Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-216/2024 17.04.2024 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Hüseynov Mübariz Rahil oğlunun sədrliyi, Mövsümova Günel Namizət qızının katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı “9494 manat borcun və 100 manat mediasiya xərcinin tutulması” tələbi üzrə mübahisəyə baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı Cavabdehnə qarşı “9494 manat borcun və 100 manat mediasiya xərcinin tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Tərəflər arasında xx.xx.2023-cü il tarixdə MTT/43/2023 nömrəli “Nəqliyyat vasitəsinin xidmət müqaviləsi” bağlanmışdır. Müqavilənin 1.1-ci bəndinə əsasən icraçı qanuni əsasla ona məxsus SHACMAN 99OX934 dövlət nömrə nişanlı və SHACMAN 99EO594 dövlət nömrə nişanlı özüboşaldan yük nəqliyyat vasitəsi ilə, Sifarişçinin sifarişi əsasında Azərbaycan Respublikası Biləsuvar rayonu ərazisində 40-45 km məsafədən təyin edilmiş iş ərazisinə Platina deyilən yerdən yüklənərək torpaq materialının daşınması xidmətini yerinə yetirməyi öhdəlik götürür. Həmçinin tərəflər arasında bağlanmış müqavilənin 3.1-ci bəndinə əsasən sifarişçi bu müqavilədə qeyd edilmiş xidməti göstərən SHACMAN markalı özüboşaldan yük maşınlarının daşıdıqları yükün ton km 0.07 manat hesablamaqla razılaşdırılmış məbləğdə 36 iş günü müddətində işləməklə xidmət haqqı ödəyir. Müqavilənin 4.1-ci bəndinə əsasən müqavilə xx.xx.2023-cü il tarixindən xx.xx.2024cü il tarixinədək bağlanır. Həmin müqavilənin 5.1-ci bəndində göstərilmişdir ki, müqavilədə nəzərdə tutulan öhdəliklərin yerinə yetirilməməsi və ya lazım olan şəkildə yerinə yetirilməməsi hallarında təqsirli tərəf zərərçəkmiş tərəfə öhdəliklırin yerinə yetirilməməsi nəticəsində vurulmuş zərəri ödəməlidir. Həmçinin iş materialları kimi məhkəməyə təqdim olunmuş X2 Biləsuvar Rayon Polis Şöbəsinə verdiyi izahatlarının məzmunundan da göründüyü kimi, həqiqətən də o, 2 ədəd SHACMAN markalı yük avtomobillərini Cəsarət adlı şəxsdən torpağın 1 tonu bir km üçün 0.07 manat ödəniş etmək şərti ilə razılaşmışdır. Bundan başqa İddiaçı Biləsuvar Rayon Polis Şöbəsinə verdiyi izahatında bildirmişdir ki, Mirzəyev Zaurun ona 14488 manat borcu vardır. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan göründüyü kimi, X4 həqiqətən də Cavabdeh MMC-nin direktorudur və Biləsuvar rayonunun Platina adlı ərazisindən çıxarılacaq torpağın daşınması ilə bağlı İddiaçı ilə razılaşmışlar. Məhkəməyə təqdim olunmuş Cavabdeh MMC-nin direktoru X4 tərəfindən imza və möhürlə təsdiq edilmiş “2023-cü ilin may, iyun, iyul ayları ərzində Biləsuvar rayonunun Platina ərazisindən qurunt torpaqlarının təmizlənməsinin qəbul aktı” adlı sənədindən göründüyü kimi, “Platina ərazisində 200m*13m*1,2m qalınlığında daşımaq üçün torpağın yol kənarına yığılması” dəyəri 8640 manat məbləğində və “Platina ərazisində 90m*14m*1,8m betona qədər torpağın maili hamarlanması” dəyəri 6804 manat məbləğində işləri həqiqətən də görülmüşdür. 99OX934 dövlət nömrə nişanlı və 99EO594 dövlət nömrə nişanlı nəqliyyat vasitələri ilə yük daşıma qəbzləri məhkəməyə təqdim olunmuş, 2023-cü ilin iyul ayı ərzində 70 ədəd qəbzdə qeyd edilən nəqliyyat vasitələri ilə torpaq daşınmasının həyata keçirilməsi təsdiq olunur, həmin qəbzlərə cavabdeh "xxxx" MMC-nin möhürü vurulmşdur. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli elektron qaimədən görünür ki, İddiaçı tərəfindən Cavabdehnə 9494 manat məbləğində xidmət göstərilməsi ilə bağlı qaimə təqdim etmişdir. İddiaçı borcun ödənilməsi ilə bağlı dəfələrlə cavabdehə müraciət etmiş və borcun ödənilməyəcəyi təqdirdə hazırkı iddia ilə məhkəməyə müraciət olunacağı barədə ona xəbərdarlıq etmişdir. Lakin tərəflər arasında mübahisə həllini tapmadığından iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh satılmış malların dəyərini ödəməyi öhdəsinə götürmüş, lakin cavabdeh üzərinə götürdüyü öhdəliyi tam şəkildə yerinə yetirməmiş və ödənilməmiş 9494 manat borcu qalmışdır. Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə məlumat verilmiş, iddiaçının nümayəndəsi və vəkili xx.xx.2024-cü il tarixli məhkəmə iclasında işə mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. Cavabdehə və onun rəhbərinə məhkəmə iclasının yeri və vaxtı barədə də məlumat verilmiş, lakin məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. xx.xx.2024-cü il tarixdə məhkəmə tərəfindən cavabdehə məktub ünvanlanaraq iddia tələbinə münasibət bildirilməsi barədə xəbərdarlıq edilsə də, cavabdeh tərəfindən heç bir münasibət bildirilməmiş, iddia tələbini təkzib edən hər hansı sənəd məhkəməyə təqdim edilməmişdir. Məhkəmə xx.xx.2024-cü il tarixli e-2-2(117)-216/2024 nömrəli qərardadı ilə tərəflərin iştirakının məhkəmə iclasında iştirakının zəruri olması səbəbindən işə iddia icraatı qaydasında baxılması ilə bağlı qərar qəbul etmişdir. İddiaçı tərəfindən elektron qaydada icraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: xidmət müqaviləsi, izahatlar, yük daşıma çekləri və elektron qaimə daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası Müki Məcəlləsi ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. 752.2-ci maddəsinə əsasən əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alğı-satqı qaydaları tətbiq edilir. Məhkəmə araşdırması zamanı müəyyən olunduğu kimi, tərəflər arasında xx.xx.2023cü il tarixdə MTT/43/2023 nömrəli “Nəqliyyat vasitəsinin xidmət müqaviləsi” bağlanmışdır. Müqavilənin 1.1-ci bəndinə əsasən icraçı qanuni əsasla ona məxsus SHACMAN 99OX934 dövlət nömrə nişanlı və SHACMAN 99EO594 dövlət nömrə nişanlı özüboşaldan yük nəqliyyat vasitəsi ilə, Sifarişçinin sifarişi əsasında Azərbaycan Respublikası Biləsuvar rayonu ərazisində 40-45 km məsafədən təyin edilmiş iş ərazisinə Platina deyilən yerdən yüklənərək torpaq materialının daşınması xidmətini yerinə yetirməyi öhdəlik götürür. Həmçinin tərəflər arasında bağlanmış müqavilənin 3.1-ci bəndinə əsasən sifarişçi bu müqavilədə qeyd edilmiş xidməti göstərən SHACMAN markalı özüboşaldan yük maşınlarının daşıdıqları yükün ton km 0.07 manat hesablamaqla razılaşdırılmış məbləğdə 36 iş günü müddətində işləməklə xidmət haqqı ödəyir. Müqavilənin 4.1-ci bəndinə əsasən müqavilə xx.xx.2023-cü il tarixindən xx.xx.2024-cü il tarixinədək bağlanır. Həmin müqavilənin 5.1-ci bəndində göstərilmişdir ki, müqavilədə nəzərdə tutulan öhdəliklərin yerinə yetirilməməsi və ya lazım olan şəkildə yerinə yetirilməməsi hallarında təqsirli tərəf zərərçəkmiş tərəfə öhdəliklırin yerinə yetirilməməsi nəticəsində vurulmuş zərəri ödəməlidir. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli elektron qaimədən görünür ki, İddiaçı tərəfindən Cavabdehnə 9494 manat məbləğində xidmət göstərilmişdir. Həmçinin iş materialları kimi məhkəməyə təqdim olunmuş X2 Biləsuvar Rayon Polis Şöbəsinə verdiyi izahatlarının məzmunundan, həmçinin xx.xx.2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan da göründüyü kimi, həqiqətən də o, 2 ədəd SHACMAN markalı yük avtomobillərini Cəsarət adlı şəxsdən torpağın 1 tonu bir km üçün 0.07 manat ödəniş etmək şərti ilə razılaşmışdır. Bundan başqa, İddiaçı Biləsuvar Rayon Polis Şöbəsinə verdiyi izahatında bildirmişdir ki, X4 həqiqətən də Cavabdeh MMCnin direktoru olmuş, Biləsuvar rayonunun Platina adlı ərazisindən çıxarılacaq torpağın daşınması ilə bağlı İddiaçı ilə razılaşmışlar, işlər