Məhkəmə qərarları › İş №e-2-2(117)-20/2021

Şəki Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(117)-20/2021

02.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № e-2-2(117)-20/2021 02.02.2021 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Məcidov Rüfət Azadəli oğlunun sədrliyi, Həmidov Vüsal Namiq oğlunun katibliyi, cavabdeh “14 nömrəli Yol İstismarı” Məhdud Məsuliyyətli Cəmiyyətinin vəkili X1 iştirakı ilə, İddiaçı cavabdeh “14 nömrəli Yol İstismarı” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “cavabdehdən 13425,13 manat icarə haqqı, 1342,13 manat hesablanmış faiz, 5000 manat - dəymiş mənəvi ziyan, 30 manat ödənilmiş dövlət rüsumu olmaqla cəmi 19.797,26 (on doqquz min yeddi yüz doxsan yeddi manat iyirmi altı qəpik) manat məbləğində pulun tutularaq iddiaçıya ödənilməsi” tələbinə dair işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh “14 nömrəli Yol İstismarı” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “cavabdehdən 13425,13 manat icarə haqqı, 1342,13 manat hesablanmış faiz, 5000 manat - dəymiş mənəvi ziyan, 30 manat ödənilmiş dövlət rüsumu olmaqla cəmi 19.797,26 (on doqquz min yeddi yüz doxsan yeddi manat iyirmi altı qəpik) manat məbləğində pulun tutularaq iddiaçıya ödənilməsi” barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək cavabdeh tərəfindən borcun tam ödənildiyini bildirmiş, iddia ərizəsinin geri qaytarılmasını və iddianın baxılmamış saxlanılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Mülki Prosessual Məcəllənin 185-ci maddəsinə əsasən işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxmışdır. Cavabdehin vəkili məhkəmə iclasında ərizə ilə məhkəməyə müraciət edərək iddianın baxılmamış saxlanılmasına etiraz etmədiyini bildirdi. Məhkəmə iş materiallarını iddiaçı və cavabdehin müraciətləri ilə birgə araşdırıb hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə ərizə baxılmamış saxlanılır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin, 263, 264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh “14 nömrəli Yol İstismarı” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “cavabdehdən 13425,13 manat icarə haqqı, 1342,13 manat hesablanmış faiz, 5000 manat - dəymiş mənəvi ziyan, 30 manat ödənilmiş dövlət rüsumu olmaqla cəmi 19.797,26 (on doqquz min yeddi yüz doxsan yeddi manat iyirmi altı qəpik) manat məbləğində pulun tutularaq iddiaçıya ödənilməsi” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki Kommersiya Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Sədrlik edən: Rüfət Məcidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar