Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-21/2024 17.01.2024 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hüseynov Mübariz Rahil oğlunun sədrliyi, Əliyeva Mələk Rafail qızının katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə 45735,52 manat əsas borc, 3995,23 manat məbləğində faiz, 616,46 manat cərimə məbləğinin, cəmi 50347,21 manat məbləğində kredit borcunun və 400 manat məbləğində ödənilmiş mediasiya xərcinin tutulması, Cavabdeh2 və Cavabdeh1 tutulmalı olan məbləğ, yəni, cəmi 50347.21 manat borcun və 400 manat ödənilmiş mediasiya xərcinin İddiaçı ASC qarşısında ipoteka ilə yüklü edilmişvə Cavabdeh2 mülkiyyətindəki 77- FR-391 dövlət qeydiyyat nişanlı, AĞ RƏNGLİ, MAZ yük markalı, (ban: KABİNA 1989) avtomobilin açıq hərrac vasitəsilə satılması və borcun həmin əmlakların hərracdan satışından əldə olunan vəsait hesabına İddiaçı ASC-nə yönəldilməsi, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi” tələbi üzrə mübahisəyə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə 45735,52 manat əsas borc, 3995,23 manat məbləğində faiz, 616,46 manat cərimə məbləğinin, cəmi 50347,21 manat məbləğində kredit borcunun və 400 manat məbləğində ödənilmiş mediasiya xərcinin tutulması, Cavabdeh2 və Cavabdeh1 tutulmalı olan məbləğ, yəni, cəmi 50347.21 manat borcun və 400 manat ödənilmiş mediasiya xərcinin İddiaçı ASC qarşısında ipoteka ilə yüklü edilmişvə Cavabdeh2 mülkiyyətindəki 77- FR-391 dövlət qeydiyyat nişanlı, AĞ RƏNGLİ, MAZ yük markalı, (ban: KABİNA 1989) avtomobilin açıq hərrac vasitəsilə satılması və borcun həmin əmlakların hərracdan satışından əldə olunan vəsait hesabına İddiaçı ASC-nə yönəldilməsi, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçının nümayəndəsi məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 arasında xx.xx.2022-ci il tarixli 28-MCR-1-335-21 nömrəli kredit müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən cavabdeh 50 000 manat məbləği aylıq 1,58% dərəcəsi ilə kredit götürmüşdür. Müqavilənin təminatı olaraq xx.xx.2022-ci il tarixdə bağlanmış 0A/00317/22 nömrəli ipoteka müqaviləsi bağlanaraq Cavabdeh2 mülkiyyətindəki **-FR-*** dövlət qeydiyyat nişanlı, AĞ RƏNGLİ, MAZ yük markalı, (ban: KABİNA 1989) 18900 manat qiymətləndirilməklə ipoteka qoyulmuşdur və Cavabdeh1 zamin durmuşdur. Lakin cavabdeh müqavilə üzrə öhdəliklərini yerinə yetirməkdən boyun qaçırır. İşlə bağlı ekspertiza təyin edilsə də, həmin ekspert rəyində göstərilən avtomobillə ipoteka qoyulmuş avtomobil fərqlidir. Ona görə də ekspert rəyi ilə razı deyillər. Yeni ekspert rəyində avtomobilin likvid dəyəri 18000 manat müəyyən edilmişdir. Həmin ekspert rəyi ilə razıdırlar. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh2 xx.xx.2023-cü il tarixdə keçirilmiş məhkəmə iclasında iddiaçı bankın daimi müştərisidir, digər cavabdeh Vaqif Səlimov onun qardaşıdır və Rusiyada yaşayır. Avtomobil qəzasına düşdüyünə görə borcunu ödəyə bilməmişdir. Tələb edilən borcu qəbul etdiyini bildirmişdir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq cavabdehlər məhkəmə iclasında iştirak etməmiş və bunun üzrlü səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən məhkəmə işə cavabdehlərin iştirakı olmadan baxmışdır. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 arasında bağlanmış kredit limitinin ayrılmasına dair razılaşmaya əsasən, Cavabdeh2 120 ay müddətinə 50 000 manat kredit limiti açılmışdır. İddiaçı Açıq Səhmdar Cəmiyyəti və Cavabdeh2 arasında xx.xx.2022-ci il tarixli 28- MCR-1-335-21 nömrəli kredit müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 6 və 10-cu bəndinə əsasən bu müqaviləyə görə bank məbləği 50 000 manat məbləği illik 1,58% dərəcəsi ilə krediti kredit alana verməyi, sonuncu isə həmin kreditdən onun məqsədli təyinatına uyğun istifadə etməyi və krediti ona hesablanmış faizi ilə birlikdə ödəməyi öhdəsinə götürmüşdür. 8-ci bəndinə əsasən bu müqavilə qüvvəyə mindikdən sonra 24 ay müddətinə qüvvədədir. Kredit üzrə FİFD (faktiki illik faiz dərəcəsi) 19,36 % müəyyən olunmuşdur. Cavabdeh Müqaviləyə 1 nömrəli Əlavədə aylıq 1832,88 manat məbləğində ödəniş edilməsini öhdəsinə götürmüşdür. Həmin Müqavilənin 7-ci bəndinə əsasən ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda, kredit alan hər gecikdirilən gün üçün kreditin qalığının 0,2% məbləğində cərimə ödəməyə borcludur. xx.xx.2021-ci il tarixli Z/02990/21 nömrəli (zamin Cavabdeh1) zaminlik müqaviləsi ilə həmin müqavilənin 1.1-ci bəndinə əsasən borclunun bank qarşısında 28-MCR-1-335- 21nömrəli kredit müqaviləsi üzrə öz öhdəliklərini (əsas borc, faizlər, dəbbə pulu, borc tutulması üzrə məhkəmə xərcləri və öhdəliklərin icra edilməməsi və ya lazımınca icra edilməməsi nəticəsində banka dəyənə digər zərərin ödənilməsi) yerinə yetirməsinə görə məsuliyyəti öz üzərinə götürməsini bəyan etmişdir. Zaminlik müqaviləsinin 5.1.4-cü bəndinə əsasən onun təmin edildiyi öhdəliyin icrası vaxtının çatdığı gündən 1 (bir) il ərzində Kreditorun Zaminə və ya Zaminlərə qarşı iddia irəli sürmədiyi halda zaminliyə xitam verilir. Həmin müqavilənin 6.3-cü bəndinə əsasən həmin müqavilə tərəflərin imzalandığı gündən qüvvəyə minir və bu Müqavilə üzrə öhdəliklərini tam yerinə yetirənədək qüvvədə qalır. xx.xx.2022-ci il tarixdə bağlanmış 0A/00317/22 nömrəli ipoteka müqaviləsindən görünür ki, Cavabdeh2 mülkiyyətindəki **-FR-*** dövlət qeydiyyat nişanlı, AĞ RƏNGLİ, MAZ yük markalı, (ban: KABİNA 1989) 18900 manat qiymətləndirilməklə ipoteka qoyulmuş, həmin müqavilə bankla borclu – Cavabdeh2 arasında bağlanmış 120 ay müddətinə kredit müqaviləsi və həmin müqavilənin ayrılmaz hissəsi olan “Kredit razılaşması”, “Bank qarantiyası verilməsi haqqında müqavilə” və “Bank hesabının kreditləşməsi barədə razılaşma” formasında bağlanan (gələcəkdə bağlanacaq) ayrıca razılaşmalar (Kredit razılaşmaları) üzrə borclunun öhdəliklərinin icrasını təmin etmək məqsədilə bağlanmışdır. Tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli A/00317/22 nömrəli ipoteka müqaviləsinin 9.4-cü bəndinfə qeyd edilmişdir ki, tərəflərin qarşılıqlı razılığına əsasən ipoteka predmetinə tutma yönəldilməsi zamanı ilkin satış qiyməti 18900 manat məbləğində müəyyənləşdirilir. X3 xx.xx.2022-ci il tarixli ipoteka müqaviləsinin qeydiyyata alınması ilə bağlı daşınar əmlakın rəsmi reyesrindən 146132 nömrəli çıxarışdan müəyyən edilir ki, **-FR-*** dövlət qeydiyyat nişanlı, AĞ RƏNGLİ, MAZ yük markalı, (ban: KABİNA 1989) nəqliyyat vasitəsi Cavabdeh2 məxsus olmaqla ipoteka müqaviləsi üzrə yüklülüyü qeydiyyata alınmışdır. "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli ƏEM/61-1106/23 nömrəli fərdi yaşayış evinin qiymətləndirilməsi barədə təqdim edilmiş mütəxəssis rəyinə əsasən, ipoteka predmeti olan **-FR-*** dövlət qeydiyyat nişanlı, AĞ RƏNGLİ, MAZ yük markalı, (ban: KABİNA 1989) nəqliyyat vasitəsinin likvid dəyəri 24 900 manat müəyyən edilmişdir. "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixdə məhkəməyə daxil olmuş mütəxəssis rəyinə əsasən, ipoteka predmeti olan **-FR-*** dövlət qeydiyyat nişanlı, AĞ RƏNGLİ, MAZ yük markalı, (ban: KABİNA 1989) nəqliyyat vasitəsinin likvid dəyəri 18 000 manat müəyyən edilmişdir. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara kredit müqaviləsi, ipoteka müqaviləsi, bildiriş, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, dövlət rüsumunun ödənilməsi barədə sənəd və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra mətndə MM): 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. 470.1. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 470.2. Zaminlik müqaviləsi gələcəkdə yaranacaq öhdəliyin təmin edilməsi üçün də bağlana bilər. 472.1. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. İşin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 arasında bağlanmış kredit limitinin ayrılmasına dair razılaşmaya əsasən, Cavabdeh2 120 ay müddətinə 50 000 manat kredit limiti açılmışdır. İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh2 arasında xx.xx.2022-ci il tarixli 28-MCR-1-335-21 nömrəli kredit müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 6 və 10-cu bəndinə əsasən bu müqaviləyə görə bank məbləği 50 000 manat məbləği aylıq 1,58% dərəcəsi ilə krediti kredit alana verməyi, sonuncu isə həmin kreditdən onun məqsədli təyinatına uyğun istifadə etməyi və krediti ona hesablanmış faizi ilə birlikdə ödəməyi öhdəsinə götürmüşdür. 8-ci bəndinə əsasən bu müqavilə qüvvəyə mindikdən sonra 24 ay müddətinə qüvvədədir. Kredit üzrə FİFD (faktiki illik faiz dərəcəsi) 19,36 % müəyyən olunmuşdur. Cavabdeh Müqaviləyə 1 nömrəli Əlavədə aylıq 1832,88 manat məbləğində ödəniş edilməsini öhdəsinə götürmüşdür. Həmin Müqavilənin 7-ci bəndinə əsasən ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda, kredit alan hər gecikdirilən gün üçün kreditin qalığının 0,2 % məbləğində cərimə ödəməyə borcludur. xx.xx.2021-ci il tarixli Z/02990/21 nömrəli (zamin Cavabdeh1) zaminlik müqaviləsi ilə həmin müqavilənin 1.1-ci bəndinə əsasən borclunun bank qarşısında 28-MCR-1-335- 21nömrəli kredit müqaviləsi üzrə öz öhdəliklərini (əsas borc, faizlər, dəbbə pulu, borc tutulması üzrə məhkəmə xərcləri və öhdəliklərin icra edilməməsi və ya lazımınca icra edilməməsi nəticəsində banka dəyənə digər zərərin ödənilməsi) yerinə yetirməsinə görə məsuliyyəti öz üzərinə götürməsini bəyan etmişdir. Zaminlik müqaviləsinin 5.1.4-cü bəndinə əsasən onun təmin edildiyi öhdəliyin icrası vaxtının çatdığı gündən 1 (bir) il ərzində Kreditorun Zaminə və ya Zaminlərə qarşı iddia irəli sürmədiyi halda zaminliyə xitam verilir. Həmin müqavilənin 6.3-cü bəndinə əsasən həmin müqavilə tərəflərin imzalandığı gündən qüvvəyə minir və bu Müqavilə üzrə öhdəliklərini tam yerinə yetirənədək qüvvədə qalır. xx.xx.2022-ci il tarixdə 0A/00317/22 nömrəli ipoteka müqaviləsin bağlanaraq Cavabdeh2 mülkiyyətindəki **-FR-*** dövlət qeydiyyat nişanlı, AĞ RƏNGLİ, MAZ yük markalı, (ban: KABİNA 1989) 18900 manat qiymətləndirilməklə ipoteka qoyulmuşdur. Məhkəmə iddia tələbinin “45735,32 manat əsas, 3995,23 manat faiz borcunun tutulmasına münasibətdə qeyd edir ki, cavabdehlər qeyd edilən tələbə hər hansı bir etiraz bildirməmiş, məhkəmənin əvvəl keçirilən iclasında qeyd edilən məbləği qəbul etdiyini bildirmiş, məhkəmə isə öz təşəbbüsü ilə hər hansı bir əlavə araşdırma aparmamış, tələb edilən əsas və faiz borcunun məbləğinin daha az olması ilə bağlı məhkəmədə hər hansı bir arqument mövcud olmamışdır. Odur ki, cavabdehlər öhdəliklərini lazımınca yerinə yetirmədiyindən ödənilməmiş borcu qalmışdır ki, həmin məbləğ cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə iddia tələbinin “616,46 manat məbləğində cərimə borcunun tutulması” hissəsinə münasibətdə bildirir ki, tərəflər arasında bağlanmış müqavilənin 7-ci bəndinə əsasən ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda, kredit alan hər gecikdirilən gün üçün kreditin qalığının 0,2% məbləğində cərimə ödəməyə borcludur. Məhkəmə hesab edir ki, müqavilə şərtlərinə əsasən iddiaçı 60 manat cərimə borcunun tutulmasını tələb etməkdə haqlıdır. Bundan başqa, məhkəmə iddia tələbinin “tutmanın **-FR-*** dövlət qeydiyyat nişanlı, AĞ RƏNGLİ, MAZ yük markalı, (ban: KABİNA 1989) nəqliyyat vasitəsinə yönəldilməsi” hissəsinə münasibətdə məhkəmə hesab edir ki, cavabdeh müqavilə üzrə öhdəliklərini yerinə yetirmədiyindən iddiaçıya borcu yaranmışdır və bu səbəbdən də məhkəmə hesab edir ki, iddiaçı tələbin ipoteka predmetinə yönəldilməsini və əmlakın hərracdan satışından əldə olunan vəsaitin borcun ödənimləsinə yönəldilməsini tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1-ci maddəsinə əsasən, girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinə əsasən, borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. 39.3.3-cü maddəsinə əsasən, ipoteka predmetinin ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Bundan başqa, ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi ilə bağlı məhkəmə qeyd edir ki, işin məhkəmə araşdırması zamanı "xxxx" MMC tərəfindən təqdim edilmiş nəqliyyat vasitəsinin qiymətləndirilməsi barədə mütəxəssis rəyinə əsasən ipoteka predmeti olan **-FR-*** dövlət qeydiyyat nişanlı, AĞ RƏNGLİ, MAZ yük markalı, (ban: KABİNA 1989) nəqliyyat vasitəsinin likvid dəyəri 24 900 manat müəyyən edilmişdir. Eyni zamanda, "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixdə məhkəməyə daxil olmuş mütəxəssis rəyinə əsasən, ipoteka predmeti olan **-FR-*** dövlət qeydiyyat nişanlı, AĞ RƏNGLİ, MAZ yük markalı, (ban: KABİNA 1989) nəqliyyat vasitəsinin likvid dəyəri 18 000 manat müəyyən edilmişdir. Lakin tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli A/00317/22 nömrəli ipoteka müqaviləsinin 9.4-cü bəndinfə qeyd edilmişdir ki, tərəflərin qarşılıqlı razılığına əsasən ipoteka predmetinə tutma yönəldilməsi zamanı ilkin satış qiyməti 18900 manat məbləğində müəyyənləşdirilir. İpoteka müqaviləsinin 9.4-cü bəndində nəqliyyat vasitəsinin ilkin satış qiyməti barədə razılığa gəlinmiş və 18900 manat məbləğində qiymətləndirilmə aparılmışdır. Məhkəmə qeyd edir ki, qeyd edilən bənddə ilkin satış qiyməti olaraq 18900 manat məbləğin nəzərdə tutulması, əslində razılaşmanın məzmunundan həmin məbləğin lkivid dəyər olaraq nəzərdə tutulduğu müəyyən edilir. Məhkəmə tərəfindən əldə edilən və iddiaçının təqdim etdiyi mütəxəssis rəylərində də likvid dəyər müəyyən edilsə də, tərəflərin razılaşma şərtlərini əsas götürmüşdür. Odur ki, məhkəmə likvid dəyəri müəyyənləşdirən zaman tərəflərin razılığa gəldiyi məbləği əsas götürərək hesab edir ki, Cavabdeh2 məxsus **-FR-*** dövlət qeydiyyat nişanlı, AĞ RƏNGLİ, MAZ yük markalı, (ban: KABİNA 1989) nəqliyyat vasitəsinin likvid dəyəri 18900 manat müəyyən edilməlidir. İddia tələbinin satışdan əldə olunan vəsaitin borcun ödənilməsinə kifayət etməməsi halına dair qanunvericiliyin tənzimləməsi mövcuddur ki, hazırkı qətnamə ilə borc məbləğinin tutulması, qətnamənin sonrakı icrası ipoteka predmetinin hansı qiymətə satışından asılı olduğundan, bunlar isə icra mərhələsində həll edilməli məsələ olduğundan və məhkəmə qətnaməsi özündə mübahisə edilən hüquq münasibətləri ilə bağlı ehtimallara deyil, mövcud vəziyyətə əsaslanmalı olduğundan məhkəmə hesab edir ki, iddia qiymət verilən hissədə rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi qismən təmin edildiyindən Ödənilməli olan 241,04 manat dövlət rüsumunun 2,66 manatı iddiaçıdan, 238,38 manatı isə cavabdehlərdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Həmçinin, 395,58 manat mediasiya xərci tutularaq "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. İpoteka predmetinin qiymətləndirilməsi üçün aparılmış tədqiqatın dəyəri olan 200 manat pulun 100 manatı "xxxx" ASC-dən və 100 manatı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tutularaq "xxxx" MMC-nin (h/h – AZ68İBAZ**********479 81193205, m/h AZ03NABZ********************, kod –805711, swift – İBAZAZ2X) ödənilməlidir.
Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə 45735,52 manat əsas borc, 3995,23 manat məbləğində faiz, 60 manat cərimə məbləği və 395,58 manat mediasiya xərci tutularaq "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Borc məbləği Cavabdeh2 mülkiyyətindəki 77- FR-391 dövlət qeydiyyat nişanlı, ağ rəngli, MAZ yük markalı (ban: KABİNA 1989) avtomobilə yönəldilsin. İpoteka predmeti olan 77- FR-391 dövlət qeydiyyat nişanlı, ağ rəngli, MAZ yük markalı (ban: KABİNA 1989) avtomobilin likvid dəyəri (tərəflərin razılaşmasına əsasən) 18900 manat məbləğində müəyyən edilsin və həmin əmlak açıq hərrac vasitəsi ilə satılsın. Satışdan əldə edilmiş vəsait cavabdehlər Cavabdeh2 və Cavabdeh1 "xxxx" ASC-yə olan borcunun ödənilməsinə yönəldilsin. İddia qalan hissədə rədd edilsin. Ödənilməli olan 241,04 manat dövlət rüsumunun 2,66 manatı iddiaçıdan, 238,38 manatı isə cavabdehlərdən tutularaq dövlət büdcəsinə ödənilsin. İpoteka predmetinin qiymətləndirilməsi üçün aparılmış tədqiqatın dəyəri olan 200 manat pulun 100 manatı "xxxx" ASC-dən və 100 manatı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tutularaq "xxxx" MMC-nin (h/h – AZ68İBAZ**********479 81193205, m/h AZ03NABZ********************, kod –805711, swift – İBAZAZ2X) ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.
Sədrlik edən: Mübariz Hüseynov