görülmüş və nəticədə X3 Cəsarətə 14488 manat borcu vardır. Məhkəməyə təqdim olunmuş Cavabdeh MMC-nin direktoru X4 tərəfindən imza və möhürlə təsdiq edilmiş “2023-cü ilin may, iyun, iyul ayları ərzində Biləsuvar rayonunun Platina ərazisindən qurunt torpaqlarının təmizlənməsinin qəbul aktı” adlı sənədində göründüyü kimi, “Platina ərazisində 200m*13m*1,2m qalınlığında daşımaq üçün torpağın yol kənarına yığılması” dəyəri 8640 manat məbləğində və “Platina ərazisində 90m*14m*1,8m betona qədər torpağın maili hamarlanması” dəyəri 6804 manat məbləğində işləri həqiqətən də görülmüşdür. 99OX934 dövlət nömrə nişanlı və 99EO594 dövlət nömrə nişanlı nəqliyyat vasitələri ilə yük daşıma qəbzləri məhkəməyə təqdim olunmuş, 2023-cü ilin iyul ayı ərzində 70 ədəd qəbzdə qeyd edilən nəqliyyat vasitələri ilə torpaq daşınmasının həyata keçirilməsi təsdiq olunur, həmin qəbzlərə cavabdeh "xxxx" MMC-nin möhürü vurulmşdur. xx.xx.2024-cü il tarixdə məhkəmə tərəfindən cavabdehə məktub ünvanlanaraq iddia tələbinə münasibət bildirilməsi barədə xəbərdarlıq edilsə də, cavabdeh tərəfindən heç bir münasibət bildirilməmiş, iddia tələbini təkzib edən hər hansı sənəd məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Məhkəmə işin hallarını nəzərdən keçirib qeyd edir ki, mülki prosessual qanunvericilik mülki icraatda iddiaçının üzərinə iddia tələbini sübut etmək, qarşı tərəfin üzərinə isə etirazlarının əsaslarını sübut etmək vəzifəsi, məhkəmənin isə həmin hallara hüquqi qiymət vermək üçün müəyyən hədləri müəyyən etmişdir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. (MPM-in 77.1, 81, 217.3, 217.4-cü maddələri). Məhkəmə hesab edir ki, sübut qismində elektron qaimə, yük daşıma çekləri, müvafiq təhqiqat orqanında aparılmış araşdırma nəticəsində alınmış izahatlar, təhqiqat orqanının qərarı təqdim edilmiş və həmin sübutlarla iddiaçının tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə uyğun torpağın daşınmasının həyata keçirilməsi təsdiq edilir. Qeyd edilən xidmətin dəyərinin tərəflər müvafiq təhqiqatda aparılmış apaşdırma zamanı izahatlarında 14488 manat olması, cavabdehin təsdiq etdiyi qəbul aktında isə 15444 manat olması qeyd edilmişdir. Məhkəmə təqdim edilmiş sübutlara tam, hərtərəfli və obyektiv baxaraq qeyd edir ki, təqdim edilən sübutlar dolayı sübut qismində qiymətləndirilsə belə, cavabdeh tərəfindən iddia tələbinin əksini təsdiq edən hər hansı sübut təqdim edilmədiyindən, iddiaçı cavabdehdən 9494 manat borcun ödənilməsini tələb etməkdə haqlıdır. İş üzrə icraata dair prosessual xərclər məsələsi MPM-in 119-cu maddəsinə əsasən həll edilir. xx.xx.2021-ci il tarixdən qüvvədə olan “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. İddiaçı tərəfindən 100 manat mediasiya xərci ödəildiyindən cavabdeh həmin hissədə təkrarən dövlət rüsumunun ödənilməsindən azad edilməlidir. Bildiyimiz kimi mediasiya xərcini ödəyən şəxs ilkin müraciət zamanı dövlət rüsumunu ödəməkdən azad edilir. Qanunvericiliyin tələbinə görə dövlət rüsumu iddia tələbinin həll edilmə nəticəsinə uyğun tərəflər arasında bölüşdürüldüyündən, həmçinin cavabdehin əleyhinə qətnamə qəbul edilibsə, o yalnız bir dəfə rüsum ödəyə bilər. Ona görə də cavabdehdən mediasiya xərci iddiaçının xeyrinə tutulmalı dövlət rüsumu isə həmin hissədə tutulmamalıdır. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdehndən 9494 manat borc və 100 manat mediasiya xərci tutularaq İddiaçı ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Mübariz Hüseynov
Məhkəmə qərarları › İş №e-2-2(117)-216/2024
Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-216/2024
17.04.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver