Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № e-2-2(117)-206/2023 07.02.2023 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Məcidov Rüfət Azadəli oğlu, İddiaçı MMC-nin Cavabdeh qarşı “xx.xx.2020-ci il tarixdə tərəflər arasında bağlanmış müqavilə əsasında verilmiş 15000 manat məbləğində borcun ödənilməmiş 8547,82 manat, müqavilə üzrə öhdəliyin gecikdirilməsinə görə 1282,08 manat məbləğində penyanın və 100 manat dövlət rüsumunun cavabdehdən tutulması” tələbinə dair iddia ərizəsinə və ona əlavə olunmuş sənədlərə baxaraq, müəyyən etdi: İddiaçı MMC Cavabdeh qarşı “xx.xx.2020-ci il tarixdə tərəflər arasında bağlanmış müqavilə əsasında verilmiş 15000 manat məbləğində borcun ödənilməmiş 8547,82 manat, müqavilə üzrə öhdəliyin gecikdirilməsinə görə 1282,08 manat məbləğində penyanın və 100 manat dövlət rüsumunun cavabdehdən tutulması” barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsi və ona əlavə edilmiş sənədləri araşdırıb hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, xx.xx.2021-ci il tarixdən qüvvədə olan “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Hazırki iş üzrə iddianın qiymətinə (9829,90 manat) uyğun olaraq 118,29 manat dövlət rüsumu ödənilməlidir. Buna baxmayaraq iddiaçı tərəfindən 100 manat mediasiya xərci ödənilmiş, dövlət rüsumu ödənilməmişdir. Belə olan halda iddiaçı ödəməli olduğu dövlət rüsumunun yalnız 100 manat hissəsindən azad olunmuş, qalan 18,29 manat məbləğ isə ödənilməmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia ərizəsi geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.5-ci maddəsinə əsasən müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsi və əlavə edilmiş sənədləri geri qaytarır. Məhkəmə tərəfindən iddiaçının diqqətinə çatdırılır ki, yuxarıda göstərilən çatışmazlıqlar aradan qaldırıldıqdan sonra yenidən ümumi qaydada iddia ərizəsi ilə məhkəməyə müraciət edə bilər. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin, 263, 264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı MMC-nin Cavabdeh qarşı “xx.xx.2020-ci il tarixdə tərəflər arasında bağlanmış müqavilə əsasında verilmiş 15000 manat məbləğində borcun ödənilməmiş 8547,82 manat, müqavilə üzrə öhdəliyin gecikdirilməsinə görə 1282,08 manat məbləğində penyanın və 100 manat dövlət rüsumunun cavabdehdən tutulması” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan, rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki Kommersiya Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Hakim: Rüfət Məcidov
Məhkəmə qərarları › İş №e-2-2(117)-206/2023
Şəki Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(117)-206/2023
07.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver