Məhkəmə qərarları › İş №e-2-2(117)-2/2021

Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-2/2021

17.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-2/2021 17.03.2021 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məcidov Rüfət Azadəli oğlunun sədrliyi, Məmmədov Rafiq Rasim oğlunun katibliyi, iddiaçı “X2” ASC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı ləğv prosesində olan “X2” ASC-nin Cavabdeh MMC-yə qarşı “xx.xx.2015-ci il tarixli 121 nömrəli kredit müqaviləsi üzrə 978838,59 manat əsas borc, 276879,60 manat faiz borcu, xx.xx.2015-ci il tarixli 164 nömrəli kredit müqaviləsi üzrə 20970,52 manat əsas borc, 16902,16 manat faiz borcu, 2397,84 manat müqavilənin müddəti bitdikdən sonra hesablanan faiz borcu, xx.xx.2016-cı il tarixli 05 nömrəli kredit müqaviləsi üzrə ******* manat əsas borc, 1470543,90 manat faiz borcu olmaqla cəmi 10066532,61 manat kredit borcunun və 30 manat dövlət rüsumunun cavabdehdən tutularaq ödənilməsi” tələbi üzrə mübahisəyə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: “X2” ASC ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2015-ci il tarixli 121 nömrəli kredit müqaviləsinə əsasən bank tərəfindən MMC-yə 94 ha yeni fındıq bağının salınması və becərilməsi məqsədilə istifadə müddəti 120 ay olan ******* manat kredit verilmiş, borcalan kredit borcunu və müqavilə ilə müəyyən edilmiş qaydada illik 6 % olmaqla faiz borcunu müqaviləyə əlavə edilmiş qrafikə əsasən ödəməyi öhdəsinə götürmüşdür. “X2” ASC ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2015-ci il tarixli 164 nömrəli kredit müqaviləsinə əsasən bank tərəfindən MMC-yə kommersiya məqsədilə istifadə müddəti 36 ay olan 25000 manat kredit verilmiş, borcalan kredit borcunu və müqavilə ilə müəyyən edilmiş qaydada illik 25 % olmaqla faiz borcunu müqaviləyə əlavə edilmiş qrafikə əsasən ödəməyi öhdəsinə götürmüşdür. “X2” ASC ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2016-cı il tarixli 05 nömrəli kredit müqaviləsinə əsasən bank tərəfindən MMC-yə 94 ha fındıq bağının salınması və becərilməsi məqsədilə istifadə müddəti 120 ay olan ******* manat kredit verilmiş, borcalan kredit borcunu və müqavilə ilə müəyyən edilmiş qaydada illik 4 % olmaqla faiz borcunu müqaviləyə əlavə edilmiş qrafikə əsasən ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh kredit müqavilələri üzrə öhdəliklərini yerinə yetirməmiş və nəticədə onun ödənilməmiş borcu qalmışdır. İddiaçı ləğv prosesində olan “xxxx” ASC cavabdehin xx.xx.2015-ci il tarixli 121 nömrəli kredit müqaviləsi üzrə ödənilməmiş 978838,59 manat əsas borc, 184053,02 manat faiz borcu, xx.xx.2015-ci il tarixli 164 nömrəli kredit müqaviləsi üzrə ödənilməmiş 20970,52 manat əsas borc, 13285,03 manat faiz borcu, 1960,21 manat cərimə, 704,84 manat müqavilənin müddəti bitdikdən sonra hesablanan faiz borcu, xx.xx.2016-cı il tarixli 05 nömrəli kredit müqaviləsi üzrə ödənilməmiş ******* manat əsas borc, 1009022,04 manat faiz borcu olmaqla cəmi 9508834,25 manat kredit borcunun ödənilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İşin məhkəmə araşdırması zamanı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən təqdim edilmiş 9/2266 nömrəli ekspert rəyi ilə müəyyən edilmişdir ki, cavabdehin xx.xx.2015-ci il tarixli 121 nömrəli kredit müqaviləsi üzrə 961614,81 manat əsas borc, iddia qaldırılan xx.xx.2019-cu il tarixə 1516,58 manat faiz borcu, xx.xx.2015-ci il tarixli 164 nömrəli kredit müqaviləsi üzrə 19085,26 manat əsas borc, müqavilə müddətinin bitdiyi xx.xx.2018-ci il tarixə 4302,43 manat faiz borcu, xx.xx.2016-cı il tarixli 05 nömrəli kredit müqaviləsi üzrə ******* manat əsas borc, iddia qaldırılan xx.xx.2019-cu il tarixə 23522,38 manat faiz borcu vardır. İddiaçı ləğv prosesində olan “xxxx” ASC xx.xx.2021-ci il tarixdə elektron kabinet vasitəsilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək iddia tələbini faiz borcuna münasibətdə atrırmış və “xx.xx.2015-ci il tarixli 121 nömrəli kredit müqaviləsi üzrə 978838,59 manat əsas borc, 276879,60 manat faiz borcu, xx.xx.2015-ci il tarixli 164 nömrəli kredit müqaviləsi üzrə 20970,52 manat əsas borc, 16902,16 manat faiz borcu, 2397,84 manat müqavilənin müddəti bitdikdən sonra hesablanan faiz borcu, xx.xx.2016-cı il tarixli 05 nömrəli kredit müqaviləsi üzrə ******* manat əsas borc, 1470543,90 manat faiz borcu olmaqla cəmi 10066532,61 manat kredit borcunun, 30 manat dövlət rüsumunun cavabdehdən tutularaq ödənilməsi” barədə qətnamə qəbul edilməsini xahiş etmiş, xx.xx.2021-ci il tarixli məhkəmə iclasında ərizə məhkəmənin icraatına qəbul edilmişdir. İddia tələbi onunla əsaslandırlmışdır ki, iddiaçı ilə Cavabdeh MMC ilə bağlanmış xx.xx.2015-ci il tarixli 121 nömrəli kredit müqaviləsinə əsasən, MMC-yə 120 ay müddətinə, illik 6% dərəcəsi ilə 1.000.000 manat məbləğində, xx.xx.2015-ci il tarixli 164 nömrəli kredit müqaviləsinə əsasən, illik 25% dərəcəsi ilə 25 000 manat və xx.xx.2016-cı il tarixli 05 nömrəli kredit müqaviləsinə əsasən, MMC-yə 120 ay müddətinə illik 4% dərəcəsi ilə 7.300.000 manat kredit verilmişdir. Cavabdehə dəfələrlə şifahi və yazılı xəbərdarlıqlar edilməsinə baxmayaraq öhdəliyi lazımınca yerinə yetirməmişdir. İddiaçının nümayəndəsi məhkəmə iclasına iddia ərizəsinin məzmununa uyğun izahat verərək əlavə olaraq bildirdi ki, ekspert rəyi ilə razı deyillər. Belə ki, ekspert əsassız olaraq borc məbləğini azaldıb. İddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, hüquqşünası Şahin Bayramov xx.xx.2021-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək eyni gündə başqa məhkəmə iclasında iştirak etməsi ilə əlaqədar məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin məhkəmə iclasında iştirak etməməsinin səbəbini üzürsüz hesab edərək Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxmışdır. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: Kredit müqavilələri, Xəbərdarlıq, Ödəniş cədvəli, Ekspert rəyi və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. İddia tələbinin kredit müqavilələri üzrə əsas borcun və faiz borcunun ödənilməsi hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Müki Məcəlləsi ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər (Azərbaycan Respublikası Mülki Məcəlləsi maddə - 385.1, 386.1, 449.1, 470.1, 472.1, 739.2). İşin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, “X2” ASC ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2015-ci il tarixli 121 nömrəli kredit müqaviləsinə əsasən bank tərəfindən MMC-yə 94 ha yeni fındıq bağının salınması və becərilməsi məqsədilə istifadə müddəti 120 ay olan illik 6 % olmaqla ******* manat, xx.xx.2015-ci il tarixli 164 nömrəli kredit müqaviləsinə əsasən kommersiya məqsədilə istifadə müddəti 36 ay olan illik 25 %olmaqla 25000 manat və xx.xx.2016-cı il tarixli 05 nömrəli kredit müqaviləsinə əsasən 94 ha fındıq bağının salınması və becərilməsi məqsədilə istifadə müddəti 120 ay olan illik 4 % olmaqla ******* manat kreditlər verilmiş, borcalan kredit borcunu ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh kredit müqavilələri üzrə öhdəliklərini yerinə yetirməmiş və nəticədə onun ödənilməmiş kredit borcu qalmışdır. Eyni zamanda məhkəmə araşdırması zamanı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən təqdim edilmiş 9/2266 nömrəli ekspert rəyi ilə o da müəyyən edilmişdir ki, cavabdehin xx.xx.2015-ci il tarixli 121 nömrəli kredit müqaviləsi üzrə 961614,81 manat əsas borc, iddia qaldırılan xx.xx.2019-cu il tarixə 1516,58 manat faiz borcu, xx.xx.2015-ci il tarixli 164 nömrəli kredit müqaviləsi üzrə 19085,26 manat əsas borc, müqavilə müddətinin bitdiyi xx.xx.2018-ci il tarixə 4302,43 manat faiz borcu, xx.xx.2016-cı il tarixli 05 nömrəli kredit müqaviləsi üzrə ******* manat əsas borc, iddia qaldırılan xx.xx.2019-cu il tarixə 23522,38 manat faiz borcu vardır. İddiaçının nümayəndəsi məhkəmə iclasında ekspertiza rəyi razı olmadığını bildirdi və bunun səbəblərini borc məbləğinin ekspert tərəfindən əsassız azladılması ilə əlaqələndirərək iddiaçı tərəfindən tərtib edilmiş maliyyə arayışlarını məhkəməyə təqdim etdi. Məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən tərtib edilmiş maliyyə arayışları ekspert rəyinin əsassızlığı sübut etmir və özündə heç bir hesablama qaydasını əks etdirmir. Məhkəmə ekspert rəyini digər sübutlarla yanaşı qiymətləndirib hesab edir ki, hazırki mübahisə üzrə mühasibatlıq ekspertizasının rəyi mötəbər sübut kimi qəbul edilməli və rəydə göstərilən borc məbləğləri cavabdehdən tutulmalıdır. Belə ki, ekspert rəyi kifayət qədər əsaslandırlmış və rəyi şübhə altına alacaq sübut mövcud deyildir. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi əsas borcun və faiz borcun tutulması hissələrində qismən təmin edilərək ekpert rəyində göstərilən məbləğlərdə xx.xx.2015-ci il tarixli 121 nömrəli kredit müqaviləsi üzrə 961614,81 manat əsas borc, iddia qaldırılan xx.xx.2019-cu il tarixə 1516,58 manat faiz borcu, xx.xx.2015-ci il tarixli 164 nömrəli kredit müqaviləsi üzrə 19085,26 manat əsas borc, müqavilə müddətinin bitdiyi xx.xx.2018-ci il tarixə 4302,43 manat faiz borcu, xx.xx.2016-cı il tarixli 05 nömrəli kredit müqaviləsi üzrə ******* manat əsas borc, iddia qaldırılan xx.xx.2019-cu il tarixə 23522,38 manat faiz borcu cavabdehdən tutularaq “X2” ASC-yə ödənilməlidir. Bundan başqa məhkəmə iddiaçı tərəfindən xx.xx.2021-ci il tarixdə elektron kabinet vasitəsilə məhkəməyə təqdim edilmiş və məhkəmənin icraatına qəbul edilmiş iddia tələbinin dəqiqləşdirilməsi, yəni faiz borcları hissəsində iddia tələbinin artırılması barədə ərizəyə münasibətdə onu qeyd edir ki, iddiaçının xx.xx.2019-cu il tarixli iddia ərizəsi xx.xx.2019-cu il tarixdə məhkəmənin icraatına daxil olmuş, işin məhkəmə araşdırması aparılmış, iş üzrə ekspertiza təyin edilmiş və bu səbəbdən mübahisə üzrə yekun məhkəmə aktının qəbul edilməsi xeyli müddət tələb etmişdir ki, bu da cavabdehdən asılı olan səbəblərdən baş verməmişdir. Bundan başqa xx.xx.2015-ci il tarixli 121 nömrəli və xx.xx.2016-cı il tarixli 05 nömrəli kredit müqavilələrinin müddəti bitməmiş iddiaçı bütün əsas borcun tutulmasına dair iddia tələbi ilə məhkəməyə müraciət etməkdə faktiki olaraq tərəflər arasında bağlanmış müqavilələrin vaxtından əvvəl xitamını tələb edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 428.4-cü maddəsinə əsasən, öhdəliyin icrası üçün borclunun xeyrinə hər hansı müddət təyin edildikdə, əgər borclu ödəniş qabiliyyətini itirərsə və ya şərtləşdirilmiş təminatı azaldarsa, yaxud ümumiyyətlə, belə təminat verə bilməzsə, kreditor dərhal icranı tələb edə bilər. Tərəflər arasında bağlanmış qeyd olunan kredit müqavilələrinin 8.1-ci bəndinin z) yarımbəndində tərəflər razılaşmışlar ki, müqavilənin şərtləri borc alan tərəfindən yerinə yetirilmədikdə, yəni kreditin əsas məbləğinin və ona hesablanmış faizlərin 2 (iki) ay ödənilmədikdə bank borc öhdəliyini vaxtından əvvəl tələb edə bilər. Göründüyü kimi, iddiaçı tərəflər arasında bağlanmış müqavilələrin 8.1-ci bəndinə əsasən öhdəliyin icrasını vaxtından öncə tələb etmiş və bu barədə tələblə məhkəməyə müraciət etmişdir ki, cavabdehdən kredit müqavilələri üzrə ilkin olaraq məhkəməyə müraciət olunduğu tarixə olan faiz borcu tutula bilər. İddiaçının faiz borcuna münasibətdə hər məhkəmə ekspertizası keçirildikdən sonra iddia həcmini artırması yenidən ekspertizanın keçirilməsinə və yenidən iddia həcminin artırılmasına və sonda yenidən ekspertizanın keçirilməsi ilə nəticələnər ki, bu da məhkəmə araşdırmasının bitməsinə maneədir. Qeyd olunduğu kimi, iddiaçının məhkəməyə müraciət etməsindən sonra cavabdeh məhkəmə araşdırmasının uzadılmasına yönələn hər hansı hərəkətə yol vermədiyindən, məhkəmə araşdırmasının uzanması ekspetizanın keçirilməsi və ekspertə təqdim olunmalı sənədlərin vaxtında təqdim edilməməsinə görə baş verdiyindən, habelə iddiaçı faktiki olaraq məhkəməyə müraciət edərək əsas borcu bütövlükdə tələb etməkdə tərəflər arasında bağlanmış müqavilələrin vaxtından əvvəl xitamını tələb etdiyindən məhkəmə hesab edir ki, iddiaçının faiz borcuna münasibətdə iddia həcmini artırması və cavabdehdən əlavə faiz tələb edilməsi əsassızdır. Belə ki, iddiaçının məhkəməyə müraciət etməsi faktiki olaraq tərəflər arasında müqavilədən irəli gəlmiş öhdəlik münasibətlərinin pozulmasına və öhdəliyin vaxtından əvvəl icra edilməsinə yönəlmişdir. Bundan başqa məhkəmə araşdırması zamanı müəyyən edilmişdir xx.xx.2015-ci il tarixli 05 nömrəli kredit müqaviləsinin müddəti xx.xx.2018-ci il tarixdə bitmişdir ki, iddiaçı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2014-cü il tarixli qərarına əsasən həmin kredit müqavilə üzrə kredit müddətinin bitdiyi tarixdən sonra faiz borcu hesablaya bilməz. Kredit müddətinin bitdiyi tarixə ekspert rəyinə əsasən cavabdehin 4302,43 manat məbləğində borcu olmuşdur ki, məhz həmin məbləğdə cavabdehdən tutula bilər. Bundan başqa iddia tələbinin xx.xx.2015-ci il tarixli 164 nömrəli kredit müqaviləsinin müddəti bitdikdən sonra hesablanan 2397,84 manat faiz borcunun ödənilməsi hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarında qeyd olunmuşdur ki, Mülki Məcəllənin 739.2-ci maddəsində göstərilən kredit müqaviləsinə görə, bank və ya başqa kredit təşkilatı əqdlə nəzərdə tutulmuş həcmdə və şərtlərdə pulun (kreditin) borcluya verilməsi öhdəliyini, borclu isə bu məbləğin qaytarılması və faizlərin ödənilməsi öhdəliyini öz üzərinə götürür. Kredit müqaviləsi üzrə müştərinin əsas vəzifəsi krediti vaxtında qaytarmaqdan, yəni kredit öhdəliyini kredit müqaviləsində nəzərdə tutulan müddətdə icra etməkdən ibarətdir. Lakin kredit müqaviləsində müəyyən edilmiş qaydada və müddətdə borc alan vicdanlılıq prinsipinə sadiq qalaraq kredit öhdəliyini ardıcıl olaraq icra etmədikdə, kreditor davamlı müddət gözləmədən məhkəməyə müraciət etmək hüququndan istifadə etməyə çalışmalıdır. Bundan başqa kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Kreditor vəsaitdən yenidən istifadə edə bilməməsi ilə bağlı ona daha böyük ziyanın vurulduğunu sübut etdikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsi və müvafiq hallarda həmin Məcəllənin 449.3-cü maddəsinə əsasən onun zərərin əvəzinin ödənilməsini tələb etməyə dair əlavə hüququ yaranır. Hazırki işin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında xx.xx.2015-ci il tarixdə kredit müqaviləsi bağlanmış, cavabdeh müqavilə üzrə öhdəliklərini yerinə yetirməmiş buna baxmayaraq iddiaçı hətta müqavilə müddətinin bitdiyi xx.xx.2018ci il tarixdən də təxminən 1 il sonra məhkəməyə müraciət etmişdir. Halbuki qeyd olunan qərara əsasən kreditor davamlı müddət gözləmədən məhkəməyə müraciət etmək hüququndan istifadə etməyə çalışmalıdır. Bundan başqa Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarında göstərilir ki, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin vaxtında icra edilməməsi hüquqi nəticələrə səbəb olan öhdəliyin pozulması hallarından biridir. Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Zərər Mülki Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir (MM-in 443.1 və 443.2-ci maddələri) Həmin maddəyə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Banklar əsasən bağladıqları kredit müqavilələri ilə faizlər əldə etmək üçün fəaliyyət göstərirlər və nəticə etibarilə verilən əsas borcla yanaşı, kredit müqaviləsində nəzərdə tutulan faizlərin əldə edilməməsi bankları ödənilməyən bu məbləği dəyərləndirmək imkanlarından məhrum edir. Buna görə də, kredit borcunu vaxtında ödəməməklə borclu kreditora faktiki olaraq əldən çıxmış fayda şəklində zərər vurmuş olur. Göründüyü kimi, Konstitusiya Məhkəməsinin sözügedən qərarı ilə kreditor tərəfindən tələb edilən pul əldən çıxmış fayda şəklində vurulmuş zərərdən ibarətdir. Hazırki iş üzrə iddiaçı bank həmin qərara istinad edərək cavabdehdən 2397,84 manat məbləğində borcu tələb etsə də, pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi xərclər, habelə hüququ pozulmasaydı, adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər barədə məhkəməyə sübut təqdim etməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi qiymət verilən hissədə əsassızdır və rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi qismən təmin edildiyindən ödənilmiş 30 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Bundan başqa məhkəmənin təşəbbüsü ilə iş üzrə ekspertiza təyin edildiyindən və iddia tələbi qismən təmin edildiyindən ekspertizanın dəyəri olan 150 manat pul iddiaçı və cavabdehdən bərabər tutularaq Ədliyyə Nazirliyinin Məhkəmə Eksperetizası Mərkəzinin hesabına ödənilməlidir. Nəticəvi hissə: İddia qismən təmin edilsin. Cavabdeh MMC-dən xx.xx.2015-ci il tarixli 121 nömrəli kredit müqaviləsi üzrə 961614,81 manat əsas borc, 1516,58 manat faiz borcu, xx.xx.2015-ci il tarixli 164 nömrəli kredit müqaviləsi üzrə 19085,26 manat əsas borc, 4302,43 manat faiz borcu, xx.xx.2016cı il tarixli 05 nömrəli kredit müqaviləsi üzrə ******* manat əsas borc, 23522,38 manat faiz borcu və 30 manat dövlət rüsumu tutularaq ləğv prosesində olan “X2” ASC-yə ödənilsin. İddia qalan hissələrdə rədd edilsin. Ekspertizanın dəyəri olan 150 manat pulun 75 manatı “X2” ASC-dən və 75 manatı Cavabdeh MMC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (m/h – AZ41NABZ********************, h/h – AZ34CTRE**********00088501, kod – 21005, swift – CTREAZ22) ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rüfət Məcidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar