviləyə əsasən zamin olmuş şəxs kredit və onun faizləri məbləğində, həmçinin bu kreditlə əlaqədar borcalanla birlikdə yarana biləcək hər cür zərər, komisyon, dəbbə pulu, məhkəmə xərcləri və sair xərclər üçün məsuliyyət daşıyırlar. Lakin müqavilə öhdəlikləri lazımınca yerinə yetirilmədiyindən, Cavabdeh2 xx.xx.2020-ci il tarixə 14560 manat əsas, 1921,99 manat faiz borcu yaranmışdır. Odur ki, mövcud müqavilə üzrə yaranmış 14560 manat əsas, 1921,99 manat faiz borcu və 30 manat dövlət rüsumunun cavabdehlərdən tutularaq iddiaçıya ödənilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, cavabdehlər məhkəmə iclasında iştirak etməmiş, Cavabdeh1, Cavabdeh2 bunun üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmiş, cavabdeh xxxx-nin nümayəndəsi xx.xx.2021-ci il tarixdə elektron poçt vasitəsi ilə məktub ünvanlayaraq məhkəmə iclasının təxirə salınmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə müraciəti nəzərdən keçirib hesab edir ki, işin təxirə salınmasının səbəbləri barədə əsaslı sübut təqdim edilmədiyindən məhkəmə iclasının təxirə salınmasını məqsədəuyğun deyildir. İş üzrə digər cavabdehlər isə məhkəmə hazırlıq iclasında iştirak edərkən iddia tələbini qəbul etdiklərini bildirmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin (bundan sonra mətndə MPM) 185.5-ci maddəsinə əsasən, işə cavabdehlərin iştirakı olmadan baxmışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx xxxx 2019-cu il tarixli 211QM/19 nömrəli kredit müqaviləsindən müəyyən olunur ki, xx.xx.2019-cu il tarixinədək illik 10 faizlə Cavabdeh2 Əhmədiyyə oğlu ilə aralarında əsas və faiz borcları xx.xx.2019-cu il tarixədək tam ödəmək şərti ilə 14560 manat məbləğində kredit verməyi öhdəsinə götürmüşdür; xx xxxx 2019-cu il tarixli 211CT/19 və xx xxxx 2019-cu il tarixli 211ZQ/19 nömrəli zaminlik müqavilələrindən müəyyən olunur ki, zaminlər Cavabdeh1 və Cavabdeh3 MMC borclu Cavabdeh2 xx xxxx 2019-cu il tarixli 211QM/19 saylı kredit müqaviləsi üzrə bank qarşısındakı öhdəliklərinin tam şəkildə icrası üçün məsuliyyəti üzərinə götürmüşlər. xx.xx.2020-ci il tarixə əsas və faiz borcunun ödənilməsi barədə məlumatdan görünür ki, həmin tarixə Cavabdeh2 14560 manat əsas və 1921,99 manat faiz borcu qalmışdır. Əsaslandırma hissəsi: Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdırıb, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır; 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür; 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Məhkəmə hesab edir ki, mülki qanunvericiliyin yuxarıda qeyd olunmuş normaları və tərəflər arasında bağlanmış müqavilənin şərtləri baxımından Cavabdeh2 hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Belə ki, o, kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyə uyğun olaraq dövri ödənişlər etməli olduğu halda öhdəliyinə uyğun olaraq müəyyən edilmiş miqdarda və vaxtda ödənişləri həyata keçirməmişdir. Buna görə də, cavabdehin məhz kredit müqaviləsindən irəli gələn öhdəliyini icra etmədiyinə görə borcu yaranmışdır. Buna görə də o, onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, əsas kredit borcunu müqavilədə razılaşdırıldığı kimi faizlə birlikdə iddiaçıya ödəməlidir. Odur ki, məhkəmə hesab edir ki, Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3ndən 14560 manat əsas borc, 1921,99 manat faiz borcu müştərək qaydada tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi təmin edildiyindən 30 manat dövlət rüsumu cavabdehlərdən tutularaq iddiaçıya ödənilməlidir. Nəticəvi hissə: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3ndən 14560 (on dörd min beş yüz altmış) manat əsas borc, 1921,99 (bir min doqquz yüz iyirmi bir manat doxsan doqquz qəpik) manat faiz borcu və 30 (otuz) manat dövlət rüsumu müştərək qaydada tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının xeyrinə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Mübariz Hüseynov
Məhkəmə qərarları › İş №e-2-2(117)-197/2021
Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-197/2021
15.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver