Məhkəmə qərarları › İş №e-2-2(117)-209/2024

Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-209/2024

27.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-209/2024 27.06.2024 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Hüseynov Mübariz Rahil oğlunun sədrliyi, Əliyeva Məllək Rəfayıl qızının katibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “12288,36 manat əsas borc, 665,35 manat faiz borcu, 128.86 manat ödənilmiş dövlət rüsumunun cavabdehdən tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməsi” tələbinə dair iş materiallarına baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh qarşı “12288,36 manat əsas borc, 665,35 manat faiz borcu, 128.86 manat ödənilmiş dövlət rüsumunun cavabdehdən tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməsi” tələbinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı ASC ilə Cavabdeh arasında xx.xx.2022-ci il tarixli **********03112022 nömrəli Bank Xidmətlərinin göstərilməsi haqqında ümumi müqaviləyə KBSK0359994B299 saylı Əlavə razılaşma bağlanmışdır. Həmin Əlavənin şərtlərinə əsasən cavabdehə illik 22% faiz dərəcəsi ilə 24 ay müddətinə 14300 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin 2-ci bəndinə əsasən bank müəyyən şərtlərlə krediti verməyi, borcalan isə müqavilənin və əlavənin şərtlərinə uyğun olaraq krediti, kreditə hesablanmış faizləri, komisyon haqqlarını müqavilə ilə müəyyən olunmuş müddətə və qaydada ödəməyi öhdəsinə götürür. Əlavənin 2.15-ci bəndinə əsasən hazirki Əlavə yazılı imzalandığı, yaxud elektron imza (Asan imza), OTP, Google Authenticator, video zəng və ya Bank tərəfindən nəzərdə tutulan əlavə texniki imkanlarla şəxsi imzanın digər analoqları vasitəsilə imzalandığı gündən qüvvəyə minir və Tərəflər öz öhdəliklərini tam icra edənədək, o cümlədən, məhkəmə qətnaməsi çıxarıldıqdan sonra hesablanmış faizlər, dəbbə pulu, maliyyə sanksiyası, tutmanın ipoteka predmetinə yönəldilməsi ilə bağlı çəkilən xərclər tam ödənilənədək qüvvədə qalır. Həmçinin 2.7-ci bəndinə əsasən kreditin qaytarılma müddətləri pozulduqda tətbiq bu Əlavənin 2.6-cı bəndində qeyd olunmuş illik faiz dərəcəsindən əlavə gündəlik 0.5 faiz olmaqla cərimə faizi hesablanır və kredit alan tərəfindən bankın xeyrinə ödənilir. Kredit müqaviləsinin ödəniş cədvəlindən müəyyən olunur ki, cavabdeh xx.xx.2023cü il tarixdən başlayaraq xx.xx.2025-ci il tarixədək hər ay 741,86 manat, sonuncu ay isə 748,04 manat olmaqla əsas və ona hesablanmış faiz borclarının ödənilməsini öhdəsinə götürmüşdür. İş materiallarında olan maliyyə arayışından görünür ki, xx.xx.2024-cü il tarixə kredit müqaviləsi üzrə 12288,36 manat məbləğində əsas borc, 665,35 manat məbləğində faiz borcu mövcuddur. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzindən təqdim edilmiş xx.xx.2024-cü il tarixli, 9/2486 nömrəli ekspert rəyindən görünür ki, cavabdehin xx.xx.2024-cü il tarixə əsas borc üzrə 12288,36 manat, faiz borcu üzrə 1116,86 manat borcu mövcuddur. Cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərini tam yerinə yetirməmiş və nəticədə onun ödənilməmiş borcları qalmışdır. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş, iddiaçı ərizə ilə müraciət edərək işə iştirakları olmadan baxılmasını xahiş etmiş, xcavabdeh bunun üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara kredit müqaviləsi, maliyyə arayışı, ödəniş qrafiki və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Azərbayacan Respublikası Mülki Məcəlləsinin (bundan sonra mətndə MM): 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. İşin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı ASC ilə Cavabdeh arasında KBSK0359994B299 saylı Əlavə razılaşma bağlanmışdır. Həmin Əlavə üzrə cavabdehə illik 22% faiz dərəcəsi ilə 24 ay müddətinə 14300 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin 2-ci bəndinə əsasən bank müəyyən şərtlərlə krediti verməyi, borcalan isə müqavilənin və əlavənin şərtlərinə uyğun olaraq krediti, kreditə hesablanmış faizləri, komisyon haqqlarını müqavilə ilə müəyyən olunmuş müddətə və qaydada ödəməyi öhdəsinə götürür. Əlavənin 2.15-ci bəndinə əsasən hazirki Əlavə yazılı imzalandığı, yaxud elektron imza (Asan imza), OTP, Google Authenticator, video zəng və ya Bank tərəfindən nəzərdə tutulan əlavə texniki imkanlarla şəxsi imzanın digər analoqları vasitəsilə imzalandığı gündən qüvvəyə minir və Tərəflər öz öhdəliklərini tam icra edənədək, o cümlədən, məhkəmə qətnaməsi çıxarıldıqdan sonra hesablanmış faizlər, dəbbə pulu, maliyyə sanksiyası, tutmanın ipoteka predmetinə yönəldilməsi ilə bağlı çəkilən xərclər tam ödənilənədək qüvvədə qalır. 2.7-ci bəndinə əsasən kreditin qaytarılma müddətləri pozulduqda tətbiq bu Əlavənin 2.6-cı bəndində qeyd olunmuş illik faiz dərəcəsindən əlavə gündəlik 0.5 faiz olmaqla cərimə faizi hesablanır və kredit alan tərəfindən bankın xeyrinə ödənilir. Kredit müqaviləsinin ödəniş cədvəlindən müəyyən olunur ki, cavabdeh xx.xx.2023cü il tarixdən başlayaraq xx.xx.2025-ci il tarixədək hər ay 741,86 manat, sonuncu ay isə 748,04 manat olmaqla əsas və ona hesablanmış faiz borclarının ödənilməsini öhdəsinə götürmüşdür. İş materiallarında olan maliyyə arayışından görünür ki, xx.xx.2024-cü il tarixə kredit müqaviləsi üzrə 12288,36 manat məbləğində əsas borc, 665,35 manat məbləğində faiz borcu mövcuddur. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzindən təqdim edilmiş xx.xx.2024-cü il tarixli, 9/2486 nömrəli ekspert rəyindən görünür ki, cavabdehin xx.xx.2024-cü il tarixə əsas borc üzrə 12288,36 manat, faiz borcu üzrə 1116,86 manat borcu mövcuddur. Məhkəmə hesab edir ki, iddiaçı müqavilə ilə üzərinə düşən öhdəliyini lazımınca yerinə yetirmiş buna baxmayaraq cavabdeh tərəfindən müqavilə üzrə götürülmüş öhdəlik tam yerinə yetirilməmiş, nəticədə ödənilməmiş əsas və faiz borcları yaranmışdır. Eyni zamanda iş materiallarında olan xx.xx.2024-cü il tarixli, 9/2486 nömrəli ekspert rəyindən də göründüyü kimi əsas borc məbləği iddiaçının tələb etdiyi məbləğlə üst-üstə düşür, ekspert rəyində göstərilmiş faiz borcu isə iddiaçının tələb etdiyi məbləğdən artıqdır. Belə olan halda məhkəmə iddiaçının tələbindən kənara çıxmağa haqlı olmadığından iddiaçının tələbi həddində 12288,36 manat əsas borc, 665,35 manat faiz borcunun cavabdehdən tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməsini məqbul hesab edir. Bu səbəbdən iddiaçı hazırki vəziyyətdə cavabdehdən kredit müqaviləsi üzrə həm əsas, həm də faiz borcunun tutulmasını tələb etməkdə haqlıdır. Odur ki, iddia tələbi təmin edilməli və cavabdehdən 12288,36 manat əsas borc, 665,35 manat faiz borcu tutularaq iddiaçıya ödənilməlidir. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (MPM-in 217.3, 217.4-cü maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi təmin edildiyindən iddiaçının ödədiyi 128,86 manat cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

Nəticəvi hissə:

Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 12288,36 manat əsas borc, 665,35 manat faiz borcu və 128,86 manat dövlət rüsumu tutularaq İddiaçı ASC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.

Hakim: Mübariz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar