Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-21/2023 13.12.2023 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məcidov Rüfət Azadəli oğlunun sədrliyi, Məmmədov Rafiq Rasim oğlunun katibliyi, iddiaçının nümayəndəsi X2 iştirakı ilə, İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatının Cavabdeh qarşı “6404 manat əsas borcun, 3456,63 manat faiz borcunun, cəmi 9860,63 manat borcun cavabdehdən tutulması, Cavabdeh məxsus, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin ilkin satış qiymətinin 16000 manat dəyərində müəyyən edilməsi, borc tələbinin ipoteka qoyulmuş ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə 0,0514 ha torpaq sahəsi və orada yerləşən bütün tikililərlə birlikdə yönəltməklə həmin əmlakın açıq hərraca çıxarılaraq satılması hesabına 9860,63 manat borcun, 100 manat mediasiya xərcinin və 18,60 manat dövlət rüsumunun tutularaq İddiaçı QSC Bank olmayan Kredit Təşkilatına ödənilməsi” tələbi üzrə mübahisəyə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: xx.xx.2015-ci il tarixdə İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının Ucar filialı ilə Cavabdeh arasında bağlanmış 80 nömrəli kredit müqaviləsinə əsasən iddiaçı cavabdehə heyvanadarlıq məqsədilə 36 ay müddətinə illik 6 faiz dərəcəsi ilə hesablanmış 10000 manat məbləğində kredit verməyi, sonuncu isə əsas borc məbləğini faizi ilə birlikdə ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 7.2-ci bəndinə əsasən verilən kreditin və ona hesablanmış fazilərin qaytarılması bu müqaviləyə əlavə olunmuş və onun ayrılmaz tərkib hissəsi olan ödəmə cədvəlinə uyğun olaraq həyata keçirilir. Tərəflər arasında Cavabdeh öhdəliklərinin icrasını təmin etmək məqsədilə xx.xx.2015-ci il tarixli ipoteka müqaviləsinə Əlavə bağlanmışdır. Həmin Əlavəyə əsasən kredit qaytarılana qədər xx.xx.2015-ci il tarixli 80 nömrəli kredit müqaviləsi üzrə borcalanın öhdəliklərinin icrasının təmin edilməsi məqsədilə Cavabdeh məxsus, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi 0,0514 ha torpaq sahəsi və orada yerləşən bütün tikililərlə birlikdə ipoteka ilə yüklü edilmişdir. Həmin müqavilənin 3-cü bəndinə əsasən ipoteka ilə yüklü edilmiş əmlakın dəyəri 16000 manat dəyərində razılaşdırılmışdır. Müqavilə üzrə ödənilmiş borc cədvəlindən göründüyü kimi cavabdeh tərəfindən xx.xx.2015-ci il tarixdə 50 manat, xx.xx.2015-ci il tarixdə 50 manat, xx.xx.2015-ci il traixdə 50 manat, xx.xx.2015-ci il tarixdə 50 manat, xx.xx.2015-ci il tarixdə 50 manat, xx.xx.2015ci il tarixdə 100 manat əsas və faiz borcundan, xx.xx.2016-cı il tarixdə 200 manat gecikmiş borcdan, 200 manat isə gecikmiş faizdən, xx.xx.2016-cı il tarixdə 100 manat gecikmiş borcdan, 100 manat gecikmiş faizdən, xx.xx.2016-cı il tarixdə 100 manat gecikmiş borcdan, 100 manat gecikmiş faizdən, xx.xx.2017-ci il tarixdə əsas borc və faizdən 85,39 manat, gecikmiş borcdan 400 manat, 214,61 manat gecikmiş faizdən, xx.xx.2017-ci il tarixdə 130 manat gecikmiş borcdan, 70 manat gecikmiş faizdən, xx.xx.2017-ci il tarixdə 45,2 manat əsas borc və faizdən, 100 manat gecikmiş borcdan, 54,8 manat gecikmiş faizdən, xx.xx.2017-ci il tarixdə 50 manat əsas borc və faizdən, 300 manat gecikmiş borcdan, 50 manat gecikmiş faizdən, xx.xx.2017-ci il tarixdə 50 manat əsas borc və faizdən, 200 manat gecikmiş borcdan, 50 manat gecikmiş faizdən, xx.xx.2017-ci il tarixdə 300 manat gecikmiş borcdan, 100 manat gecikmiş faizdən, xx.xx.2017-ci il tarixdə 122 manat gecikmiş borcdan, 78 manat gecikmiş faizdən, xx.xx.2017-ci il tarixdə 94 manat gecikmiş borcdan, 6 manat gecikmiş faizdən, xx.xx.2017-ci il tarixdə 150 manat gecikmiş borcdan, 50 gecikmiş faizdən, xx.xx.2017-ci il tarixdə 350 manat gecikmiş borcdan, 50 manat gecikmiş faizdən, xx.xx.2018-ci il tarixdə 150 manat gecikmiş borcdan, 50 manat gecikmiş faizdən, xx.xx.2018-ci il tarixdə 150 manat gecikmiş borcdan, 50 manat gecikmiş faizdən, xx.xx.2018-ci il tarixdə 150 manat gecikmiş borcdan, 50 manat gecikmiş faizdən, xx.xx.2018-ci il tarixdə 300 manat gecikmiş borcdan, 50 manat gecikmiş faizdən xx.xx.2018-ci il tarixdə 300 manat gecikmiş borcdan, 50 manat gecikmiş faizdən, xx.xx.2018-ci il tarixdə 400 manat gecikmiş faizdən ödəniş edilmişdir. Göründüyü kimi cavabdeh tərəfindən ödənişlər vaxtında həyata keçirilməmiş bu səbəbdən gecikdirilmiş əsas və faiz borcu yaranmışdır ki, cavabdeh tərəfindən ümumilikdə 580,59 manat əsas və faiz borcundan, 3596 manat gecikmiş əsas borcdan, 1773,41 manat gecikmiş faizdən ödəniş edilmişdir ki, qalan məbləğlər ödənilməmiş qalmışdır. İddiaçı kredit müqaviləsi üzrə borcalana ümumilikdə 10000 manat pul vəsaitini vermiş, borcalan isə öhdəliyini lazımınca yerinə yetirmədiyindən onun ödənilməmiş borcları qalmışdır. İddiaçı mübahisənin məhkəmədən kənar həll edilməsi ilə bağlı cavabdehə müraciət etmiş, mübahisə məhkəmədən kənar həllini tapmadığından məhkəməyə müraciət etmiş və iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh kredit öhdəliyini yerinə yetirmədiyindən onun əsas və faiz borcu yaranmışdır. İddiaçı tərəfindən təqdim edilmiş kredit üzrə xx.xx.2022-ci il tarixə əsas və faiz borcunun ödənilməsi barədə məlumatdan göstərilmişdir ki, cavabdeh tərəfindən kredit müqaviləsi üzrə 3596 manat əsas, 2354 manat faiz borcundan ödəniş edilmiş, əsas borcundan 6404 manat və faiz borcundan 3456,63 manat qalıq borcu qalmışdır. İşin məhkəmə araşdırması zamanı "xxxx" MMC tərəfindən təqdim edilmiş fərdi yaşayış evinin qiymətləndirilməsi barədə hesabata əsasən ipoteka predmeti olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi 0,0514 ha torpaq sahəsi və orada yerləşən bütün tikililərlə birlikdə ilkin satış qiymətinin müəyyənləşdirilməsi məqsədilə likvid dəyəri 41000 manat müəyyən edilmişdir. İşin məhkəmə araşdırması zamanı Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən xx.xx.2023-cü il tarixli 9/6718 nömrəli ekspert rəyi məhkəməyə təqdim edilmişdir. Həmin rəyə əsasən müəyyən edilmişdir ki, kredit müqaviləsinin müddətinin bitdiyi xx.xx.2018-ci il tarixə cavabdehin 6779,3 manat əsas, 7,91 manat faiz borcu, xx.xx.2022-ci il tarixə isə 6038,08 manat əsas, illik 16 %-lə hesablanmış 3907,31 manat gecikdirilmiş faiz borcu vardır. İddiaçının nümayəndəsi məhkəmə iclasında verdiyi izahatında bildirmişdir ki, cavabdehlə bağlanmış müqaviləyə əsasən kredit verilmişdir. Kreditin təminatı kimi cavabdeh yaşayış evini ipotekaya qoymuşdur. Lakin öhdəliklərini yerinə yetirməmişdir. Cavabdeh Maliyyə Nazirliyindən gələn siyahıda adı yox idi, ona görə də hazırki borc Azərbaycan Respublikasının Prezidentinin müvafiq sərəncmının təsir dairəsinə düşmür. İddianın təmin olunmasını və borcun ipoteka predmetinə yönəldilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş və bunun üzrlü səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxmışdır. İddiaçı tərəfindən elektron qaydada icraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: kredit müqaviləsi, ipoteka müqaviləsi, ödəniş cədvəli, hesabdan çıxarış, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdırıb, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Müki Məcəlləsi ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər (Azərbaycan Respublikası Mülki Məcəlləsi maddə - 385.1, 386.1, 442, 445.2.1, 445.2.2, 448.1, 448.2, 739.2). Məhkəmə araşdırması zamanı müəyyən edildiyi kimi xx.xx.2015-ci il tarixdə iddiaçı “tərəflər arasında bağlanmış 80 nömrəli kredit müqaviləsinə əsasən iddiaçı cavabdehə heyvanadarlıq məqsədilə 36 ay müddətinə illik 6 faiz dərəcəsi ilə hesablanmış 10000 manat məbləğində kredit verməyi, sonuncu isə əsas borc məbləğini faizi ilə birlikdə ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 7.2-ci bəndinə əsasən verilən kreditin və ona hesablanmış fazilərin qaytarılması bu müqaviləyə əlavə olunmuş və onun ayrılmaz tərkib hissəsi olan ödəmə cədvəlinə uyğun olaraq həyata keçirilir. Tərəflər arasında Cavabdeh öhdəliklərinin icrasını təmin etmək məqsədilə xx.xx.2015-ci il tarixli ipoteka müqaviləsinə Əlavə bağlanmışdır. Həmin Əlavəyə əsasən kredit qaytarılana qədər xx.xx.2015-ci il tarixli 80 nömrəli kredit müqaviləsi üzrə borcalanın öhdəliklərinin icrasının təmin edilməsi məqsədilə Cavabdeh məxsus, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi 0,0514 ha torpaq sahəsi və orada yerləşən bütün tikililərlə birlikdə ipoteka ilə yüklü edilmişdir. Həmin müqavilənin 3-cü bəndinə əsasən ipoteka ilə yüklü edilmiş əmlakın dəyəri 16000 manat dəyərində razılaşdırılmışdır. Müqavilə üzrə ödənilmiş borc cədvəlindən göründüyü kimi cavabdeh tərəfindən ödənişlər vaxtında həyata keçirilməmiş bu səbəbdən gecikdirilmiş əsas və faiz borcu yaranmışdır ki, cavabdeh tərəfindən ümumilikdə 580,59 manat əsas və faiz borcundan, 3596 manat gecikmiş borcdan, 1773,41 manat gecikmiş faizdən ödəniş edilmişdir. İddia tələbinin 6404 manat əsas borcun ödənilməsi hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, iddia tələbi bu hissədə qismən əsaslıdır və qismən təmin edilməlidir. Belə ki, işin məhkəmə araşdırması zamanı Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən xx.xx.2023-cü il tarixli 9/6718 nömrəli ekspert rəyi ilə müəyyən edilmişdir ki, kredit müqaviləsinin müddətinin bitdiyi xx.xx.2018-ci il tarixə cavabdehin 6779,3 manat əsas, 7,91 manat faiz borcu, xx.xx.2022-ci il tarixə isə 6038,08 manat əsas, illik 6%-lə müqavilə müddəti ərzində hesablanmış faiz borcu qalmamış, illik 16 %-lə hesablanmış 3907,31 manat gecikdirilmiş faiz borcu vardır. Göründüyü kimi, cavabdehin əsas borcunun qalığı iddiaçının iddia etdiyi kimi 6404 manat deyil 6038,08 manat təşkil edir ki, həmin borc məbləği cavabdehdən tutulmalı, 365,62 manat əsas borcun tutulması hisssində isə iddia rədd edilməlidir. İddia tələbinin 3456,63 manat faiz borcunun tutulmasına münasibətdə məhkəmə hesab edir ki, iddia bu hissədə rədd edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildiyi kimi, tərəflər arasında bağlanmış müqaviləyə əsasən cavabdehə xx.xx.2015-ci il tarixdə illik 6 fazilə 3 il müddətinə 10000 manat kredit verilmişdir. Eyni zamanda Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 9/6718 nömrəli ekspert rəyi ilə müəyyən edilmişdir ki, cavabdehin kredit müqaviləsinin bitdiyi xx.xx.2018-ci il tarixə 7,91 manat faiz borcu olmuş və iddiaçının məhkəməyə müraciət etdiyi , xx.xx.2022-ci il tarixə isə 6038,08 manat əsas, illik 6%-lə müqavilə müddəti ərzində hesablanmış faiz borcu qalmamışdır. Göründüyü kimi, cavabdeh müqavilə müddəti ərzində hesablanmış və ödənilməli olan faiz borcunu ödəmişdir ki, müqavilə müddətinin bitməsindən sonra onun ödənilməli olan faiz borcu yoxdur. Bundan başqa ekspert müavilə müddətinin bitdiyi tarixdən sonra tərəflər arasında bağlanmış müqavilənin 6.7-ci bəndinə istinad edərək illik 16 faiz hesabı ilə faiz hesablamışdır. Ekspert rəyinin bu hissəsi ilə razlaşmayan məhkəmə ilk öncə onu qeyd edir ki, müqavilə müddətinin bitməsindən sonra müqaviləyə istinadən fazin hesablanması qanuna uyğun deyildir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarında qeyd olunmuşdur ki, Mülki Məcəllənin 739.2-ci maddəsində göstərilən kredit müqaviləsinə görə, bank və ya başqa kredit təşkilatı əqdlə nəzərdə tutulmuş həcmdə və şərtlərdə pulun (kreditin) borcluya verilməsi öhdəliyini, borclu isə bu məbləğin qaytarılması və faizlərin ödənilməsi öhdəliyini öz üzərinə götürür. Kredit müqaviləsi üzrə müştərinin əsas vəzifəsi krediti vaxtında qaytarmaqdan, yəni kredit öhdəliyini kredit müqaviləsində nəzərdə tutulan müddətdə icra etməkdən ibarətdir. Lakin kredit müqaviləsində müəyyən edilmiş qaydada və müddətdə borc alan vicdanlılıq prinsipinə sadiq qalaraq kredit öhdəliyini ardıcıl olaraq icra etmədikdə, kreditor davamlı müddət gözləmədən məhkəməyə müraciət etmək hüququndan istifadə etməyə çalışmalıdır. Bundan başqa kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Mülki Məcəllənin 445.7-ci maddəsi borclu tərəfindən pulun gecikdirilməsi halında müəyyən şərtlə ondan faizin tutulmasının mümkünlüyünü təsbit edir. Mülki Məcəllənin 445.7-nə əsasən, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. İddiaçı hesabladığı faizi əldən çıxmış fayda, dəymiş real zərər, penya məbləği və ya 445.7-ci maddənin tələbinə əsasən illik 5 faiz hesabı ilə deyil, məhz müqavilənin tələblərinə əsasən adi faiz borcu kimi tələb edir ki, şərh olunduğu kimi müqavilə müddətinin bitməsindən sonra müqaviləyə uyğun faiz hesablana bilməz. Bundan başqa qeyd olunduğu kimi, ekspert müqavilə müddəti bitəndən sonra illik 16 faizin hesablanmasını tərəflər arasında bağlanmış müqavilənin 6.7-ci bəndinə istinad edərək hesablamışdır. Tərəflər arasında bağlanmış müqavilənin 6.7-ci bəndində göstərilmişdir ki, gecikdirilmiş ödənişlərə görə vaxtı keçmiş günlərin sayına əsasən müəyyən olunmuş illik faizin üzərinə 10 faiz əlavə olunmaqla faiz ödəyir. Göründüyü kimi, ekspert tərəflər arasında bağlanmış müqavilənin 6.7-ci bəndini təhrif etmiş və həmin bənddə illik 16 faizlə müqavilə müddətinin bitməsindən sonra faizin ödənilməsinə dair razılaşma mövcud deyildir. Tərəflər arasında bağlanmış 6.7-ci bəndinin əsl mənası penya məbləği kimi nəzərdə tutulmuşdur ki, gecikdirməyə görə illik faizin üzərinə 10 faiz əlavə faizin ödənilməsi nəzərdə tutulur. Belə olan halda məhkəmə ekspert rəyi ilə bu hissədə razılaşmır və təkrar qeyd edir ki, iddiaçı tələb etdiyi faiz borcunu müqavilənin 6.7-ci bəndinə uyğun deyil, adı faiz kimi tələb edir və bunda da haqlı deyildir. İddiaçı iddia ərizəsində müqavilənin 6.7-ci maddəsinə deyil, cavabdehə illk 6 fazilə kreditin verilməsinə istinad edir və faizi də məhz illik 6 faiz hesabı ilə hesablamışdır ki, bu hesablamanın da qanuna uyğun olmadığına dair məhkəmə əsaslandırması yuxarıda qeyd olunmuşdur. Bunlardan başqa məhkəmə onuda qeyd edir ki, Azərbaycan Respublikasında əhalinin rifahını yüksəltmək, sosial müdafiəsini və layiqli həyat səviyyəsini təmin etmək dövlətin sosial-iqtisadi inkişaf konsepsiyasının prioritetlərindən olmasını, qlobal iqtisadi və maliyyə böhranının ölkə iqtisadiyyatına təsirlərinin əhalinin müəyyən qrupunun ödəmə qabiliyyətinin zəifləməsinə, bunun da nəticəsində, kredit təşkilatlarından xarici valyutada borc almış vətəndaşların bank sistemi qarşısında vaxtı keçmiş kreditlər üzrə öhdəliklərinin artmasına və bu öhdəliklərin yerinə yetirilməsi ilə bağlı məsələlərə məhkəmə müstəvisində baxılma hallarının çoxalmasını və sair halları nəzərə alan ölkə başçısı tərəfindən, dünya bazarında neftin qiymətinin 3-4 dəfə azalması ilə bağlı baş vermiş devalvasiya nəticəsində fiziki şəxslərin xarici valyutada olan kreditləri üzrə onların üzləşdiyi maliyyə itkisini qarşılamaq, o cümlədən problemli kreditlər məsələsinin həllinə dövlət dəstəyini təmin etmək məqsədilə "Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında" 28 fevral 2019-cu il tarixdə 551 nömrəli Fərman imzalanmışdır. Həmin Fərmana əsasən güzəştli kredit dedikdə fiziki şəxslərin vaxtı keçmiş kredit borclarının restrukturizasiyası məqsədilə onlara banklar tərəfindən illik faiz dərəcəsi 1 faiz, banklara isə Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən illik faiz dərəcəsi 0,1 faiz olmaqla 5 il (1 il güzəşt müddəti ilə) müddətinə verilən kreditlər, faizlərin silinməsi dedikdə vaxtı keçmiş kredit borcları üzrə hesablanmış faizlərin və dəbbə pulunun (cərimə, penya) silinməsi başa düşülür. Fərmanın 3-cü bəndinə əsasən Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası Azərbaycan Respublikasının Mərkəzi Bankı ilə birlikdə bu Fərmanın 1-ci hissəsində göstərilən tələblər nəzərə alınmaqla, fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizmini (qaydasını), habelə həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştləri müəyyən edərək, Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla on beş gün müddətində təsdiq etməli, bu Fərmanın 1-ci hissəsinə əsasən ediləcək ödənişin ümumi məbləğini, ödəniş ediləcək fiziki şəxslərin siyahısını və hər bir fiziki şəxsə ödəniləcək vəsaitin məbləğini qırx beş gün müddətində müəyyən edərək və bu barədə Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə və Azərbaycan Respublikasının Mərkəzi Bankına məlumat verməlidir. Fərmanın 5-ci bəndinə əsasən Azərbaycan Respublikasının Mərkəzi Bankına tövsiyə edilmişdir ki, bu Fərman qüvvəyə mindiyi tarixə fiziki şəxslərin xarici valyutada əsas məbləği 10 000 (on min) ABŞ dollarınadək, milli valyutada isə 17 000 (on yeddi min) manatadək olan kreditlər üzrə vaxtı keçmiş kredit borclarının restrukturizasiyası məqsədilə, Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının müraciəti əsasında, banklara 682 000 000,0 (altı yüz səksən iki milyon) manat məbləğinədək dövlət zəmanəti ilə təmin edilmiş güzəştli kredit verilməsini, bu Fərmanın 5.1-ci bəndində nəzərdə tutulan tədbirlər nəticəsində bankların valyuta mövqeyinin pisləşməsinin qarşısını almaq məqsədilə ayrılmış kreditin hesabına banklara, onların müraciəti əsasında 215 000 000,0 (iki yüz on beş milyon) ABŞ dolları dəyərinədək xarici valyutada ifadə olunmuş, illik faiz dərəcəsi 0,5 faiz olmaqla qiymətli kağızların verilməsini, bu Fərmandan irəli gələn digər tədbirlərin həyata keçirilməsini təmin etsin. Fərmanın 6-cı bəndinə əsasən banklara bu Fərmanın 7.1-ci bəndində nəzərdə tutulan siyahı üzrə vaxtı keçmiş kredit borcu olan fiziki şəxslərə yeni güzəştli kredit müqaviləsi bağlanmasını təklif etmələri, fiziki şəxslərin vaxtı keçmiş kredit borclarının restrukturizasiya olunacağını nəzərə alaraq, banklar bir ay müddətində həmin kreditlərə hesablanmış faizlərin silinməsini və məhkəmədə olan işlərin geri çağırılmasını, borcları restrukturizasiya olunmuş fiziki şəxslərin borc yükünün yüngülləşdirilməsini təmin edən digər tədbirlər görsünlər. Məhkəmə həmin Fərmanın qəbul edilməsi məqsədlərini nəzərə alaraq hesab edir ki, Fərmanın tələblərinin təkcə xarici valyutada alınmış kreditlərə deyil, milli valyutada olan kredit borclarına da şamil edilə biləcəyi istisna olunmur. Fərmanda problemli kreditlərlə bağlı məsələlərin həlli ilə bağlı bütün banklara müvafiq dövlət vəsaitinin ayrılmasının qeyd edilməsinə baxmayaraq, Bankın Fərmanda qeyd edilən müddəaları nəzərə almadan yenidən hazırkı vaxta kimi mövcud borcun tələbi barədə iddia ilə məhkəməyə müraciətinin tam olaraq təmin edilməsi qanuni və ədalətli hesab edilə bilməz. Belə ki, qeyd edilən Fərmanda Banklar üçün dövlət büdcəsindən ayrılan maliyyə vəsaiti nəzərə alınaraq banklar tərəfindən kredit borcu olan şəxslərlə güzəştli şərtlərlə yeni müqavilələrin bağlanması ilə bərabər, faiz və cərimə məbləğlərinin silinməsi də qeyd edilmişdir. Bu səbəbdən məhkəmə qeyd edilən Fərmanın tələblərini nəzərə almaya bilməz. Məhkəmə hesab edir ki, ölkə başçısının yuxarıda qeyd edilən Fərmanı hazırkı iş üzrə cavabdehə münasibətdə milli valyutada olan kreditinin əsas məbləğinin güzəşt edilməsi qaydasını, habelə həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştləri müəyyən etdiyindən, restrukturizasiyaya təklif olunması üçün müəyyən edilmiş kredit məbləğinin restrukturizasiya olunmamasını nəzərə alaraq, iddia tələbini restrukturizasiya olunması təklif olunan borc məbləği həddində təmin edilməsi qanuni və ədalətli hesab edilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən olunduğu kimi, tərəflər arasında 10000 manat pulun verilməsinə dair xx.xx.2015-ci il tarixdə 3 il müddətinə kredit müqaviləsi bağlanmışdır. Kredit müqaviləsi, hesabdan çıxarış və ödəniş cədvəllərindən müəyyən olunur ki, cavabdeh xx.xx.2015-ci il tarixdən xx.xx.2016-cı il tarixədək hər ay 50 manat faiz borcunu ödəməli, xx.xx.2016-cı il tarixdən etibarən hər ay 416,67 manat əsas borc və qalıq faizləri ödəməli idi. Lakin cavabdehin ödənişlərindən müəyyən olunur ki, xx.xx.2015, xx.xx.2015, 01.09.215, xx.xx.2015, xx.xx.2015-ci il tarixlərdə hər ay 50 manat, xx.xx.2015-ci il tarixdə 100 manat ödəniş etmiş və bundan sonrakı ödənişlər gecikçiş borc kimi ödənmiş və ödəniş məbləğləri ödəniş qrafikində nəzərdə tutulmuş məbləğlərdən azdır. Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında" 28 fevral 2019-cu il tarixdə 551 nömrəli Fərmanının 8.1-ci bəndinə əsasən, fiziki şəxslərin xarici valyutada 10 000 (on min) ABŞ dollarınadək və ya milli valyutada 17 000 (on yeddi min) manatadək olan əsas kredit borcları dedikdə onların bütün banklara və ləğvetmə prosesində olan banklara əsas kredit borclarının qalıq məbləğinin cəmi başa düşülür. 8.3-cü bəndinə əsasən, bu Fərmanın 5-ci və 7-ci hissələrində fiziki şəxslərin kredit borcları dedikdə onların 2012-ci il yanvarın 1-dən bu Fərman qüvvəyə mindiyi günədək bağlanmış kredit müqavilələrinə əsasən bütün banklara və ləğvetmə prosesində olan banklara əsas kredit borclarının qalıq məbləğinin cəmi başa düşülür. 8.6-cı bəndinə əsaəsn, vaxtı keçmiş kredit borcu dedikdə fiziki şəxslərlə 2012-ci il yanvarın 1-dən bu Fərman qüvvəyə mindiyi günədək bağlanmış kredit müqavilələri üzrə əsas məbləğin və (və ya) faiz borclarının ödənilməsi 360 gündən çox gecikdirilmiş borclar başa düşülür. Məhkəmə araşdırması zamanı müəyyən olunduğu kimi, cavabdehə xx.xx.2015-ci il tarixli kredit müqaviləsinə əsasən 10000 manat kredit verilmişdir. Cavabdeh kredit verildiyi tarixdən etibarən bir necə ay ərzində kredit borcunu qrafikə uyğun ödəsə də 2015-ci ilin dekabr ayından sonra qrafikə uyğun ödənişlər aparmamış və sonuncu ödənişi xx.xx.2018ci il tarixdə 400 manat olmuşdur ki, həmin 400 manatda gecikmiş faiz borcundan silinmişdir. Göründüyü kimi, cavabdehin kredit borcu 2015-ci il tarixdən 360 gündən çox gecikməyə düşmüş, o, qrafik üzrə ödənişlərini ya ödəməmiş, ya da kəsir ödəmişdir ki, bununla qeyd edilən Fərmanının təsir dairəsinə düşmüşdür. Məhkəmənin müraciətinə əsasən iddiaçı xx.xx.2023-cü il tarli məktubla cavabdehin kredit borcunun Fərmanının təsir dairəsinə düşmədiyini bildirmiş və hər hansı əsas və səbəb göstərməmişdir. İddiaçının nümayəndəsi isə məhkəmə iclasında bildirmişdir ki, cavabdehin Azərbaycan Respublikası Maliyyə Nazirliyindən gələn siyahıda adı olmadığından hazırki borc Fərmanın təsir dairəsinə düşməmişdir. Göründüyü kimi, iddiaçı istər yazılı, istərsə də məhkəmə iclasında kredit borcunun restrukturizasiya edilməməsinə əsaslı səbb gətirə bilməmişdir ki, məhkəmə sonuncunun bildirdikləri ilə razılaşamayaraq yuxarıda olan əsaslandırmasına əsasən təkrar qeyd edir ki, cavabdehin kredit borcu Fərmanın təsir dairəsi düşmüşdür ki, həmin Fərmanın tələbləri baxımından sonuncunun fazi borcu olmuş olsaydı belə Fərmanın tələblərinə əsasən silinməli və borcun restrukturizasiya olunması barədə yeni müqavilə bağlanmalı idi. Beləliklə şərh olunanlara əsasən məhkəmə qeyd edir ki, cavabdehin iddiaçıya müqaviləyə əsasən ödəməli olduğu faiz borcu olmadığından, habelə belə borc olmuş olsaydı belə Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında" 28 fevral 2019-cu il tarixdə 551 nömrəli Fərmanının tələbəri baxımından silinməli olduğundan iddia faiz borcunun tutulması hissəsində rədd edilməlidir. Bundan başqa məhkəmə iddia tələbinin tutmanın Cavabdeh mülkiyyətində olan 0,0514 ha torpaq sahəsi və orada yerləşən bütün tikililərlə birlikdə ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə yönəldilməsi hissəsinə münasibətdə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1-ci maddəsinə əsasən girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. İpoteka haqqında Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinə əsasən, borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. 39.3.3-cü maddəsinə əsasən ipoteka predmetinin ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Məhkəmə araşdırması zamanı müəyyən edildiyi kimi cavabdeh müqavilə üzrə öhdəliklərini yerinə yetirmədiyindən iddaçıya borcu yaranmış və bu səbəbdən də məhkəmə hesab edir ki, iddiaçı tələbin ipoteka predmetinə yönəldilməsini tələb etməkdə haqlıdır. Bundan başqa ipoteka predmeti olan daşınmaz əmlakın ilkin satış qiymətinin 16000 manat müəyyən edilməsi və əmlakın açıq hərracda satılması ilə bağlı məhkəmə qeyd edir ki, işin məhkəmə araşdırması zamanı "xxxx" MMC tərəfindən təqdim edilmiş fərdi yaşayış evinin 0,0514 ha torpaq sahəsi və orada yerləşən bütün tikililərlə birlikdə qiymətləndirilməsi barədə hesabata əsasən ipoteka predmeti olan Cavabdeh mülkiyyətində olan 0,0514 ha torpaq sahəsi və orada yerləşən bütün tikililərlə birlikdə ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin likvid dəyəri 41000 manat müəyyən edilmişdir. Bu səbəbdən də məhkəmə hesab edir ki, "xxxx" MMC tərəfindən alınmış fərdi yaşayış evinin qiymətləndirilməsi barədə hesabata əsasən fərdi yaşayış evinin, 0514 ha torpaq sahəsi və orada yerləşən bütün tikililərlə birlikdə ilkin satış dəyəri 41000 manat müəyyən edilməli, həmin əmlaklar açıq hərraclar vasitəsi ilə satılmalı və satışdan əldə edilən vəsait kredit borcuna yönəldilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi MPM-in 119-cu maddəsinə əsasən həll edilir. 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 115.0.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. 116.2-ci maddəsinə əsasən məhkəmənin tapşırığı ilə gördükləri işlər ekspertlərin və mütəxəssislərin xidməti vəzifəsinə aid deyildirsə, onlar gördükləri işlərin əvəzinə haqq alırlar. Ödənilən haqqın, yaşayış sahəsinin icarə haqqının məbləği məhkəmə tərəfindən işdə iştirak edən şəxslərin razılığı ilə məntiqli həddə müəyyən edilir. 117.1-ci maddəsinə əsasən, şahidlərə, ekspertlərə və mütəxəssislərə verilməli məbləği və iş üzrə digər zəruri xərcləri xahiş etmiş tərəf əvvəlcədən məhkəmənin depozit hesabına keçirir. Həmin xahişi tərəflərin hər ikisi etdikdə, yaxud şahidlərin çağırılması, ekspertlərin təyin edilməsi, mütəxəssislərin cəlb edilməsi və ödənilməli olan digər hərəkətlər məhkəmənin təşəbbüsü ilə edildikdə, tələb olunan məbləği tərəflərin hər ikisi bərabər qaydada məhkəmənin depozitinə keçirirlər. Bu səbəbdən də məhkəmə hesab edir ki, ipoteka predmetinin qiymətləndirilməsi üçün məhkəmənin təşəbbüsü ilə aparılmış tədqiqatın dəyəri olan 200 manat pul iddiaçı və cavabdehdən bərabər tutularaq "xxxx" MMC-nin hesabına ödənilməlidir. Eyni zamanda məhkəmənin təşəbbüsü ilə iş üzrə təyin edilmiş məhkəmə ekspertizası üzrə ödənilməli olan 200 manat ekspertiza xərci tərəflər arasında bərabər qaydada bölünməklə 100 manat iddiaçıdan, 100 manat cavabdehdən tutularaq müvafiq qaydada ödənilməlidir. xx.xx.2021-ci il tarixdən qüvvədə olan “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.3-cü maddəsinə əsasən hazırki iş üzrə iddianın qiymətinə əsasən (9860,63 manat) ödənilməli dövlət rüsumu 118,61 manat olmalıdır ki, iddia qismən təmin edildiyindən iddiaçı tərəfindən 45,98 manat, borclu olan cavabdeh tərəfindən 72,63 manat dövlət rüsumu ödənilməlidir. Eyni zamanda iddiaçı tərəfindən 100 manat mediasiya xərci və 18,60 dövlət rüsumu ödənilmiş və iddiaçı həmin məbləğləri cavabdehdən tələb etmişdir. İddiaçı tərəfindən dövlət büdcəsinə ödənilməli olan 45,98 manat Dövlət rüsumundan ödənilmiş 18,60 manat Dövlət rüsumu çıxıldıqda qalan 27,38 manat dövlət rüsumu iddiaçıdan tutularaq dövlət büdcəsinə ödənilməlidir. Sonda məhkəmə onu qeyd edir ki, 100 manat mediasiya xərci borclu olan cavabdehdən tutularaq iddiaçıya, 72,63 manat dövlət büdcəsinə və iddiaçıdan 27,38 manat tutularaq dövlət büdcəsinə ödənilməlidir. Lakin məhkəmə qətnamənin icra mərhələsində icraata qənaət prinsipindən çıxış edərək hesab edir ki, qətnamənin vaxtında icrasının təmin edilməsi məqsədilə cavabdehdən mediasiya xərci üçün ödənilmiş 100 manat əvəzinə iddiaçının dövlət büdcəsinə ödəməli olduğu 27,38 manat dövlət rüsumu çıxılmaqla 72,62 manat tutularaq iddiaçıya ödənilməli, həmin vəsaitin qalan 27,38 manat hissəsi isə borclu olan cavabdeh tərəfindən ödənilməli olan 72,63 manat dövlət rüsumuna əlavə edilməklə cəmi 100,01 manat dövlət rüsumu əsas borclu olan cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Ödənilmiş 18,60 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 6038,08 manat əsas borc məbləği, 72,62 manat mediasiya xərci tutularaq İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatına ödənilsin. Borc məbləği Cavabdeh mülkiyyətində olan 0,0514 ha torpaq sahəsi və orada yerləşən bütün tikililərlə birlikdə ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə yönəldilsin. İpoteka predmeti olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi 0,0514 ha torpaq sahəsi və orada yerləşən bütün tikililərlə birlikdə ilkin satış (likvid) qiyməti 41000 manat məbləğində müəyyən edilsin və həmin əmlaklar açıq hərraclar vasitəsi ilə satılsın. İpoteka predmetinin qiymətləndirilməsi üçün aparılmış tədqiqatın dəyəri olan 200 manat pulun 100 manatı İddiaçı QSC BOKT-dan və 100 manatı Cavabdeh tutularaq "xxxx" MMC-nin hesabına (VÖEN: **********, Hesab Nömrəsi AZN: AZ30GUNA********************, Bank: GUNAY BANK ASC, VÖEN: **********, m/h – AZ25NABZ********************, kod – 505594, SWİFT – GUNAAZ22) ödənilsin. İş üzrə təyin edilmiş məhkəmə ekspertizasının dəyəri olan 200 manat ekspertiza xərcinin 100 manatı İddiaçı QSC BOKT-dan və 100 manatı Cavabdeh tutularaq dövlət büdcəsinə (keçiriləcək hesab: Büdcə təsnifatının kodu:142595, Büdcə səviyyəsinin kodu:3, SAP (XİİS) hesabı-X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22. Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, AZ34CTRE********************) ödənilsin. İddia qalan hissələrdə rədd edilsin. Ödənilməmiş 100,01 manat dövlət rüsumu Cavabdeh dövlət büdcəsinə tutulsun. Ödənilmiş 18,60 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən : Rüfət Məcidov
Məhkəmə qərarları › İş №e-2-2(117)-21/2023
Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-21/2023
13.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver